Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   2   3   4   5   6   7   8   9   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
sürətilə  başqa  respublikalara  yayılır  və  geniş  əks-sə­
da  doğururdu.
Respublika  rəhbəri  öz  qarşısına  qoyduğu  qlobal, 
həyati  əhəmiyyət  kəsb  edən  problemləri  həll  etmək 
üçün  bir tərəfdən  onların  vacibliyini,  zəruriliyini,  mil­
li  iqtisadiyyatımızın  dirçəlişi,  insanların  maddi-rifahı­
nın  yaxşılaşdırılması  üçün  böyük  əhəmiyyətə  malik 
olmasını  öz  xalqına  aşılamalı  idi,  digər  tərəfdən  isə 
Moskvanı  inandırmalı  idi  ki,  həmin  problemlərin  həl­
li  üçün  sərmayə  qoyuluşu  ayırmağa  dəyər  və  bu 
bütövlükdə  ölkənin  ümumi  mənafeyinə  uyğundur.
O  zaman  mərkəzin  rəhbər  təşkilatlarında  -  Dövlət 
Plan  Komitəsində,  Dövlət  Təchizat  Komitəsində,
28
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Kənd  Təsərrüfatı  Nazirliyində,  Su  Təsərrüfatı  və  Me­
liorasiya  məsələləri  ilə  məşğul  olan  idarələrdə yüksək 
vəzifələr  tutmuş,  Azərbaycanı  görmək  istəməyən  er­
mənilərə  həmin  qərarları  təsdiq  etdirmək  respublika­
nın  rəhbərindən  xüsusi  səriştə  və  bacarıq  tələb  edirdi.
Amma  bu  da  bir həqiqətdir  ki,  yüksək  vəzifə  tutan 
heç  bir  erməni  nümayəndəsi  Heydər  Əliyev  fenome­
ninə  qarşı  çıxa  bilmirdi.
Tarixən  az  bir  dövrdə  mərkəzdə  də,  respublikada 
da  hiss  olundu  ki,  cənab  Heydər  Əliyevin  fitri  isteda­
dı,  qurub-yaratmaq  və  idarəçilik  məharəti  Azərbayca­
na  sığmır.  O,  böyük  miqyasda  fəaliyyət  göstərməklə
29


Əbülfəz  Bərəkət  (Qasımov)
30
daha  böyük  fayda  verə  bilər.  Qısqanclıq,  gözü  götür- 
məzlik  nə  qədər  güclü  olsa  da,  Heydər  Əliyevin  fitri 
bacarığına  ölkə  miqyasında  yaranmış  tələbat  miskin 
bədxahların  iradəsini  qırdı.  Sağlam  fikirli  insanların 
iradəsi  çin  oldu.  O,  Moskvaya  dəvət  olundu,  Sovetlər 
İttifaqında  ən  məsul  vəzifələrdən  birinə  təyin  olundu. 
Fəaliyyət  dairəsi  bir  ümmana  çevrildi.  Səlahiyyətləri 
xeyli  artdı.  Lakin  sən  demə,  bu  yeni  aləmin  də  bizə 
bəlli  olmayan  öz  məşəqqətləri,  öz  ziddiyyətləri  var­
mış.  Kremlin,  Siyasi  Büronun  konfliktləri  daha  güclü, 
daha  təhlükəli  imiş.  Axı,  kommunist  rejiminin  hökm
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
31


•V
J
Əbülfəz  Bərəkət  (Qasımov)
sürdüyü  70  il  ərzində  ilk  dəfə  idi  ki,  Azərbaycan  ö v ­
ladına  Sovet  İttifaqı  Nazirlər  Soveti  sədrinin  birinci 
müavini,  Sov.İKP  MK-nın  Siyasi  Bürosunun  üzvü  k i­
mi  yüksək  bir  vəzifə  etibar  edilmişdi,  ona  böyük  s ə ­
lahiyyətlər  verilmişdi.
İstedadlı  və  bacarıqlı  bir  təşkilatçının  belə  bir  y ü k ­
sək zirvəyə  qalxması  çoxlarını  qorxuya,  vahiməyə  sa­
lırdı.
Bütün  bunlara  baxmayaraq,  tale  artıq  öz  hökmünü 
vermişdi.  Heydər  Əliyev  artıq  Moskvada  fəaliyyətə 
başlamışdı.  Azərbaycanın  torpağını,  dağını,  daşını,  ən 
başlıcası  isə  insanlarını  qəlbən  sevən,  gecə-gündüz 
onların  qayğıları  ilə  yaşayan  rəhbər üçün  bu  nə  qədər
32
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
çətin  olsa  da,  alın  yazısının  qarşısına  çıxmaq  mümkün 
olmamışdı.
Qərbin  sovetoloqları  mənşəyi  türk  olan  bir  şəxsiy­
yətin  Sovet  İttifaqında  belə  bir yüksək  vəzifəyə  seçil­
məsini  geniş  açıqlayır  və  özlərinin  müxtəlif  mülahi­
zələrini  söyləyirdilər.
Heydər  Əliyevin  İttifaq  miqyasında  rəhbər  vəzi­
fəyə  irəli  çəkilməsi  Yuri  Andropovun  ona  olan  etiba­
rından,  möhkəm  inamından  irəli  gəlmişdi.  Yuri  Andro­
pov  həlo  1965-ci  ildən  Heydər  Əliyevin  bacarıqlı  təş­
kilatçı,  prinsipial,  vətənpərvər,  insanpərvər,  qayğıkeş, 
sədaqətli  bir  şəxsiyyət  olmasını  duymuşdu.  Heydər 
Əliyevin  bu  insani  keyfiyyətlərinin  dəyişməz  olması­
nı,  görünür  ki,  Yuri  Andropov  dəfələrlə  sınaqdan  ke­
çirmişdi.  Bu  məsələlərdən  bəhs  edən  İrfan  Ülkün
33


Əbülfəz  Bərəkət  (Qasımov)
«Qızıl  ulduzdan  hilala  doğru»  əsərində  yazır  ki,
1982-ci  ilin  noyabrında  Sov.  İKP  MK-nın  baş  katibi
L.İ.Brejnev  uzun  sürən  xəstəlikdən  sonra  vəfat  etdi. 
Onun  yerinə  keçmiş  Sovet  İttifaqı  dövlət  təhlükəsiz­
lik  naziri  Yuri  Andropov  seçildi.  Ölkəyə  rəhbər  seçi­
lən  kimi  Y.Andropov  Heydər  Əliyevə  demişdi:  «Mə­
nim  sənə  ehtiyacım  var.  Sənin  həmişəlik  Moskvada 
qalmağını  istəyirəm».
Heydər  Əliyev  isə  bildirmişdi  ki,  Azərbaycan  mə­
nim  üçün  ayrıla  bilmədiyim  bir diyardır.  Azərbaycan­
dan  ayrılmaq...  Çox  sevdiyim  məmləkətdə  daha  yaşa­
mamaq...  bu,  mənim  üçün  dözülməz  dərd  ola  bilər...
Yuri  Andropov  bu  zaman  gülümsəyərək:  «Heydər 
Əliyev,  Azərbaycan  artıq  sənə  dar  gəlir.  Moskvada 
sənə  ehtiyac  duyulur»,  -  demişdi.
34
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Tarixin  sınaqlarından  çıxa  bilməyən,  köhnəlmiş, 
ömrünü  başa  vurmuş  rəhbərlik  metodlarını  dəyişdir­
mək,  ölkəni  elmi-texniki  tərəqqinin  nailiyyətləri  əsa­
sında  idarə  etmək,  onu  dünyanın  sivil  dövlətləri  sə­
viyyəsinə  çatdırmaq  barədə  Heydər  Əliyev  ideyaları­
nın  daha  geniş  miqyasda  həyata  keçirilməsi  üçün  şə­
rait  yarandı.
Əgər  xatırlasaq  ki,  «reforma»-latın  sözü  olmaq  eti­
barilə  yaxşılığa,  tərəqqiyə  doğru  irəliləmək,  addımla­
maq  deməkdir,  onda  tam  aydın  olar  ki,  Heydər  Əliyev 
özünün  bütün  həyatını  bu  bəşəri  və  xeyirxah  işə  həsr 
etmiş  və  gözəl  uğurlar  qazanmışdır.  Heydər  Əliyevin
35


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə