Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
  1   2   3   4   5   6   7   8   9   ...   57
31524

33
2
/
/
Əbülfəz  Bərəkət 
(Qasımov)
<3
ŞƏRQİN  QAPISI 
NAXÇIVAN  DİYARI
(sosial-iqtisadi  oçerk)
I  C İ L D
Рпкй*А«(Ип
İttotlıtomi
Wte2tt>fcNT KİTABXANASI
"AZƏRBAYCAN”
NƏŞRİYYATI
BAKI  -   2006


q 7  i  r
Ə  31(06)
Kitab  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin 
Elmi-Metodik  Şurasının  qərarı  ilə  nəşr  olunur.
Kitabın  metodik  rəhbəri  və  elmi  məsləhətçisi: 
ŞƏMSƏDDİN  HACIYEV
Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  rektoru, 
millət  vəkili,  iqtisad  elmləri  doktoru,  professor
Buraxılışına  məsul:
ƏLİ  HƏSƏNOV
tarix  elmləri  doktoru
Redaktorlar:
NİZAMİ  CƏFƏROV
Millət  vəkili,  AMEA-nın  miixbir  üzvii, 
fdologiya  elmləri  doktoru,  professor
MÖHSÜN  NAĞISOYLU
fdologiya  elmləri  doktoru
QAFAR  ƏLİYEV
siyasi  elmlər  namizədi
Elmi  məsləhətçilər:
CƏMİL  QULİYEV
akademik
ASƏF  NADİROV
akademik
Əbülfəz 
B ərək ət  (Q asım ov)
Ə  31(06)  Şərqin  qapısı Naxçıvan  diyarı  (sosial-iqtisadi  oçerk).  cild.  -  Bakı, 
“Azərbaycan”  nəşriyyatı,  2006  —  340  səh.
4804000000  -  031(06)
Ə 
M  670(07)  -  2006 
Sifarişlə
©  “Azərbaycan”  nəşriyyatı,  2006.
AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİ 
CƏNAB  İLHAM  HEYDƏR  OĞLU  ƏLİYEVİN 
ANDİÇMƏ  MƏRASİMİ
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
əlini  Azərbaycan  Respublikasının  Konstitusiyasının  üzə­
rinə  qoyaraq  dedi:
-  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiy­
yətlərini  həyata  keçirərkən  Azərbaycan  Respublikası­
nın  Konstitusiyasına  əməl  edəcəyimə,  dövlətin  müs­
təqilliyini  və  ərazi  bütövlüyünü  qoruyacağıma,  xalqa 
ləyaqətlə  xidmət  edəcəyimə  and  içirəm!
Sonra  Prezident  müqəddəs  Qurani-Şərifə  əl  basa­
raq  dedi:
-  Əlimi  Qurani-Şərifə  basaraq  and  içirəm,  Azərbay­
can  xalqının  əsrlər  boyu  yaratdığı  milli-mənəvi  dəyər­
lərə  və ənənələrə  sadiq  olacağam,  onları  daim  uca tuta- 
cağam!
3



Əbülfəz  Bərəkət  (Qasımov)
HÖRMƏTLİ  PREZİDENT 
CƏNAB  İLHAM  ƏLİYEVİN 
NAXÇIVAN  DİYARI  BARƏDƏ
S Ə R Ə N C A M I
Azərbaycan  Respublikasının  Prezidenti  hörmətli cənab 
İlham  Əliyevin  Naxçıvan  Muxtar  Respublikasının  80 
illik  yubileyinə  həsr olunmuş  sərəncamında  deyilir ki, 
Naxçıvan  Muxtar Respublikasının  yaradılmasının  Azər­
baycan  xalqının  həyatında  böyük  tarixi-siyasi  əhəmiy­
yətini  nəzərə  alaraq  Azərbaycan  Respublikasının  Pre­
zidenti  Heydər  Əliyev  1999-cu  il  fevralın  4-də  “Nax­
çıvan  Muxtar  Respublikasının  75  illiyinin  keçirilməsi 
haqqında”  geniş  məzmunlu  Fərman  imzalamışdı.  Fər­
mana  əsasən  yaradılmış  Dövlət  komissiyası  yubiley 
tədbirləri  hazırlayaraq  onların  həyata  keçirilməsini 
təmin  etmişdir.  Naxçıvanda  və  Azərbaycanın  başqa 
şəhər  və  rayonlarında  Naxçıvan  Muxtar  Respublika­
sının  75  illiyinə  həsr  edilmiş  çoxsaylı  yubiley  tədbir­
ləri,  o  cümlədən  elmi-praktik  konfranslar,  festival, 
müsabiqə  və  sərgilər  keçirilmiş,  “Naxçıvan  Ensiklo­
pediyasının,  digər  elmi,  ədəbi  və  publisistik  əsərlə­
rin  nəşri  təmin  edilmiş,  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  Naxçıvan  bölməsi  yaradılmış,  Naxçı-
6
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
vanın  tarixinə,  maddi  mədəniyyətinə  və  memarlıq 
məktəbinə  həsr  edilmiş  televiziya  verilişləri  hazırlan­
mış  və  sair  mühüm  işlər  həyata  keçirilmişdir.
Naxçıvan  Muxtar  Respublikasının  75  illiyinin  qeyd 
olunması  ilə  bağlı  həyata  keçirilmiş  tədbirlərin  təhlili 
göstərir  ki,  olduqca  mühüm  və  səmərəli  olan  bu  işin 
davam  etdirilməsinə  ehtiyac  vardır.  Ermənistanın  apar­
dığı  təcavüzkarlıq  siyasəti  nəticəsində  Azərbaycandan 
qismən  təcrid  olunmuş  vəziyyətdə,  blokada  şəraitində 
yaşamaq  məcburiyyətində  qalan,  tez-tez  bədnam  qon­
şuların  ərazi  iddiaları  obyektinə  çevrilən  Naxçıvanın 
tarixinin  hələ  də  tədqiq  edilməyə  ehtiyacı  olan  səhi­
fələri  açılmalı,  Azərbaycanın  qədim  və  zəngin  tarixə, 
mədəniyyətə  və  çoxəsrlik  dövlətçilik ənənələrinə  ma­
lik  olan  bu  diyarının  tam  dolğun,  obyektiv  tarixi  xal­
qımıza,  habelə  ictimaiyyətə  olduğu  kimi  çatdırılmalı, 
erməni  siyasətçilərinin  tarixi  saxtalaşdırmaq  cəhdləri­
nə  tutarlı  cavab  verilməlidir.
7


Əbülfəz  Bərəkət  (Qasımov)
REDAKTORLARDAN
Göydə  ulu  Tanrının  mərhəmətinə,  Yerdə  ülvi,  pak 
və  müqəddəs  bir  varlığa  istinad  edərək  tədqiqatlar 
apardıq,  axtarışlar  etdik  və  nəhayət,  bu  sosial-iqtisadi 
oçerki  yazdıq.  Arzumuz  da  bu  idi  ki,  Allah  bizə  bir  o 
qədər  ömür  bəxş  etsin  ki,  doğulduğumuz,  boya-başa 
çatdığımız,  sərin  bulaqlarından  su  içdiyimiz,  təmiz 
havasını  udduğumuz  Naxçıvan  diyarı  barədə,  onun  ta­
rixi  şəxsiyyətləri  barədə  öz  ürək  sözlərimizi  qədirbi­
lən  oxucularla  bölüşə  bilək.
Şükürlər  olsun  ki,  Ulu  Tanrı  bu  fürsəti  bizə  ver­
di.  Bu  diyarda  dünyaya  göz  açmış,  bəşər  dünyasın­
da  tanınmış,  xeyirxah,  ülvi  və  nurlu  insanlar  barədə 
öz  düşüncələrimizi  çox  yığcam  da  olsa  açıqlaya  bil­
dik.
Bu  kitabın  müəllifi  “Şöhrət”  ordenli,  əməkdar  elm 
xadimi,  iqtisad  elmləri  doktoru,  professor,  Azərbay­
can  Yazıçılar  Birliyinin  üzvü,  «Qızıl  qələm»  mükafa­
tı  laureatı,  Əbülfəz  Bərəkət  (Qasımov)  çox  dəyərli 
tədqiqatlar aparmış,  Şərqin  qapısı  Naxçıvan  diyarı  ba­
rədə  ikicildlik  sosial-iqtisadi  oçerk  yazmışdır.  Bizə 
elə  gəlir ki,  qədirbilən  oxucularımız  bu  dəyərli  ensik­
lopedik  sosial-iqtisadi  oçerkin  tam  dəyərini  verəcək, 
öz  arzu  və  təkliflərini  bildirəcəklər.
8
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Oxuculara  təqdim  olunan  bu  kitab  müəllifin  şəxsi 
təşəbbüsü,  onun  ürəyinin  hökmü  ilə  qələmə  alınmış­
dır.  M üəllif haqlı  olaraq  etiraf edir ki,  o,  bu kitabı  yaz­
maya  bilməzdi.  Obrazlı  desək,  əsər  qələmlə  deyil, 
müəllifin  ürəyi  ilə,  mürəkkəb  ilə  deyil,  damarlarında 
axan  azərbaycançılıq  qanı  ilə  yazılmışdır.  Çünki  müəl­
lif  əm ək  fəaliyyətinə  başladığı  dövrdən  bu  günə  qə­
dər  öz  həmyerlilərinin  ictimai-siyasi  fəaliyyəti,  döv­
lətçiliyimizə,  xalqımıza  göstərdiyi  sədaqət  və  qayğı­
keşliyinin  canlı  şahidi  olmuşdur.
Həqiqətən  də,  kitabı  oxuyarkən  hiss  edirsən  ki, 
m üəllif çox  həssas  müşahidəçidir.  Onların  keçdikləri 
acılı-şirinli  həyat  yollarını  dərindən  öyrənir,  həmyer­
lilərimiz  xalq  qarşısında  göstərdiyi  böyük  xidmətləri 
qələmə  alır,  çox  dəyərli  ümumiləşdirmələr  aparır.
Kitabda  ümummilli  liderimiz  Heydər  Əliyevin  qlo­
ballaşma  şəraitində,  beynəlxalq  aləmdə  müdrik  siya­
sətçi  kimi  şöhrət  tapmasından,  respublikamızın  hör­
mətli  Prezidenti  İlham  Əliyevin  ulu  öndərimizin 
layiqli  varisi  kimi  çoxşaxəli  fəaliyyətindən,  mahir 
diplomatiyasından  və  idarəçilik  psixologiyasından 
canlı  dəlillərlə  söhbət  açılır.  Prezidentimizin  həyat 
yoldaşı  Mehriban  xanımın  dünya  miqyaslı  ictimai  fə­
aliyyəti,  onun  xeyirxah  qayğıları  haqqında  dəyərli 
məlumatlar  verilir.
Tanınmış  təbiət  vurğunu,  Azərbaycan  meşələrinin 
böyük  qayğıkeşi  akademik  Həsən  Əliyevin,  görkəmli 
seliksioner  akademik  Cəlal  Əliyevin,  AMEA-nm  müx­
9


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə