Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   2   3   4   5   6   7   8   9   ...   41

məşhur rus tənqidçisi V.Belinskinin «Qoqola
məktub»u iki yüz ilə yaxındır ki, əhəmiy yə ‐
ti ni itirmir. Baxmayaraq ki, bu məktub o
qədər sərt yazılmışdır ki, böyük yazıçını yazı ‐
çılıqdan və həyatdan uzaqlaşmaq dərəcəsinə
çatdırmışdı. Elə Azərbaycan ədəbi tənqidin ‐
də də 60‐cı illərdən başlayaraq bu formadan
ara‐sıra istifadə edilmişdir. Ayrı‐ayrı yazıçı
və tənqidçilərin müxtəlif vaxtlarda yazdığı
«Açıq məktub»lar ədəbi prosesdə böyük əks‐
səda doğurub. Ancaq bu ədəbi məktubların
heç biri müəllifinin tez‐tez müraciət etdiyi
formalardan olmamışdır; olsa‐olsa bəzi tən ‐
qid çi və ədəbiyyatşünaslar bu formaya yara ‐
dıcılığında bir, ya iki dəfə müraciət etmişlər.
Professor Qəzənfər Paşayev isə bu forma ‐
dan tez‐tez istifadə etməklə ədəbi prosesin ən
populyar formasına çevirə bilmişdir. Onun
ədəbi məktubları özünəməxsusdur: emo‐
sional, problemi ən adi detallarla izah etmək,
ona bütün parametrlərdən yanaşmaq və s.
Onun ədəbi məktubları o qədər effektlidir ki,
ədəbi prosesi məşğul edir. Uzun müddət onu
ədəbi cameələrdə müzakirə edir, fikir bildi ‐
rirlər. Onun ədəbi məktubları səmimidir. Saf
niyyətlə yazılır, problemi hərtərəfli təhlil et ‐
12


mək məqsədi daşıyır, xeyirxahlıqla yanaşı,
nöqsanları da üzə deməyi bacarır.
Professor Qəzənfər Paşayevin şair Nəri ‐
man Həsənzadəyə, İmamverdi Әbilova, Әf ‐
latun Nemətzadəyə, Sədnik Paşayevə, Ceyms
Oldricə, İzzəddin Kərkükə, Elçin Әfəndiyevə,
Yavuz Axundluya, Әlirza Xələfliyə, İsa Həbi b ‐
bəyliyə, Nizami Cəfərova, Nizaməddin Şəm si ‐
zadəyə, Vilayət Quliyevə, İmamverdi Әbilova,
Әflatun Nemətzadəyə, Әli Rza Xələfliyə,
Sala tın Әhmədliyə, Pərvinə və başqalarına
yaz dığı ədəbi məktublar özünün mövzusu və
problemi ilə ədəbi mühiti düşündürən prob ‐
lemlərdəndir. «Әdəbi məktublar»ın mövcud
formatı müəllifdən hadisələrə, problemlərə
çevik və yerindəcə münasibət bildirməyi tə ləb
edir. Müəllif yazdığı bu ədəbi məktub larda
yeni çapdan çıxmış kitaba, təqdimata, disser‐
tasiyaya, yaxud ədəbi prosesə müda xilə edən
məqaləyə münasibət bildirməklə bu ədəbi,
mədəni, kulturoloji hadisələrə fikri ni ifadə
etmiş olur. Nəriman Həsənzadəyə açıq mək tub
şairin «Sən bağışladın» kitabı haqqın 
da 
dır.
Әslində, bu yazı kitab haqqında bir resen ziya
olmalı idi; lakin müəllif «ədəbi məktub» for ‐
matından istifadə etməklə yalnız kitabda
13


dərc edilmiş şeirlərə deyil, ümumən şairlə
şəxsi münasibətlərindəki detallara da gedir
ki, bu da yazının oxunaqlığını da təmin edir. 
«Koroğlu»nu yadelliləşdirmə cəhdi əbəs ‐
dir» məktubu isə professor Cəlil Nağıyevə
ünvanlanıb. Tədqiqatçı bu kiçik məktubunda
«Koroğlu»nun Çin qaynaqları» adlı araşdır ‐
mada gedən dastanın Yaxın və Orta Şərq
xalqlarının müştərək abidəsi fikrinin yanlış ‐
lı ğını söyləyir, tendensiyanın zərərli cəhətlə ‐
rini üzə çıxarır. Cəmi bir neçə faktın öz əksini
tapması ilə müəllif fikrinin təkzibedilməzliyi
ilə razılaşmalı olursan. Müəllif bu fikrini açıq
və net şəkildə bildirir; müəlliflə aralarındakı
isti münasibət ona «Qardaşım, türk xalqla ‐
rının ortaq dastanı olan «Koroğlu»nu Yaxın
və Orta Şərq xalqlarının müştərək abidəsi he ‐
sab etdiyiniz məni qane etmir. Burada «Kor oğ ‐
lu»nu yadelliləşdirmə cəhdi aydın görü  nür», –
deyə irad tutmağa imkan verir. «Ürəkdən
gələni deməsən olmur» məktubunda Salatın
Әhmədlinin yaradıcılığını saf‐çürük edərək
onu «...imzalı, imanlı, inamlı qələm sahibi
kimi» qələmə verir. Akademik İsa Həbib ‐
bəyliyə yazdığı iki məktub‐məqaləsində isə
tədqiqatçı görkəmli alimin elmi uğurlarına
14


şərik olur; onun «Әdəbi‐tarixi yaddaş və
müasirlik», «Cəlil Məmmədquluzadə», «Cəlil
Məmmədquluzadə. Mühiti və müasirləri»,
«Ömrün illəri və izləri» kitablarının elmi əhə ‐
miyyətini vurğulayaraq əsərlərinin xaricdə
də tanındığını və tədqiq olunduğunu diqqətə
çatdırır. Akademik İsa Həbibbəylinin vaxtilə
Misirdə ərəb və ingilis dillərində çap olun ‐
muş «Çağdaş Azərbaycan ədibi Cəlil Məm ‐
məd quluzadə» və Pakistanda urdu dilində
çıxan çox böyük həcmli «Görkəmli Azər bay ‐
can mütəfəkkiri Cəlil Məmmədquluzadə»
kitablarını oxuyub mətbuatda geniş rəylə çıxış
edən müəllif («Әdəbiyyat qəzeti», 06.06.2008)
bu dəfə akademikin fundamental əsər lərini
Azərbaycan dilində də oxumaq istəyinə çatdı ‐
ğını bildirməklə yanaşı, bu tədqiqatların fun ‐
da mentallığı ilə bağlı maraqlı fikirlər söyləyir.
Müəllifin akademik İsa Həbibbəyliyə
2014‐cü ilin oktyabrında yazdığı ikinci mək ‐
tubu isə görkəmli alimin 65 yaşına təsadüf
edir. Bu yazısında müəllif bir yubiley nədə ‐
nindən istifadə edərək elmi, ədəbi cameəyə
akademikin son illərdə gördüyü böyük işlər
haqqında fikirlərini ifadə edir: «Siz hələ Nax ‐
çı van Dövlət Universitetinə rəhbərlik etdiyi ‐
15


niz illərdən Sizi ədəbiyyatımıza sədaqətlə
xidmət edən fədakar alim kimi tanıyırdım.
Sevinirdim ki, yüksək vəzifə və rütbələr (rek‐
tor, millət vəkili, akademik), gözqamaşdırıcı,
şirnikləndirici keşməkeşlər Sizin həyat kre‐
donuzu dəyişə bilməyib. AMEA‐nın vitse‐
prezidenti və mənim çalışdığım Nizami
adı na Әdəbiyyat İnstitutuna direktor seçildi ‐
yiniz iki il göstərdi ki, Siz, eləcə də böyük elm
təşkilatçısısınız». 
«Professor Vilayət Quliyevə açıq məktub»
isə informativ yükü, səmimiliyi ilə diqqət çə ‐
kir. Müəllif vaxtilə ədəbiyyatşünas alim ola raq
son illərdə yazdığı tədqiqat əsərlə rinə («Әdə ‐
biyyatda Nobel mükafatları laure 
at 
ları»,
«Sə məd Ağaoğlu. Hekayələr, memuarlar»,
«Әh 
 
məd bəy Ağaoğlu. Seçilmiş əsər 
ləri»,
«Beh budxan Cavanşirin məhkəmə prosesi»,
«Azərbaycan Paris Sülh Konfransında», «Son
illərin yazıları» və s.) diqqət çəkməklə yanaşı,
bu gün isə səfir kimi fəaliyyət göstərən V.Qu ‐
liyevin son illərdə çapdan çıxmış «Polşada
Azərbaycan siyasi mühacirət irsindən» kita ‐
bını dəyərləndirir və burada M.Ә.Rəsulzadə,
M.B.Məmməd 
zadə, N.Bayramlı və başqa
Azərbaycan mühacirləri ilə bağlı tədqiqat ların
16


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə