Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   33   34   35   36   37   38   39   40   41

Elçin müəllim, əsərin əvvəlində oxucunu
məlumatlandıran və istiqamətləndirən bir neçə
sətirlik fikirləriniz narahatlığınızın nəticəsidir
və başa düşüləndir. Professor Bədirxan Әh ‐
mə 
dlinin yazdığı kimi, bəzən akademik
tarixlə bədii düşüncədəki «tarix»in üst‐üstə
düşməməsi, yaxud bədii təxəyyüldəki tarix ‐
dən rəncidə olanlar «bu bizim bildiyimiz
tarix deyil» – deməklə qalmır, quru faktların
köməyi ilə yazıçının yaratdığı tarixi (dəyişik
tarixi!) qəbul etmək istəmir. Unudurlar ki,
keçmişin təsvirinin yazıçının qarşısında açdı ‐
ğı imkanlar, hətta ona paralel, alternativ tarix
(postmodernistlərdə olduğu kimi!) yarat 

mağa qədər gedib çıxır.
Әsərdə tarixi şəxsiyyətlər Ağa Məhəmməd
şah Qacar, knyaz Pavel Sisianov, Fətəli şah,
Abbas Mirzə Qacar, İbrahim Xəlil xan, Hü ‐
seynqulu xan kimi tarixi şəxsiyyətlərdən,
onların taleyindən xüsusən də ağa Məhəm ‐
məd şah Qacar və general Sisianovun tale
oxşarlığından söz açırsınız. Onlar hər ikisi
ağıllı, istedadlı, qorxmaz, cəsarətli və qəddar
olublar. Hər ikisi də qəddarlıqlarının qurba nına
çevriliblər. Bu, əsərinizdə də belədir. Odur ki
əsərin əvvəlində oxucu və tədqiqatçılara mü ‐
218


ra ciətlə qeyd etdiyiniz «…müəllifin təskinliyi
ondadır ki, burada tarixlə üst‐üstə düşən və
müəllifin fikrincə, tarixilik baxımından əhə ‐
miyyətli olan məqamlar da  güman ki, az de ‐
yildir» əsər boyu, demək olar ki, yerini alır.
Әhəmiyyətli məqamlardan biri Qacarla bağ ‐
lıdır. Yazırsınız ki, o zamanlar Ağa Məhəm ‐
məd şah Qacarın qəddarlığı Cənubi Qafqaza
elə bir xof dalğası yaymışdı ki, bütün Azər ‐
bay can xanları  – təkcə Dərbənd xanlığı  mü ‐
qavimət göstərmişdi  – özlərini və taxtlarını
qorumaq üçün bir qüvvə axtarırdılar və o
qüvvə də Rusiya idi… Ağıllı, istedadlı və
cəsarətli olduğu qədər də qəddar olan Ağa Mə ‐
həmməd şah Qacarın qorxusu, vahiməsi o za ‐
man, əslində, bütün Cənubi Qafqazda Ru  si yanın
gözəgörünməz müttəfiqinə çevrilmişdi. 
Mən, həmişə o fikirdə olmuşam ki, sevim ‐
li şairimiz Səməd Vurğun «Vaqif» dramında
şair  fəhmi ilə Qacarın obrazını olduğu kimi
canlandırmışdır. Sizin əsərinizi oxuduqdan
sonra qənaətim daha da möhkəmləndi.
Elçin müəllim, çox doğru qənaətdir ki,
əsr lər bir‐birini əvəz etsə də, dünya dəyişsə
də, adət‐ənənələr  nəsildən‐nəslə  keçir,  yaşa ‐
yır. Sizin təxəyyülünüzün məhsulu olan,
219


Sisianovun qraf Timofeyev‐Boqoyav levski yə
ünvanladığı məktubu oxuyanda hər gün
müxtəlif televiziya kanallarında gördü yü ‐
müz hadisələr göz önünə gəlir: «Әziz dostum,
hər hansı bir təfərrüat buradakı hadisə 
 
lərin
koloritini göstərməkdə acizdir, çünki o hadi ‐
sə lər  və bu yerlərin xarakteristikası bir mə ‐
nalı deyil.  Bura bir tərəfdən  qəhrəmanlıq, o
bi ri tərəfdən  riyakarlıq, bir tərəfdən mərdlik,
o biri tərəfdən  satqınlıq, bir tərəfdən dərin
fəlsəfi  düşüncə, o biri tərəfdən cəhalət və  na ‐
danlıq  diyarıdır.  Burada  namus  üstündə  ata
qızını, qardaş bacısını, oğul anasını  xəncərlə
qətlə  yetirə bilər. Burada 15–16 yaşlı bir  oğ lan
bircə ana söyüşü  üstündə adamı parçala ya
bilər. Burada gənc və  gözəl bir qız  paltarın da
kiçik xəncər  gizlədib, atasının, ya qardaşının
intiqamını ala bilər. Buranın  dağları, meşə ‐
ləri,  bağları, mənim əziz  dostum, İsveçrədən
də füsunkardır. Buranın  çeşmə suları o dağ ‐
la rın, o meşələrin, bağların havası kimi safdır.
Bura bir  tərəfdən nağıllar aləmidir, o biri
tərəfdən isə romantikadan tamamilə uzaq
real və qanlı hadisələr  diyarıdır». 
Tarixi həqiqətlərdən bəhs edən başqa bir fakt.
Knyaz Sisianov  Timofeyev‐Boqoyavlevskiyə
220


yazdığı  27 dekabr 1805‐ci il tarixli  başqa bir
məktubunda  ürək ağrısı ilə qeyd edir ki,  bir
sı ra gürcü çarları islamı qəbul etmişlər,  ad ‐
larını dəyişmişlər (Sisianov milliyyətcə  gür cü
olduğuna görə bu ona ağır gəlirdi). Bu ra da ta ‐
ri xi bir həqiqət vardır. Keçmişdə  güc lü dövlət ‐
lər  başqa torpaqları  tutanda şər tə əsasən yer li
xalqdan ya dini, ya dili qəbul et mək tələb
olu narmış. Osmanlı imperiyası Acarıstanı tu‐
tanda acarlar islam dinini  qəbul ediblər.  İn‐
dinin özündə  belə onların dini is lam dinidir.
Elə bizim özümüz atəşpərəst ol muşuq. Әrəblər
Azərbaycanı  tutanda islamı qılınc gücünə
qəbul etdiriblər. «Qılınc müsəl manı»  ifadəsi
o vaxtdan qalmadır. 
Yazırsınız ki, İbrahim Xəlil xanın arvadı
Cəvahir xanım məşhur gürcü knyazı Yevgeni
Abaşidzenin qızı idi və  Cəvahir xanımın Qa ‐
ra bağ xanlığının Rusiyanın təbəəliyinə keç ‐
mə  sində  rolu az olmamışdır.
Mən bilmirəm, bəlkə də,  heç Abaşidzenin
Cəvahir adlı qızı, bəlkə də, İbrahim Xəlil xa ‐
nın Cəvahir adlı arvadı olmayıb. Lakin əcnə bi
qadınların  ərlərinin  işinə  ciddi təsiri  fakt dır
və tarixdən məlumdur. Elə Sizin məqsədiniz  də
cəvahirlərdən söz açmaq deyil, keçmişdən
221


dərs almağı, nəticə çıxarmağı, ibrət götür məyi
önə  çəkməkdir.  Türk sultanlarının  əcnəbi ar ‐
vadları Osmanlı  İmperiyasının  zəifləməsin ‐
də azmı  rol oynayıb?
Heç şübhəsiz,  buna görədir ki,  bəzi ərəb
öl kələrində Ana yasada arvadı qeyri‐müsəl ‐
man olan vətəndaşlarının ölkəyə rəhbər seçil ‐
məsinə   qadağa qoyulub.
Әsərdə  məni qane edən cəhətlər  çoxdur.
Onlardan biri də odur ki, başqa xalqdan da ‐
nışsanız da, həmin  fikirlərin sanki xalqımıza
aid olduğu üzə çıxır.  Әminəm ki,  əsəri oxuyan
hər bir kəs bunu dərk  edəcək.  Yazırsınız ki,
Rusiya öz xarakteri, daxili təbiəti ilə Avro‐
paya yad idi.  Rusiyanın daxilində, əslində,
elə bir hərarət,  elə bir sadəlik və mərhəmət var
idi ki, o hərarət də, o sadəlik və mər hə mət də
heç vaxt Avropada olmayıb. O hə 
ra 
rət, o
sadəlik və mərhəmət bəzən sadə löv hlüyə çev ‐
rilirdi, özünə qiymət verməməyə,  xaricilərə
kor‐koranə səcdə etməyə, onları özündən
üstün tutmağa gətirib çıxarırdı. Bu, gün kimi
aydın həqiqətdir ki, dedikləriniz elə bizə də
aid edilə bilər.
Elçin müəllim, romanınız kəsilmiş başın
ətrafında cərəyan edir və dünyanın faniliyi
222


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə