ƏBÜLFƏz quliyev



Yüklə 69,38 Kb.
Pdf görüntüsü
tarix09.03.2018
ölçüsü69,38 Kb.
#31024


 

                                                                                                     ƏBÜLFƏZ QULİYEV 



                                                                         AMEA Naxçıvan Bölməsi 

E-mail: ebulfez1950@mail.ru 



 

NAXÇIVANIN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİNİN   

   TÜRKİYƏDƏ  ÖYRƏNİLMƏSİ  VƏ  NƏŞRİ MƏSƏLƏLƏRİ 

 

      


Müstəqil Azərbaycan Respublikasının hər bir  guşəsində dövlət və  cəmiyyət  quruculuğu 

istiqamətində həyata keçirilən bütün işlərdə sosial ədalət və humanizm prinsiplərinin ön planda 

tutulması,  insan  hüquq  və  azadlıqlarına  verilən  diqqət  ölkəmizə  təkcə  İslam  dünyasında  deyil, 

eləcə də beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır. Respublikamız İslam tarixində mühüm 

rol oynamış tarixi şəxsiyyətlərə, onların adını daşıyan ziyarətgahlara və digər müqəddəs yerlərə 

son dərəcə həssas münasibət göstərilən bir məkan kimi bütün müsəlmanlar tərəfindən sevilir. 

  

Muxtar  respublikamızın  paytaxtı  Naxçıvan  da  İslam  dünyasının  tanınmış  şəhərlərindən 



biridir.  2009-cu  ilin  oktyabr  ayında  İslam  Əməkdaşlıq  Təşkilatına  üzv  dövlətlərin  mədəniyyət 

nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı 

elan  olunmasına  dair  qərar  qəbul  edilən  zaman  məhz  Azərbaycanın  bu  qədim  diyarının  İslam 

mədəniyyətinin  çoxəsrlik  nailiyyətlərinin  layiqincə  qorunub  yaşadılmasında  özünəməxsus  rolu 

əsas götürülüb. Naxçıvan şəhərinin təkcə ölkəmizin deyil, bütün Şərq-İslam aləminin dövlətçilik 

və fəlsəfi düşüncə mərkəzi kimi qazandığı şöhrət də bu məsələdə  öz həlledici rolunu oynayıb.  

      

2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanda nəzərdə tutulan işlərin ən 



yüksək  səviyyədə  yerinə  yetirilməsi  üçün  ölkə  başçısı  cənab  İlham  Əliyevin  2016-cı  il  2  iyun 

tarixli Sərəncamı ilə Təşkilat Komitəsinin yaradılması, ötən il komitənin ilk iclasında Tədbirlər 

Planının  layihəsinin  müzakirə  olunması  bu  mühüm  tədbirin  muxtar  respublikamız,  ölkəmiz  və 

eləcə  də  bütün  İslam  aləmi  üçün  yaddaqalan  bir  səviyyədə  keçiriləcəyinə  zəmanət  verir.  Bu 

istiqamətdə  7-8  iyul  2017-ci  il  tarixdə  doğma  şəhərimizdə  keçirilmiş  “Naxçıvanın  türk-islam 

abidələri:tarixdə  və  günümüzdə”  mövzusunda    beynəlxalq  konfrans  da  mühüm  mədəni-kütləvi 

tədbirlərdən biri kimi diqəti cəlb edir. 

Azərbaycan  ölkəsi  Şərqdə  memarlığın  geniş  şəkildə  inkişaf  etdiyi  qədim  mədəniyyət 

mərkəzlərindən biridir. Bu baxımdan Naxçıvan memarlıq abidələri, bu sənət ənənələrinin ardıcıl 

şəkildə davam etdirilməsi, burada Əcəmi memarlıq məktəbinin meydana çıxması, həmin məktəbin 

türk  dünyasında,  xüsusilə  Anadoluda  geniş  təsir  dairəsinə  malik  olması  diqqəti  cəlb  edir.  Ulu 

öndərimiz Heydər Əliyev 1980-ci il 5 iyun tarixində Naxçıvanda səfərdə olarkən qeyd etmişdir: 

“Tarixi  abidələr  Naxçıvanın  çoxəsrlik  tarixinin  əyani  göstəricisidir.  Bu  abidələr  həm  də 

Naxçıvanın gözəlliyini, tarixi özəllyini nümayiş etdirir”. 




 

  



Bölgədəki məzar abidələri, türbələr, kümbəzlərin kökü qədim türk mədəniyyətinə, qədim 

türk  memarlığına  dayanır.  Bu  memarlıq  ənənəsinin  qədim  türk  kurqanları,  Qəznəvilər  və 

Səlcuqlular dövründəki  memarlığa  əsaslanması  açıq-aşkar  gözə  çarpmaqdadır. Xüsusilə  Cənubi 

və Şimali Azərbaycan (Naxçıvan) və Anadolu memarlığında  Səlcuqlular dövründə bir bütünlük 

diqqəti  cəlb  edir.  Bu  baxımdan  Naxçıvanda  meydana  çıxan  Əcəmi  memarlıq  məktəbinin 

nümunələri  olan  Yusif  ibn  Kuseyir  türbəsi,  Mömünə  xatun  türbəsi,  eyni  zamanda  elxanilər 

dövrünə aid olan Gülüstan türbəsi, Qarabağlar  türbəsi bütöv Azərbaycan və Anadolu sahəsində 

geniş əks-səda vermişdir. Onu da qeyd edək ki,biz hələ 1997-ci ildə Ankaradakı məşhur Hacəttəpə 

Universitetində  “Sənətdə  etkiləşim”  mövzusunda  keçirilmiş  beynəlxalq  konfransda  məruzə 

edərkən  Naxçıvan  memarlığının  Anadolu  memarlıq  abidələrinə  təsiri  üzərində  geniş  şəkildə 

dayanmışdıq(5). 

Nahçıvandaki tarix-memarlıq abidələrinin tədqiqi bizdə belə bir qənaət yaradır ki, Naxçıvan 

bölgəsinin  intibah  dövrü  XII-XIV  əsrlərə  təsadüf  edir.  Bu  dövrdə  bölgədə  iqtisadiyyatın 

çiçəklənməsi,Naxçıvanın böyük bir dövlətin paytaxtına çevrilməsi, eləcə də bu inkişafın mərkəzi 

Təbriz  şəhəri  olan    Elxanilər  dövləti  zamanında  da  davam  etməsi  möhtəşəm  tarixi-memarlıq 

abidələrinin  meydana çıxmasına münbit şərait yaratmışdı.XV-XVI əsrlərdə Səfəvi və Osmanlı 

dövlətləri arasındakı uzun sürən müharibələr iqtisadiyyatı zəiflətməklə yanaşı, insanların maddi 

durumuna,  mədəniyyətin  inkişafına  da  mənfi  təsir  göstərmişdi.  Belə  ki,  bu  dövrdə  Naxçıvanda 

möhtəşəm abidələrin inşa edilməsi demək olar ki, gözə çarpmır. Səfəvi xanədanı hakimyyətinin, 

xüsusən Şah Abbas dönəmində bölgənin vergidən azad edilməsi iqtisadiyyatı canlandırsa da bu az 

bir  müddət  davam  etmiş,  Əfşar,  Qacar  dönəmlərində  isə  yenidən  həm  iqtisadiyyat,  həm 

mədəniyyət sahəsində tənəzzül davam etmişdir.  

    Yuxarıda  qeyd  etdiyimiz  kimi  türk  sənət  tarixçiləri    Anadoludakı  memarlıq  abidələrində 

Naxçıvan  məktəbinin  izlərini  öz  tədqiqatlarında  tez-tez  xatırlatmış,  faydalı  müqayisələr 

aparmışlar.  Biz  bu  məqaləmizdə  Türkiyədə  mövzu  ilə  bağlı  daha  çox  diqqəti  cəlb  edən  bəzi 

tədqiqat əsərlərindən bəhs etmək istəyirik. Belə araşdırmalardan biri 1996-cı ildə Ankarada nəşr 

olunmuş  Hakkı  Önkalın  “Anadolu  Səlcuqlu  türbələri”  adlı  irihəcmli  tədqiqat  əsəridir.  Əsərdə 

Anadoluda  Səlcuqlu  və  eləcə  də  bəyliklər  və  Osmanlılar  dönəmində  inşa  edilmiş  məzarüstü 

türbələr  sistemli  şəkildə  tədqiq  edilmiş  və  türk  dünyasaındakı  eyni  tipli  memarlıq  əsərləri  ilə 

müqayisə  edilmişdir.Kitabda  Anadoluda  meydana  çıxan  türbə  abidələrinin  inşasında  Əcəmi 

memarlıq məktəbinin təsiri və izləri dönə-dönə xatırlanmışdır. Alim 1162-ci ildə Əcəmi Naxçıvani 

tərəfindən inşa edilmiş Yusif ibn Küseyr türbəsinin memarlıq quruluşu  haqqında ətraflı məlumat 

verdikdən sonra yazır: “Batı kenarında düzenlenen giriş açıklığı, köşe sütunceleri, sivri kemerli, 

geometrik alınlık süslemesi ile Anadolu'daki tuğla türbelerin ilham kaynağı olduğunu düşündüren 

özelliklere sahiptir”(6, s. 13). 



 

       Müəllif Əcəminin Mömünə xatun türbəsini Səlcuqlu dövrü memarlığının zirvəsi adlandıraraq 



onu  daha  yüksək  qiymətləndirir:  ”Yaklaşık  yüz  yıl  evvel  Harrekan  künbetlerinde  dengeli 

olgunluğa  ulaşmış  bulunan  Selçuklu  türbe  mimarasi  bu  yapı  ile  nihai  safhayı  zorlamıştır 

denilebilir”(6, s.16). O, daha sonra göstərir ki, Yusif ibn Küseyr türbəsindən sonrakı 25 il ərzində 

Əcəminin topladığı təcrübənin bəhrələri bu əsərdə açıq şəkildə öz əksini tapmış, onun müəllifinin 

nə qədər böyük dühaya sahib olduğunu nümayiş etdirmişdir.Alim bu əsəri onun kimi 10 bucaqlı 

quruluşa  malik  olan1196-cı  ildə  Marağada  inşa  edilmiş  Kümbədi-kəbudla  müqayisə  etmiş  və 

burada  Əcəmi  üslubunun  güclü  təsri  olduğunu  göstərmişdir.Hakkı  Önkal  daha  sonra  bu  əsərin 

Anadolu abidələrinə təsirini də vurğulamışdır :”İçte dairevi planlı olan ve sivri bir kubbe ile цrtülü 

bulunan eserin ilgi çekici bir de alt katı vardır. Alt kat, Künbed-i Surh'da olduğu gibi ortada bir 

ayak ihtiva etmekte ve on kenarlı bu ayak adeta  bir şemsiye  gibi açılarak mekanı  örtmektedir. 

Benzer bir uygulamasına şahit olduğumuz Kemah'taki Mengücek Gazi Türbesi'nin alt katının bu 

yapıdan etkilendiğini söylemek, iddialı bir görüş olmaz kanaatindeyiz”(6, s.16). 

     Türk  sənətşünası  Prof.  Dr.  Oktay  Aslanapa  türk  memarlığındakı  ortaq  xüusiyyətlərin, 

motivlərin öyrənilməsi istiqamətində geniş tədqiqatlar aparmış və mühüm nəticələr əldə etmişdir. 

Bir faktı da qeyd etmək lazımdır ki, o, Şimali Azərbaycan, o cümlədən Naxçıvan memarlığının 

tarixinə aid xüsusi tədqiqat əsəri yazmışdır (3). Türk alimi ”Türk sanatı” monoqrafiyasında türk 

memarlığının  ortaq  cizgilərini  araşdırarkən  burada  Naxçıvan  memarlıq  abidələrinə  xüsusi  yer 

ayırmışdır.  Məsələn,  o,  Əbubəkr  Əcəmi  Naxçıvaninin  bu  bölgədəki  memarlıq  əsərlərini  ətraflı 

təhlil etdikdən sonra Mömünə xatun türbəsinin baş tağını xüsusilə yüksək qiymətləndirir və yazır 

ki,  bu  abidəvi  baş  tağ  yıxılmış  olub,  ancaq  qədim  fotoşəkillərdə  görüləbilməktədir.  Belə  qoşa 

minarəli baş  tağlar, Anadolu  səlcuqlu  memarlığında çox istifadə  edilmişdir (2.s.83). Alim  daha 

sonra  Elxanilər  dövrünün  abidəsi  olan  Gülüstan  türbəsindən  geniş  şəkildə  bəhs  edir,  onun 

külahının  yıxıldığını  göstərir,həmin  abidənin  Səlcuqlu  türbə,  kümbəz  memarlığının  davamı 

olduğunu  vurğulayır.  Aim  bu  abidəni  Kayseridəki  1276-cı  il  tarixli  Dönər  Kümbət  abidəsi  ilə 

müqayisə edir (2,s.84), Qarabağlar türbəsindən (alim onu kümbət adlandırır-Ə.Q.) bəhs edir, onun 

çadırların tuğla ilə əbədiləşdirildiyi əsərlərdən biri deyə adlandırdığı Radkan türbəsinin (1205-ci 

il Şərqi Xorasan) XIV əsrdə gec bir davamıdır deyə yazır (2,s.84). 

       Əsərinin  başqa  bir  yerində  müəllif  Anadoludakı  Səlcuqlu  dövrü  abidələrindəki  bəzəmə 

motivlərinin,  Cənubi  Azərbaycan  Qəzvin  məscidlərindəki  eyni  motivlərin  Naxçıvan  abidələri 

vasitəsi  ilə  Anadoluya  gəlib  çıxdığını  göstərir.  Başqa  bir  yerdə  o,1218-ci  il  tarixli  Sivasdakı 

Keykavus  şəfaxanasındakı  nümunələrdən  bəhs  edərkən  bunların  “burada  daş  portalın  üst 

kənarında bir- birini kəsən altıbucaqlılarda Naxçıvan kümbətlərindəki (türbə) motivlərin yenidən 

dəyərləndirildiyi görülməkdədir”, deyə yazır (2,s.307). Və ya Memar Sinanın İstanbulda 1545-ci 

ildə  ucaltdığı  Xosrov  paşa  türbəsindən  bəhs  edərkən    “memari  təcəssümü  Nxçıvandakı  tuğla 




 

kümbətlərin (türbə) sadələşmiş,daşdan bənzərləri halına gəlmiş kimidir” deyə yazmışdır(2, s.270). 



Qeyd etmək lazımdır ki, Mimar  Sinanın İran üzərinə Sultan Süleymanın 1535-1536-ci il səfərinə 

qatılması,  Osmanlı  ordusu  ilə  birlikdə  Nahçıvana  gəlməsi,  burada  Əcəmi  əsərlərini  görməsi 

qaynaqlarda göstərilməkdədir (Dalokay 1968). Burada o, yeniçəri qoşununun mühəndisi sifəti ilə 

iştirak  etmişdir.  Bu  səbəbdən  memar  Vedat  Dalokayın  Sinanın  İstanbulda  tikdiyi  Xosrov  Paşa 

türbəsi haqqında bəhs edərkən “burada Atabeylerden kalma kümbetlerden bir soluk gelir” yazması 

da təsadüfi deyildir(4). 

         XX  əsrin  sonlarından  etibarən  Türkiyədə  Naxçıvan  bölgəsi  tarixi-memarlıq  abidələrinin 

daha geniş şəkildə öyrənilməsi işi həyata keçirilməyə başlanmışdır. Bu baxımdan türk sənətşünası 

Doç.Dr.Turqay Yazarın Naxçıvan abidələrini doktorluq dissertasiyası səviyyəsində tədqiq etməsi 

və  sonra  bu  işi  monoqrafiya  şəkilində  nəşr  etdirməsi  diqqəti  cəlb  edir.  Onun  574  səhifəlik 

”Naxçıvanda Türk mimarisi(başlanğıcından 19.yy sonuna kadar)” adlı irihəcmli əsəri 2007-ci ildə 

TTK  nəşriyyatı  tərəfindən  nəşr  edilmişdir.  Kitabda  ilk  dəfə  Naxçıvan  Muxtar  Respublikasının 

tarixi-memarlıq  abidələri  kompleks  şəkildə  tədqiq  edilərək  türk  oxucusuna  təqdim  edilmişdir. 

Burada  bölgədəki  məscidlər,  zaviyələr,  türbələr,  mədrəsələr,iş  mərkəzləri  və  bədəstanlar, 

buzxanalar,  hamamlar,  xanəgahlar  sənətşünaslıq  baxımından  ətraflı  şəkildə  tədqiq 

edilmiş,arxitektura  quruluşu,  memarlıq  xüsusiyyətləri,  kitabələri  təsvir  edilmiş,  bu  abidələrin 

sxemi,  planı,  foroşəkilləri  kitaba  əlavə  edilmişdir.  Turqay  Yazar  eyni  zamanda  “Türklər”  adlı 

çoxcildlik ensiklopediya üçün “Naxçıvanda Türk mimarisi” adlı məqalə də yazmışdır(9). Müəllif 

kitabın  “Dəyərləndirmə”  bölməsində  Naxçıvanın  memarıq  abidələrinin  türk  dünyasında  yeri 

məsələsini nəzərdən keçirir və bu abidələri geniş miqyasda müqayisə edir. O, türk memarlığında 

onbucaqlı türbələri təsnif edərkən Mömünə xatun, Konya II Kılıc Arslan kümbəzini və Marağa 

Kümbədi-kəbudu  bir  qrupa  daxil  edir  və  yazır:  “Bu  yapılardan  Mümine  Hatun  ve  Konya  Kılıç 

Arslan Türbesi hanedan üyeleri için inşa edilmiştir. İldenizliler’in en parlak dönemlerinde inşa 

edilen Mümine Hatun Türbesi’nin bu yapılara örnek olduğu söylenebilir. Kanaatimce bu etkinin 

en büyük nedeni, Büyük Selçuklu devleti içindeki en büyük siyasal gücü oluşturan İldenizliler’e 

bir  öykünmenin  söz  konusu  olmasıdır  ve  bu  plan  Anadolu  Selçuklu  sultanı  tarafından  bilinçli 

olarak seçilmiştir” (8,s.150). 

Müəllif  türk  türbə  memarlığında    abdənin  alt  mərtəbəsinin  ortasında  bir  ayaq  sütunu  olan  

türbələri( I Gilan türbəsi də buraya daxildir-Ə.Q.) bir qrupda birləşdirərək yazır: “Bu  yapıların 

Güney  Azerbaycan’daki  örnekleri  Marağa  Kümbet-i  Surh  (1147-1148)    ve    Anadolu’daki 

örnekleri  ise Kemah Mengücek Gazi  ve Niksar  Kırkkızlar Türbesi’dir  (1220). Anadolu,  Güney 

Azerbaycan  ve Nahcivan’da  yer alan bu örnekler, bu üç bölge  arasındaki kültürel  ilişkilerin  ne 

derece güçlü olduğunu göstermektedir. Anadolu’daki iki türbenin sanatkârı Ömer bin İbrahim el-



 

Taberi  (Kemah)  ve  Ahmed  bin  Ebubekr  el-Merendi’nin  (Niksar)  de  bu  bölgeden  Anadolu’ya 



gelmiş olması, bu plan şemasının kaynağının Azerbaycan olduğunu göstermektedir”(8,s.148). 

Müəllifin Gülüstan türbəsinin bənzərləri haqqında da maraqlı fikirləri vardır: “Nahcivan’da 

birer  örnekle  temsil  edilen  ve  14.  yüzyıla  tarihlenen  oniki  guşəli  ve  oniki  dilimli  tikililərin 

değerlendirmesinde,  bu  yüzyılın  en  büyük  siyasi  hadisesi  İlhanlı  hâkimiyetini  dikkate  almak 

gerekir. Anadolu ve Azerbaycan’a yaklaşık aynı tarihlerde hâkim olan İlhanlılar’ın, Anadolu’ya 

gətirdikləri və burada geliştirdikleri bazı mimari formları tekrar Azerbaycan ve İrana taşıdıkları 

görülmektedir. Konu bu şekilde ele alındığında, Gülistan Türbesi gibi bütün örnekleri Anadolu’da 

olan bir türbe tipinin Nahcivan’da inşa edilmesi açıklık kazanmaktadır”(8,s.168). 

Zeynal bəy türbəsi. Naxçıvanda XIV əsrə aid edilən memarlıq abidələrindən biri də İmamzadə 

türbəsidir. Kərpic materialından inşa edilmiş bu abidə birmərtəbəilidir.Bu gün də ibadət yeri kimi 

istifadə edilir.Bu abidənin üslubunda,bəlkə onun sxemi əsasında tikilmiş türbələrə Anadoluda da 

təsadüf  edilir.  Bu,  Mardin  vilayətinin  Hasankeyf  rayonundakı  Zeynal  bəy  türbəsidir.  Bu  türbə 

Ağqoyunlu dövlətinin zamanında, yəni XV əsrdə inşa edilmişdir. Abidənin üzərindəki kitabədə 

Zeynal bəy üçün inşa edildiyi göstərilir, ancaq tarix verilməmişdir. Ağqoyunlu hökmdarı Uzun 

Həsənin oğlu Osmanlılara qarşı Otluqbeli müharibəsində(1473)şəhid düşmüşdü. Abidənin ustası 

kitabədə Əbdürrəhman oğlu Pir Hüseyn olaraq qeyd edilmişdir ki, bu da onun Naxçıvan və ya 

Təbriz memarlıq məktəbinin nümayəndəsi olmasına işarə edir. Bu türbədə də Naxçıvan memarlıq 

məktəbinin üslubu açıqca görülməkdədir(7, s.53). 

Əcəmi Əbubəkr oğlu Naxçıvaninin memarlıq sənəti ölməz bir məktəbdir. Onun sənətində 

Orta Asiya türk memarlığından qaynaqlanan özəlliklər olduğu kimi Anadolu memarlığı, xüsusilə 

Səlcuqlu  və  Osmanlı  dövrü  Anadolu  memarlığı  ilə  uyğun  gələn,  səsləşən  cəhətlər  də  çoxdur. 

Yuxarıdakı  qeydlərə    əlavə  olaraq  onu  da  göstərə  bilərik  ki,  Anadolu  Kemahda    inşa  edilmiş 

Mengücek Qazi, Yozqatdakı Şah Sultan xatun və Çərkəz bəy türbələrinin də Naxçıvan memarlıq 

məktəbi,  memarlıq  abidələri  ilə  genetik  əlaqələri  olduğu  zamanında  təsbit  edilmişdir  (1,s.68). 

Bunlar  oğuz  türklərinin  memarlıq  sənətində  də  qədim  dövrlərdən  başlayaraq  ortaq  mədəni 

cizgilərə,dəyərlərə, xüsusiyyətlərə malik olduqlarını sübut edən faktorlardır. 

  Ali Məclis Sədrinin himayəsi və iştirakı ilə təşkil olunan“Naxçıvan türk-islam mədəniyyəti 

abidələri:tarixdə və günümüzdə” beynəlxalq konfransı doğma diyarımızın 2018-ci il dünya islam 

mədəniyyətinin paytaxtı elan edilməsi  ərəfəsində həyata keçirilən mühüm mədəni tədbirlərdən 

biri kimi yadda qalacaqdır. 

 

 

 



 


 

ƏDƏBİYYAT 



 

1.Arık, M. O.  Erken Devir Anodolu Türk Mimarisinde Türbe Biçimleri, Anadolu (Anatolian) XI, 

İstanbul,1967,s. 57-100. 

2.Oktay Aslanapa.Türk sanatı, İstanbul: Remzi Kitabevi, 1997 

3.Oktay Aslanapa. Kırım ve Kuzey Azerbaycanda türk eserleri, İstanbul,1979 

4.Dalokay Vedat. Toplumcu Sinan , İstanbul,1968 

5. İ.Hacıyev.Ebülfez Amanoğlu. XII. Yüzyıl mimarı Acemi Ebubekiroğlunun Sanatında Tasvir 

Motifleri//“Sanatta etkileşim” mövzusunda Ankara Hacəttəpə universitetində keçirilmiş 

beynəlxalq simpoziumun materialları, 25-27 noyabr 1998, Ankara, 2000, s.182-185 

6.Hakkı Önkal. Anadolu selçuklu türbeleri, Ankara:Atatürk Kültür Merkezi yayınları,1996 

7.Salamzadə Ə., Məmmədzadə K.  Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, 

Bakı,1985 

8.Turgay Yazar. Nahçıvanda Türk mimarisi(Başlanğıcından 19.yüzyılın sonuna kadar), Ankara, 

TTK yayını, 2007, 576 s. 

9.Turgay  Yazar.  Nahçıvanda  Türk  mimarisi.  “Türklər”  ensiklopediyası,  20  cilddə,VIII  c. 

Ankara,2012 s.174-184 

 

 



 

 

 




 

 



 Yusif Bin Kuseyr türbəsi  

 

Yusif Bin Kuseyr türbəsi 



 


 

      



 

 Yusif Bin Kuseyr türbəsi 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Kemah Məlik Qazi türbəsi 

 

 




 

 



Marağa Kümbəti- Sorx(qırmızı) 

 

 



 

 



10 

 

 



 Mömünə xatun türbəsi 

 

 



 Mömünə xatun türbəsi 


11 

 

     



 

 Mömünə xatun türbəsi  

 

 

 Mömünə xatun türbəsinin aşağı bölümü 



 

 

 



 

    


  

 



12 

 

 



 

 

 

 

 

 



 Konya II Kılıç Arslan türbəsi 

 

 



 

 

 

 

 

 

 

 

 


13 

 

 



 

 

 

 

 

 

 

 

 



 Gülüstan türbəsi 


14 

 

 



Foto. 26: Gülüstan türbəsi 

 

 



 Gülüstan türbəsi 

 

 




15 

 

 



  

 

 



 


16 

 

 



                 SİVAS KEYKAVUS  ŞƏFAXANASININ BAŞTAĞI 


17 

 

 



 

              ZEYNAL BƏY TÜRBƏSİ MARDİN 


18 

 

 



                         

                               ZEYNAL BƏY TÜRBƏSİ MARDİN 

 

 

 



 

 



19 

 

 



                                      NAXÇIVAN İMAMZADƏSİ 

Yüklə 69,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə