Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   2   3   4   5   6   7   8   9   ...   41

Molla gəlir yas yerinə
təsbeh əlində, 
Dodaqaltı pıçıldayıb
neçə ad çəkir. 
Azərbaycan məclisində 
ərəb dilində, 
Saqqalını tumarlayıb
salavat çəkir...
Mənə bir xalq göstərin
siz yas məclisində 
Danışanı qulaq asan başa 
düşməsin.
Bəli, doğrudan da, təəssüf doğuran bir hal ‐
dır. Lakin mətləbim başqadır. Məlumdur ki,
böyük‐kiçikliyindən asılı olmayaraq, han sı bir
məclis olursa‐olsun, ona bir nəfər ağ saqqallıq
edir. Bu, İraqda da belədir. Lakin orada yas
məc lislərini aparmaq üçün xüsusi molla çağır ‐
mırlar. Məclisə gələnlərdən bir ağsaqqala həva ‐
lə edirlər ki, məclisi aparsın. Bizdə bu barədə
dözülməz vəziyyət yaran mışdır. Bəzən bilirik
ki, molla adına məclisə dəvət edilənlərdən çoxu
savadsız, keçmişi natəmiz, əməlisaleh olma yan
adamlardır. Bu nunla belə, onları yas məc li sinə
dəvət et məli oluruq. Ona görə ki, tariximizdə
möh kəm lənə biləcək bir adətimiz yoxdur.
28


Nə qədər ki alimlərimiz, ziyalılarımız ic ‐
timaiyyətin rəyi və arzusu ilə xalqımıza layiq
bir adət barədə düşünüb‐daşınmayacaqlar,
bu vəziyyət davam edəcək və siz deyən kimi:
Başqaları istehzayla
baxıb yan keçəcək,
Bizim ürəyimizdən qara 
qan keçəcək.
Kitabda «Rəsul Həmzətova məktub», «Qa ‐
dın» adlı poemalarınız yer almaqdadır. Nə
gizlədim, «Qadın» poeması axıcılığı ilə fərq ‐
lənsə də, burada ayrı‐ayrı gözəl lövhələr olsa
da, ümumiyyətlə, məni o qədər də tutmadı.
O ki qaldı «Rəsul Həmzətova məktub» poe ‐
manıza, tam qətiyyətlə deyə bilərəm ki, bu
poema yaradıcılığınızın parlaq səhifələrin ‐
dən biri kimi tarixdə qalacaq, bir şair kimi,
sizi gələcək nəsillərə tanıdacaqdır. Cənubi
Azərbaycana səyahət etmiş Rəsul Həmzətova
ürək sözlərinizi ürəyimcə demisiniz. Hislə ‐
rinizi yaxşı qələmə almısınız:
Oxudum mən «İran
silsilənizi»
Var olsun, o qələm, o 
ilham, şair.
29


30
Bu dəm «Azərbaycan 
silsilənizi», 
Oxumaq dilədim,
danmıram, şair.
Gəldiniz, gördünüz qədim 
diyarı,
O günlər tarixi
günlərdi, şair.
Göy məscid,
Urmiya,
Təbriz bazarı,
Hərəsi ayrıca əsərdi,
şair,
Sizin şeirinizi bəzərdi, 
şair.
«Uman yerdən küsərlər» – demişlər. Fikir ‐
lərinizlə tam şərikəm.
«Sən bağışladın» oxuculara gözəl hədiy ‐
yə dir. Təkcə böyüklərin deyil, gənc lə rin və
məktəblilərin tərbiyəsində də kitabda topla ‐
nan şeirlərin əhəmiyyəti az deyil.
Arzu edirəm ki, belə məzmunlu, oxucunu
düşünməyə vadar edən kitablarınızla tez‐tez
görüşək.
Qəzənfər Paşayev


_________________
* Professor Cəlil Nağıyevin «Koroğlu»nun Çin qay naq ları»
əsəri barədə mülahizələr. Bakı, 1998; Qəzənfər Paşayev.
Seçilmiş əsərləri, IV cild, 2012, s. 236–240.
31
«KOROĞLU»NU YADELLİLӘŞDİRMӘ 
CӘHDİ ӘBӘSDİR*
Hörmətli Cəlil müəllim!
Yuxusuz gecələrin, ağır zəhmətin məhsu ‐
lu olan «Koroğlu»nun Çin qaynaqları» adlı
dörd çap vərəqi həcmində araşdırmanızı və
Kamil Vəli Nərimanoğlunun «Koroğlu» das ‐
ta nına yeni baxış» adlı önsözünü diqqət və
ehtiramla oxudum. Ona görə ehtiramla deyi ‐
rəm ki, hər ikiniz neçə‐neçə sanballı tədqiqat
əsərinin müəllifisiniz. Azərbaycanda və onun
hüdudlarından kənarda tanınmış alimlər si ‐
niz. Professor Kamil Vəli haqlı olaraq Namiq
Kamal Zeybəyin əsaslı bir fikrinə arxalanır.
Doğrudan da, «Koroğlu» türk xalqlarının
ortaq mədəniyyət abidələrindəndir. O da bir
həqiqətdir ki, Azərbaycan xalqının təpədən‐
dırnağa milli olan ən məşhur, ən çox sevilən,
ən çox yayılan dastanı «Koroğlu»dur. «Kor ‐
oğ lu» elə bir abidədir ki, onun daha kamil,
daha möhtəşəm olmasında bir kərpic qoya nın
da, min kərpic qoyanın da zəhməti təq dirlə


yad edilməlidir. Zəhmətinizi təqdir edi rəm.
Bu nunla belə, əsərdə məni qane etməyən
bəzi cəhətləri də göstərmək istəyirəm. Səmi ‐
miyyətimə inanın, əgər bir insan və alim kimi
xatirinizi çox istəməsəydim, bəlkə də, bu
fikrə düşməzdim.
Hər şeydən əvvəl, özünüz də əsər boyu
«Koroğlu»nun bir türk oğlu olduğunu vur ‐
ğu ladığınız halda, yazırsınız ki, Yaxın və Orta
Şərq xalqlarının müştərək abidəsi olan «Kor ‐
oğlu» dastanı ilə bağlı əldə edilən yeni
qaynaq lar və bu qaynaqlardan doğan yeni
müla hizə lər, bu sahədə mövcud olan çoxsaylı
sabitləşmiş, daşlaşmış elmi konsepsiya və
nəzəri prinsiplərə şübhə ilə yanaşmağa
imkan verir (s. 9–10).
Qardaşım, türk xalqlarının ortaq dastanı
olan «Koroğlu»nu Yaxın və Orta Şərq xalq ‐
larının müştərək abidəsi hesab etdiyiniz mə ni
qane etmir. Burada «Koroğlu»nu yadelli ləş ‐
dirmə cəhdi aydın görünür.
Çin qaynaqlarında mənşəcə türk olan An
Lu‐Şan adlı qəhrəmanın olması məsələsini
heç kim inkar etmir. Lakin Sizin «kiçik yazı»
adlandırdığınız dörd çap vərəqi həcmində
təd qiqatınızda təsdiqinə çalışdığınız An Lu‐
32


Şanın – Rövşən – Koroğlu olması məsələsi
çox müəmmalı fikirdir. Siz bu mülahizə ləri ‐
nizlə istəsəniz də, istəməsəniz də «Koroğlu»
ilə bağlı indiyə qədər aparılmış tədqiqatların
üstünə kölgə salır, bir növ onları inkar edir ‐
siniz. Lakin «əldə edilən yeni qaynaqlar və bu
qaynaqlardan doğan yeni mülahizələr» (s. 10)
özləri dediklərinizə şübhə ilə yanaş 
ma 
ğa
imkan verir.
Cəlil müəllim, bir yandan yazırsınız ki,
dastanın bütün baş qəhrəmanlarının adları
islamaqədərki dövrlə əlaqədardır... Bu ob ‐
raz ların dastanda belə geniş yer tutması hə ‐
min əsərin («Koroğlu»nun – Q.P.) daha
qə dim – islamaqədərki dövrlərdə yaran dı ‐
ğını göstərən faktorlardan biridir (s. 83), di ‐
gər tərəfdən göstərirsiniz ki, Çin imperatoru
An Lu‐Şan – Rövşən hərəkatını yatırt maq ‐
dan ötə ri Bağdad xəlifəsinə müraciət et miş,
xəlifə də 3 minlik hərbi qüvvə gön dər mişdir
(s. 84–85). Burada açıqca məntiq sizlik özünü
göstərir.
Bundan başqa, göstərirsiniz ki, «Koroğlu»
dastanında ərəb obrazlarının mənfi qəhrə man ‐
lar kimi təsvir edilməsi, yenə VIII əsr Çin tarixi
və An Lu‐Şan hərəkatı ilə birbaşa bağlıdır.
33


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə