Əbülfəz Bərəkət (Qasımov)
AKADEMİK NADİR SEYİDOV
Seyidov Nadir Mir-İbrahim oğlu 28 aprel 1932-ci
ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan ş ə
hərində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan
Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.
1968-ci ildə kimya elmləri doktoru, 1969-cu ildə p r o
fessor elmi dərəcəsini almışdır. 1989-cu ildə Y ü k -
səkmolekullu birləşmələr kimyası ixtisası üzrə A z ə r
baycan EA-nm müxbir üzvü, 2001 -ci ildə isə kim ya
ixtisası üzrə Azərbaycan MEA-nın həqiqi üzvü seçil
mişdir.
N.M.Seyidovun elmi fəaliyyəti əsasən polimer
kimyası və neft-kimya sintezi problemlərinin həllinə
yönəlmişdir. 1962-ci ildə «Elastomerlər» laboratoriya
sının rəhbəri kimi akademik N.M.Seyidov yüksək
molekullu birləşm ələr kimyası sahəsində yeni istiqa
mət sayılan - metal üzvi katalizatorların iştirakı ilə
aşağı molekullu olefınlər əsasında yeni sintetik kau-
çukların alınması sahəsində fəaliyyət göstərməyə baş
lamışdır. Az bir vaxt ərzində N.M.Seyidovun rəhbər
liyi ilə etilen-propilen və digər sintetik kauçuklann
prinsipial olaraq yeni üsulla alınması təklif edildi. Bu
üsula əsasən reaksiyaya cəlb edilmiş monomerlərdən
biri maye halda götürülür və sopolimerləşmə prosesi
maye somonomer mühitində aparılır, nəticədə prose-
2 4 4
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
24 5
Əbülfəz Bərəkət (Qasımov)
sin iqtisadi göstəriciləri xeyli yüksəlir, alınmış məh
sulun keyfiyyəti yaxşılaşır. N.M.Seyidovun rəhbərliyi
ilə etilenin propilenlə, butilenlərlə, penten-1, heksen-
1 və dienlərlə metal üzvi katalizatorların iştirakı ilə
birgə polimerləşmə prosesləri hərtərəfli öyrənilmiş
dir. Proses iri təcrübə qurğusunda sınaqdan çıxarılmış
və sənaye prosesinin əsası qoyulmuşdur. N. M. Seyi-
dovun rəhbərliyi ilə aparılmış işlərdən biri də doyma
mış etilen-propilen-dien kauçukları üçün tərkibində
iki ikiqat rabitə saxlayan dienlərin alınması və onla
rın texnologiyasının yaradılması olmuşdur. Bu kom
ponentlərdən etilidennorbornen sənayedə tətbiq edil
mişdir.
Akademik N.M. Seyidovun rəhbərliyi ilə AMEA-
nın Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə yük
sək indeksli motor yağlarının alınması üçün etilen-
propilen sopolimerinin parçalanma məhsulları əsasın
da özüllük aşqarının yaradılması istiqamətində geniş
elmi tədqiqat işləri aparılmışdır. Bunlardan istifadə
etməklə M-8B, M-20, P-28, P-40, oktol-600, kabel və
s. yağları alınmışdır.
N.M.Seyidovun rəhbərliyi ilə dünya praktikasında
məlum olmayan yüksək aktivliyə və stabilliyə malik
olan yeni növ katalizatorların alınma üsulları yaradıl
mışdır, göstərilən katalizatorlar iri sənaye qurğuların
da sınaqdan çıxarılmış və bu katalizatorların sənaye
də işlədilən katalizatorlardan 3-5 dəfə səmərəli o l
2 4 6
duqları müəyyən edilmişdir. Katalizatorlar iri sənaye
miqyasında Sumqayıt SK, Nijni-kamsk zavodunda,
Tolyatti istehsal birliyi zavodunda və digər zavodlar
da tətbiqini tapmışdır. Ancaq bu sahədə aparılan təd
qiqat işləri nəticəsində 30-dan çox müəlliflik şəha
dətnaməsi və 16 xarici patent (ABŞ, Yaponiya, Al
maniya, İtaliya və s.) alınmışdır.
N.M.Seyidovun rəhbərliyi ilə olefinlər əsasında ye
ni tip termoelastoplastlar, o cümlədən «yaddaşa malik
polimerlər» sintez edilmiş və onların xassələri öyrə
nilmişdir.
Mütəxəssislər tərəfindən verilən rəylərə əsasən
N.M. Seyidovun apardığı tədqiqatlar, bu sahədə keç
miş Sovetlər İttifaqında aparılmış fundamental tədqi
qatlardan biridir. O, yüksək molekullu birləşmələr sa
həsində özünəməxsus istiqamət yaratmaqla, bu mək
təbin əsasını qoydu.
N.M.Scyidov 300-dən çox əsərin, o cümlədən 4
monoqrafiya, 100-dən çox müəlliflik şəhadətnaməsi,
16 xarici patentin müəllifidir. Nadir müəllimin dərc
olunmuş əsərləri bu sahədə çalışan xarici alimlərin
nəzər-diqqətini özünə cəlb etmişdir. Xarici alimlərin
onun əsərlərinə etdikləri çox sayda istinadlar buna
sübutdur.
Akademik N.M.Seyidovun elmi kadrlar hazırlan
masında da böyük xidməti var, onun rəhbərliyi ilə 34
nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır. O,
_________________________ ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
24 7
Əbiilfəz Bərəkət (Qasımov)
respublikamızın elmini müxtəlif simpozium və kon
franslarda, o cümlədən Praqada, Budapeştdə, Milanda,
Helsinkidə, Ankarada, Moskvada, Krakovda, Kiyevdə,
Almatıda və digər mötəbər məclislərdə təmsil etmiş
dir.
N.M.Seyidov bu illər ərzində Sosialist Ölkələri
Qarşılıqlı Yardım Şurasının kauçuklar üzrə işçi qru
punun üzvü, SSRİ EA-nın yüksək molekullu birləş
mələr üzrə Koordinasiya Şurasının üzvü olmuşdur.
Hal-hazırda o, AMEA Kimya bölməsinin akademik-
katibinin müavinidir. O, həm də «Azərbaycan kimya
jurnalı»nm, «Neft kimyası və neft emalı prosesləri»,
«Sumqayıt Dövlət Universitetinin xəbərləri» jurnalla
rının redaksiya heyətinin üzvü, «Kimya problemləri»
jurnalının baş redaktorudur.
N.M.Seyidov «Şərəf nişanı» ordeni (1981-ci il),
Amerika Bioqrafiya İnstitutunun «Cəmiyyətin tərəq
qisi naminə» təsis edilmiş qızıl «Amerika Şöhrət me
d a lın a layiq görülmüşdür (2002-ci il). Azərbaycan
Respublikasının «Şöhrət» ordeni (2004-cü il) ilə təl
tif olunmuşdur.
Hal-hazırda o, akademik Y.H.Məmmədəliyev adı
na Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi
dir. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.
2 4 8
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
AKADEMİK CƏMİL ƏLİYEV
Cəmil Əziz oğlu Əliyev - tibb elmləri doktoru
(1978), professor (1988), AMEA-nın akademiki (2001),
Rusiya Təbiət EA və Tibb EA-nın həqiqi üzvü, Lon
don Hammersmitt Universitetinin fəxri professoru,
Azərbaycan Respublikasının əməkdar elm xadimi
(2000). C.Ə.Əliyev 1946-cı ildə Bakı şəhərində ana
dan olub. 1968-ci ildə N.Nərimanov adma Azərbaycan
Tibb İnstitutunu bitirdikdən sonra Ə.Əliyev adma Hə
kimləri Təkmilləşdirmə İnstitutuna təyinat alaraq on
kologiya kafedrasında baş elmi laborant vəzifəsində
fəaliyyətə başlayıb.
1972-
73-cü illərdə onkologiya kafedrasında assis-
tent işləyib. 1971-ci ildən onkologiya üzrə xüsusi
kurs keçdiyindən həkim-onkoloq kimi ixtisaslaşıb.
1973-
76-cı illərdə elmi iş üzrə həm də cərrah-onko-
loq işləyib. 1976-78-ci illərdə Ümumittifaq Onkoloji
Elmi Mərkəzində baş elmi işçi kimi fəaliyyət göstərib.
1973-cü ildə C.Əliyev onkologiya üzrə namizədlik,
1978-ci ildə SSRİ Tibb Elmləri Akademiyasında dok
torluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycanda elmi kadrlar hazırlığı və onkologiya
üzrə məktəb yaratdığına görə 1988-ci ildə C.Əliyevə
professor elmi rütbəsi verilib.
1978-ci ildən Respublika Onkoloji Elmi Mərkəzin
də müxtəlif vəzifələrdə, öncə Ümumi onkologiya şö
2 4 9
Dostları ilə paylaş: |