Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   2   3   4   5   6   7   8   9   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
və  dərindən  öyrənmək  üçün  ümman  bilik  və  tam  b ir 
ömür  gərəkdir.  Əminik  ki,  bu  diyarın  tarixi,  keçdiyi 
mətin  mübarizə  yollan,  ədəbiyyatı,  mədəniyyəti,  in c ə­
sənəti  və  onun  hərbi  qüdrəti,  qəhrəman  sərkərdələ­
rinin  məharəti  və  şücaəti  hərtərəfli  və  dərindən  tə d ­
qiq  ediləcək,  Dədə-Qorquddan  üzü  bəri  çoxlu  «sirli 
xəzinələr»  açılacaq,  dərin  axtarışlar  aparılacaq,  sıldı­
rım  qayalar  üzərində  həkk  olunmuş  yazılar  oxunacaq 
və  sanballı  əsərlər  yazılacaqdır.
M üəllif etiraf edir  ki,  qədim  Naxçıvan  diyarı  deyi­
lən  bir  okeanın  dərinliklərindən  bir  damla  götürmüş, 
onun  da  içində  boğulub  qalmışdır.
Əziz  oxucu!  Heç  nəyi  sirr  saxlamaq  istəmirik.  Hər 
şeyi  açıq-saçıq,  bildiyimiz,  gördüyümüz,  dərk  etdiyi­
miz  kimi  şərh  etmək  istəyirik.
NAXÇIVAN  D İYARININ  KEÇMİŞİNƏ  NƏZƏR 
SALDIQ,  SANKİ  ZİRVƏSİ  GÖRÜNMƏYƏN,  ƏZƏ­
MƏTLİ BİR  DAĞA  BOYLANDIQ!
BU   GÜNÜNƏ  VARDIQ.  MƏTİNLİYİNƏ,  ƏYİL- 
MƏZLİYİNƏ,  DÖZÜMLÜLÜYÜNƏ,  İŞGÜZARLILI- 
ĞINA,  TƏRƏQQİSİNƏ  HEYRAN  QALDIQ!
SABAHINA  NƏZƏR  SALDIQ.  YAŞADIĞIMIZ ƏSRİ 
XƏYALIMIZDA  CANLANDIRDIQ.  XARÜQƏLƏR, 
FİRA VANLIQLAR,  GÖZƏLLİKLƏR  DÜNYASININ 
SEYRİNƏ  DALDIQ,  BƏŞƏRİ  ARZULARLA  YAŞA­
DIQ.
20
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
21


Əbülfəz  Bərəkət  (Qasımov)
HEYDƏR  ƏLİYEV  -   MÜSTƏQİL 
AZƏRBAYCANIN  MEMARI
İki  dəfə  Sosialist Əməyi  Qəhrəmanı  adma,  general- 
mayor  rütbəsinə,  Beynəlxalq  Atatürk  Sülh  Mükafatı­
na  layiq  görülmüş,  dünya  şöhrətli,  müdrik  və  uzaq­
görən  siyasətçi,  ümummilli  liderimiz  Heydər  Əlirza 
oğlu  Əliyev  10  may  1923-cü  ildə  Naxçıvan  şəhərin­
də  anadan  olmuşdur.
Naxçıvan  Pedaqoji  Texnikumunu  bitirdikdən  sonra, 
1939-1941-ci  illərdə  M.Əzizbəyov  adma  Azərbaycan 
Sənaye  İnstitutunda  oxumuşdur.  1941-ci  ildən  Naxçı­
van  Muxtar  Respublikasının  Xalq  Daxili  İşlər  Komis­
sarlığında,  Xalq  Komissarları  Sovetində  şöbə  müdiri 
vəzifəsində  çalışmışdır.
1944-cü  ilin  mayında  Heydər  Əliyev  dövlət  təh­
lükəsizliyi  orqanlarında  işləməyə  dəvət  olunmuşdu.
1957-ci  ildə  Azərbaycan  Dövlət  Universitetinin  ta­
rix  fakültəsini  bitirmişdir.  1964-cü  ildə  Azərbaycan 
Respublikası  Nazirlər  Sovetinin  yanında  Dövlət 
Təhlükəsizliyi  Komitəsi  sədrinin  müavini,  1967-ci  il­
də  isə  sədri  vəzifəsinə  irəli  çəkilmiş  və  ona  general- 
mayor  rütbəsi  verilmişdir.
1969-cu  il  iyulun  14-də  Azərbaycan  Kommunist 
Partiyasının  Mərkəzi  Komitəsinin  birinci  katibi  seçil­
mişdir.  Bu  məsul  vəzifədə  çalışdığı  zaman  Siyasi 
Büro  üzvlüyünə  namizəd,  SSRİ  Ali  Sovetinin  deputa-
22
BƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
23


Əbülfəz  Bərəkət  (Qasımov)
tı  və  SSRİ  Ali  Sovetinin  İttifaq  Sovet  sədr  m üavini 
seçilmişdir.  Bir  çox  orden  və  medallarla  təltif  o lu n ­
muşdur.
Respublikamıza  rəhbərlik etdiyi  illərdə  cənab  H eydər 
Əliyev  öz  istedadını  daha  geniş  büruzə  verdi.  Hər  c ü r  
çətinliklərə  sinə  gərərək,  həyatımızın  bütün  sa h ə lə ­
rində  ciddi  keyfiyyət  dəyişiklikləri  apardı,  qurub-ya­
ratdı,  böyük  nüfuz  qazandı.
Azərbaycan  müttəfiq  respublikalar  içərisində  ə n  
görkəmli  yerə  çıxdı.  Neft  sənayesi,  tikinti,  nəqliyyat, 
kənd  təsərrüfatı,  kommunal  təsərrüfatı,  məişət,  s ə ­
hiyyə,  maarif,  mədəniyyət,  incəsənət,  təhsil,  elm  v ə  
digər  sosial-iqtisadi  sahələrdə  az  bir  müddətdə  böyük 
tərəqqi  baş  verdi.
70-80-ci  illərdə  biz  hamımız  respublika  rəhbərinin 
təşkilatçılıq  məharətinin,  uzaqgörənliyinin,  dərin  tə ­
fəkkürə  malik  olmasının,  tələbkarlıq  və  prinsipiallığı­
nın  şahidi  olduq.  O,  yorulmaq  bilmədən  çalışırdı.  Əldə 
edilmiş  nailiyyətlərlə  irəliyə,  tərəqqiyə  doğru  atılmış 
nəhəng  addımlarla  əsla  kifayətlənmirdi.  Respublikamı­
zın  gələcək  inkişafı  naminə  yeni-yeni  proqnozlar verir, 
perspektiv  planlar  işləyib  hazırlayırdı.  Çalışırdı  ki, 
Azərbaycan  «qara qızıl»,  «ağ  qızıl»,  «üzümçülük»,  «fa­
raş  tərəvəzçilik»  diyarı  kimi  İttifaqda  şöhrət  qazansın. 
Azərbaycan  müalicə,  kurort  diyarı  kimi  dünyaya  səs 
salsın.  Naftalan,  Duz  dağı,  İstisu,  Badamlı,  Sirab  mine­
ral  su  mənbələri  xalqın  istifadəsinə  verilsin,  şəfa  oca­
ğına  çevrilsin.
24
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Ulu  öndərimizin  arzularının  bir  çoxu  hələ  o  zaman 
vüsala  yetdi.  Fəaliyyətsiz  neft  buruqları  fəvvarə  vur­
du.  Ucsuz-bucaqsız  «ağ  qızıl»  tarlalarının  şöhrəti 
bütün  dünyaya  yayıldı.  Respublikamızda  istehsal  olu­
nan  pambıq  mahlıcı,  ipək  neçə-neçə  xarici  ölkələrə 
qiymətli  xammal  kimi  ixrac  olunmağa  başlandı. 
Üzüm  plantasiyalarımız  mavi  okeanları  xatırlatdı. 
Azərbaycanın  kəhrəba  üzümü,  ətirli  çayı,  faraş  tərə-
25


ƏbiUfaz  Bərəkət  (Qasımov)
vəzi  və  yüksək  keyfiyyətli  şərabları  milyonların 
süfrəsini  bəzədi.
Heydər  Əliyev  cənablarının  islahatçılıq  məharəti 
hələ  o  zaman  gözəl  bəhrələr  verirdi.  Onun  dərin  tə­
fəkkürü,  islahatçılıq  məharəti  respublikamızı  bir  çox 
ölkələr  üçün  nümunəyə,  örnəyə  çevirdi.
Elmi-texniki  tərəqqinin  nailiyyətləri,  sözün  həqiqi 
mənasında,  novatorluq  əsasında  məhsul  istehsalını  ar­
tırmaq,  keyfiyyətini  yaxşılaşdırmaq,  satış  qiymətlərini 
aşağı  salmaq  və  beləliklə,  xalqın  maddi  rifahını  yaxşı­
laşdırmaq  respublika  rəhbərinin  həyat  amalına  çevrildi.
Keçmiş  İttifaqın  şimal  şəhərlərinin  əhalisi  Lənkə­
ran-Astara  bölgəsində  yetişdirilən  faraş  tərəvəzdən,
26
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Qazax-Gəncə  bölgəsinin  şirin  süfrə  üzümündən,  Qu- 
ba-Xaçmaz  bölgəsinin  dadlı  meyvəsindən  bəhrələnir, 
Azərbaycan  torpağının  bərəkətinə  heyran  qalırdı.  Res­
publika  rəhbərinin  təsərrüfatı  idarə  etmək  məharəti­
nə  maraq  get-gedə  daha  çox  artırdı.  Axı,  torpaq,  su, 
Günəş,  insanlar  Azərbaycanda  həmişə  olmuşdur.  De­
məli,  rəhbər  amili  çatışmırdı.  Bolluq,  firavanlıq  yarat­
maq  naminə,  torpaq  və  su  ehtiyatlarından,  işçi  qüvvə­
sindən  və  texnikadan  tam  və  səmərəli  istifadə  etməyi 
bacaran  yaradıcı,  təşəbbüskar,  qətiyyətli,  cəsarətli 
idarəedici,  təşkilatçı  rəhbər  lazım  idi.
Respublika  rəhbərinin  iqtisadi  təfəkküründən  vul­
kan  kimi  püskürən  novatorluq  əhvali-ruhiyyəsi  ildırım
27


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə