Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   2   3   4   5   6   7   8   9   ...   41

22
«Әdəbi məktublar» ədəbi prosesdə yeni ol‐
masa da, professor Qəzənfər Paşayevin ya ‐
radıcılığı ilə yeni mahiyyət qazanır; tənqidin
bu formasının janr zənginliyini təmin etdiyi
kimi, həm də mətnə bir hərəkətlilik, canlılıq
qazandırır. Bu məktubların fikir, ifadə lako ‐
nikliyi, hadisələrə münasibətin çevikliyi, dil və
üslubunun mütəhərrikliyi onu deməyə əsas
verir ki, Qəzənfər Paşayev bir ədəbiy yat şünas,
folklorşünas və ziyalı kimi cəmiyyəti, ədəbi
cameəni düşündürən problemləri həll etmək
yolunda «Әdəbi məktublar»ını əbədi məktub ‐
lara çevirə bildiyi kimi, bizi də bu mövzu və
problematika ətrafında düşündürə bilir. Bizə
belə gəlir ki, müəllifin bir sənətkar, ədəbiy ‐
yatşünas kimi xoşbəxtliyi də elə bundadır. 
Bədirxan ӘHMӘDLİ,
professor


_________________
* Bax: «Azərbaycan müəllimi» qəzeti, 18.07.1980; Qə zən fər
Paşayev. Seçilmiş əsərləri, IV cild, 2012, səh. 209–214.
23
ŞAİR NӘRİMAN HӘSӘNZADӘYӘ
AÇIQ MӘKTUB*
Hörmətli Nəriman müəllim!
Bu günlərdə «Yazıçı» nəşriyyatının burax ‐
dığı «Sən bağışladın» kitabınızı oxudum və
sevindim. Ona görə sevindim ki, yeddi çap
vərəqi həcmində olan bu kitab məni dünya ‐
nın 7 iqlim qurşağına səyahətə sövq etdi və
dərindən‐dərinə düşündürdü. Bu, bir həqi ‐
qət dir ki, informasiyanın aşıb‐daşdığı bir za‐
manda nə hər yazılan kitabı oxumağa, nə də
onun haqqında düşünməyə vaxt qalır. Digər
tərəfdən hər oxunan kitab da adamı düşün ‐
dürmür, Sizin kitabınız isə, doğrusu, məni
düşündürdü. Çünki kitabda aşinası olduğum
hislərdən, fikirlərdən söz açırsınız. Elə götü ‐
rək «Nəğmə» şeirinizi. Nə gözəl, müqəddəs
bir məsələyə toxunubsunuz bu şeirdə! Gənc ‐
lərin tərbiyəsində, onların ana dilinin incəlik ‐
lərinə yiyələnməkdə əvəzsiz rol oynayan
«Müasir Azərbaycan dili» dərsliyinin Dövlət
mükafatına layiq görülməsi əlamətdar hadisə


24
olmaqla, ölkəmizdə milli dillərə, milli mədə ‐
niy yətlərə partiyanın, dövlətin böyük qayğı sı ‐
nın nəticəsidir. Amerikada çap olunmuş 
290 sə  hifəlik «Azərbaycan dilinin əsaslı kur ‐
su» (İndiana ştatı, 1965‐ci il) adlı kitabın 226‐cı
səhifəsində oxuyuruq: «İranda Azərbaycan
dilinin işlədilməsi rəsmi şəkildə qadağan edil ‐
diyi halda, Sovet Azərbaycanında Res publika
Elmlər Akademiyasında Dilçilik İns 
titutu
fəaliyyət göstərir. İnstitut Azərbaycan dilinin
saflığı uğrunda mübarizə aparmaqla bərabər,
dilin qrammatikasına həsr olunmuş əsaslı
kitablar və lüğətlər hazırlayıb nəşr edir».
Nəriman müəllim, İranda, kitabınızda bö ‐
yük üsyankarlıqla söz açdığınız İran şahı
Azər baycan dilini qadağan edirdi. Nə yaxşı
ki sizin gözlədiyiniz gün gəlib çatdı, arzunuz
yerinə yetdi:
Mən heç kəsin kədərinə 
şad olmadım,
Şərik oldum mən, əksinə, 
yad olmadım,
Ancaq sənin pis gününü 
gözləyirdim,


25
Mən deyirdim 
Gün olacaq, – 
Şaha da toy tutulacaq.
(«İran şahına məktub»)
Ləyaqətsizliyindən söz açdığınız, indi və ‐
tən  siz qalan o nankor insan anlamırdı ki, bu
dünya borc dünyasıdır. O, gün kimi aydın hə ‐
qi qətlərə qarşı çıxır, böyük tarixi olan bir xal qın
dilini məhv etmək istəyirdi. Ancaq anla mırdı
ki, kərküklü qardaşımız İrmaq de 
mişkən:
«Vətən torpağı kiçilib‐genişlənə bilər, tamamilə
əldən çıxa bilər, sərhədləri tükənə bilər, tarixi
təhrif oluna bilər. Hətta şan və şərəfi tapdalana
bilər, dini dəyişdirilə bilər, lakin bir şey
dəyişmir. Qalan bu tək varlıq ana dilidir».
İstər ictimai‐siyasi şeirləriniz, istər dünya
hadisələrinə münasibətiniz, onlara cavabdeh ‐
liyiniz, alim‐şair kimi gözəl fəlsəfi ümumiləş ‐
dirmələriniz, istərsə də həyatın əşrəfi olan
insana məhəbbətiniz, bəzən də nifrətiniz tə bii ‐
liyi, bəşəriliyi ilə fərqlənir. «Cavabdehəm» böl ‐
məsi altında gedən şeirlər arasında «Tər lan
bacım» və «Torpağa bu qədər mat qalma mış ‐
dıq...» kimi şeirlər Vətənə, xalqa olan də rin mə ‐
həbbətin nəticəsi kimi qiymətlən di ril məlidir.
Bu şeirləri Səməd Vurğunun «Azər baycan» və


«Partiyamızdır» şeirlərini han 
sı hiss, hansı
qürur, hansı məhəbbətlə oxu  muşamsa, eləcə
oxumuşam. Bu hissədə qəlbimi ehtizaza
gətirən «Zirvə», «Bayatı», «Qiy mət», «Ayırır»,
«Siz cəbhəyə gedəndə», «Həsənzadə», «Üzü
Bakıya» (şair Sərdar Әsə din anası yatanda üzü
Bakıya yatırmış ki, oğlu Bakıdadır. Ana mə ‐
həb bətini məhəbbət və sənətkarlıqla poeziyaya
gətiribsiniz. Ürə yi niz və qələminiz var olsun!)
və s. kimi gözəl şeirlər də vardır.
«Dünya işıqdır» bölməsində verilən şeir ‐
lər ömrün bahar çağından, ləyaqətdən, mə ‐
həb bətdən, ülfətdən söz açır. «Ziyafətdən
qa yıdan qız», «Gəlin dünya», «Tale», «Biz ki
istəyirik», «Etiraf» belələrindəndir.
Әvvəlki həvəslə döyünür 
ürək,
İndi bir həqiqət kəşf
etdim, inan.
Sevməyi kişidən öyrənmək 
gərək,
Әsl sədaqəti – ancaq
qadından.
(«Etiraf»)
«Fikir eləmə» bölməsində nəğmələr top lan ‐
mışdır. Şeirləri oxuduqdan sonra bir daha özüm
26


üçün «kəşf» etdim ki, yaxşı şeirə bəstə lənən
musiqi də yaxşı olarmış, ürəklərə yol taparmış:
Mənə üfüq boyda geniş
səmanı,
Göydə buludları, yerdə
dumanı,
Dənizdə dalğanı sən
bağışladın,
Bu hüsnü‐mənanı sən
bağışladın...
Zeynəb Xanlarovanın ifasında mahnı ada ‐
mı dərkolunmaz bir aləmə aparır.
Nəğmələrinizi oxuyanda vaxtilə Səməd
Vurğun mərhum şair Adil Babayevin şeirini
dinləyərkən dediyi: «Şair, nə incədir rübabın
sənin» sözləri qəlbimə hakim kəsildi.
«Bir qəlbdə iki hiss» bölməsindəki şeirləri
bir‐birindən fərqləndirmək çətindir. Lakin
«Rəvayət» və «Adət nədir» şeirləri öz məna ‐
sına görə xüsusi yer tutur. Mən ömrümün altı
ilini ən adi daşına, uzaq ulduzuna qədər din ‐
lə bağlı olan İraqda keçirmişəm. «Adət nə ‐
dir» şeiriniz mənə doğma olan, ürəyimin
dərinliyində gizlənən, toxunanda sızıldayan
hislərdən bəhs edir:
27


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə