Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

Məlumdur ki, yaxın qohumu İdris müəl ‐
limin məsləhəti ilə şairin atası Həsən kişi oğ lu
Hüseyni Laçın rayonundan aralayıb (sə bə bi
«Sağalmaz yarası ilk məhəbbətin» məqaləm də
açıqlanıb) Qubadlı rayonunun Aşağı Mol lu
kəndində – dostu Məhmət kişinin evinə gətirir.
Sən demə bu kənd adına nəğmələr qoşulan
Qaçaq Nəbinin kəndi imiş. Hüseyn təhsilini
Xanlıq kənd orta məktəbində başa vurur. 
Mirzə müəllim, məktubunuzda maraqlı
mə lumatlar olduğundan icazənizlə onu Hü ‐
seyn Kürdoğluya həsr etdiyim kitabda ver ‐
mək istərdim. Güman edirəm inciməzsiniz.
Hörmətli Mirzə müəllim, «Azərbaycan Ya ‐
zıçıları» (Bakı, «Nurlar», 2011, s. 652) kita bında
haqqınızda oxudum. Təəssüf ki, işıq üzü gör ‐
müş 4 (dörd) kitabınızdan bixəbər olmuşam.
Günah məndə deyil, kitab mağa za larının ol ‐
mamasındadır. Bu, xalq üçün qəbahətdir. 
AYB‐in üzvü olmağınız məni sevindirdi.
Deməli, hər ikimiz qələm sahibiyik.
Məktubunuza görə minnətdarlığımı qəbul
edin. Məktubunuzun dəyərini qələm əhli bi lər.
İndilikdə isə səmimi salamlarımı qəbul edin.
Hörmət və ehtiramla, 
Qəzənfər Paşayev
166


«ÖMRÜN VӘ ELMİN ROMANTİKASI»
ӘSӘRİNİN MÜӘLLİFİ 
İMAMVERDİ ӘBİLOVA
MӘKTUB*
Әzizim İmamverdi müəllim!
Zəngin və mənalı ömür yolunuza işıq tu ‐
tan «Ömrün və elmin romantikası» kitabınızı
aldım. Oğlunuz Azər Turanın redaktorluğu
və tərtibi ilə nəfis şəkildə nəşr olunan bu
möh təşəm əsərinizə filologiya üzrə fəlsəfə
dok toru, çağdaş ədəbi tənqidimizin tanınmış
nümayəndəsi Elnarə Akimova yığcam, lakin
mənalı, yaddaqalan önsöz yazmışdır.
İmamverdi müəllim! 
İnanın ki, çoxdan belə istək və məhəbbətlə
kitab oxumamışdım. Bu möhtəşəm və çox da
böyük həcmli əsərinizi oxuyub başa çıxana
qədər rahatlıq tapmadım. Axı kitabınızda adi
adamlardan deyil, xalqa başucalığı və şöhrət
gətirən, bizi dünyada tanıdan, qürur və ifti xar
mənbəyimiz olan, çoxunun adı Azərbay can
tarixinə qızıl hərflərlə yazılan böyük şəx siy ‐
167
_________________
* Bax: «525‐ci qəzet», 19.06.2015; «Әdalət» qəzeti, 19.06.2015;
«Respublika» qəzeti, 05.09.2015.


168
yətlərdən söz açıbsınız. Mən sizi dünyanın
xoşbəxt adamlarından sayıram. Gör kimlərlə
təmasda olmusunuz, gör kimlər halal süfrə ‐
nizdən təam nuş edib... Yusif Məm mədəli yev,
Səməd Vurğun, Mustafa bəy Topçu 
ba 
şov,
Rəsul Rza, Süleyman Rüstəm, Süleyman
Rəhimov, Mir Cəlal, Məmməd Rahim, Ziya
Bünyadov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə,
İlyas Әfəndiyev, Әlövsət Quliyev, Xudu
Məm 
mədov, Fərəməz Maqsudov, Həsən
Әliyev, Bəkir Nəbiyev, Anar, Elçin, Qabil,
M.Cəfərov, Mirzağa Quluzadə, Kamran
Hüseynov, Vəli Axundov, İslam Səfərli, Vla ‐
di mir Qafarov, Məsud Әlioğlu, Әliağa Kür ‐
çaylı, Qılman İlkin, Aydın Qaradağlı, Vaqif
Səmədoğlu, Zəlimxan Yaqub və bir çox baş ‐
qa ları Neftçalada və ziyarətgaha dönmüş evi ‐
nizdə olub, Yusif Məmmədəliyev, Mustafa
bəy Topçubaşov, Rəsul Rza, Әli Kərim, Әlöv ‐
sət Quliyev, Bəxtiyar Vahabzadə, İsmayıl Şıx ‐
lı və başqaları evinizdə gecələyiblər.
İndi çoxlarına təəccüblü gələ bilər ki, nə
sə bəbə onlar rayon mərkəzində mehman ‐
xanada qalmırdılar. Məsələ burasındadır ki,
Sovet dönəmində, XX əsrin 50–70‐ci illərində,
soyuq müharibənin qızğın çağında milyard‐


169
larla vəsait havaya sovrulurdu, xalqın rifahı,
rahatlığı qayğısına qalınmırdı, Moskva meh ‐
manxana və s. tikməyə pul ayırmırdı. Nef‐
timizin bir faizini belə bizə vermirdilər. Yaşlı
nəsil bunu yaxşı xatırlayır. Nə isə...
İmamverdi müəllim!
Kitabınızda söz açdığınız qələm sahibləri
mənə necə də əziz və doğmadırlar. Onların
əsərləri ilə boy atıb, boya‐başa çatmışam. Ka ‐
sıb ailədən idim. Gəncə rayonumuzun altmış
kilometrliyindədir. Gəncə Pedaqoji İnstitu‐
tunda oxumağa hazırlaşırdım. Məni Bakıya
Mehdi Hüseynin «Abşeron» romanı gətirdi.
Әdəbiyyatımızın Dədə Qorqudu adlan dır ‐
dığınız Süleyman Rəhimovun 60 illik yu bi le ‐
yində institutumuzda mən məruzə eləmi şəm.
Onda 4‐cü kurs tələbəsi idim. Cəmisi səkkiz il
sonra, 1968‐ci ildə gənclərə xüsusi qayğı gös ‐
tərən görkəmli şair Rəsul Rza ilə «Kərkük
bayatıları» kitabım çıxıb. Bəxtiyar Vahabzadə
ilə səmimi münasi bətlə ri miz var idi. Mən onun
haqqında, o isə mənim haqqımda məqalə ya ‐
zıb. Akademik Bəkir Nəbiyevə «Әdəbiyyat şü ‐
naslıq elmi 
mi 
zin patriarxı» adlı kitab həsr
etmişəm. Eləcə də Xalq yazıçısı «Elçin haq ‐
qında düşüncə lərim» kitabım çap olunub. Qa‐


bilin «Nəsimi» poeması haqqında 1973‐cü ildə
Bağdadda çı xan «Qardaşlıq» dərgisində məqa ‐
ləm dərc olunub. Әlfi Qasımov, Vladimir Qa‐
farov, Zə lim xan Yaqub haqqında məqalələrim
çıxıb. Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfi ‐
bəyli başda olmaqla dünyasını dəyişmiş qələm
sahibləri və alimlərimizə «Borcumuzdur bu
ehtiram» kitabımı həsr etmişəm.
İmamverdi müəllim!
Böyük insanlar haqqında yazmaq məsu ‐
liy yət tələb edən işdir. Siz bu işin öhdəsindən
üzağlığı ilə gəlibsiniz.
Kitabda hər şeyi olduğu kimi, açıqca yaz ‐
mağınız onu daha oxunaqlı edir.
Yazılarınıza verdiyiniz başlıqların necə də
cəlbedici olduğunu xüsusi vurğulamaq istə ‐
yirəm.
Kitabda ilk yazınız Azərbaycanın ilk Xalq
şairi Səməd Vurğuna həsr olunub.
«Şairin son sözü» adlı çox maraqlı yazı nız ‐
da sevimli şairimizlə bağlı elə məqamlara to ‐
xunmusunuz ki, şairin istedadını, ürəkləri
fəth edən poeziyasını həzm edə bilməyənlərə
ən tutarlı cavabdır.
Maraqlıdır ki, Səməd Vurğuna olan xalq
məhəbbətini ayrı‐ayrı şəxsiyyətlərə həsr et‐
170



Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə