Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə1/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
  1   2   3   4   5   6   7   8   9   ...   101


www.vivo-book.com 

 



ÇİNGİZ ABDULLAYEV 

Əclafların qanunu 

 

 

 

 

 

 


www.vivo-book.com 

 



 

 

Bu  kitabda, öz  təsiri ilə bütün  keçmiş  nəhəng dövləti 

əhatə  edən  və  indi  yeni,  transmilli  hücumları  nümayiş 

etdirən  güclü  milli  mafiyaların  fəaliyyətini  göstərməyə  və 

danışmağa  cəhd  olunub.  Çox  vacib  bir  şərtə  oxucuların 

diqqətini çəkmək istərdim. “Milli mafiya” sözü ilə, tullantısı 

bu quldurlar olan xalq sözünü səhv salmaq olmaz. Pis xalq 

olmur, bu elementar həqiqəti hələ bir  çoxları dərk  etməyib. 

Cinayətkar,  milliyyətindən  asılı  olmayaraq  cinayətkar 

olaraq  qalır.  Zərurət  olarsa,  onlar  razılığa  gələrək  birgə 

fəaliyyət  göstərə  bilirlər.  Bu  kitabı  oxuyanların  hamısının 

yadında  qalsın.  İnsana  onun  əməksevərliyinə,  ağlına  və 

şərəfinə  görə;  xalqa  onun  tarixinə,  mədəniyyətinə  və 

ənənələrinə  görə;  özünüzəsə  primitiv  milliyyətçilik 

səviyyəsinə düşməyərək başqalarına hörmət bacarığına görə 

hörmət edin. Nəticə etibarilə, insan olmaq o qədər çətindir 

ki. 

 

 Çingiz Abdullayev 


www.vivo-book.com 

 



 

I hissə 

 

Hərdən adama elə gəlir ki, dağlarda zaman dura bilir. 



Keçən  min  il  ərzində  gözlə  görünən  bir  dəyişiklik  baş 

verməyib.  Təpələrin  yamaclarında  hələ  də  bu  nəhəng 

qayalar arasında tər otlaqlar axtaran qoyun və keçi sürüləri 

gözə  dəyir.  Gündüz  saatlarında  günəş  əvvəlki  kimi  bu 

dağları və onun sakinlərini yandırmaq istəyirmiş kimi yenə 

də  şiddətlə  işıq  saçır.  Gecələrsə  külək  sanki  insanları 

canavarların gəlişi haqda xəbərdar edirmiş kimi xoşagəlməz 

tərzdə  vıyıldayır.  Və  yenə  böyük  yun  kürklərdə  olan  qara 

bığlı çobanlar nəhəng itlərin müşayiətilə adətən öz əlləri və 

ənənəyə uyğun olaraq sol böyürdən asılan bıçağın köməyilə 

sürülərini  qoruyurlar.  Bəzi  çobanlarda  ya  bu  əsrin 

əvvəllərindən,  ya  da  keçən  əsrin  sonlarından  möcüzə 

nəticəsində  qorunub  saxlanan  köhnə  tüfənglərə  də  rast 

gəlinirdi.  Və  görünür,  bu,  sivilizasiyanın  indiki  zamanlara 

gəlib  çatan  yeganə  irəliləyişiydi.  Çobanlar  əvvəlki  kimi 

Allahın  bu  dağlara  göndərdiyi  sadə  qida  ehtiyatıyla 




www.vivo-book.com 

 



keçinirdilər.  Və  onlar  bu  ahəngli  həyatlarından,  sanki 

müdrikcəsinə  qurulmuş  bu  məişətlərindən  razı  və 

xoşbəxtdirlər. 

Bu  gün  qoca  Qurban  adətən  olduğundan  azca  gec 

oyanmışdı.  Artıq  dağların  arxasından  qalxan  günəş  onların 

dünən, nəhayət ki, öz qoyunları üçün yem tapdıqları dərəni 

tam  işıqlandırmışdı.  Həmkəndliləri  tərəfindən  Qurbana 

tapşırılmış sürüdə min başdan artıq qoyun və demək olar ki, 

iki  yüz  quzu  var  idi.  Şükürlər  olsun  ki,  onlar  aşağılardakı 

bir-birilə  vuruşan  tərəflərin  yanından  keçib  sürünü 

başlamaqda olan atışmadan ötürə bildilər. Qurban qoyunları 

bu  qədər  karıxdıran  atışmanın  onlara  necə  təsir  etdiyini 

bilirdi. Üç il əvvəl atışmaya düşüb cəmi beş qoyun itirəndə 

ona elə gəlirdi ki, ən pisi arxada qalıb. Yalnız payızda səhv 

etdiyini  anlamışdı.  Üç  yüz  quzu  gözlədikləri  yerdə  bunun 

heç yarısını da almamışdılar. Qurban öz uzun ömrü boyunca 

minlərlə qoyun yemişdi. Onların təqribən yarısını öz əllərilə 

kəsmişdi. O, heç vaxt düşünməmişdi ki, bu sakit heyvanların 

əsəbləri  ola  bilər.  Onların  harda  yerləşdiyini  bilmirdi  – 

ürəyində,  ya  bəlkə  başında.  Hərçənd  qoyunun  içalatından 




www.vivo-book.com 

 



cız-bız  adlanan  əla  yemək  bişirirdilər.  Başınısa  dili  və 

gözlərilə birlikdə qaynadıb delikates hazırlayırdılar. Və heç 

bir  yerində  sinir  yox  idi.  Atışmaya  qədər  ona  elə  gəlirdi. 

Atışmadan sonrasa artıq bu lənətə gəlmiş sinirlərin hardasa 

olduğunu  anlayırdı.  Baxmayaraq  ki,  qoyunun  ruhu  olduğu 

fikrini  hörmətsizlik  və  kafirlik  sayır,  hərdən  özünün 

qoyunlarla balaca uşaqla olduğu kimi danışdığını hiss edirdi. 

Şəhər  anlayışına  görə  o,  çox  qoca  adam  sayılırdı. 

Artıq  səkkizinci  onilliyi  gedirdi.  Dağ  anlayışına  görəsə  bu, 

yetkin  kişi  yaşıydı.  Onun  qonşusu  Piri  yetmiş  iki  yaşında 

evlənmişdi. Doqquz aydan sonrasa onun qırx yaşlı arvadının 

qucağında  artıq  Pirinin  oğlu  ciyildəyirdi.  Dağlarda  hər  şey 

nisbidir. 

Burda  yüz  yaşa  çatmaqda  olan  adamlara  qoca 

deyirdilər.  Yetmiş  yaşdasa  ata  olmaq  və  ağızdakı  dişlərin 

demək  olar  ki,  hamısını  saxlamaq  mümkün  idi.  Bəlkə  də 

səhərlər  ağzını  yaxaladığı,  dişgöynədən  dağ  suyu  kömək 

edirdi.  Burda  heç  vaxt  diş  fırçaları  və  dişləri  mümkün 

xəstəliklərdən  qoruyan  məcunlar  haqda  eşitməyiblər.  Buna 



www.vivo-book.com 

 



baxmayaraq  ətraf  kəndlərin  bir  çox  sakinləri  ölənə  qədər 

qalan möhkəm dişlərilə fəxr edə bilərdilər. 

Qurbana  adətən,  üç  il  onunla  dağlara  çıxan  nəvəsi 

kömək  edirdi.  Amma  bu  il  nəvəsini  uzaq  dağ  kəndinə 

göndərməli  olmuşdu.  Rayon  mərkəzindən  adamlar  gəlib 

Qurbanın  nəvəsinin  hərbi  komissarlığa  gəlməyini  tələb 

etmişdilər. Busa qocanın heç xoşuna gəlməmişdi. Qurbanın 

ailəsində  vətəni  müdafiə  etmək  hər  bir  kişinin  müqəddəs 

borcuydu.  Onun  qardaşını  Belorusiyada  öldürmüşdülər, 

özüsə Yaponiyaya qarşı müharibədə iştirak edib, hətta Port-

Arturda  da  olmuşdu.  Amma  onun  nəvəsi  artıq  əsgərlikdə 

olmuşdu.  Hələ  vahid  ordu  və  nəhəng  dövlətin  mövcudluğu 

zamanında  özünə  düşən  ikiillik  xidmətini  çəkmişdi.  İndisə 

nəvəsini kiçik ölkənin yerli ordusuna çağırırdılar. Yerli hərbi 

komissarın  iyirmi  beş  yaşlı  oğlunun  hələ  də  orduda 

olmadığı,  rayon  administrasiyasının  yerli  rəhbərinin 

uşaqlarının  çoxdan  respublikadan  getdiyi  və  şayiələrə  görə 

Türkiyədə yaşadığı, prokurorun oğlunun mağaza açıb rayon 

mərkəzində  vuruq  da  olsa,  xarici  maşında  gəzdiyi  nəzərə 

alınsa, Qurban özlüyündə haqlıydı. O, nəvəsini bu avaraların 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə