Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

diyiniz yazıların əksəriyyətində görmək olur.
Bu gözəl əsərinizdən çıxış edərək «Şairə son‐
suz məhəbbətlə» adlı bir kitab yazmaq olar.
Akademik Mustafa bəy Topçubaşov və
professor Әlövsət Quliyevin iştirakı ilə Neft ‐
ça lada keçirilən sessiyada Siz məruzənizdə
deyəndə ki, Səməd Vurğun da, Siz də hər iki ‐
niz Akademiyanın vitse‐prezidentisiniz, hər
ikiniz eyni ildə Akademiyaya seçilmişsiniz,
hər ikiniz SSRİ Ali Sovetinin deputatısınız,
Topçubaşov təvazökarlıqla demişdir: «İntə ‐
hası, Səməd Vurğun böyük şairdir, mən adi
cərrah. Sağ olsun böyük şairimiz, adımı dillər
əzbəri edib». 
Səməd Vurğunun dünya şöhrətli cərraha
həsr etdiyi şeirini oxuyanda salonun təla tü mə
gəldiyindən və böyük alimin məmnun qal dı ‐
ğın dan söz açırsınız. Kitabda xüsusi vurğu la ‐
yırsınız ki, M.C.Bağırov Səməd Vur 
ğu 
nu
kəs   kin tənqid etdiyi yığıncaqda şair ilhamla
çıxış edəndə gözlənilmədən hamı, qeyri‐iradi
olaraq, hətta Bağırov da əl çaldı. Bu, şairə olan
sonsuz məhəbbətdən irəli gəlirdi.
Yazınızdan məlum olur ki, elə bir yığıncaq
olmazmış ki, M.C.Bağırov S.Vurğunu dəlil ‐
siz‐sübutsuz ağır ittihamlarla günahlan dır ‐
171


masın. Gəldiyiniz qənaət böyük həqiqətdən
xəbər verir: «...Bütün qəddarlığına baxma‐
yaraq, şair M.C.Bağırovun nəzərində həmişə
böyük sənətkar idi və bəlkə də, Səməd Vur ‐
ğu na qəzəbi ona olan xalq məhəbbətinin son ‐
suzluğuna həsəd hissindən irəli gəlirdi. Hə səd
isə paxıllıq yolunun başlanğıcıdır».
Qəribədir ki, indinin özündə belə, şairə hə ‐
səd aparanlar az deyildir. O da qəribədir ki,
onlar ədəbiyyata dəxli olmayan adam lar dır.
Onlar duymurlar, duya da bilməzlər ki, şairin
poeziyasındakı əlçatmaz, dahiyanə sa dəlik ona
əbədilik qazandırıb. Onlar başa düş mürlər ki,
ədəbiyyat aləmində Səməd Vurğunun nüfuzu
o qədər böyükdür ki, onun yaradıcılığından
yan keçmək mümkünsüzdür. Elə götürək
«Әdəbiyyat qəzetinin sonuncu – 13 iyun tarixli
sayını (mənim sizə ün 
vanladığım həmin
saydakı yazımı bəzi ixtisar və əlavələrlə «525‐ci
qəzet» və «Әdalət» qə zetlərinin oxucularına
təqdim etməyi münasib bildim). 
Burada professor Gülşən Әliyeva‐Kəngərli
Hüseyn Cavidə həsr etdiyi «Tarixin hüzu‐
runda: şair və hökmdar» məqaləsinə Səməd
Vurğunun «Şair, hökmdarın hüzurundasan»
misrasını epiqraf seçmişdir. Әdəbiyyatşünas
172


Məti Osmanoğlu Mikayıl Müşfiqə həsr etdiyi
məqaləsində Səməd Vurğun, Hüseyn Cavid,
Rəsul Rza kimi xalq qarşısında böyük xid ‐
mət  ləri olan şairlərimizdən söz açmış, müqa ‐
yis ələr  aparmışdır.
Məlumdur ki, Səməd Vurğun Әkrəm Cə ‐
fəri «Addımlayan akademiya» adlandır mış dı.
Tanınmış ədəbiyyatşünas alim Vaqif Yu siflinin
klassik ədəbiyyatımızın mötəbər tədqiqatçısı
Әkrəm Cəfərin 110 illiyinə həsr etdiyi məqa ‐
ləsini «Addımlayan akademiya» adlandır ma ‐
sı və məqaləni «Әkrəm Cəfərin nəsillərə sö zü»
ilə bitirməsi çox mətləblərdən söz açır. Әkrəm
Cəfərin nəsillərə vəsiyyəti bir örnək dir: «İnsa ‐
nın ata‐anası olmayanda ona yetim deyirlər.
Daha böyük fəlakətdir ki, millət ye tim qalsın.
Öz tarixini yarada bilməyən millət yetimdir.
Öz dahilərindən, böyük adamlarından xə ‐
bərsiz yaşayanlar yetim hesab edilir».
İmamverdi müəllim!
Sizin əvəzsiz xidmətiniz ondan ibarətdir
ki, bu əsərinizlə görkəmli və dahi şəxsiy yət ‐
ləri gələcək nəsillərə tanıtmaq yolunda, baş ‐
qalarının dəyirmanına su tökənlərə, «sapı
özü müzdən olan baltalar»a tutarlı cavab verə
biləcək əsər yazıbsınız.
173


Elə buradaca bir gileyimi də nəzərinizə
çatdırım. Nə gizlədim, böyük intizarla gözlə ‐
yir dim ki, növbə çatsın, Әliağa Kürçaylıya
həsr etdiyiniz «Bütövlük» yazınızı oxuyum.
Çünki «Yada düşdü» dərgisində Әliağa Kür ‐
çaylının Səməd Vurğunla bağlı çox maraqlı
yazısını oxumuşdum. Şair onu Səməd Vur ‐
ğu nun Bakıya gətirməyindən, məktəbdə və
Universitetdə öz hesabına oxutmağından söz
açıb. Yəqin, buna görədir ki, bu yazınızdan
gözlədiyimi ala bilmədim. Görünür, Әliağa
Kürçaylının xatirəsi əlinizə çatmayıb.
Bununla belə, «Ömrün və elmin roman ti ‐
kası»nda gedən hər bir yazınız bitkin əsərdir,
nümunə məktəbidir. Süleyman Rüstəmin
zarafatcıl olduğunu, onunla bağlı bəzi lətifə ‐
ləri eşitmişdim. «Süleyman Rüstəm məzahı»
yazınızı dönə‐dönə oxudum. Həzz aldım.
Məmməd Səid Ordubadi, Әbülhəsən, Osman
Sarıvəlli və başqaları ilə bağlı lətifələri sizin
kitabda oxudum. Eşitməmişdim. S.Rüstəm
çox ciddi olan Mehdi Hüseynlə zarafat et mək ‐
dən belə çəkinməzmiş. Hətta həmişə cid di olan
Mehdi Hüseyn də məqamında zara fat dan qal ‐
maz mış. «Mənəvi dünyamızın təəssübkeşi»
yazınızda oxuyuruq: «Görüşün başlan ma sı ‐
174


na xeyli vaxt vardı. Mehdi müəllimin xahişi
ilə bərbərxanaya getdik. Yaxşı tanıdığım dəl ‐
lək Ruhulla Mehdi Hüseynin, Loğman isə Әli
Vəliyevin boynuna ağ mələfə salıb işə baş ‐
ladılar. Yarım saat keçməmiş Mehdi müəl lim
stuldan qalxdı. Әli Vəliyev isə ustaya əlavə
göstərişlər verirdi: «Boynumun ardına bir də
bax». Mehdi Hüseyn gülə‐gülə əlini cibinə
saldı və qələm dostuna zarafatla: «Alı, haqq‐
hesabını vermişəm, ustanı yorma» – dedi.
Әdəbiyyat ongünlüyünə Qazağa gedən
rus yazarları yolun kənarında çiyni yapıncılı
ço ban heykəli görüb soruşurlar: «Kimin hey ‐
kəlidir bu?» 
Süleyman Rüstəm fürsəti əldən vermir,
inan dırıcı əda ilə deyir:
«Həmvətənləri Osman Sarıvəllinin şərəfi ‐
nə qoyublar».
Qazaxda rus yazarları Osman Sarıvəllini
təbrik edirlər. Lakin şair heç nə başa düşmür.
Sədası sonra çıxır.
Eləcə də bir yığıncaqda Rəsul Rzanın ya ‐
zıb başqalarına ötürdüyü bir bəndlik zərif
yu morlu sətirləri maraq doğurur və kitabı nı ‐
zı bəzəyir:
175


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə