Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   33   34   35   36   37   38   39   40   41

tam çılpaqlığı ilə burada aşkarlanır. Maraq lı ‐
dır ki, baş kəsmək məsələsi Qafqazda rus la ‐
rın «kəşfi» olub. Bir qafqazlının başını kəsənə
on rubl verərmişlər (bax: A.Düma. Qafqaz.
Bakı, 2010, s. 95).
On iki baş kəsən Georgi or‐
deni ilə təltif olunarmış.
Nuxanın komendantı knyaz Tarxanov
şəx sən 22 nəfərin başını kəsəndən sonra im‐
perator Nikolay ona ortasında imperatorun
nişanı olan, dörd çox qiymətli yaqutun birləş ‐
məsindən ibarət qiymətli bir üzük bağış la ‐
mışdı. Baş kəsmək çeçen və ruslarda olub.
Onu da deyim ki,  ləzgilərdə isə qulaq və ya
sağ əli kəsmək dəbdə olub (bax: A.Düma.
Qafqaz səfəri. Bakı, 1985, s. 107–108).
Hörmətli Elçin müəllim, yazdığınız kimi,
Sisianov qəddar, qaniçən olduğu qədər də
siyasətcil olub. O, Qoşa Qala qapısına yaxın ‐
laşanda götür‐qoy edirdi: «Azərbaycanlılar
məğrur olurlar və onların məğrurluğundan
ehtiyat etmək, bu məğrurluğu romantik dona
bürüyüb, ona hörmət etməklə heç nəyə nail
olmaq mümkün deyil, əksinə, həmin məğ ‐
rur  luğu sındırmaq və bunu başqalarına da
görk etmək lazımdır. Әn başlıcası isə ayaq ‐
larının altını görməyən, hakimiyyət dəlisi
223


olan, iddiaları yerə‐göyə sığmayan gürcü
şah zadələrinin,  mənsəbpərəst  Azərbaycan
xanlarının, quldur Qafqaz hakimlərinin ge ‐
ne tik ədavətlərindən istifadə edib, bir‐birinə
qarşı qoymaq lazımdır. Qafqaz xalqlarının
heç birinə etibar yoxdur, sabah fürsət düşsə,
mənim də başımı kəsərlər, sonra da nəşimi
böyük (və yalançı) təntənə ilə Peterburqa
göndərərlər». 
Düşünmürdü ki, həmin an əcəl onu ölümə
sürükləyir. Ölüm beş addımlıqdadır.
Elçin müəllim!
Әsərdən hasil olan qənaətlər baş alıb
gedir. İnanıram ki, bütün Qafqazda hakimi‐
mütləq olan, qanı su yerinə axıdan general
Sisianovun taleyi mənim kimi oxucuları da
düşündürəcək: «Sisianov öz‐özünə fikirlə ‐
şirdi: «Knyaz, ömrünün bu çağında tək qal ‐
mısan. Ömrün çoxu yaşlanıb, sona nə qalıb?
Ölümü yaddan çıxarma – deyə knyaz pı ‐
çıldadı. Bir halda ki, ölüm labüddür, nə fərqi
var, təksən, cütsən, nəsən, nə deyilsən. Bu ‐
nun mənasını kim bilir? Heç kim! Heç kim də
heç vaxt bilməyəcək, ilahi sirlərlə bağlanmış
qapı insan üçün açılmazdır. Görünür, tək ol ‐
maq, ailəsizlik, övladsızlıq, həqiqətən, təbiətin
224


qanunlarına ziddir və insan yaşlaşdıqca, bu
ziddiyyətin bütün fəsadları üzə çıxmağa
başlayır, bu daha səndən asılı deyil». Səni bir‐
birini əvəz edən xatirələrdəki, epi zodlardakı
mənasız mübarizələrdən, mə na sız arzu və
istəklərdən, mənasız xoşbəxtlik və bədbəxt ‐
liklərdən, mənasız sevinc və izti 
rablardan
yalnız ölüm xilas edə bilər» – deyə general
həyat həqiqətlərinə üz tutur. Lakin bu hislər
ani olaraq keçib gedir. Sisianov bütöv Qaf qazı
fəth edəcəyi nəşəli günlər ba rədə düşünür.
Elçin müəllim, əsərinizin hər fəsli sanki
bitmiş bir əsərdir. Xüsusən də düşüncələrə
qərq olan Hüseynqulu xanı öz taleyi deyil,
Bakı xanlığının taleyi düşündürən fəsil. İna ‐
nın ki, xanın iztirabları gözlərimin önündən
getmir.
Həyəcansız oxuya bilmədiyim fəsillərdən
biri də «At oğrusu Cəfər» bölümüdür. Böyük
ustalıqla işlədiyiniz bu fəsildə bir yandan
Sisianovun qəddarlığı, digər tərəfdən rüsvay
olmaqdansa, ölümü üstün tutan Cəfərin evdə
yolunu gözləyən altı qızının və o altı qızın
anasının taleyi, keşməkeşli dünyanın əcaib‐
qəraibliyi məni də düşüncələrə qərq etdi.
Sisianovun əmri ilə Cəfərin qurşaqdan aşağı
225


lüt soyundurularaq eşşəyin üstündə əli‐ayağı
sarıqlı çölə buraxılması Sisianovun qəddar lı ‐
ğının son həddi idi. O, təkcə Cəfəri deyil,
onun altı qızını və arvadını rüsvay etmək
istəyirdi. Lakin Cəfər buna yol verə bilməzdi.
Nə olsun ki, at oğrusu idi. «Eşşək dar cığırla
irəliləyirdi. Cəfər kənddəki birinci evi görən ‐
də gözlərinin önünə qızları və arvadı gəldi…
dəli bir həmlə ilə özünü sola – yarğana tərəf
atdı və belə bir həmləni gözləməyən qotur
eşşək müvazinətini itirib Cəfərlə birlikdə
cığırdan aşaraq yarğanın dibinə yuvarlandı».
Beləliklə, Cəfər ölümü ilə qarı düşmənə
qalib gəldi və böyük yaradan Cəfərin qanını
yerdə qoymadı.
Elçin müəllim, çox istəyərdim bu fəsli ay ‐
rı ca əsər kimi işləyəydiniz. İnanın ki, bu əsər
«Həyat eşqi», «Son yarpaq», hətta «Qoca və
dəniz» kimi əsərlərdən heç də geri qalmazdı.
Bir məsələni diqqətinizə xüsusi çatdır ‐
maq la məktubuma son verirəm. Mən 1983‐cü
ildə ABŞ‐da ingilis dili üzrə ikiaylıq ixti sa s ‐
artırma kurslarında olarkən A.Dümanın
1859‐cu ildə Fransada çap olunan «Qafqaz»
əsərinin 1962‐ci ildə ABŞ‐da ingilis dilinə
tərcümə edilərək dərc edildiyinə rast gəldim.
226


Әsərin üzünü çıxartdıraraq Bakıya gətirdim.
Tərcümə edərək hissə‐hissə «Әdəbiyyat və
incəsənət» qəzetində çap etdirdim. «Yazıçı»
nəşriyyatının direktoru, görkəmli naşir Әjdər
Xanbabayevin məsləhəti ilə əsəri orijinalı ilə
fransız dili mütəxəssisi Həmid Abbasovla
müqayisəli tərcümə edərək Azərbaycanla
bağlı hissəsini «Qafqaz səfəri» (Bakı, «Yazıçı»,
1985)
adı altında nəşr etdirdik. Məlumdur ki,
A.Düma Azərbaycana Sisianovun qətlindən
cəmi 52 il sonra, 1858‐ci ildə gəlmişdi. A.Dü‐
manın Sisianovun qətli ilə bağlı fikirləri az
əhəmiyyət kəsb etmir. Aleksandr Düma bu
münasibətlə yazır: «İsmət və bəkarət rəmzi
olan Qız qalasına gəlməmişdən qabaq başqa
bir abidəyə də rast gəlmişdik. Bu, Gürcüs ‐
tanın canişini general Sisianovun abidəsi idi.
O, Bakını mühasirəyə aldıqda (qurudan və
dənizdən),  Hüseynqulu xan şəhəri təslim et ‐
məz dən əvvəl, guya, öz şərtlərini bildirmək ‐
dən ötrü generalla görüşmək arzusunda
olduğunu bildirmişdi.
Rusların dostu olan ermənilər Sisianovu
xəbərdar etmişdilər ki, görüş zamanı onu öl ‐
dürəcəklər. Sisianov özünü Sezar kimi cəsur
göstərmiş və «Buna cürətləri çatmaz» – de ‐
227


228
miş di (unutmuşdu ki, elə Sezar da ehtiyatsız ‐
lığın qurbanı olmuşdu – Q.P.). Xan görüşə
gələn generalın başını qılıncla vurmuşdu».
Elçin müəllim, general Sisianovun başının
qılıncla görüş vaxtı vurulması və ermənilərin
azərbaycanlılara xəyanəti ilə bağlı tarixi fakt ‐
lardan yan keçmək olmaz. Arzu edərdim ki,
romanı çapa hazırlayanda bunu nəzərə
alasınız.
Dərin hörmət və ehtiramla,
Qəzənfər Paşayev


PROFESSOR QӘZӘNFӘR 
PAŞAYEV HAQQINDA
Paşayev Qəzənfər Mə ‐
həm məd oğlu – folklor şü ‐
nas,  ədə biyyatşünas,  pub   ‐
lisist, dilçi və tər cüməçi, fi ‐
 lologiya  elm lə ri  dok toru
(1993), professor (1995)
27 avqust 1937‐ci ildə To ‐
vuz rayonunun Düzqı rıq lı
kən dində  anadan  ol muş ‐
 dur. Orta təh sili Düzqırıqlı
kəndində alıb (1946–1956).
Azərbaycan  Dillər  İns titu tunun  İngilis‐Azər bay ‐
can dil ləri fakültəsini bitir miş dir (1962). İxtisası
ingilis və Azər bay can dil ləri müəllimidir. 1989‐cu
ildən Yazıçılar Birliyinin üzvüdür. Fəaliyyətə Әli
Bay ram lı (indiki Şirvan) rayonunun Vla dimirovka
kəndində ingilis dili müəllimi kimi baş 
lamış
(sentyabr‐no yabr, 1962‐ci il), sonra isə İraqda in‐
gilis və rus dil ləri üzrə tərcüməçi işləmişdir.
1964–1989‐cu illərdə Azərbaycan Pedaqoji
Dillər İnstitutunda (1973‐cü ildən M.F.Axundov
adına APİ) fəaliyyət gös tərmiş, İnstitutun İngilis
dili fakültəsində dosent, dekan müavini (1970–
1971), Xarici dillər kafedrası nın müdiri (1972–
1989) olmuşdur. 1989–1999‐cu illərdə ADU‐nun
Qərbi  Avropa  dil lə ri  kafedrasında  çalışmışdır.
229


Azərbaycan Milli Elmlər Akademiyası Ni za mi
adına  Azər bay can  Әdəbiyyatı  Muzeyin də  Bey ‐
nəlxalq əlaqələr şöbəsinin müdiri ol muş (2001–
2005), eyni zamanda 2003‐cü ildən Nizami adına
Әdəbiyyat İnstitutunda baş elmi işçidir.
Rəsmi nümayəndə heyəti tərkibində Fü zu li nin
anadan ol ma sının 500 illik yubileyi münasi bə tilə
İraqda (sentyabr, 1994) və Tür kiyədə (no yabr, 1994),
Azərbaycan mədə niy yəti günlərində Səu diyyə Әrə ‐
bis tanında (no  yabr, 2007) və İ.Nəsimi ilə bağlı Bey ‐
nəlxalq konfransda Suriyada (noyabr, 2008)  olub.
Azərbaycan nümayəndə heyətinin tərkibində
Hindistanda olub (noyabr, 2012). «Azərbaycan
və Hindistan ədəbi‐mədəni əlaqələri» mövzu ‐
sun da məruzə edib. Məruzə Dehlidə ingiliscə
çap edilib.
İctimai işlərdə fəal iştirak etmişdir: Ali Təhsil
Nazirliyinin nəzdində Qərbi Avropa dilləri üzrə
Elmi‐Metodik  Şuranın Elmi katibi (1976–1982),
Azərbaycan–İraq Dostluq Cə miy yətinin sədr müa ‐
vini olmuş (1990–2003), 1995‐ci ildən Nizami adı na
Әdə biyyat İnstitutu nəzdində fəaliyyət gös tə rən
Müdafiə Şura 
sının üzvüdür. 1997–2006‐cı illər
arası və 2011‐ci ildən 2015‐ci ilə qədər hə min şura ‐
nın həm  səd ri olub, indi şuranın üzvüdür. Qafqaz
Müsəlmanları İdarəsinin nəz din də fəaliy yət göstə ‐
rən Elmi‐Dini Şuranın ya randığı 1997‐ci ildən bu
230


günə kimi onun üzvüdür. 2004‐cü ildən Yazıçılar
Birliyinin Təftiş Komissiyasının səd ridir. 2013‐cü
ilin fevralından Respublika Ağ saq qallar şurasının
idarə heyətinin üzvü və 2013‐cü il 5 may ta ri xin ‐
dən 2015‐ci ilə qədər Folklor üzrə Respublika Prob‐
lem (Әla qələndirmə) Şu ra sının sədri olub. 
Xarici ölkələrdə: ABŞ (iyun‐avqust, 1983) və
İn gil tərədə (iyun‐iyul, 1988) ixtisasartırma kurs ‐
larında olub. İraq Respub li kasında tərcü məçi
işləyib (1962–1966, 1972–1975). 
Türkiyə, İraq, Səudiyyə Әrəbistanı, Suri ya,
Hindistan və keçmiş Sovetlər Birliyi ölkə lərindən
Rusiya Federasiyasında, Özbəkistan və Qazaxıs ‐
tan da elmi konfranslarda məruzə edib. Turist kimi
Yunanıstan, İordaniya, Çexslovakiya, Avstri ya, Al‐
maniya, Misir, Birləşmiş Әrəb Әmir likləri, Maca ‐
rıs tan və İranda olub.
İraq Respublikasının «Әməkdə fərqlən mə yə
görə» medalı ilə təltif edilib (1976). 
SSRİ Nazirlər Sovetinin, SSRİ Ali Təhsil Na ‐
zirliyinin, Azər 
baycan Ali Təhsil Nazirliyinin,
AMEA‐nın Rəyasət Heyətinin və Respublika
Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri
fərmanları ilə təltif olunub. Eləcə də Kərkük Vəq ‐
finin (1999) və İraq‐türkman Cəbhəsinin (2003)
yüksək diplom və ödüllərinə layiq görülüb.
2014‐cü ildə Nizami adına Әdəbiyyat İnstitu‐
tunda ilin alimi seçilib.
231


Bir çox doktorluq və namizədlik  disser ta ‐
siyaları üzrə opponent, eləcə də kitabların re ‐
daktoru olub. Aspirantlara rəhbərlik edib. ABŞ,
Türkiyə və İraqda ingilis, türk və ərəb dil  lə rində,
məqalələri dərc edilib. «Әdəbiy yat» və «Kredo»
qəzetlərinin,  «Folklor və etnoqrafiya», «Filologiya
məsələləri», «Yada düşdü» və «Kə lam» dərgiləri ‐
nin redaksiya heyətinin üzvüdür.
Yaradıcılığına xaricdə və Azərbaycanda bir
çox görkəmli alimlər, yazıçı, şair və pub lisistlər
məqalələr həsr ediblər. Mü əl  lifin özü gör kəm li
Azərbaycan, türk, İraq, fransız, ingilis və ameri ‐
kan yazıçı və şair lərinə, elm adam larına çoxsaylı
məqalələr həsr etmişdir. Maraq do ğu ran cəhət bir
də ondan ibarət dir ki, bu məqalələr Azərbaycan,
türk, in gilis, ərəb, rus dil  lərində Azərbaycan, Tür ‐
kiyə, İraq, İran və ABŞ‐da çap olunmuşdur.
232


Professor Qəzənfər Paşayevin 
çap olunmuş kitabları:
1. Rusca‐ərəbcə danışıq kitabı. Bağdad, 1974, 98
səh., 3.000 nüsxə.
2. İngiltərə haqqında (ingiliscə «Ölkəşünaslıq»
fənni üzrə dərs vəsaiti). Bakı, APİ nəşr, 1982,
128 səh., 1.500 nüsxə.
3. Altı il Dəclə‐Fərat sahillərində. Bakı, «Ya zıçı»,
1985, 224 səh., 10.000 nüsxə, təkrar nəşr 1987,
230 səh., 120.000 nüsxə. Altı il Dəclə‐Fərat
sahillərində (ərəbcə), Bağdad, 1996, 128 səh.,
təkrar nəşr, 2014, 160 səh.
4. İraq–Türkman folkloru (monoqrafiya). Ba kı,
«Yazıçı», 1992, 216 səh., 5000 nüsxə. İraq–Türk‐
man folkloru. Bağdad, 1995, 160 səh.
5. Kərkük dialektinin fonetikası (monoqra fi ya).
Bakı, «Elm», 2003, 212 səh., 500 nüsxə.
6. İraq–Türkman folklorunun janrlar sistemi.
(Rusca monoqrafiya) «Bakınəşr», 2003, 128 səh.,
500 nüsxə.
7. Kərkük folklorunun janrları (monoqra fi ya).
Bakı, «Elm», 2003, 318 səh., 500 nüsxə. İraq–
Türkman folkloru. İstanbul, 1998, 320 səh.,
3000 nüsxə. İraq–Türkman folklorunun janr ‐
ları. Tehran, 2008, 313 səh., 3000 nüsxə.
8. İraq–Türkman ləhcəsi. Monoqrafiya (or taq lı),
Bakı, «Elm», 2004, 422 səh., 500 nüsxə.
233


9. Nostradamusun möcüzəli aləmi. Bakı, «Təh ‐
sil», 2007, 760 səh., 3000 nüsxə, təkrar nəşr,
2011, 3.000 nüsxə.
10. Nəsimi  haqqında araşdırmalar (monoqra 

fiya). Bakı, «Qara bağ» nəşr, 2010, 168 səh., 400
nüsxə. Nəsimi haqqında araş dırmalar. Teh ‐
ran, «ALP» yayın, 2011, 168 səh., 300 nüsxə.
11. Әdəbiyyatşünaslıq elmimizin patriarxı. Bakı,
«Ozan», 2010, 104 səh., 250 nüsxə.
12. Borcumuzdur bu ehtiram. Bakı, «Ozan», 2010,
200 səh., 300 nüsxə, təkmilləş diril miş 2‐ci nəş ‐
ri, 2010, 240 səh. 300 nüsxə.
13. Dilimiz – varlığımız. Bakı, «Ozan», 2011, 208
səh., 250 nüsxə.
14. Seçilmiş  əsərləri VII cilddə, Bakı, «Təhsil»,
2012, hər cild – 300 nüsxə. Üst‐üstə hər cild
580 səhifəni əhatə edir. 
15. Elçin haqqında düşüncələrim. Bakı, «Təh sil»,
2013, 144 səh, 300 nüsxə; Tehran, 2014, 154
səh., 1000 nüsxə.
234


Professor Qəzənfər Paşayevin 
tərtib və önsözlə çap etdirdiyi kitabların
göstəricisi
1. «Kərkük bayatıları». Bakı, «Azərnəşr», 1968
(Rəsul Rza ilə birgə), 184 s., 18.000 nüsxə.
2. «Arzu‐Qənbər dastanı». Bakı, «Gənclik», 1971,
32 s., 5.000 nüsxə.
3. Kərkük mahnıları. Bakı, «Gənclik», 1973, 48 s.,
10.000 nüsxə.
4. İraq‐Kərkük atalar sözləri. Bakı, «Azər nəşr»,
1978, 76 s., 25.000 nüsxə.
5. İraq‐Kərkük bayatıları. Bakı, «Yazıçı», 1984, 352
s., 30.000 nüsxə.
6. Kərkük tapmacaları. Bakı, «Gənclik», 1984,
38 s., 5.000 nüsxə.
7. Nəsiminin İraq Divanı. Bakı, «Yazıçı», 1987,
337 s., 15.000 nüsxə.
8. Kərkük folkloru antologiyası. Bakı, «Azər 

nəşr», 1987, 368 s., 40.000 nüsxə, təkrar nəşr,
1990, 368 s., 40.000 nüsxə.
9. Göylər unutmuşdu yağacağını (Ә.Bəndər 

oğlunun şeirləri və poemaları). Bakı, «Ya zıçı»,
1991, 126 s., 5.000 nüsxə.
10. Azərbaycan folkloru antologiyası. İraq–Türk‐
man cildi (Ә.Bəndəroğlu ilə birgə), Bakı, «Ağ ‐
rıdağ», 1999, 468 s., 1.000 nüsxə, təkrar nəşr,
«Nurlan», 2009, 436 səh., 500 nüsxə.
235


11. Çağdaş İraq şeirindən seçmələr. Bakı, «Elm»,
2001 (Ә.Bəndəroğlu ilə birgə), 108 s., 500 nüsxə.
12. Yolun sonunadək (Ә.Bəndəroğlunun şeir lər
toplusu), Bakı, «Elm», 2001, 62 s., 300 nüsxə.
13. Hüseyn Arif –80. Portret kitab. «Bakınəşr», 2004,
64 s., 400 nüs xə (Gülzar İbrahim qı zı ilə birgə).
14. İsi Məlikzadə–70. Portret kitab. «Bakınəşr», 2004,
32 s., 150 nüsxə (Gülzar İbrahim qızı ilə birgə).
15. Tofiq Bayram–70. Portret kitab. «Bakınəşr», 2005,
72 s., 150 nüsxə (Gülzar İbrahim qı zı ilə birgə).
16. Әlibala Hacızadə–70. Portret kitab. «Bakınəşr»,
2005, 72 s., 400 nüsxə (Gülzar İbra him qızı ilə
birgə).
17. Fikrət  Qoca–70. Portret kitab. «Bakınəşr»,
2005, 82 s., 300 nüsxə (Gülzar İbrahim qı zı ilə
birgə).
18. Bəkir Nəbiyev–75. Portret kitab. «Bakınəşr»,
2005, 68 s., 400 nüsxə (Gülzar İbrahim qı zı ilə
birgə).
19. Ağlayan çox, gülən hanı? (Rəsul  Rzanın
şeirlər top lusu), Kərkük, «Arabka» basım evi,
2007, 182 s., 500 nüsxə.
20. «Mahmud və Məryəm». Sənət dünyası ad lı
məqaləsində (Elçinin romanı), Kər kük, «Yurd»
yayımlarından, 2007, 215 s., 500 nüsxə
(Ә.Bən dəroğlu ilə birgə).
21. Qoca Azaflıyam (Azaflı Mikayılın şeirlər top ‐
lusu). Bakı, «Nurlan», 2008, 760 s., 1000 nüsxə
236


(Maral Azaflı ilə birgə), təkrar nəşr, 2011, 500
nüsxə.
22. Aydın Çobanoğlu. Ömrün etməyəcək vəfa
dedilər. Bakı, «Elm və təhsil», 2013, 250 səh.,
500 nüsxə.
23.  İraq‐türkman nağılları. Bakı, «Təhsil», 2014,
432 səh., 300 nüsxə.
Tərcümələri
1. Aleksandr Düma. Qafqaz səfəri (ingilis və
fransız dillərindən tərcümə. (Həmid Abba sov ‐
la birgə) Bakı, «Yazıçı», 1985, 140 s., 40.000
nüsxə.
2. Sula Benet. Necə yaşayasan  yüzü haq layasan
(ingilis dilindən tərcümə). Bakı, «Yazıçı», 1989,
212 s., 25.000 nüsxə.
3. Aqata Kristi. Mavi qatarın sirri (ingilis dilin ‐
dən tərcümə). Bakı, «Sa bah» nəşriy yatı, 1995,
248 s., 2.500 nüs xə. 
4. Prof. İrəc Parsinecad. M.F.Axundzadənin
ədəbi‐tənqidi (ingilis dilindən tərcümə). «Әdə ‐
biyyat qəzeti», 23.12.1994, 6.01.1995, 13.01.1995;
«Azərbaycan» jurnalı №2, 2012, Q.Paşayev
«Seçilmiş əsərləri». C.VII, 2012.
237


Professor Qəzənfər Paşayevə
həsr olunmuş əsərlər:
1. Hüseyn Kürdoğlunun «Tovuzum mənim –
oğuzum mənim» (poema). Bakı, «Elm», 1998,
108 s., 1000 nüsxə.
2. Bu sevda  ölüncədi. Bakı, «Oskar», 2001, 1000
nüsxə. Tərtibçilər: Prof. Xatirə Bəşi 
ro 
va,
Sədaqət Hüseynova.
3. İraq bizə  iraq deyil. «Bakınəşr», 2002, 64 s.,
1000 nüsxə. 
4. Ömrün əbədiləşən illəri. Bakı, «Təhsil», 2012,
672 səh., 500 nüsxə.
5. Kərkük sevdalı elm adamı. Bakı, «Təhsil»,
2013, 232 səh., 250 nüsxə.
6. Prof. Qəzənfər Paşayev – 75. «Elm və təhsil»
nəşr., 2013, 84 səh., 150 nüsxə.
7. Prof. Qəzənfər Paşayev. Biblioqrafiya, «Təh sil»,
2013, 240 səh., 300 nüsxə. Tərtib edəni: İsmət
Səfərov.
8. Vaqif İsaqoğlu. Mənalı ömrün dastanı (poe ma).
Bakı, 2014, 96 səh., 300 nüsxə.
9. Dr.Hüseyn Soytürk. Әbədi şəxsiyyət Qəzənfər
Paşayevin həyat və yaradıcılığı. Farsca və Azər ‐
 baycanca. Tehran, 2014, 280 səh., 1000 nüsxə.
238



240












x






Бядии вя техники редактору Абдулла Ялякбяров
Компцтер тяртибатчыlarы Мяляк Шимшек, Aqil Ямращов
Корректору Цлкяр Шащмурадова
Чапа имзаланмышдыр 26.10.2015. Каьыз форматы 60х84 
1
/
16
.
Офсет чапы. Физики чап вяряги 16. Сифариш 117. Тираж 200.
«Tяhsil Nяшriyyat-Poliqrafiya» мцяссисясинин 
мятбяясиндя чап олунмушдур.
Бакы, АЗ 1052, Фятяли хан Хойски кцч., 121
A
Тел.:(+994 12) 567-81-28/29; Факс: (+994 12) 567-82-68
Е-маил: info@tahsilnp.ъом
Гязянфяр Пашайев
ƏDƏBİ MƏKTUBLAR
Бакы, «Tяhsil», 2015.

Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə