Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   2   3   4   5   6   7   8   9   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
imkan  verir.  Bütün  bunlar  qədim  Naxçıvan  diyarının 
torpağının,  suyunun  və  iqliminin  sirli  olmasını  təsdiq­
ləyir.
Muxtar  Respublikanın  emal  müəssisələrinin  isteh­
sal  etdikləri  qoz,  gül,  qovun,  tut  mürəbbələri  dünya 
bazarında  şöhrət  qazanır.  Ev  şəraitində  hazırlanan  ba­
dımcan  və  qarpız  mürəbbələri  də  süfrələri  bəzəyir.
Muxtar  Respublikada  barama  emalı  sənayesinin  is­
tehsal  etdiyi  ipək  və  ondan  toxunan  parçalar  dünyada 
şöhrət  tapır.  Ordubad  ipəyi  hələ  XVI  əsrdə  Marsel, 
Venetsiya,  Amsterdam  və  Avropanın  digər  şəhərləri­
nə  ixrac  olunur  və  böyük  gəlir  gətirirdi.
Muxtar  Respublikanın  Duz  dağı  da  ona  dünya  şöh­
rəti  qazandırır.  Burada  istehsal  edilən  xörək  duzu 
yüksək  keyfiyyətə  malikdir.  Buradakı  Duz  dağının  al­
tı  həm  də  çox  böyük  müalicə  ocağıdır.
Eyni  sözləri  yeraltı  mədən  suları  barədə  də  demək 
olar.  Badamlı,  Sirab  və  digər  bu  kimi  mineral  sular 
milyonlarla  insanın  süfrəsini  zənginləşdirir  və  insan­
lara  sağlamlıq,  gümrahlıq  bəxş  edir.  Bu  mineral  sula­
rın,  xüsusilə  Sirabın  mədə-bağırsaq  xəstəliklərinin 
müalicəsində  böyük  rolu  vardır.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  təşəbbüsü 
və  böyük  əməyi  sayəsində  Muxtar  Respublikada  hə­
yata  keçirilən  iqtisadi  islahatlar,  xüsusilə  ictimai  tə­
sərrüfatların  fəaliyyətinə  xitam  verilməsi,  torpaqların 
və  əmlakın  özəlləşdirilməsi,  xüsusi  mülkiyyətə  əsas­
lanan  təsərrüfat  formalarının  təşkili  aqrar-sənaye
16
3
3
*
/
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
kompleksinin  sosial-iqtisadi  potensialından  səmərəli 
istifadə  etməyə  real  zəmin  yaratmışdır.
Qədim  Naxçıvan  diyarı  təkcə  yeraltı  və  yerüstü 
zəngin  sərvətlərilə  deyil,  həm  də  nadir  istedadları,  ta­
rixi  şəxsiyyətlərilə  də  dünyanın  diqqətini  özünə  cəlb 
edir.  Bəşəriyyəti  heyrətə  gətirən  Əcəmi  memarlığı, 
Tusi  astronomiyası,  Hüseyn  Cavid  poeziyası,  Cəlil 
Məmmədquluzadə  satirası,  M.S.Ordubadinin  romanti­
kası,  Yusif Məmmədəliyevin  kimyası  Naxçıvan  diya­
rına  böyük  şan-şöhrət  gətirmişdir.
Bu  dühalara  söykənən  tarixi  şəxsiyyətlər  elmin 
bütün  sahələrində  möcüzələr  yaratmışlar.  Bu  diyarın 
sakinləri:  alimlər,  diplomatlar,  siyasi  xadimlər,  hərbi 
sərkərdələr,  yazıçılar,  şairlər,  jurnalistlər,  tarixçilər, 
filosoflar,  həkimlər,  hüquqşünaslar,  iqtisadçılar, 
mühəndislər,  artistlər,  rəssamlar öz  bilikləri,  fitri  iste­
dadları,  dünyagörüşləri  ilə  bəşəriyyətin  diqqətini  cəlb 
etmişlər.
XX  əsrdə  Naxçıvan  diyannın  bəşəriyyətə  bəxş  etdiyi 
ən  böyük  dühalardan  biri  ümummilli  liderimiz  Heydər 
Əliyevdir.  Yaşadığımız  əsrin  əvvəllərində  Naxçıvanda 
Əlirza  kişinin  ailəsində  dünyaya  göz  açan,  qırx  beş  ya­
şından  başlayaraq,  otuz  beş  il  Azərbaycana  yanar  bir 
ürəklə  rəhbərlik  edən,  keçmiş  SSRİ  kimi  nəhəng  bir 
dövlətə  məharətlə  başçılıq  edənlərdən  biri  olan,  iki  də­
fə  Sosialist  Əməyi  Qəhrəmanına,  1999-cu  ildə  isə  Ata­
türk  Beynəlxalq  Sülh  Mükafatına  layiq  görülən  Heydər 
Əliyev  dünya  miqyasında ən böyük siyasətçi  kimi  misil-
Mar İdarəsi
PREZİDENT KİTABXANASI
17


Əbülfəz  Bərəkət  (Qasımov)
siz  nüfuz  qazanmış,  öz  nadir  istedadı  ilə  xalqına  və 
bütövlükdə  bəşəriyyətə  böyük  şöhrət  gətirmişdir.
Ümummilli  liderimiz  Heydər  Əliyev  XXI  əsrin  as­
tanasında  sülh  və  əmin-amanlıq  dünyasının  bərqərar 
olması  və  insanların  sosial-iqtisadi  həyatının  çiçək­
lənməsi  naminə  kəşf  etdiyi  iki  tərəqqi  yolu:  «Əsrin 
neft  kontraktı»  və  «İpək  Yolunun  bərpası»  onun  ta­
leyində  sönməz  ulduz  kimi  daim  parlayacaqdır.  Azər­
baycanı  bəşəriyyətin  uca  zirvəsinə  qaldırmaq,  onun 
günəş  kimi  parlamasına  nail  olmaq,  sülh  və  əmin- 
amanlığını  təmin  etmək  və  həyatını  fıravanlaşdırmaq 
üçün  əbədi  dirçəliş  yollarıdır.
Bütün  bunlar ümummilli  liderimiz  Heydər Əliyevin 
XXI  əsrin  astanasında  göstərdiyi  ən  böyük  bəşəri  və 
danılmaz  xidmətlərdir.
Əlirza  kişinin  gəlini,  Heydər  Əliyevin  həyat  yolda­
şı  akademik  Zərifə  Əliyeva  görkəmli  oftalmoloq  kimi 
neçə-neçə  gözləri  nurlandırmış,  insanlara  xoşbəxt 
həyat  və  səadət  bəxş  etmişdir.
Əlirza  kişinin  nəvəsi,  ümummilli  liderimiz  Heydər 
Əliyevin  oğlu,  hazırda  respublikamızın  Prezidenti, 
hörmətli  cənab  İlham  Əliyev  dünyada  yetkin  bir  şəx­
siyyət  kimi  tanınır.  Onun  həyat  yoldaşı  Mehriban 
Əliyeva  Heydər  Əliyev  Fondunun  prezidentidir.
Əlirza  kişinin  qız  nəvəsi,  cənab  Heydər  Əliyevin 
qızı  Sevil  Əliyeva  Azərbaycan  Qadınlar Cəmiyyətinin 
yaradıcısı,  qayğıkeşi  ictimai  xadim  kimi  böyük  hör­
mət  qazanmışdır.
18
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Əlirza kişinin digər ailə üzvləri:  akademik Həsən Əli­
yev  torpaqşünaslıq;  Azərbaycan  Milli  Məclisinin  üzvü, 
akademik  Cəlal  Əliyev  ümumi  biologiya;  əməkdar  elm 
xadimi,  professor,  Azərbaycan  MEA-nın  müxbir  üzvü, 
Beynəlxalq  Akademiyanın  akademiki  Aqil  Əliyev  iqti­
sad  elmi;  Hüseyn  Əliyev  rəssamlıq;  əməkdar  elm  xadi­
mi,  professor  Rəfiqə  Əliyeva və  əməkdar müəllimə  Şə­
fiqə  Əliyeva  kimya  elmi  sahəsində  bir  pedaqoq  kimi 
böyük  fəaliyyət  göstərir,  ixtisaslı  mütəxəssis  kadrların 
hazırlanmasında  fəal  iştirak  edirlər.
Naxçıvan  diyarında  bir  neçə  alimi  olan  çoxlu  ailə­
lər vardır.  Lakin  elə  bir  ailə  çətin  tapılar ki,  Əlirza  ki­
şinin  ailəsi  ilə  müqayisə  olunsun,  bəşər  dünyasına  bu 
qədər  nadir  istedadlar,  müdrik  şəxsiyyətlər  bəxş  et­
sin.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  həyat  fəa­
liyyətini  əks  etdirən  çoxlu  əsərlər  yazılmış,  filmlər 
çəkilmiş,  saysız-hesabsız  şeirlər  qoşulmuşdur.  Həmin 
şeirlərin  birində  deyilir:
Tanıtdın  dünyaya  Azərbaycanı,
El sənə yar  oldu,  sən  elə  həyan.
Ağlın  heyran  etdi  dövrü,  zamanı,
Səni  alqışladı  Yer,  Göy,  Asiman.
Bu  misralar  milyonlarla  insanın  ürək  duyğularının 
ifadəsi  kimi  səslənir.
Tədqiqat  zamanı  əmin  olduq  ki,  qədim  Naxçıvan 
diyarının  keçmişini,  bu  gününü  və  sabahını  hərtərəfli
19


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə