Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

İnsaf paylanan zaman,
Yaxında olub Osman.
Nitq ilə məşğul olub
Gecikmişdi Süleyman.
Mehdi Hüseyn Süleyman Rüstəmlə bağ
qon şusu imiş. Bir dəfə M.Hüseyn S.Rüstəmi
səsləyir:
– Sübh tezdən sənin bağından bizim bağa
iki gürzə ilan keçdi, dedim, yəqin, Süleyma ‐
nın işidir, məni çalmağa göndərib.
– Yox, ay Mehdi, elə deyil. Doğrudur, mən
gön dərmişəm, amma çalmağa yox. Gəldilər
ki, zəhərimiz qurtarıb, dolana bilmirik, bəlkə,
bizə kömək edəsən. Məndə zəhər hardandır?!
Dedim, kimdə olmazsa, Mehdinin dilinin
altında bir az qalmış olar.
Mehdi Hüseyn bu cavabdan uğunub gedir....
Göründüyü kimi, qələm sahibləri zehni
yorğunluğunu zarafatla çıxmağa çalışırlar.
Onlar müəyyən məqamlarla bağlı yaranır, lə ‐
tifəyə çevrilir. Sizin dediyiniz kimi, bu zara ‐
fat lar əylənmək xatirinə edilər, qarşı tərəfi
gözdən salmaq məqsədi güdməzmiş.
Әzizim İmamverdi müəllim!
Kitabınızda ən çox ədəbi məsələlərə, elmi
söhbətlərə münasibətiniz, hər kəsə layiq ol ‐
176


du  ğu qiyməti verməyiniz, söz açdığınız gör ‐
kəmli şəxsiyyətlərin və özünüzün müdrik kə ‐
lamlarınız əsərin dəyərini birə‐beş artırır. Bu
müdrik kəlamlar müəyyən münasibətlə de ‐
yilmişdir. Güman edirəm ki, onlardan bəzi nü ‐
munələr versəm, məktubuma ağırlıq gətirməz. 
«Az‐az xatırlanan Məmməd Rahim» yazı ‐
nızdan: «Böyüklüyə qənim kəsilən təkəbbür
olmasaydı, yəqin, dünyamız daha cazibədar
görünərdi və böyüklər də böyüklüyündən
enməzdilər».
İsmayıl Şıxlıya həsr etdiyiniz yazınızdan:
«Təmiz səma şimşəkdən qorxmaz» – deyir ‐
lər. İsmayıl Şıxlının şəxsiyyəti də, yazıçı alə ‐
mi də təmiz, sonsuz səmaya bənzəyirdi. Ona
görə də qəfil qopan tufanlar, çaxan şimşəklər
bu səmavi aləmi titrətmədi, sarsıtmadı».
«Mənəvi dünyamızın təəssübkeşi» yazı ‐
nız dan: «Mehdi Hüseyn o vaxt özündən razı
qalırdı ki, kimsəyə gərək olsun, kimisə yanlış
yoldan qaytarsın, kimsəyə kömək əli uzatsın.
Şöhrətin zirvələrinə ucaldıqca, onun təbiə tin ‐
dəki sadəlik daha bariz şəkildə nəzərə çarpır,
adamlara daha çox qaynayıb‐qarışırdı».
«Bütövlük» yazınızdan: «Heç kimin qarşı ‐
sın da, heç vaxt əyilməyən məğrur Әliağa
177


Kür çaylı indi – ölümlə əlbəyaxa olduğu mə ‐
qamda yaşamaq üçün sanki insanlardan im ‐
dad diləyirdi».
İmamverdi müəllim, müşahidəniz necə də
mükəmməldir. Mən bu halı dünyanın fani
olduğunu dərindən bilən, ədəbiyyatımıza de ‐
yəcəyi sözü hələ tükənməyən, lakin son gün ‐
lərini yaşadığını dərk edən ədəbiyyatşünaslıq
elmimizin iftixarı Yaşar Qarayevdə də gör ‐
müş, gözlərindən oxumuşdum. 
Məmmədcəfərdən bəhs edən «Ömrün və
elmin romantikası» yazınızdan: «Təfəkkür və
düşüncə tərzi, büllur xisləti, pak əxlaqı, elm
naminə fədakarlığı, həyat eşqi ilə XX əsrə
zinət olan bu nadir şəxsiyyətin, azman mü tə ‐
fəkkirin şəxsi həyatı da, zəngin irsi də insanın
ya şayıb‐yaratmaq eşqini qanadlandıran ro‐
mantik dünyadır...»
... Akademik Yusif Məmmədəliyevə həsr et di ‐
yiniz «Zəkası da qəlbi qədər geniş insan» ya ‐
zınızdan: «Ağıl ilə həya ekiz qardaş kimidir, bi  rini
güdaza versən, o birini saxlaya bil məzsən».
Məsud Әlioğluna həsr etdiyiniz «Söndük ‐
də zəka əhli – vətən ağlayacaqdır» yazı nızdan:
«Ürək yandığı, insan inandığı, eşq alov ‐
landığı anda gözəldir».
178


«Yaddaşın dolaşıq yollarında» yazınızdan:
«Yüksəlmək hünər deyil, hünər yüksəklikdə
mətanətlə dayanmaqdır. Vəli Axundov mə ‐
nə vi yüksəkliyi birdəfəlik fəth elədi. Sonralar
isə... Səhhətin və «dostların» dönüklüyünə
bax  mayaraq, heç zaman bu zirvədən enmədi».
İmamverdi müəllim! 
Kitabınız ürəkaçan məlumatlarla o qədər
zəngindir ki, bəzi yazılarınızı dönə‐dönə oxu ‐
maq istəyi adamı rahat buraxmır. Onlardan
biri də Aşıq Pənahdan bəhs edən «Mizrab tel ‐
dən ayrılsa da» yazınızdır: «Bir həftə sonra
Aşıq Pənah, Qulu Әsgərov və ilk dəfə gör dü ‐
yüm çəlimsiz bir qız bizə gəldilər. Aşıq Pənah
Səməd Vurğunun yenicə qəzetdə çıxmış şei ri ‐
 ni zümzümə edirdi: «İnsan ömrü cavan qalar
etibarı görəndə...» Çəlimsiz qız sonralar
uzun müddət dostluq etdiyim Mirzə Xəlilin
qızı – gələcəyin böyük müğənnisi Rübabə
Muradova idi».
«Süleyman Rüstəm məzahı» məqaləniz ‐
dən: «Nəvəsi yaşda olan övladlarımla şairin
doğma rəftarını görəndə heyrətlə düşündüm:
«Sadəlik də səhhət kimi ilahi töhfədir. Sadə ‐
lik elə mənəvi zinətdir ki, insanı yad daş lar dan‐
yaddaşlara xəyalı müsafir edir».
179


İmamverdi müəllim! 
Sizə ünvanlanmış «Məktublar» bölümü
uzun bir zaman kəsiyində baş verən ədəbi
pro sesə işıq tutur. Çox böyük şəxsiyyətlərin
ədəbiyyatımız, ədəbiyyatşünaslıq elmimiz,
tənqid və ədəbi prosesə dair fikirlərini ehtiva
edən bölümdə  «Gecikmiş məktub» adlı yazı ‐
mın yer alması mənim üçün xoş oldu.
Bu bölmədə Rəsul Rza və Nigar Rəfibəy ‐
linin məktubları böyük mətləblərdən söz açır
və ədəbi proses üçün əhəmiyyət kəsb edir.
Çox dəyərli əsərinizin «Tənqid və ədəbiy ‐
yat şünaslıq» bölümündə görkəmli qələm sa ‐
hiblərinə, ictimai və elm xadimlərinə həsr
et diyiniz elmi və elmi‐publisistik məqalələ ‐
riniz diqqətimi dayanmadan məşğul etdi.
Ümumiyyətlə, kitabınızdan hasil etdiyim
qənaətlər çoxdur. Qəlbə yatanlardan biri də
odur ki cəmi 50–60 il bundan əvvəl insanlar
daha mehriban, daha vəfalı, daha təvazökar,
daha səmimi, daha xeyirxah, daha insaflı olub ‐
lar. Әn başlıcası isə cəmiyyətdə təbəqələş mə
olmayıb. Bir sözlə, bu möhtəşəm əsərinizi
oxu yub nəticə çıxarmalı məsələlər çoxdur.
Onu da deyim ki, bu ölməz kitabınızı oxu ‐
duqca gözlərim önündə Siz, xəyalımda Xalq
180


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə