Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   2   3   4   5   6   7   8   9   10   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
karını  Bakıya  gətirdi.  15  iyun  1993-cü  ildə  H eydər 
Əliyev  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri 
seçildi.  Çox  keçmədi,  yəni  24  iyun  1993-cü  ildə 
Azərbaycan  Respublikası  prezidentinin  səlahiyyətləri­
ni  icra  etmək  ona  həvalə  edildi.
3  oktyabr  1993-cü  ildə  xalq  cənab  Heydər  Əlirza 
oğlu  Əliyevi  özünə  prezident  seçdi.  12  oktyabr  1998- 
ci  ildə  daha  böyük  məhəbbət,  ehtiram  və  hörmətlə 
Heydər  Əlirza  oğlu  Əliyev  ikinci  dəfə  Azərbaycan 
Respublikasının  Prezidenti  seçildi.
Heydər  Əliyevin  idarəçilik  məharəti  sayəsində 
xalqımız  fəlakətlərdən  qurtuldu.  Ölkəmiz  vətəndaş 
müharibəsindən  xilas  oldu,  sülh  və  əmin-amanlıq  ya­
randı,  bütün  sahələrdə  islahatlar  başlandı,  tarixən  qı­
sa  bir müddətdə  milli  iqtisadiyyatımız  böhrandan  çıx­
dı.  Nizamlı  və  sarsılmaz  ordumuz  yarandı.  Müxtəlif 
sahələrdə  xarici  ölkələrlə  kontraktlar  bağlandı,  hər 
tərəfdən  respublikaya  investisiya  axını  başlandı.  Cə­
nab  Heydər  Əliyevin  beynəlxalq  aləmdə  qazandığı 
misilsiz  nüfuz  çətin  bir  dövrdə  Azərbaycan  xalqının 
imdadına  çatdı.
Heydər  Əliyev  dühası  az  bir  zamanda  Azərbaycanı 
bütün  dünyaya  tanıtdı.
Heydər  Əliyevdə  olan  böyük  düha  hamını  heyran 
edirdi.  Bu  şəxsiyyətin  Allaha  inamı  da  heyranedici 
idi.
Cənab  Heydər  Əliyev  respublikamızın  prezidenti 
seçildikdən  sonra  ölkəmizdə  baş  vermiş  siyasi,  sosi-
44
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
al-iqtisadi  keyfiyyət  dəyişiklikləri  hələ  çox  tədqiq 
ediləcək,  çoxcildli  əsərlər  yazılacaqdır.  Biz  isə  öz 
mülahizələrimizi,  çox  yığcam  halda  şərh  etməyi  qar­
şımıza  məqsəd  qoymuşuq.
Apardığımız  tədqiqatın  nəticələrini  açıqlamazdan 
öncə,  möhtərəm  Heydər  Əliyevin  prezidentliyindən 
əvvəlki  və  sonrakı  dövrü  şərh  etmək  istərdik.
Bir  anlığa  təsəvvürümüzə  90-cı  illəri  gətirək.  Res­
publikamızın  sakinləri  səhər  açılmamış  çörək  almaq 
üçün  mağazaların  qabağında  növbəyə  durur,  çox  vaxt
45


Əbülfəz  Bərəkət  (Qasımov)
o  keyfiyyətsiz,  xəmir  çörəyi  də  ala  bilmirdilər.  Əli­
boş,  necə  deyərlər,  üzüqara  evlərinə  qayıdırdılar.
İşə  gedəndə,  işdən  gələndə  saatlarla  soyuq  havada, 
çovğunda,  dayanacaqlarda  nəqliyyat  gözləyirdilər.
Ərzaq  və  istehlak  malları  gündən-günə  bahalanırdı. 
Ərzaq  qıtlığı,  aclıq  baş  verəcəyi  insanların  sabaha 
olan  ümidlərini  qırırdı.  Kimin  evində  nəyə  gümanı 
gəlirdisə,  aparıb  orda-burda  dəyər-dəyməzinə  satırdı.
Axşam  olanda,  şər  düşəndə  insanlar  evlərindən 
küçəyə  çıxmağa  cəsarət  etmirdilər.  İnsan  oğurlamaq, 
maşın  qaçırtmaq  adi  hala  çevrilmişdi.  Hər  həyətdən, 
hər  bir  məhlədən  gecə-gündüz  aramsız  olaraq  güllə 
səsləri  gəlirdi.  Hərc-mərclik  baş  alıb  gedirdi.
Müharibə  bölgələrindən  günahsız  oğul  və  qızları­
mızın  cənazələri  gətirilirdi.  Sabah  sağ-salamat  qala 
biləcəyimizə  ümid  yox  idi.
46
İşsizlik günü-gündən  artırdı.  Zavod və  fabriklər,  tə­
sərrüfatlar  qarət  olunurdu.  Dövlət  qurumlarında  çalı­
şanlar,  xüsusilə  müəllimlər,  həkimlər,  elmi  işçilər 
əməkhaqlarını,  təqaüdçülər  təqaüdlərini  aylarla  ala 
bilmirdilər.
Azərbaycan  Dövlət  Statistika  Komitəsinin  rəsmi 
məlumatlarına  əsasən  iki  il  (1992-1993-cü  illər)  ər­
zində  respublikamızda  Ümumi  Daxili  Məhsul  istehsa­
lı  iki  dəfəyə  yaxın  azalmışdı.  Həmin  illərdə  sənaye 
məhsulları  istehsalı  2  dəfə,  kənd  təsərrüfatı  məhsul­
ları  istehsalı  isə  35  faiz  geriləmişdi.  Respublikada 
sərmayə  qoyuluşu  64  faiz,  yük  daşınması  66  faiz,  əm ­
təə  dövriyyəsi  isə  56  faiz  azalmışdı.  İstehlak  malları­
nın  qiyməti  124  dəfə  bahalanmışdı.  Həmin  iki  il  ər­
zində  respublika  əhalisinin  yaşayış  səviyyəsi  3  dəfə 
aşağı  düşmüşdü.
Ümummilli  liderimiz  ölkəyə  başçılıq  etdiyi  dövrdə 
ictimai-siyasi  və  sosial  iqtisadiyyatın  bütün  sahələrin­
də  çox  ciddi  və  köklü  keyfiyyət  dəyişiklikləri  baş 
verdi.  Ölkəmizin  iqtisadiyyatı  böhran  vəziyyətindən 
tezliklə  çıxarıldı  və  dinamik  inkişaf  yoluna  salındı. 
ÜDM  1993-cü  ildəki  157,1  mlrd,  manatdan,  2003-cü 
ildə  35  trilyon  manata  çatdırılmışdır.  Ölkəmizin  ÜDM-i 
müstəqillik  illərində  ilbəil  artırılaraq  41,9  trilyon  ma­
natı  ötmüşdür.  Belə  dinamik  inkişaf iqtisadiyyatımızın 
bütün  sahələrinə  şamildir.  Bununla  əlaqədar  olaraq, 
ölkəmizin  dövlət  büdcəsinin  gəlirləri  ilbəil  yüksəlmiş 
və  2003-cü  ildə  6,1  trilyon  manatdan  çox  olmuşdur.
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
47


Əbülfəz  Bərəkət  (Qasımov)
2005-ci  ildə  isə  9,4  trilyon  22  milyard  manat  o lm a sı 
gözlənilir.  Həmin  il  iqtisadiyyatın  ayrı-ayrı  s a h ə lə rin ­
də  çalışan  işçilərin  orta  aylıq  əməkhaqqı  383  min  m a ­
nat təşkil  etmişdir.  Aylıq  təqaüdlərin  orta  m əbləği  is ə  
120  min  manata  qədər  olmuşdur.  Bütün  b u n lard an  
belə  bir  nəticəyə  gəlmək  olar  ki,  ümummilli  lid e ri­
miz  Heydər  Əliyevin  respublikamıza  başçılıq  e td iy i 
dövrlərdə  sosial-iqtisadi  inkişaf dinamik  xarakter  a l ­
mış,  xalqımızın  maddi  rifahı  kökündən  yaxşılaşdırıl­
mışdır.
Bütün  bunlar  əyani  surətdə  göstərir  ki,  ümumm illi 
liderimiz  Heydər  Əliyevin  idarəçilik  məharəti,  böyük 
uzaqgörənliklə  irəliyə  doğru  atdığı  nəhəng  addım lar 
ölkəmizin  siyasi,  sosial-iqtisadi  və  mədəni  yüksəlişi 
ilə  nəticələnmişdir.
48
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
Dünyanın  bir çox  şəhərlərində  Heydər Əliyevə  abi­
dələr  qoyulmuş,  muzeylər  yaradılmışdır.  Heydər  Əli­
yev  bağları,  parkları,  meydanları  salınmış,  bulaq-abidə 
kompleksləri  inşa  edilmişdir.  Onun  adını  daşıyan  bağ, 
park,  xiyaban  və  bulaq-abidə  kompleksləri  xalqımızın 
istirahət  guşələrinə  çevrilmişdir.  Kiyevdə  Heydər  Əli­
yev  adma  Siyasi  Elmlər  və  Beynəlxalq  Münasibətlər 
İnstitutu  fəaliyyət  göstərir.  Saysız-hesabsız  məktəblər­
də  və  universitetlərdə  Heydər  Əliyevin  irsi  öyrənilir. 
Bütün  bunlar  bunu  deməyə  əsas  verir  ki,  Azərbayca­
nın  nurlu  gələcəyi  vardır.  Yaxın  vaxt  ərzində  onun 
ərazi  bütövlüyü  bərpa  ediləcək,  hər  kəs  öz  ata-baba 
yurduna  qayıdacaq,  firavan  həyatını  quracaqdır.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  həyat  və 
əmək  fəaliyyətini  tədqiq  edən  filosoflar,  politoloqlar, 
sosioloqlar,  psixoloqlar  və  başqaları  çox  haqlı  olaraq 
onun  şəxsiyyətini  belə  səciyyələndirirlər:
Həddən  artıq  əməksevər,  fəal,  həyat  eşqi  sönməz, 
yorğunluq  bilməz,  dözümlü,  müqavimətlərə  qalib  gəl­
məyi  bacaran,  hər  cür  çətinlikləri  aradan  qaldırmağa 
qadir  idi.
Səbirli,  hövsələli,  nizam-intizamı  sevən,  sarsılmaz, 
müvazinətini  saxlayan  və  prinsipial  idi.
Müşahidəçiliyi  güclü,  uzaqgörən,  ehtiyatlı  və  tədbir­
li,  baş  verə  biləcək  hadisələri  öncə  görüb,  nəticələrini 
təhlil  etmək  qabiliyyəti  vardı,  fəhmi  heyranedici  idi.
Təmasda  olduğu  şəxsin  fikrinin  yarı  kəlmədən  du­
ya  bilirdi.
49


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə