Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   49   50   51   52   53   54   55   56   57

Əbülfəz  Bərəkət  (Qasımov)
əsasən  nümayəndə  heyətinin  sədri  kimi  işgüzar  gö­
rüşlərdə  iştirak  etmişdir.  2003-cü  ilin  sentyabrın  birin­
ci  ongünlüyündə  Tailandın  paytaxtı  Bankonqda  BMT- 
nin  Asiya və  Sakit  Okean  Ölkələri  üzrə  İqtisadi  və  So­
sial  Komissiyasının  (ESKATO)  59-cu  sessiyası  keçi- 
rilmişdir.Yer kürəsi  əhalisinin  təqribən  60%-ni  birləş­
dirən  bu  təşkilatın  tərkibinə  62  üzv  və  assosiasiya 
olunmuş  on  dövlət  daxildir.  İlk  dəfə  olaraq  Müstəqil 
Dövlətlər  Birliyinin  dövlətləri  arasında  Azərbaycan 
nümayəndəsi  BMT-nin  Asiya  və  Sakit  Okean  Ö lkələ­
ri  İqtisadi  və  Sosial  Komissiyası  (ESKATO)  59-cu 
sessiyası  sədrinin  müavini  seçilmişdir.  2004-cü  il  ap­
rel  ayının  22-28-də  Çin  Xalq  Respublikasının  Şanxay 
şəhərində  keçirilən  60-cı  sessiyasında  ikinci  dəfə 
Azərbaycan  nümayəndəsi  sessiya  sədrinin  müavini 
seçilmişdir.
Sessiyanın  iştirakçısı  bütün  bunları  ilk  növbədə 
ümummilli  liderimiz,  bütün  dövrlərin  ən  böyük  azər­
baycanlısı  Heydər  Əlirza  oğlu  Əliyevin  müdrik  daxili 
və  xarici  siyasəti  sayəsində  Azərbaycan  Respublika­
sının  dünya  birliyində  özünün  layiqli  yerini  tutması, 
sayılıb-seçilən  qabaqcıl  dövlətdən  birinə  çevrilməsi 
və  son  illərdə  Heydər  Əliyev  siyasəti  kursunun  ən  la­
yiqli  davapıçısı,  sevimli  Prezidentimiz  cənab  İlham 
Əliyevin  uğurlu  idarəçiliyi  sayəsində  yüksək  zirvələr 
fəth  etməsi  ilə  izah  edir.
Şəmsəddin  Xanbabayev  deyir:  -  Mən öz taleyimdən, 
ona  görə  razıyam  ki,  ulu  öndərimiz  Heydər  Əliyevin
3 2 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
müasiriyəm.  O,  böyük  şəxsiyyətin  rəhbərliyi  altında 
işləmişəm  və  həmişə  onun  diqqət  və  qayğısını  hiss 
etmişəm.  Ümumiyyətlə,  həyatda  az-çox  nəyə  nail  ol­
muşamsa,  bütün bunlar üçün  mən  bütün həyatım boyu 
Heydər  Əliyevə  borcluyam.  Mənim,  demək  olar  ki, 
bütün  əmək  fəaliyyətim,  həyatda  qazandığım  nailiyyət­
lər  ümummilli  liderimizin  böyük  qayğıları  sayəsində 
əldə  edilmişdir.  1991-1993-cü  illəri  xüsusilə  vurğula- 
maq  lazımdır.  Həmin  illərdə  müdrik  Heydər  Əliyev 
Muxtar  Respublika  hökumətinə  başçılıq  etməyi  mənə 
etibar  etmişdi.  Mən  o  dahi  şəxsiyyətin  rəhbərliyi  al­
tında  işləmişəm,  həmin  illəri  ömrümün  ən  şərəfli  və 
unudulmaz  dövrü  hesab  edirəm.  Gecə-gündüz  yorul­
maq  bilmədən  işləyən,  ömrünü  doğma  xalqına  həsr 
edən  hörmətli  Heydər  Əliyevdən  çox  şeyləri  öyrən­
dim.  Çox  böyük  idarəçilik  məktəbi  keçdim.  Hazırda 
ulu  öndərim  Heydər  Əliyevin  ideyalarını  həyata  keçi­
rən  fəal  bir  vətəndaş  kimi  fəxr  edirəm.
Respublikamızın  prezidenti  cənab  İlham  Əliyevin 
23  oktyabr  2004-cü  il  tarixli  fərmanı  ilə  Ş.S.  Xanba­
bayev  Xaçmaz  Rayonu  İcra  Hakimiyyətinin  başçısı 
təyin  edilmişdir.  Biz  onu  ürəkdən  təbrik  edir  və  fəa­
liyyətində  böyük  uğurlar  diləyirik.
Bu  oçerki  tamamlayarkən  biz  Xaçmazda  baş  verən 
yeniliklərlə  tanış  olmağı  özümüzə  borc  bildik.  Ş.Xan- 
babayevin  İcra  başçısı  işlədiyi  az  bir  müddətdə  Xaç­
maz  rayonu  sosial-iqtisadi  baxımdan  köklü  surətdə 
dəyişmişdir.  Yerli  əhalinin  yaşayış  tərzi  xeyli  dəyiş­
3 2 3


Əbülfəz  Bərəkət  (Qasımov)
miş,  bir  çox  sosial  problemlər  həll  edilmiş,  yollar 
abadlaşdırılmış,  ürəkaçan  parklar  salınmış,  mədəni- 
məişət  guşələri  yaradılmış,  yaraşıqlı  məktəblər  tikil­
miş,  yaşayış  evləri  inşa  edilmişdir.  Cəsarətlə  demək 
olar  ki,  Şəmsəddin  Xanbabayev  çox  təşəbbüskar,  qu­
rub  yaradan,  çox  millətli  yerli  əhali  ilə  rəftar  etməyi 
bacaran,  Respublika  rəhbərliyinin  göstərişlərinin  vax­
tında  və  layiqincə  yerinə  yetirilməsində  ciddilik  gös­
tərən  icra  başçısıdır.  Biz  Şəmsəddin  Xanbabayevə  ic­
timai  və  dövlət  əhəmiyyətli  fəaliyyətində  böyük 
uğurlar  diləyirik.
Mən  bir  müəllim  kimi  cəsarətlə  deyərdim  ki,  cə­
nab  Ş.Xanbabayevin  keçdiyi  həyat  yolu  gənc  nəsil 
üçün  çox  gözəl  öyrəniləsi  məktəbdir,  paklıq,  ülvilik, 
sədaqətlilik,  müqəddəslik  qurub  yaratmaq  eşqi  hər  bir 
sağlam  düşüncəli  insanı  riqqətə  gətirir.  Arzum  budur 
ki,  bütün  bu  keyfiyyətlər,  əvəzsiz  gözəlliklər  bundan 
sonra  da  onu  müşayiət  etsin!
3 2 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
QAFAR  MƏMMƏD  OĞLU  ƏLİYEV
Qafar Məmməd oğlu Əliyev  1960-cı  il dekabrın  15-də 
Naxçıvan  Muxtar  Respublikasının  Sədərək  rayonunun 
Sədərək  kəndində  anadan  olmuşdur.  1978-ci  ildə 
Naxçıvan  şəhərində  orta  məktəbi  bitirmiş,  1979-cu  ildə 
Bakı  Dövlət  Universitetinin  kitabxanaçılıq  fakültəsinin 
əyani  şöbəsinə  daxil  olmuş,  1984-cü  ildə  oranı  bitir­
mişdir.
1984-1987-ci  illərdə  təyinatla  Naxçıvan  MR  Babək 
rayon  mədəniyyət  şöbəsi  nəzdində  mərkəzi  kitabxa­
nada böyük  redaktor  işləmişdir.  1987-ci  ildə  Naxçıvan 
Dövlət  universitetinin  elmi  kitabxanasının  direktoru 
təyin  edilmiş,  1993-cü  ilədək  həmin  vəzifədə  işləmiş, 
Universitetin 
tarix-filologiya 
fakültəsində 
dərs 
demişdir.  1992-ci  ildə  Bakı  Sosial  İdarəetmə  və  Poli- 
tologiya  İnstitutunun  qiyabi  şöbəsinə  daxil  olmuş,  1997- 
ci  ildə  oranı  fərqlənmə  diplomu  ilə  qurtararaq,  poli- 
toloq-dövlətşünas  ixtisası  almışdır.
1997-ci  ildə  Bakı  Dövlət  Universitetinin  beynəl­
xalq  münasibətlər  kafedrasının  dissertantı  təsdiq  olun­
muş,  2003-cü  ilin  dekabrında  “Azərbaycan  nefti  dün­
ya  siyasətində”  mövzusunda  namizədlik  dissertasiyası 
müdafiə  edərək,  siyasi  elmlər  namizədi  alimlik  dərə­
cəsi  almışdır.
1992-ci  ildə  Yeni  Azərbaycan  Partiyası  sıralarına 
daxil  olmuş,  partiyanın  rayon  və  şəhər  təşkilatlarının
3 2 5


Əbülfəz  Bərəkət  (Qasımov)
yaranmasında  və  ideologiyasının  təbliğində  fəal  işti­
rak  etmişdir.  1994-cü  ilin  dekabrından  YAP  Mərkəzi 
Aparatında  İdeologiya  şöbəsində  işləmişdir.  YAP-ın 
I  Qurultayında  partiyanın  Siyasi  Şurasının  üzvü  seçil­
mişdir.
1996-cı  ilin  iyun  ayından  Azərbaycan  Respublikası 
Prezidentinin  İcra  Aparatının  İctimai-siyasi  şöbəsinin 
referenti,  daha  sonra  baş  referenti  təyin  olunmuş,  hal- 
hazırda  isə  informasiya  işinin  təşkili  və  analitik  təhlil 
sektorunun  müdiri  vəzifəsində  işləyir.  Xidməti  vəzi­
fəsi  ilə  əlaqədar ABŞ,  Yaponiya,  İran,  Türkiyə,  İngil­
tərə  və  Almaniya  kimi  xarici  dövlətlərdə  rəsmi  səfər­
lərdə  iştirak  etmişdir.
Qafar  Əliyev  geniş  elmi-pedaqoji,  jurnalistlik  və 
ictimai-siyasi  fəaliyyətlə  məşğul  olur.  O,  mətbuatda, 
elmi-siyasi  jurnallarda  və  kitablarda  150-dən  artıq 
m üxtəlif səpkili  məqalələrlə  çıxış  etmiş,  ondan  artıq 
kitabın  elmi  redaktoru,  buraxılışına  məsul  və  ya  re­
daktoru  olmuşdur.  Onun  yazdığı  “Müstəqil  Azərbay­
can  dövlətinin  banisi,  xilaskarı  və  qurucusu  -   Heydər 
Əliyev”,  “Heydər  Əliyev  və  azərbaycançılıq  ideolo­
giyası”,  “YAP  ümumxalq  partiyasıdır”,  “Faciələri­
miz  rəhbərsizlikdən  törəyib”,  “Aqrar  islahatlar  ta­
rixi  zərurətdir”,  “Nazirlər  Kabineti  islahatlar  ə r ə ­
fəsində”  kimi  m əqalələri  geniş  oxucu  kütlələrinin 
rəğbətini  qazanmışdır.  Elmi  və  siyasi  məqalələri 
Rusiya,  Ukrayna,  İran,  Türkiyə  mətbuatında  dərc  olun­
muşdur.
32 6
Hazırda  “Azərbaycan  Respublikasının  neft  siyasəti”, 
“YAP  ümumxalq  partiyasıdır”  mövzusunda  kitablan  və 
məqalələr toplusu çap  olunmaq ərəfəsindədir.  Azərbay­
can  Respublikası  Prezidenti  yanında  Dövlət  İdarəçiliyi 
Akademiyasında  “Heydər  Əliyev  dövlət  idarəçilik  təc­
rübəsi”  fənni  üzrə  silsilə  mühazirələr  oxuyur  və  müx­
təlif ali  məktəblərdə  “Heydər  Əliyev  dövlət  idarəçilik 
təcrübəsi”  daimi  seminarlarının,  universitetlərin,  həmçi­
nin  məktəblərin  təşkilatçısı  və  aparıcısıdır.
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
3 2 7


Əbülfəz  Bərəkət  (Qasımov)
Kitabın  müəllifi  professor
ƏBÜLFƏZ  BƏRƏKƏT  (QASIMOV)  b arəd ə
20  dekabr  2006-cı  ildə  «Şöhrət»  ordenli  əm əkdar 
elm  xadimi,  iqtisad  elmləri  doktoru,  professor,  A zər­
baycan  Yazıçılar  Birliyinin  üzvü,  «Qızıl  qələm »  mü­
kafatı  laureatı  Əbülfəz  (Bərəkət)  Qasımovun  anadan 
olmasının  75  ili  tamam  olur.
Ə.Qasımov  20  dekabr  1931-ci  ildə  Naxçıvan  Mux­
tar  Respublikasının  Ordubad  şəhərində  anadan  olmuş­
dur.  Burada  orta  təhsil  almışdır.  1949-cu  ildə  Bakıya 
gəlmiş  və  Xalq  Təsərrüfatı  İnstitutuna  daxil  olmuşdur. 
1953-cü  ildə  İnstitutu  bitirərək,  Moskvada  SSRİ  EA- 
nın  İqtisad  İnstitutunun  aspiranturasında  təhsilini  da­
vam  etdirmişdir.  1957-ci  ildə  Ə.Qasımov  dünyada  ta­
nınmış  iqtisadçı  alim  V.Q.Venjerin  rəhbərliyi  altında 
həmin  İnstitutun  Elmi  Şurasında  namizədlik  disser­
tasiyasını  uğurla  müdafiə  etmişdir.  Müdafiədən  sonra 
alim  Bakıya  qayıtmışdır.  1959-cu  ildə  əmək  fəaliyyə­
tini  Bakı  Ali  Partiya  Məktəbində  davam  etdirən 
Ə.Qasımov  47  il  ərzində  burada  baş  müəllim,  dosent, 
professor,  kafedra  müdiri  vəzifələrində  çalışmışdır. 
Prof.  Ə.Qasımov  1993-cü  ildən  bəri  Azərbaycan  Döv­
lət  İqtisad  Universitetində  (keçmiş  Azərbaycan  Dövlət 
İqtisad  İnstitutu)  Aqrar-sənaye  müəssisələrinin  iq­
tisadiyyatı  və  idarə  edilməsi  kafedrasında  professor  iş­
ləmiş,  1995-ci  ildən  isə  həmin  kafedraya  başçılıq  edir.
328
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
3 2 9


Əbülfəz  Bərəkət  (Qasımov)
19  iyul  1970-ci  ildə  Azərbaycan  EA  İqtisad  İnsti­
tutunun  Elmi  Şurasında  “Azərbaycanda  heyvandarlı­
ğın  inkişafının  iqtisadi  problemləri”  mövzusunda  dok­
torluq  dissertasiyası  müdafiə  etmişdir.
Ə.Qasımov  Azərbaycan  iqtisadiyyatına  dair  yazdı­
ğı,  bir-birini  tamamlayan  3  cilddən  ibarət  ilk  dərslik­
lərin  müəllifidir.
Əbülfəz  Qasımovun  gərgin  elmi  axtarışlarının  bəh­
rəsi  olan  və  müxtəlif  illərdə  çapdan  çıxan  “Heyvan­
darlığın  iqtisadiyyatı”,  “İqtisadçının  məlumat  kitabı”, 
habelə  digər  alimlərlə  birgə  yazdığı  “Ərzaq  proqra­
mının  aktual  problemləri”,  “Azərbaycanın  sosial-iqti­
sadi  inkişafında  islahatların  rolu”,  “İpək  yolunun  bər­
pası  bəşəriyyətin  tərəqqi  yoludur”,  “Naxçıvan  Muxtar 
Respublikası  -   nailiyyətlər və  problemlər”  adlı  ikicild- 
lik  ensiklopedik  əsər,  “Demokratikləşmə  -  milli  iqti­
sadiyyatımızın  əsasıdır”,  “Milli  iqtisadiyyatımızın  ak­
tual  problemləri”,  “Bələdiyyələrə  elmi-metodik  kö­
mək”,  “Müstəqil  Azərbaycan  iqtisadiyyatının  aktual 
problemləri”  kimi  ciddi  tədqiqat  əsərləri  elmi  ictima­
iyyət  tərəfindən  böyük  maraqla  qarşılanmışdır.
Əbülfəz  Bərəkət  milli  iqtisadiyyatımızın  aktual 
problemlərini  tədqiq  etməklə  yanaşı,  bədii-pub­
lisistik  yaradıcılıq  fəaliyyəti  ilə  də  fərqlənir.  Çörək 
mövzusu  onun  bədii  yaradıcılığının  şah  damarıdır. 
Onun  “Mənim  çörəkli  dünyam”  kitabı  bir  neçə  dildə 
nəşr  edilmiş,  fars  və  türk  dillərində  isə  öz  nəşrini 
gözləyir.
33 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
2002-ci  ildə  Ə.Bərəkətin  Azərbaycan  Dövlət 
Gənclər  Teatrında  “Anamın  gəlinlik  paltarı”,  2003-cü 
ildə  isə  İrəvan  Dövlət  Dram  Teatrında  “Tufanda  ya­
nan  çıraq”  pyesləri  səhnəyə  qoyulmuşdur.
22 yanvar  1991-ci  ildə  “Əməkdar elm xadimi”  fəxri 
adma,  10  iyul  2001-ci  ildə  isə  “Qızıl  qələm”  müka­
fatına  layiq  görülmüşdür.
Azərbaycan  Respublikası  Prezidentinin  19  dekabr
2001-ci  il  tarixli  fərmanı  ilə  Ə.Qasımov  “Şöhrət”  or­
deni  ilə  təltif olunmuşdur.
Bu  yaxınlarda  oxuculara  təqdim  edilmiş  çoxcildli 
«Şərqin  qapısı  Naxçıvan  diyarı»  (sosial-iqtisadi  oçerk) 
regionların  sosial-iqtisadi  problemlərinin  birinci  cildi, 
«Qəbələdə  regional  siyasətin verdiyi  bəhrələr və  onun 
inkişaf istiqamətləri»  müəllifin  yubiley  ilində  oxucu­
lara  sanballı  töhfəsidir.
331


Əbülfəz  Bərəkət  (Qasımov)
Bizə  elə  gəlir  ki,  yubilyarın  yaradıcılıq  məhsulları 
ilə  burada  verilmiş  tablolarda  tanış  olmaq  daha  m a­
raqlı  olardı.
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  salo­
nunda,  respublikamızın müvafiq  nazirliklərinin təqdimat 
yığıncağında Əbülfəz  (Bərəkət)  Qasımovun  30-dan  çox 
əsərlərinin  internetdə əks etdirilərək nümayiş etdirilmə­
si  bura  toplaşanlarda  xüsusi  maraq  doğurmuşdur.
3 3 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
MÜƏLLİFİN  TƏŞƏKKÜRLƏRİ
«Şərqin  qapısı  Naxçıvan  diyarı»  barədə  sosial-iqti­
sadi  oçerki  m üəllif uzun  illərdən  bəri  işləyib  oxucu­
lara  təqdim  etmək  arzusu  ilə  yaşamışdır.  Bu  dövr  ər­
zində  müəllif  dəfələrlə  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  akademiki  Cəmil  Quliyevə,  akade­
mik A səf Nadirova və  MEA  müxbir üzvü Nizami  Cə­
fərova  müraciətlər  etmiş,  dəyərli  məsləhətlər  almış­
dır.
Hər  iki  ensiklopedik  kitablar  sistemləşdirilib  nəşrə 
hazırlanarkən  müəllifin  görmə  qabiliyyəti  zəifləşdiyin- 
dən  həmkarlarının  mənəvi  və  fiziki  yardımına  böyük 
ehtiyac  hiss  etmişdir.  Universitetin  xeyirxah  əməkdaş­
ları  ona  dəstək  vermiş  və  kömək  göstərmişlər.
Mən  istərdim  ki,  bu  işdə  öz  alicənablığını,  insan­
pərvərliyini  və  xeyirxahlığını  əsirgəməyən  əməkdaş­
larımız:  K.Hüseynova,  S.Hüseynovaya,  X.Dadaşova, 
T.Bəxşəliyevaya,  M.K.ərimzadəyə,  K.Baxşiycvaya,
P.Tağıyevə  və  digər  universitetin  humanist  əməkdaş­
larına,  nəvələrim  Nərminəyə  və  Əbülfəzə  öz  tə­
şəkkürlərimi  çatdırım.
Bəli,  dünya  belə  qurulubdur:
Biz  tutmasaq  bir-birinin  əlindən,
Uçar  dünya,  məhv  olar  məhvərindən.
3 3 3


Əbülfəz  Bərəkət  (Qasımov)
33 4
gc
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Ч
1
ПНЛЛ
I
i
EJBAİİAAPAHFUH
ИГТИСШ
иАШ
l/OBXCXJ
В 'О С И Л Л И С Г  
m
  - I
v
  ■ '>
KƏHA  Н
Ш
ТОСОРРУФЛТЫНЫИ  H  
II п  И ГЛ Л
1
 u J \ты
ко л х о зл а рла
ИСТЕЬСАЛЫН
тешкили
тж-
p S s ^ S İF  
I • I  I ■
 • ■
 
•  ' I  .
АКЕ/1,  ГОРЯЩИЙ 1  
.ıtb im u M in
мл 
в е т р у
 
Ш ш ,
эсаслары
Г
L - /O B X
Канлтэсэрр/Флгы 
#fT#CAA/J ЛАТЫ
писало
лор
/
АЗЭгьАЛД! 
L/oBxa,
Ш
Ш Ш М
1  
к о л х
0 :1Л л Рл д
ипиэдишти
таш кили
пззвигнн
совхозов
33 5


Əbülfəz  Bərəkət  (Qasımov)
MÜNDƏRİCAT
Azərbaycan  Respublikasının  Prezidenti
cənab  İlham  Heydər  oğlu  Əliyevin
andiçmə  mərasimi........................................................... 3
Hörmətli  Prezident  cənab  İlham  Əliyevin
Naxçıvan  diyarı  barədə  sərəncamı................................. 6
Redaktorlardan................................................................ 8
Ön  söz.............................................................................12
Heydər  Əliyev  -  Müstəqil  Azərbaycanın  memarı........22
İlham  Əliyev  -  ümummilli  liderimizin
layiqli  siyasi  varisi........................................................ 55
Akademik  Zərifə  xanım  Əliyeva  -
gözlərə  nur  bəxş  edən  təbib......................................... 95
Mehriban  xanım  Əliyeva  -
YUNESKO-nun  Xoşməramlı  Səfiri.............................108
Əziz  Əliyev................................................................... 124
Ramiz  Ənvər  oğlu  Mehdiyev.......................................125
Vasif Talıbov  -  dövlət  xadimi......................................129
Hüseyn  Cavid...............................................................133
Cəlil  Məmmədquluzadə...............................................138
Məmməd  Səid  Ordubadi............................................. 139
336
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Naxçıvan  diyarının  generalları,  admiralları,
müharibə,  milli  və  əmək  qəhrəmanları....................... 141
General-mayor  Heydər  Əlirza  oğlu  Əliyev.................. 144
General-mayor  Ehsan  Kəlbəli  xan  oğlu  Naxçıvanski  .148
General  Kəlbəli  xan  Naxçıvanski................................ 149
General  İsmayıl  xan  Ehsan  xan  oğlu  Naxçıvanski..... 150
General  Hüseyn  xan  Kəlbəli  xan  oğlu  Naxçıvanski.... 151
General  Cəmşid  Cəfərqulu  oğlu  Naxçıvanski............. 152
General  Qambay  Məmməd  oğlu  Vəzirov.................... 154
General  Bahadur  Hüseynov.......................................... 155
General  Akim  Abbasov................................................ 156
Vitse-admiral  Həmid  Qasımbəyov............................... 159
Peyğəmbərimiz,  alimlərimiz  barədə............................ 163
Akademiklər................................................................. 165
Akademik  Yusif Məmmədəliyev................................. 167
Akademik  Həsən  Əliyev  -  təbiət  vurğunu.................. 180
Akademik  Cəlal  Əliyev  -  seleksioner  alim.................191
İqtisadçı-alim  və  pedaqoq............................................ 196
Akademik  Mahmud  Kərimov.......................................207
Akademik  Həsən  Abdullayev.......................................210
Akademik  Fəraməz  Maqsudov.....................................211
Akademik  Məmməd  Cəfər  Cəfərov............................216
3 3 7


Akademik  İsmayıl  İbrahimov......................................220
Akademik  Rəhim  Rəhimov.........................................222
Akademik  Əhməd  Mahmudov....................................225
Akademik  Həbibulla  Şahtaxtinski............................... 226
Akademik  Asəf Nadirov.............................................. 227
Akademik  Əli  Abbasov............................................... 233
Akademik  Musa  Rüstəmov......................................... 237
Akademik Nadir  Seyidov............................................ 244
Akademik  Cəmil  Əliyev.............................................. 249
Akademik  İsmayıl  Hacıyev......................................... 252
Akademik  İsa  Həbibbəyli............................................ 258
Akademik  Siddiqə  Məmmədova................................. 261
Akademik  Məhərrəm  Məmmədyarov......................... 267
Akademik  Ramiz  Rizayev........................................... 272
Akademik  Əhməd  Abdinov......................................... 274
Abbas  Zamanov  -  AMEA-nın  müxbir üzvü................278
Telman  Qurbanov  -  AMEA-nın müxbir  üzvü..............279
Həbib  Məmmədəliyev  -  AMEA-nın  müxbir üzvü...... 281
Maqsud  Qurbanov  -  AMEA-nın  müxbir  üzvü............282
Sevda  Məmmədəliyeva  -  AMEA-nın  müxbir  üzvü....286
Əmək  qəhrəmanları..................................................... 288
Milli  Qəhrəman  Məhərrəm  Seyidov...........................291
Əbülfəz  Bərəkət  (Qasımov)
33 8
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Milli  Qəhrəman  Riyad  Əhmədov................................ 292
Məmməd  Həsən  oğlu  Əsgərov....................................294
Professor  Əli  Həsənov.................................................299
Novruz  Məmmədov......................................................302
Ziyafət  Abbas  oğlu  Əsgərov........................................ 305
Səttar  Suliddin  oğlu  Mehbalıyev..................................309
Ağabəy  Məmməd  oğlu  Əsgərov..................................313
Eldar  Rza  oğlu  İbrahimov............................................ 317
Şəmsəddin  Hüseynqulu  oğlu  Xanbabayev...................318
Qafar  Məmməd  oğlu  Əliyev........................................ 325
Kitabın  müəllifi  professor
Əbülfəz  Bərəkət  (Qasımov)  barədə.............................328
Müəllifin  təşəkkürləri...................................................333
3 3 9


ƏBÜLFƏZ  BƏRƏKƏT  (QASIMOV)
ŞƏRQİN  QAPISI 
NAXÇIVAN  DİYARI
Nəşriyyat  redaktorları: 
Gülnarə  Adıgözəlqızı 
Elnarə  Əsgərova
Texniki  redaktoru: 
Elmira  Tağıyeva
Kompüter  işləri: 
İ

Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə