Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   33   34   35   36   37   38   39   40   41

Bütün bunlar Nyu‐Yorkda çıxan kitabda
öz əksini tapdığına görə qürur mənbəyinə
çevrilir.
Yavuz müəllim, bu hissi bir daha mənə
yaşatdığınıza görə Sizə minnətdaram.
Kitabınızda xüsusi diqqət yetiriləsi bir
məsələdən də söz açırsınız. Ola bilsin ki, bu
məsələdə fikirlərimiz üst‐üstə düşməsin. Bu
barədə mənim fərqli düşüncəm var. Yazır sı ‐
nız ki, 1972‐ci ilin yayında Araz çayı üzərində
su‐elektrik stansiyasının açılışında ziyalılar
adından Siz çıxış etməli idiniz. Yazıb hazır la ‐
dığınız mətn bəyənildi (o vaxtlar qayda belə
idi). Lakin mitinqdə sizə söz verməyiblər. Nə
qəm. Kitabınızda baş tutmayan çıxışınızın
mətnini veribsiniz. Nə yaxşı ki, o vaxtlar qay ‐
da elə idi. Yoxsa o gözəl çıxışın mətninin
taleyi necə olacaqdı?
Yaxşı bilirsiniz ki, o vaxtlar televiziyada
da, radioda da, tədbirlərdə də qayda siz de ‐
yən kimi idi. Onun xeyri çox oldu. Yazdıq la ‐
rımız qaldı. Mənim «Seçilmiş əsərləri»min 
V cildinin böyük bir hissəsini radio və tele vi ‐
zi  yada vaxtilə yer alan çıxışlarım tutur (bax:
«Təhsil», 2012, V cild, s. 7–160).
Mənə belə gəlir
ki, o vaxtkı qayda yaxşı imiş. İndi bəzən tele‐
208


viziya kanallarında mətləbə dəxli olmayan
çıxışlar olur, qəzetlərdə mənasız yazılara
təsadüf edilir. Elə kitablar çıxır ki, vərəqlə ‐
diyinə, itir diyin vaxta heyifin gəlir. Televiziya
kanal la rında xalqın fəxri olmuş şəxsiyyət ‐
lərimizə divan qurur, divan tuturlar. Adamın
əsəbi ər şə dayanır. Xalqı alçal dır lar. Bir çox
veriliş lərdə xalqın zövqünə, mədəni və mə nə ‐
vi sə viyyəsinə zərbə vurmaq cəhdi açıq‐aşkar
özünü göstərir. Bu başqasının dəyir  manına su
tökmək deyil, bəs nədir?!
Məni qınamayın, mən tərəfdarıyam ki,
KİV‐lərə çox ciddi nəzarət edən bir qurum
yaradılsın.
Әsərinizin «Ziyarətli günlərim» bölümü
xüsusi əhəmiyyət kəsb edir. Müsəlmanların
ən böyük ziyarətgahı Kərbəla və Nəcəf şəhər ‐
lərində uyuyan İmam Әli və övladları İmam
Hüseyn və Həzrət Abbası ziyarət etməyiniz ‐
dən, inam və imanınızın daha da artdı ğın dan,
ürək ağrısı ilə Füzulinin qəbrini görmək səa ‐
dətindən məhrum olmağınızdan söz açır sınız.
Qardaşım, çoxları bu səadətdən məhrum
olmuşlar. Әrəblər düşünürlər ki, Kərbəla
İmam Hüseyn və Həzrət Abbasa məxsus zi ‐
ya rətgahdır. Unudurlar ki, Füzuli ömrünün
209


çoxunu İmam Hüseyn camesində baş çıraq ‐
ban olub, ibadət edib. Odur ki ziyarət edil ‐
məyə layiqdir.
Әzizim Yavuz müəllim!
Bağdadda Kazimiyyə camesinə getməyi ‐
niz dən və 7‐ci imam Kazımın məzarını ziya rət
etməyinizdən söz açırsınız. Təəssüf ki, orada
dahi Azərbaycan alimi Nəsirəddin Tu si nin
(1211–1274) qəbrini ziyarət etmək bir çoxları
kimi sizə də qismət olmayıb. Әrəblər onu Ab ‐
basilər xilafətinə son qoymaqda gü nahlan dı ‐
rırlar. Hülaki Xan Bağdada (1258‐ci ildə), guya,
onun məsləhəti və təhriki ilə hü cum edib. 
Mən Nəsirəddin Tusinin Bağdadda dəfn
olun duğunu bilirdim. Azərbaycan Sovet En sik ‐
lopediyasında (VII cild, s. 231–232) oxu muş dum
ki, alim Bağdada səfəri zamanı (əs  lində, o vaxt
alim Bağdadda xanın vəziri və zi fəsində çalı şır ‐
dı – Q.P.) vəfat edib və «Cə lil məscid»də dəfn
olunub. Mən çox soraq laş sam da «Cəlil məs ‐
cid»in yerini bilən olmadı. Sonralar başa düş ‐
düm ki, söhbət Cümə məs cidindən gedirmiş.
2001‐ci ildə akademik Bəkir Nəbiyev, Si ‐
rus Abbasbəyli, İsrafil İsrafilov, Ağalar Mirzə
və 8‐ci sinifdə oxuyan oğlum Muradla İraqa
səfərimiz zamanı xoş bir təsadüf nəticəsində
210


öyrəndim ki, dünya şöhrətli alimin məqbə ‐
rəsi Museyi Kazımın məscidində, qadınlar
üçün ayrılmış cinahda imiş. Bura əvvəllər
kişilərin girməsi qadağan idi.
Böyük xərc hesabına alimin məqbərəsinin
və məzarının şəklini çəkməyə və akademik
Bəkir Nəbiyevlə məqbərənin önündə şəkil
çəkdirməyə icazə aldım. Vətənə dönəndən
sonra mətbuatda geniş məqalə ilə çıxış etdim.
Alimin məqbərə sinin və Bəkir müəllimlə bir ‐
gə şəkillərimizi də verdim (bax: «Әdəbiyyat
qəzeti», 18.05.2011; Qəzənfər Paşayev. «Seçil miş
əsərləri», II cild, 2012, s. 239–242)
.
Yavuz müəllim!
Tarixi romanlarımızın görkəmli tədqiqat ‐
çısı olduğunuzdan şübhəsiz ki, tariximiz də
sizi maraqlandırır. Məlumdur ki, Museyi
Kazımın bir qızı Hökümə (Həkimə də oxu ‐
nur) xanım Bibiheybət məscidində, o biri qızı
Rəhimə xanım isə Nardaran pirində uyu yur.
Nəsirəddin Tusinin İmam Kazımla yana şı
dəfn olunması, İmam Kazımın iki qızının Ba ‐
kı nın iki məşhur məscidində dəfn olun ması
hansısa əlaqələrdən söz açmırmı?
Әziz qardaşım, Həcc ziyarəti ilə bağlı xa ‐
tirələriniz də diqqətimi cəlb etdi. Mən də Mək ‐
211


kə və Mədinədə ümrə ziyarətində olmuşam.
Lakin sizin kitabınızdan öyrəndim ki, ziyarət
vaxtı kəsilən qurbanlar 26 müsəlman ölkəsi ‐
nə, o cümlədən də 2500 cəmdək Azərbaycan
qaçqınlarına göndərilirmiş.
Yenə də dahi şairimiz Səməd Vurğuna mü ‐
raciət etmək zorundayam: «Deyilən söz yadi ‐
gardır». Siz xatirələrinizlə bir abidə ucalt dınız.
Bu yaşda belə bir kitab ortaya qoymaq hər
adama qismət olmur. Çoxlarımızın stolüstü
kitabına çevriləcək, Sizi yaşadacaq əsəriniz
münasibəti ilə Sizi ürəkdən təbrik edirəm.
Bir il yarımdan sonra 90 illik yubileyinizi
birgə keçirməyi Yaradandan təmənna edən dos‐
tunuz
Qəzənfər Paşayev
212


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə