Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   33   34   35   36   37   38   39   40   41

198
Yavuz müəllim!
Sizin kitabınıza qədər qocaman ədəbiyyat ‐
şünas alim İmamverdi Әbilovun «Ömrün və
elmin romantikası» xatirələrini oxumuşdum.
Hər ikinizin kitabı həm maraqlı, həm də ol ‐
duqca faydalıdır. Hər iki əsər, hər şeydən
əvvəl, memuar ədəbiyyatımızın təbliği və
inkişafına xidmət edir. Hər iki kitab ibrət
götürüləcək faktlarla zəngindir.
Yavuz müəllim, and olsun, akademik İsa
Həbibbəylinin redaktəsi ilə «Adiloğlu» nəş ‐
riy   yatında  çap  olunan  (Bakı, 2014, 304 səh.) ki ‐
tabınızın hər səhifəsini oxuduqca, «Bu bizdə
də belə olub» – demişəm. Yazırsınız ki, 1937‐ci
ildə bütün kitablarınızı yandırdınız. Çünki
evinizdən əski əlifba ilə təkcə bir kitabın çıx ‐
ması atanızın özünə ölüm hökmü yazmasına
bərabər olardı.
Qardaşım, söhbət açdığınız həmin qanlı‐
qadalı ildə görkəmli tovuzlu aşıq Hüseyn Bo ‐
zalqanlını və oğlunu milislər rayon mərkə zi nə
aparanda aşığın gəlini qorxudan onun bütün
poeziya dəftərlərini yandırmışdı.
Xatirələrinizdə sovet quruluşunun aman ‐
sız lığı, qəddarlığı təkzibolunmaz faktlarla
gün dəmə gətirilir. Dayınız bir lətifə danış dı ‐


199
ğı na görə 7 il həbs cəzası alıbmış. Azad olunan‐
dan sonra da vətənə dönməyinə icazə ver mə ‐
yiblərmiş. Ayrılıq 30 il çəkib. Bu hələ ha ra sıdır.
Yuxuda Araz çayını keçdiyini gö rən qocanı
həbs edib güllələmələri sistemin faciəsi idi. 
Bütün bunlar o sistemin sonunun gələcə ‐
yini göstərirdi.
Yazırsınız ki, yay aylarında arvad‐uşaq,
qo ca, xəstə, əlil biçilmiş taxıl zəmilərindən
gizli, qorxa‐qorxa başaq yığırdılar.
Bu, bizdə də belə idi. Qoruqçu Mehralı
kişinin məni atın qabağına qatıb qamçıladığı
sanki dünən olmuşdu.
Məhəllə müvəkkili qansız Məhəmməd və
milis zabiti İsmayılovun insanları söymələri,
qamçı və dəyənəklə döymələri, müharibədən
sonra işdən çıxarılmaları, insanların onlara
nifrəti, cavanların onları ələ salmaları haqda
yazırsınız.
Qardaşım, bizim kəndimizdə Muxtar kişi
vardı. O da Məhəmməd və İsmayılov kimi
qansız idi. Müharibədən sonra ona salam
verən olmadı.
Atanızdan eşitdiyiniz Әrbab Rzaqulu və
hambal Yusiflə bağlı hadisə məni dərindən
düşündürdü. Bu, səbəbsiz deyildir. Yazırsınız


ki, hambal Yusif Ordubadda Әrbab Rzaqulu‐
nun fabrikində işləyirmiş. İnqilabın ilk illə ‐
rin də Yusif Rzaqulu kişinin fabrikində at
oy na dırmış. Sonra savadsız fəhlə olaraq qal ‐
mış dı. Maraqlı məqam odur ki, Әrbab Rzaqulu
müharibədən əvvəl, ara nisbətən sakitlə şən də
Ordubada gəlibmiş. Hamı onun görüşünə
gedib. Әrbab onların çoxunu tanıyıb.
Kasıb görkəmində birisi də gəlib onun əli ‐
ni öpüb. Әrbab onun kim olduğunu soruşub:
– Hambal Yusifəm də, ağa, tanımadınız?
– Yusif, özünüz kişi deyildiniz, bizi də kişi ‐
likdən qoydunuz, – deyə Әrbab cavab verib.
Yavuz müəllim, sovet quruluşu çökəndən
sonra bu hadisə az qalmışdı ki, xalqımızın
ba şına gəlsin. Şükürlər olsun ki, qısa müd ‐
dətdə at oynadanlar «Hambal Yusiflərin»
taleyini yaşadılar. 
Kitabınızda məni razı salan, məmnun
edən məsələlər qədərincədir. Onlardan biri
də yaddaşınızda qalan şeirlərdən məqamın ‐
da istifadə etməyinizdir.
Moskvadan Hüseyn Razinin göndərdiyi
şeirlərdən nümunələr veribsiniz. Son vaxtlar
günün gündüz vaxtı əlində çıraq belə şeirləri
tapmaq çətindir:
200


Nimdaş paltar kimi sökülür ömür,
Astarı bir yana, üzü bir yana.
Әməllər xəlbirdən keçib ölçülür,
Әyrisi bir yana, düzü bir yana.
Yavuz müəllim! 
Bir dəfə folklorşünas alim, professor Bəh lul
Abdulla ilə güzarımız şair Musa Yaqubun kən ‐
di Buynuza düşmüşdü. Şair Musa Yaqub coşa ‐
raq təbiətlə poeziyanın, folklorla insan 
ların
vəhdətindən söz açmışdı. Gözləmə diyi miz hal ‐
 da dedi: «Bəzən şeir yazanda bayatı dan uta nı ‐
ram. Bayatının poetik gücü, zənginliyi, xəl  qi l iyi,
yığcamlığı, təbiiliyi adamı heyrətə gətirir».
Әsəd Cəfərlinin məktubundan verdiyiniz
bayatı –
Min hava çalan dünya,
Boşalıb‐dolan dünya.
Alimi ehtiyacda,
Cahili kalan dünya.
– Musa Yaqubun haqlı olduğundan xəbər
verir.
Kitabınız rəngarəng faktlarla zəngindir.
Yazırsınız: «1964‐cü il oktyabr ayının or ‐
talarında Naxçıvana Muxtariyyət verilməsi ‐
nin 40 illiyi münasibətilə təntənəli yığıncağa
201


və ziyarətə dəvət almışdım. Azərbaycan KP
MK‐nın birinci katibi Vəli Axundovun gələ ‐
cəyi də gözlənilirdi. Nədənsə onun Moskva ‐
ya getdiyini deyirdilər. Oktyabrın 16‐da
sə hər tezdən müəllim dostum Talıb Әliyev
mənə zəng vurub Xruşşovun işdən çıxarıl ‐
dığını xəbər verdi.
Mən səhər saat 9‐a yaxın evdən çıxdım.
Bay ram münasibəti ilə bəzədilmiş şəhərdə
Xruşşovun bir dənə də şəkli qalmamışdı. Tə ‐
cili götürmüşdülər».
«Bizdə rəhbərlərə məhəbbət belədir» – qə ‐
naətinə gəlirsiniz.
Yavuz müəllim, xoşbəxtlikdən sevimli şa i ‐
ri miz Səməd Vurğunun dahiyanə misrası bir
çox məsələlərə aydınlıq gətirir:
«Cahanda hər hökmü bir zaman verir».
İndi bizdə eks‐prezidentlərin toxunul 

maz  lığı barədə dövlətin qərarı var. Onlara
pensiya, maşın, sürücü və cangüdənlər ayrı ‐
lır. Keçmiş prezident Ayaz Mütəllimov bütün
deyilən imtiyazlardan bəhrələnir. 
Yavuz müəllim, xatirələrinizdə seçib ver ‐
diyiniz, auditoriyada tələbələrə oxuduğunuz
şeirlər milli qeyrətin nişanəsidir. Xüsusən də
Xəlil Rza Ulutürkün –
202


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə