Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Hörmətli  Prezidentimiz  cənab  İlham  Əliyev  çox 
haqlı  olaraq  xalqımıza  bir  daha  xəbərdarlıq  edərək 
deyir:  “Azərbaycan  xalqı  imkan  verməməlidir  ki,
1992-1993-cü  illərdə  iqtisadiyyatını  dağıdan,  təbii 
sərvətlərini  talayan,  ölkəmizdə  vətəndaş  müharibəsi­
nə  başlayan,  qardaş  qanı  tökən  insanlar yenidən  haki­
miyyətə  gəlsinlər.  Bu,  Azərbaycan  xalqı,  dövlətçiliyi, 
müstəqilliyi  üçün  böyük  faciə  ilə  nəticələnə  bilər. 
Azərbaycan  xalqı  bunu  çox  gözəl  dərk  edir.  Çünki 
heç  kim  və  heç  nə  unudulmayıbdır.  O  qara  günləri 
heç  kəs  bir  də  yaşamaq  istəmir”.
Xalqın  tələbi  ilə  ikinci  dəfə  hakimiyyətə  qayıdan 
Heydər  Əliyev  respublikanı  bu  ağır  vəziyyətdən  qur­
tardı.  Ağlagəlməz  inkişaf  yolları  düşünüldü.  Neft 
amili  ön  plana  çəkildi.  Neft  amili  Azərbaycanın  uzun­
müddətli  inkişaf strategiyasının  əsasıdır.  Neft  strategiya-
80
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
sında  Azərbaycan  dövlətinin  inkişafı  ilə  əlaqədar olan 
bütün  m əsələlər  öz  əksini  tapmışdır.  Müasir  mərhələ­
də  h əy ata  keçirilən  islahatlar  keyfiyyətcə  yeni  bir 
m ərhələyə  qalxır,  respublika  iqtisadiyyatında  baş  ve­
rən  m üsbət  meyillər  daha  da  güclənir.  Dövlətimizin 
regional  siyasəti  daha  böyük  bəhrələr  verir.  Ölkəmi­
zin  Prezidenti  cənab  İlham  Əliyev  çox  haqlı  olaraq 
vurğulayır  ki,  neft  məqsəd  deyil,  vasitədir.  Bir  vasitə 
kimi  neft  amili  hesabına  əldə  etdiyimiz  nailiyyətlər 
artıq  hamıya  məlumdur.  Biz  bu  sərvət  hesabına 
üzləşdiyim iz  çox  problemləri  həll  etmişik.  Həmin 
am ildən  istifadə  edən  respublikamız  müstəqilliyinin 
ən  ç ə tin   dövrlərində  dünya  iqtisadi  sisteminə  inteq­
rasiya  etmək,  daxili,  xarici  təhlükələri  aradan  qaldır­
maq  üçün  cəsarətli  addımlar  atdı  və  bu  yaxınlarda 
xalqımız  böyük  sevinclə  əsası  Heydər  Əliyev  tərəfin­
dən  qoyulm uş  neft  strategiyasının  bəhrəsi  olan  “Əsrin 
m üqaviləsi”nin  10  illiyini  böyük  bayram  kimi  qeyd 
etdi.  C ənab  İlham  Əliyev  bütün  dünyaya  bəyan  etdi 
ki,  “Ə srin  müqaviləsi”  ilə  başlayan  Heydər  Əliyevin 
neft  strategiyasının  həyata  keçirilməsində  daha  bir 
tarixi  hadisə  qeyd  olundu:  Bakı-Tbilisi-Ceyhan  əsas 
ixrac  boru  kəmərinin  Azərbaycan  və  Gürcüstan  əra­
zilərindən  keçən  hissəsi  birləşdirildi.  Bu  böyük  tarixi 
hadisəyə  həsr  olunmuş  mərasimdə  dövlət  başçımız 
demişdir:  “Bakı-Tbilisi-Ceyhan  neft  boru  kəməri 
Azərbaycanda  1994-cü ildən başlanmış Heydər Əliyevin 
neft  strategiyasının  tərkib  hissəsidir.  On  il  bundan  əv­
81


Əbülfəz  Bərəkət  (Qasımov)
vəl,  “Əsrin  müqaviləsi”nin  imzalanmasından  sonra 
Azərbaycanda  yeni  neft  strategiyası  həyata  ke­
çirilməyə  başlandı.  Bu  müddət  ərzində  böyük  uğurlar 
qazanıldı,  böyük  m əsələlər  öz  həllini  tapdı.  A zər­
baycan  iqtisadi  cəhətdən  gücləndi.  Ölkəmizin  iqtisa­
diyyatına,  sənayesinə  milyardlarla  dollar  sərmayə  qo­
yuldu.  Bu  çox  mühüm  bir  hadisədir  və  onu  göstərir 
ki,  ölkəmizdə  gedən  proseslərə,  Azərbaycanın  gələ­
cəyinə  çox  böyük  inam  var.  Əgər bu  inam  olmasaydı, 
əlbəttə  ki,  milyardlarla  dollar  sərmayə  qoyulmazdı.  Bu 
müddət  ərzində  Azərbaycanın  neft  infrastrukturu,  de­
mək  olar  ki,  tamamilə  yeniləşdi,  yenidən  quruldu  və 
indi  dünyanın  ən  yüksək  standartlarına  cavab  verir.  İn­
frastrukturun  yaranması  və  əlbəttə  ki,  iki  neft  kəməri­
nin  -  Bakı-Novorossiysk  və  Bakı-Supsa  kəmərlərinin 
tikintisi  neft  strategiyasının  tərkib  hissəsi  idi.  Əgər 
1994-cü  il  sentyabrın  20-də  “Əsrin  müqaviləsi”  imza­
lanmasaydı,  bunların  heç  biri  mümkün  olmazdı.
Azərbaycan  öz  iqtisadi  potensialını  çox  böyük  də­
rəcədə  gücləndirə  bildi.  Bütün  bu  işləri  həll  etmək 
üçün  böyük  iradə,  cəsarət  və  uzaqgörənlik  lazım  idi. 
Azərbaycan  müstəqilliyini  əldə  etdikdən  sonra  çox 
ağır  vəziyyətdə  idi.  Ölkədə  xaos,  böhran,  hərc-mərc­
lik  hökm  sürürdü.  İqtisadiyyat  ildən-ilə  tənəzzülə 
uğrayırdı  və  demək  olar ki,  tamamilə  dağılmışdı.  Yal­
nız  və  yalnız  xalqımızın  ümummilli  lideri  Heydər 
Əliyevin  Azərbaycanda  hakimiyyətə  gəlişindən  sonra 
vəziyyət  dəyişdi,  Azərbaycan  tədricən  böhrandan  çıx­
82
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
dı.  Bütün  sahələrdə  inkişaf başlandı.  Biz  bu  gün  sizin­
lə  bu  inkişafın  nəticələrini  görürük.  Bakı-Tbilisi-Cey- 
han neft kəmərinin tikintisi  həm Azərbaycan  üçün,  həm 
Gürcüstan  üçün,  həm  də  bütün  region  üçün  çox  vacib­
dir.  Bu,  ölkəmizə  yeni  imkanlar yaradacaqdır,  xalqları­
mız  üçün  yeni  şəraitin  yaradılmasını  təmin  edəcəkdir. 
Əlbəttə  ki,  bu,  ölkələrimizə  böyük  həcmdə  maliyyə 
vəsaitinin  cəlb  olunmasına  gətirib  çıxaracaqdır».
«Ölkəmizin  Prezidenti  cənab  İlham  Əliyev  çox 
haqlı  olaraq  qeyd  etmişdir  ki,  neft  təkcə  indiki  nəsil 
üçün  deyil,  gələcək  nəsillər  üçün  də  xidmət  etməli­
dir.  Bu  məqsədlə  Dövlət  Neft  Fondu  yaradılmışdır.
Ölkə  başçısının  idarəçiliyində  diqqəti  cəlb  edən  cə­
hət həm  də budur ki,  o,  uğurlarımızı,  dövlətimizin  möh­
kəmləndirilməsini  iqtisadiyyatımızın  kompleks  halda 
inkişafında  görür.  Neft  amilinə  yüksək  əhəmiyyət  ver­
məklə  yanaşı,  başqa  sahələrin  də  inkişafına  böyük əhə­
miyyət  verir.  Bu  belə  də  olmalıdır.  Çünki  ölkənin 
müdafiə  qüdrətini,  əhalinin  ərzaq  və  ekoloji  təhlükəsiz­
liyini  təmin  etmək,  işsizlik  və yoxsulluğu  aradan  qaldır­
maq,  inkişafda  olan  nəslin  təhsilini,  mədəniyyətini,  in­
cəsənətini  yüksəltmək  üçün  bütün  sahələrin  kompleks 
inkişafına  xüsusi  əhəmiyyət  vermək  çox  vacibdir.
Respublikamızın  Prezidenti  İlham  Əliyev  çox  düz­
gün  olaraq  vurğulayır  ki,  əldə  etdiyimiz  uğurların 
səbəbi  heç  də  əsasən  neft  amili  deyildir.  Axı,  neft 
hasil  edən  bir  çox  ölkələrdə  iqtisadiyyatın  birtərəfli 
inkişafı  çox  ağır  nəticələr  vermişdir.
83


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə