Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   33   34   35   36   37   38   39   40   41

AZӘRBAYCAN RESPUBLİKASI
MӘDӘNİYYӘT VӘ TURİZM NAZİRİ
CӘNAB ӘBÜLFӘS QARAYEVӘ MӘKTUB
Hörmətli Әbülfəs müəllim!
Bir müddət bundan öncə «Aleksandr Dü ‐
ma Qafqazda» Mədəni Turizm Marşrutu la ‐
yihəsinin həyata keçirilməsi ilə bağlı Turizm
şöbəsinin əməkdaşları ilə keçirdiyimiz görüş ‐
dən sonra arzu və təkliflərimi yazılı şəkildə
təqdim etmişdim.
Çox güman ki, onlar Sizə çatmayıb. İndi
möhtərəm Prezidentimiz İlham Әliyevin xü‐
susi qayğısı sayəsində turizm Azərbaycanda
geniş vüsət alıb. Bunu nəzərə alaraq arzu və
təkliflərimi mətbuat vasitəsi ilə bir daha
nəzərinizə çatdırmaq qərarına gəldim. Onlar
aşağıdakılardır:
1. Ölkəmizdə A.Dümanın olduğu yerlər də üç
dildə: Azərbaycan, fransız və ingi lis dillə ‐
rində xatirə lövhələri qoyulsun. 
2. Xatirə lövhələrini Bakıda: Qoşa qala qa 

pısında, Qız qalası və Şirvanşahlar sara yının
önündə, Atəşgah məbədində, Qu ba, Şamaxı,
Ağsu rayonlarında, Sum qayıtda və Şəki şə ‐
213
_________________
* Bax: «Әdalət qəzeti», 02.10.2015.


214
hə 
rində Xan sarayının önündə qoymaq
məq sə dəuyğundur. 
3. A.Düma Atəşgahı ziyarət edərkən köh nə
Suraxanıda qonaq olduğu və Şəkidə qal ‐
dığı evlərin önündə xatirə lövhələri vurul‐
sun və turist marşrutlarına daxil edilsin. 
4. Bakıda – münasib yerdə A.Dümanın büs tü
qoyulsun. Bu, mədəni və ədəbi əlaqə lərimiz
yolunda atılmış diqqətəlayiq addım olardı. 
5. 1985‐ci ildə tərəfimizdən «Yazıçı» nəş riy ‐
yatında çap olunan «Qafqaz səfəri» əsəri
sonralar topladığımız əyani materiallar və
nadir şəkillər daxil edilməklə latın əlifbası
ilə çap edilsə, kril əlifbasında oxuya bilmə ‐
yən bir çox gənclərimiz bu gərəkli əsərdən
fayda lanardı. Kitabın həcmi 160 səhifədən
artıq deyil. 
6. «Dümanın izi ilə», «Düma keçib bu yer lər ‐
dən» və ya «Düma Azərbaycanda» adı ilə
Dərbənddən başlamış telefilm çəkmək olar.
Telefilmin ssenarisi artıq tərəfimizdən yazıl ‐
mışdır. Məsələ burasındadır ki, 2003‐cü ildə
Qızlar şəhərindən başlamış Dümanın Qaf ‐
qaz da keçdiyi bütün yerlərdə oldum və «Li ‐
te raturnıy  Azerbaydjan»  jurnalında  (№3,
2004, s. 8–23)
«Düma Qafqazda» telefilminin


215
ssenari 
sini çap etdirdim (ssenari əlavə
olunur).
7. Gələcəkdə «Düma Qafqazda» turizm mar ‐
ş rutuna Dərbənd şəhərini daxil etmək olar.
Ona görə ki, Düma Dərbənddən yal nız
qədim Azərbaycan şəhəri kimi söz açır. 
8. Düma Şəki bazarında olarkən milli ye mə ‐
yimiz olan kabab yemiş, kitabında bu ye ‐
mə yə yüksək qiymət vermiş və əcnəbilərə
öz tövsiyəsini də vermişdir: 
«Ey Nuxadan keçən səyyahlar, açıq ha va ‐
da dayanıb mütləq kabab yeyin». Bunu
nəzərə alaraq Şəki bazarında Düma adına
cızbız xa na açaraq Şəkiyə gələn turistləri ora
aparıb kababa qonaq etmək olar.
Yerinə görə xatirə lövhələrində Dümanın
sözlərindən istifadə etmək olar: 
• Qız qalası ismət və bəkarət rəmzidir.
• Gördüyüm çoxsaylı bazarlar içində ən çox
xoşuma Dərbənd, Bakı və Nuxa bazar la rı
gə lib. 
• Bazarda can dərmanı desən onu da sa tırlar.
Bazar şəhərlərin ürəyidir. Hərəkət də, hə ‐
yat da oradadır. 
• Azərbaycanlı ilə bir şey barədə sövdə lə şən ‐
də ondan imzalanmış sənəd tələb etmək
lazım deyil. Söz verdi, qurtardı. 


• Kabab mənim səyahət boyu rast gəl di yim
ən dadlı, ən ləzzətli yeməkdir. 
• Mahmud bəyin Şamaxıdakı evi Bakı dan Tif ‐
 lisə qədər gördüyüm evlərin ən gözəli idi. 
• Bazar və şəhəri xeyli gəzdik. Elə bil ürə yi ‐
mizə dammışdı ki, daha Nuxadan gö zəl
yer görə bilməyəcəyik.
Nə olaydı mənə bir də bu yerlərə gəlmək
qismət olaydı. 
10. Hər il noyabr ayının ortalarında (Dü ‐
ma Azərbaycanda 1858‐ci il noyabr ayının or ‐
talarında olub) Bakı, Şamaxı, Şəki və Qubada
Dümaya həsr olunmuş tədbirlər keçirilsin.
Buraya yazıçının maraqla tamaşa etdiyi, kita ‐
bında təsvir etdiyi rəqqasələr, musiqiçi və
mü ğənnilər, kəndirbazlar (akrobatlar), pəhlə ‐
van lar və s. cəlb olunsun.
A.Dümanın kitabda təsvir etdiyi gəlinin
bəy evinə aparılması səhnəsi göstərilsin və s.
Tədbirlərə diplomatik korpusun nüma ‐
yən  dələri və xarici qonaqlar dəvət olunsun.
Bütün bunlar Fransa‐Azərbaycan mədəni‐
ədəbi əlaqələrinə təkan verən amillər olmağı
baxımından diqqəti çəkir.
Dərin hörmət və ehtiramla,
Qəzənfər Paşayev
216


XALQ YAZIÇISI ELÇİNӘ
AÇIQ MӘKTUB*
Hörmətli Elçin müəllim!
Real həyatın, bədiiyyatın, tarixin (sizin
təxəyyülünüzün məhsulu olan tarix daxil) və
fəlsəfənin qovşağında  bərqərar olan «Baş»
romanınızın əlyazmasını maraq və istəklə oxu ‐
 d um. Dünyanın faniliyindən söz açan, fəlsəfi
traktat təsiri bağışlayan əsərinizi oxuyanda
təəccüblənmədim. Yaşınızla bağlı dünyanı
olduğu kimi dərk etməyiniz belə bir əsərin
yaranmasını şərtləndirib. Әsəri gözəl yaz ‐
mısınız. Romanı oxuduqca adam özünü unu ‐
dur və əsərdə cərəyan edən hadisələrin
şahidinə, bəlkə də, iştirakçısına çevrilir. Keş ‐
mə keşli dünyanın əcaib‐qəraibliyindən bəhs
edən fəlsəfi düşüncələriniz insanı öz dün ‐
yasından qoparır. Qeyri‐adi təfəkkür sahibi
Nizami Cəfərovun çox yığcam «Elçinin cüm ‐
ləsi» məqaləsində («525‐ci qəzet», 30.09.15)
əsərə geniş yer verməsi, sitatlar gətirməsi də
romanın uğurlu taleyindən xəbər verir.
217
_________________
* Bax: «Әdəbiyyat qəzeti» və «525‐ci qəzet», 31.10.2015.


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə