Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

versitetin müəllimi, hal‐hazırda həmin Uni‐
versitetin professoru kimi aspirant və disser‐
tantlara rəhbərlik edirsiniz.
Әzizim Әflatun müəllim, mənə belə gəlir
ki, fəaliyyətinizin ən məhsuldar dövrü Tür ‐
kiyədə çalışdığınız vaxta düşür. Burada türk
dünyası ilə dərindən təmasda olmağınız  iste ‐
dadınızın daha da parlamasına təkan verdi.
TÜRKSOY‐un Baş katibi professor Düsen
Kaseinovun təqdirəlayiq dəstəyi ilə «Koroğ ‐
lu» operasını Türk dünyasında sərgiləmək
kimi təkrarsız bir proyektə imza atıbsınız. İlk
dəfə bu operanı Qırğızıstan, Qazaxıstan,
Azər baycan, Başqırdıstan, Tatarıstan və Rusi ‐
ya Federasiyasından dəvət olunmuş ulduz
sənətçilərin iştirakı ilə Bişkek səhnəsində ger ‐
çəkləşdiribsiniz. Sonra isə opera Almatı, An ‐
kara və Bakıda göstərilmişdir.
Daha sonra ikinci Uluslararası proyekt ola ‐
raq «Koroğlu» operası Astana Dövlət Ope ra
səhnəsində sərgilənmiş və I Dünya Opera
Festivalında İstanbul Halıç Konqre Sarayında
göstərilmişdir.
Qardaşım, mətbuatda gedən yazılar bö yük
uğurunuzdan xəbər verir: «Koroğlu» Biş  kek
Opera Teatrında tarix yazdı», «Koroğ 
lu»
192


operası türk dövlətləri başkənt (paytaxt) səh ‐
nələrində», «Koroğlu» operası Almatı ta ma ‐
şaçılarını heyran etdi», «Üzeyir Hacı bəy  li nin
musiqisi ankaralıları ovsunladı», «Koroğ lu»
ope rası Bakıda möcüzə yaratdı, zəfərə imza
atdı», «Koroğlu» operası Türksoyu Türk döv ‐
lətləri zirvəsinə qaldırdı», «Halıç Konqre səh ‐
nəsində «Koroğlu» rüzgarı» və s.
Әziz qardaşım, bütün bunlar hamısı sizin
zəfərinizdən xəbər verir.
Novruz bayramının Parisdə ilk dəfə 
UNESCO səhnəsində sərgilənməsi də sizin
adı nızla  bağlıdır.
Mən sizi görkəmli sənət adamı olmaqla
bə rabər, tanınmış ədəbiyyat adamı, elm ada ‐
mı kimi tanıyıram. «Zirvələrdən zirvə lə rə»
kita bınızda yer alan, xalqımıza başucalığı
gətirən şəxsiyyətlərə həsr etdiyiniz yazıları
qə ləminizə böyük hörmət və məhəbbətlə oxu ‐
dum. Akademiklər Qara Qarayev, Arif Pa şa ‐
yev, Kərim Kərimov, Azərbaycan poezi yasının
Şekspiri və Bayronu adlandırdığınız Xalq
şairi Rəsul Rza, dünya şöhrətli yazıçı Çingiz
Aytmatov, Azərbaycan ədəbiyyatının parlaq
simaları Anar və Elçin, Xalq şairi Fikrət Qoca,
mədəniyyətimizə sonsuz məhəbbətlə xidmət
193


edən Әbülfəs Qarayev haqqında yazılarınız
yüksək elmi və ədəbi potensialınızdan xəbər
verir. Kitabda yer alan «Bakı‐Kərkük kör‐
püsünün yaradıcısı Qəzənfər Paşayev» mə ‐
qa lənizə görə sizə minnətdaram.
Әflatun müəllim, «Zirvələrdən zirvələrə»
kitabınızda seçib verdiyiniz şəkil və portret ‐
lər məni heyran etdi. Әgər belə demək caizsə,
mən onları özü haqqında danışan sənədlər
adlandırardım: Tiflisdə Koroğlu qalası, Çingiz
Aytmatovun Qırğızıstanda ağaclar ara sın da
sadə qəbri, akademik Kərim Kəri movun por ‐
tre ti, Ağrı dağı, Nuhun tarixi gəmisi, Şah İs ‐
mayıl Xətai və Nadir şahın portretləri və s.
belələrindəndir. 
Qardaşım, Siz hər dəfə Bakıya gələndə
görüş yerimiz «Koroğlu» heykəlinin yanında
olur. Hər dəfə də təəssüflə deyirsiniz ki, nə
Koroğlu, nə də Qırat dastanda təsvir edilənə
oxşamır.
Kitabınızda Ankara və İstanbulda göstəri ‐
lən «Koroğlu» operasının afişasını gördük dən
sonra nə qədər haqlı olduğunuzu duy dum.
Qırat sanki ayağı ilə düşməni tapdalamağa,
dişi ilə parçalamağa, Koroğlu isə misri qı lın ‐
cını çəkib düşmənin boynunu vurmağa ha ‐
194


zırlaşır. Mən hələ Koroğlunun döyüş libasını
demirəm.
Әziz qardaşım, xalqın ziyalısı kimi həmişə
bizimləsiniz.
Әməkdar incəsənət xadimisiniz, Yazıçılar
Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü ‐
sünüz. 1994‐cü ildən «Naxçıvan» qəzetinin,
indi isə «Respublika» qəzetinin Türkiyə təm ‐
silçisi olaraq Türkiyənin «İl qəzetəsi» və «Ana ‐
dolu» qəzetində hər həftə Azərbaycanla bağlı
bütöv səhifə yazı yazırsınız. Sənətiniz üzrə
böyük işlər görürsünüz. 
Ankarada TÜRKSOY‐un, Türkiyənin Mə ‐
də niyyət Nazirliyinin, Azərbaycanın Tür ki ‐
yədəki səfirliyinin 70 illik yubileyinizi yük sək
səviyyədə keçirmələri çox mətləblərdən xə bər
verir. Təntənəli yığıncaq Azərbaycan tele vizi ‐
yasında göstərildi. Baxdıq, qürur duyduq.
Qardaşım, ürəyimdən keçir deyəm ki, Və ‐
tənə dönmək vaxtıdır. Necə deyərlər: «Hə ‐
vəsdi, bəsdi, yaş yetmiş, iş bitmiş». 
Lakin eşidəndə ki, Sizin rejissorluğunuzla
bu ilin dekabr ayında «Koroğlu» operası bir
vaxt baş rejissoru işlədiyiniz Mersin Dövlət
Opera və Balet Teatrında yeni tərtibdə gös ‐
təriləcək, 2016‐cı ilin aprelində isə tarixdə ilk
195


dəfə «Leyli və Məcnun» operası Ankara Döv ‐
lət Opera və Balet Teatrında Sizin quruluşda
göstəriləcək və teatrın repertuarına daxil edi ‐
ləcək fikrimdən vaz keçdim.
Sizə yeni‐yeni zirvələr fəth etməyi Yara ‐
dan dan təmənna edən 
Qəzənfər Paşayev
196


«XATİRӘLӘR İŞIĞINDA» 
YARANAN DÜŞÜNCӘLӘR.
QOCAMAN ӘDӘBİYYATŞÜNAS,
PROFESSOR YAVUZ AXUNDLUYA
MӘKTUB*
Әzizim Yavuz müəllim!
Səmimi avtoqrafla göndərdiyiniz «Xatirə ‐
lər işığında ömür keçdi, gün keçdi» kitabınızı
aldım. Әsərin adı haradasa oxuduğum, yad ‐
da  şımda daşlaşan bir bayatını yada saldı:
Keçdi ömrüm,
Gör necə keçdi ömrüm.
Harayladım dönmədi,
Elə bil heçdi ömrüm.
Memuar ədəbiyyatının böyük üstünlüyü
ondadır ki, oxucunun xatirələrini yaddaşında
canlandırır. Keçən ömrü vərəqləyir, həyatın
an larını sanki yenidən yaşayır. Yaşlıdırsa,
gənc 
lik illərinin təəccübünü, ahıl çağının
təəs süfünü yaşayır. Təəssüflənir ki, ömür nə
tez keçdi. 
197
_________________
* Bax: «Әdəbiyyat qəzeti», 12.09.2015; «525‐ci qəzet», 12.09.2015;
«Respublika» qəzeti, 12.09.2015; «Әdalət» qəzeti, 12.09.2015.


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə