Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   2   3   4   5   6   7   8   9   ...   41

maraqla oxunduğunu dilə gətirərək de 
yir:
«Vilayət müəllim, Siz o azsaylı ədəbiy yatşü ‐
nas lardansınız ki, Xarici İşlər naziri işləyəndə
də, səfir kimi işlədiyiniz zaman kəsiyində də
ədəbiyyat aləmindən heç vaxt ayrılma mı ‐
sınız, ədəbiyyatla yaşamısınız». 
Professor Q.Paşayevin «Akademik Bəkir
Nəbiyevin məzarı başında düşüncələr» ədəbi
məktubunda isə tədqiqatçının vəfat etmiş
görkəmli alimlərin qəbrinin ziyarəti zama nı,
ondan sonra institutda görülən işlər haq ‐
qında hesabat verilir və bu elm məbədinin bu
gün akademik İsa Həbibbəylinin şəxsində
əmin əllərdə olduğu inamla ifadə edilir. 
«Şair Məmməd İsmayıla açıq mək tub» un ‐
da müəllif həmyerlisi görkəmli şair M.İsma ‐
yılın yaradıcılığına nəzər salır, Azərbaycan
ədəbiyyatında, elmi mühitindəki yerini müəy ‐
yənləşdirir, gördüyü işləri xatırlayır. Onun
qardaş Türkiyədə Azərbaycan ədəbiyyatının
təbliği və yayılmasında böyük xidmətlərini
vurğulayan tədqiqatçı söhbəti son illərin ədə ‐
bi hadisəsi Azərbaycan Yazıçılarının XII Qu ‐
rultayına gətirib çıxarır, burada məşhur Oljas
Süleymenovun onu tanımasından, ya ra dıcı ‐
lığını izləməsindən qürur hissi keçirdi yini
17


dilə gətirir. Әdəbi məktubdan da aydın olur
ki, müəllifin M.İsmayılla yaxın münasi bətləri
olmuş və bu gün də bu münasibətlər davam
etməkdədir. Görünür, elə bu yaxın münasi ‐
bətləri nəzərə alaraq müəllif M.İsma 
yılın
Qurultaydakı çıxışına irad bildirməyi də özü ‐
nə borc bilir. Məlum olur ki, M.İsmayılın bu
çıxışında Yazıçılar Birliyindəki neqativ halları
tənqid etməsi müəllifdə təəssüf hissi doğur ‐
muşdur. Әlbəttə, şairin çıxışının müəl lif də
təəssüf hissi doğurmasında qeyri‐adi heç nə
yoxdur, bu barədə şairə mətbuatda müəyyən
iradlarla yanaşı, təqdirlər də ol muş du, ancaq
məktubun sonunda «Məmməd müəllim,
inanıram ki, bir gün müsahibə lə rinizin birin ‐
də təəssüf doğuran yanlışlığa başqa mövqe ‐
dən münasibət bildirəcəksiniz. Bunu bir
el oğ lu kimi çox arzulayıram» istəyini heç cür
başa düşə bilmədim. 
«Әdəbi məktublar» mövzu, problem ba xı ‐
mından müxtəlifdir; burada ədəbiyyat şünas lıq,
ədəbi tənqid, mədəniyyətşünaslıq, kul turoloji
məsələlərlə yanaşı, məlumat və təklif xarak‐
terli məktublar da vardır. AMEA‐nın müxbir
üzvü Nizami Cəfərova, professor Nizaməd ‐
din Şəmsizadəyə, filologiya üzrə elmlər doktoru
18


Vaqif Yusifliyə, görkəmli ziyalı İmam 
verdi
Әbilova və başqalarına ünvanlanmış ədəbi
məktublar səmimiliyi, təbiiliyi, ədəbi proses ‐
dəki hadisələrə aydınlıq gətirməsi baxımın ‐
dan olduqca maraqlıdır. «Dümanın Bakıdan
məktubu haqqında», «İngilis yazıçısı cənab
Ceyms Old ricə», «Azerbaycandan gelen dost
sesi» və s. məktublarında Azərbaycan ədəbi
mühitini dünyanın bir çox yerləri ilə bağla yan
ha di sələrə, ədəbi faktlara yer verilir. «İrak türk ‐
manlarının can dostu» professor Qəzən fər Pa ‐
şa 
yevin Vəqf başkanı İzzəddin Kərkükə
gön 
dərdiyi bu məktubunun «Qardaşlıq»
dərgi s in  də çap olunması iki qardaş xalq ara ‐
sında münasibətlərdə yeni bir səhifədir. Mək ‐
tubda kı informasiyalar isə ədəbi əlaqələr və
mü qa yisəli  ədəbiyyatşünaslıq  kontekstindən
zəngin məlumat verir: «İrak türkmanlarının
lehcesine hesr olunmuş lüğet ve Süphi Saat ‐
çinin «İrak Türkmanları» kitabları çok gerekli
ol du. Menim 212 sayfadan ibaret «Kerkük
dialektinin fonetikası» kitabım çap olundu.
Eylülün evvelinde 316 sayfanı içine alan
«Ker kük folklorunun janrları» kitabım işık
üzü görecek. Kitabın redaktoru Bekir Neb i ‐
yev ve Mahir Nakipdir. Milli Bilimler Akade ‐
19


mimizde ise büyük hecmde «Kerkük lehcesi»
kitabımız neşr olunur. Kitablar inşallah eylül
ayında elinize çatacak».
Ciddi elmi məqalələrdən fərqli olaraq, pro‐
fessor Qəzənfər Paşayevin ədəbi məktub la rın ‐
da fikrin emosionallığı, hislərin, duyğu ların
ifadə imkanlarının genişliyi, memuarlılığı,
xatirəqarışıq üslubu və s. bu yazıların səciy ‐
yəvi xüsusiyyətlərindən olur. «Qocaman
ədə biyyatşünas, professor Yavuz Axundluya
məktub»unda onun «Xatirələr işığında ömür
keçdi, gün keçdi» kitabı ilə bağlı münasi bəti ‐
ni elə kitabın xatirələr işığı fonunda bildirir.
30‐cu illər repressiyasının qanlı‐qadalı illərin ‐
dən danışan müəllifin fikirlərini təsdiq etmək
üçün dərhal ona yaxından tanış olan bu mən ‐
zə rəni öz faktları ilə möhkəmləndirir. Yavuz
Axundlunun dayısının bu illərdə bir lətifə
danışması üzərinə 7 il həbs cəzası alaraq on ‐
dan sonra da vətənə dönməsinə icazə veril mə ‐
məsi, atasının qorxudan evdə olan kitab ları
yandırması hadisəsini müəllif tovuzlu Aşıq
Hüseyn Bozalqanlının və oğlu nun tutularaq
polis şöbəsinə aparılması za manı aşığın gəli ‐
ninin qorxudan onun şeir dəftərini yandır ‐
ması hadisəsinə bağlayır və dərhal da əlavə
20


edir: «Bütün bunlar o sistemin sonunun gələ ‐
cəyini göstərirdi». Yaxud Y.Axundlunun
xatirələrindəki hadisələrlə şəxsi tərcümeyi‐
halındakı bənzəyişləri belə ifadə edir: «Yazırsı ‐
nız ki, yay aylarında ar vad‐uşaq, qoca, xəstə,
əlil biçilmiş taxıl zəmi lərindən gizli, qorxa‐
qorxa başaq yığırdılar. Bu, bizdə də belə idi.
Qoruqçu Mehralı kişi nin məni atın qabağına
qatıb qamçıladığı san ki dünən olmuşdu».
«Әdəbi məktublar»da verilən bu cür ke ‐
çid lər, müqayisələr, xatırlamalar janrın səciy ‐
yəviliyindən irəli gəlməklə yanaşı, müəllif
yaradıcılığının da əsas xüsusiyyətini təşkil və
oxunaqlığını təmin edən amillərdəndir.  
«Әdəbi məktublar»da yer alan «Hörmətli
Bəkir müəllim!», «Әzizim Sədnik müəllim»,
«Hörmətli Səkinə xanım!», «Әzizim Sabir
müəllim», «Hörmətli Miriş müəllim», «Hör ‐
mət li Mirzə müəllim», «Qaf qaz Müsəlman ‐
ları İdarəsinin sədri Allah şü kür Paşazadəyə»,
«Azərbaycan» jurnalının baş redaktoru İn‐
tiqam Qasımzadəyə», «Әdə biyyat qəzeti»nə»
və s. kiçikhəcmli mək tub larında bu və ya digər
münasibətlə özünün ziyalı, vətəndaş mövqe ‐
yi ni bildirir, yaxud hər hansı bir yubileylə
bağlı ürək sözlərini çatdırır. 
21


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə