Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   2   3   4   5   6   7   8   9   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
reformatorluğunun  əsas  səbəbi  nədədir?  Bizə  elə  g ə­
lir  ki,  bunun  əsas  səbəbi  onun  baş  verə  biləcək  hadi­
sələri  öncə  görə  bilməsidir.  Siyasət  aləmində,  sosial- 
iqtisadi  sahədə  gözlənilən  hadisələri  qabaqcadan  duy­
maq,  verə  biləcək  nəticələrin  hərtərəfli  təhlilini  ver­
mək  məharətidir.
Xatırladaq  ki,  «görmək»  və  «baxmaq»  müxtəlif an­
layışlardır.  Hamı  baxmağa,  müşahidə  etməyə  qadir­
dir.  Lakin  bu,  hələ  heç  də  görə  bilmək  demək  deyil.
Ölkəyə  kamil  rəhbərlik  etmək  üçün  məhz  görməyi 
bacarmaq,  obrazlı  desək,  rəngarəng  səslər  içərisində
36
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
sabahın  əsl  həyat  səsini  duymaq,  onu  başqa  səslərdən 
fərqləndirməyi  bacarmaq  lazımdır.
Burada  belə  bir  faktı  xatırlatmaq  yerinə  düşərdi. 
SSRİ  ordusunun  qüdrətini  bütün  dünya  etiraf edəndə, 
Azərbaycan  sərhədlərini  İttifaqın  silahlı  qüvvələri  qo­
ruyanda,  respublikamızda  hərbi  məktəb  yaratmaq, 
milli  zabitlər  yetişdirmək  heç  kimin  ağlına  belə  gəl­
mədiyi  bir  zamanda,  Heydər  Əliyev  bu  məsələni  İtti­
faq  hökuməti  qarşısında  qaldırdı  və  onun  uğurlu  həl­
linə  nail  oldu.
Deməli,  cənab  Heydər  Əliyev  bu  günümüzü  öncə 
görürdü.  Millətin  gec-tez  müstəqil  olacağına  inanırdı. 
Müstəqil  dövlət  isə  Milli  Ordusuz  ola  bilməz.
V  
THE
SENTYABRI 999
ДЯК
İ
37


Əbülfəz  Bərəkət  (Qasımov)
Eyni  sözləri  hazırda  dünyanın  ən  çox  inkişaf etmiş 
ölkələri  ilə  bağlanan  «Əsrin  müqaviləsi»  və  «İpək  Yo- 
lu»nuıı  bərpası  barədə  də  demək  olar.  Ümummilli  li­
derimiz  Heydər  Əliyevin  bu  gün  dərin  təfəkküründən 
irəli  gələn  və  uğurla  həyata  keçirilən  ideyalarının  də­
rin  mənasını  və  gözəl  bəhrələrini  sabah  daha  çox  hiss 
edəcəyik.
Bu  mənada  Heydər  Əliyev,  sözün  geniş  mənasın­
da,  sabahı  görə  bilən  şəxsiyyət  idi.
İnkaredilməz  bir  faktdır  ki,  SSRİ-nin  hakimiyyəti
M.S.Qorbaçovun  əlinə  keçdikdən  sonra Heydər Əliyevə 
olan  münasibət  dəyişdi.  Azərbaycanda  vaxtilə  onun 
apardığı  islahatlar  nəticəsində  əldə  edilmiş  misilsiz
38
ŞƏRQİN  QAPISI  NAXÇIVAN 
DİYARI
)


nailiyyətlər  müxtəlif  yollarla  kiçildilir,  üstünə  k ö lg ə  
salınırdı.
Bundan  istifadə  edən  bədxah  insanlar,  o  zam an lar 
mətbuat  səhifələrində,  radio  və  televiziya  verilişlərin­
də  çıxışlar  edir,  Heydər  Əliyevin  Azərbaycanda  q u ­
rub-yaratdığı  nəhəng  və  tarixi  işləri  gözdən  salm ağa 
çalışırdılar.  Sübut  etmək  istəyirdilər  ki,  A zərbaycan­
da  baş  vermiş  ərzaq  qıtlığı  üzüm  plantasiyalarının  g e ­
nişləndirilməsinin  nəticəsidir.  Dərk  etmək  istəm irdilər 
ki,  o  zaman  Ermənistan  Respublikası  qədər  üzüm  is­
tehsal  edən  Cəlilabad  rayonu  taxılçılıq  üzrə  ixtisaslaşan 
dövrdə  olduğundan  üç  dəfə  çox  taxıl  istehsal  edirdi.
M.S.Qorbaçovun  məqsədi  o  idi  ki,  Azərbaycanın 
aqrar-sənaye  kompleksinin  əsasını  təşkil  ed ən
Əbülfəz  Bərəkət  (Qasımov)
40
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
üzümçülük  və  şərabçılığın  təməlini  sarsıtsın  və  belə­
liklə,  respublikada  aparılmış  struktur  dəyişikliklərinin 
verdiyi  müsbət  nəticələri  yox  etsin.  Milyard  manatlar­
la  sərmayə  hesabına  salınmış  ucsuz-bucaqsız  üzüm 
plantasiyaları  məhsuldarlığa  çatdığı  bir  zamanda 
kökündən  çıxarılıb  tar-mar edildi.  Üzüm  tənəkləri  çox 
uzaq  regionlardan  gətirilmişdi.  Hər  bir  dəmir-beton 
dirəyi  çiynində  daşıyıb  yerə  basdıran  Azərbaycan 
kəndlisi  torpağa,  necə  deyərlər,  qan-tər  axıtmışdı.
M.S.Qorbaçovun  yeritdiyi  siyasət  təkcə  Heydər 
Əliyevə  qarşı  deyil,  bütövlükdə,  o  zamankı  sovet  xal­
qının  əleyhinə  yönəldilmişdi.  Çünki  Azərbaycanın 
«Zolotaya  jemçujina»  şampan  şərabları,  «Göy-göl», 
«Şirvan»  konyakları  daha  çox  ms  xalqının  süfrələrini
41


Əbülfəz  Bərəkət  (Qasımov)
bəzəyirdi.  Beləliklə,  Azərbaycanda  üzümçülük-şərab­
çılığı  məhv  etmək,  o  zaman  bütövlükdə  İttifaqın  iqti­
sadiyyatına  zərbə  endirmək  demək  idi.
Bu  qaydada  get-gedə  M.S.Qorbaçovun  iç  üzü  açı­
lır,  azərbaycanlılara  qarşı  əvvəlcədən  işləyib  hazırla­
dığı  planların  nə  qədər  məkrli  və  təhlükəli  olması  aş­
karlanırdı.
Vəziyyətin belə  anlaşılmaz,  dözülməz olduğunu hiss 
edən  cənab  Heydər  Əliyev  1987-ci  il  oktyabrın  25-də 
Siyasi  Bürodan  çıxmaq  barədə  istefa  ərizəsini  yazdı. 
Bu  cəsarətli  və  qətiyyətli  hərəkət  bütün  Əliyevlər  ai­
ləsinə  öz  mənəvi  təsirini  göstərdi.
Ən  dəhşətlisi  də  o  idi  ki,  Azərbaycanı  dünyaya  ta­
nıtdıran,  minlərlə  insanın  döşünə  orden  və  medallar 
taxan,  deputat  seçdirən,  fəxri  adlarla  şöhrətləndirən 
Heydər  Əliyev  14  il  başçılıq  etdiyi  respublikaya,  Ba­
kıya  qayıda  bilmirdi.  Ona  hər  tərəfdən  mane  olurdu­
lar.  Bakını  abadlaşdıran,  yaşıllaşdıran,  gözəlləşdirən 
bir  insan  Bakını,  doğma  xalqını  ziyarət  etmək  həsrə­
tilə  Moskvada  yaşayırdı.
Lakin  həyat,  həyatlığında  qalır.  İstəsən  də,  istəm ə­
sən  də  zaman  öz  hökmünü  verir.  1991-ci  ildə  cənab 
Heydər  Əliyev  doğulduğu  diyara,  Naxçıvana  qayıtdı. 
Həmyerliləri  onu  çox  səmimi  və  böyük  sevinclə  qar­
şıladılar,  doğma  övladları  kimi  bağırlarına  basdılar.
Heydər Əliyev cənablarının  Naxçıvana  gəlişi  ilə  bir 
çox  dəyişikliklər  oldu,  Muxtar  Respublikada  əmin- 
amanlıq  yarandı.  Bir-birinin  ardınca  həyata  keçirilən
42
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
islahatlar  Muxtar  Respublikanı  böhran  vəziyyətindən 
çıxartdı.  Qonşu  dövlətlərlə,  xüsusilə  Türkiyə  və  İran­
la  münasibətlər  tənzim  olundu,  yaxşılaşdırıldı.  Gediş- 
gəliş  başlandı.  Muxtar  Respublikaya  investisiya  yol 
açdı.  Lakin  respublikamızın  ümumilikdə  taleyüklü 
problemlərinin  həlli  naminə  cənab  Heydər  Əliyevin 
Bakıya  gəlməsi  və  bütövlükdə  Azərbaycana  rəhbərlik 
etməsi  obyektiv  zərurətə  çevrildi.  Başda  ziyalılar  ol­
maqla,  bütün  xalq  Heydər Əliyevə  müraciət  edir,  mil­
lətimizin  taleyinin  bir  tükdən  asılı  olduğunu  açıqlayır 
və  onun  respublika  rəhbərliyinə  gəlməsini  təkid  edir­
dilər.  Nəhayət,  xalqın  iradəsi  qalib  gəldi.  O,  öz  xilas­
43


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə