Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə14/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   10   11   12   13   14   15   16   17   ...   101

www.vivo-book.com 

 

67 



Cəfərov  özü  həll  etsin.  Nəticə  etibarilə,  bu,  təsadüf  də  ola 

bilər. 


–  Onlar  düz  Aslandüzə  gediblər,  –  Kazımov  sakitcə 

etiraz 


etdi. 

–  Düşünürəm  ki,  bu  məhz  bizim 

axtardıqlarımızdır. 

–  Onda  qoy  bu  işlə  Milli  Təhlükəsizlik  Nazirliyi 

məşğul  olsun.  –  Vəliyevin  əhvalı  tamamilə  pozuldu.  –  Hər 

şey sabah bilinəcək, onda danışarıq. Qoy, müstəntiqiniz bizə 

daim  məlumat  versin.  Orda  baş  verən  hər  şeyi  bizə  məruzə 

etsin.  Ya  sizə,  ya  mənə.  Bu  işi  ciddi  nəzarətdə  saxlamaq 

lazımdır. 

– Mən ona belə də əmr etmişəm, – Kazımov, nəhayət 

ki,  kreslodan  dura  bildi.  –  Sabah  axşam  onun  fəaliyyəti 

haqda sizə məruzə edəcəyəm. 

– 

Danışdıq. 



– 

Vəliyevin 

əhvalı 

tamamilə 



korlandığından  işçisini  qapıya  qədər  ötürməklə  öz 

demokratikliyini  göstərməyi  lazım  bilmədi.  Öz kreslosunda 

oturub Kazımova quru tərzdə başını tərpətdi. 

Vəliyevin  qəfil  niyə  belə  qəzəbləndiyinin  səbəbini 

anlamayan Kazımov tələsmədən bufetə tərəf getdi. 



www.vivo-book.com 

 

68 



Otaqda  tək  qalmış  Ənvər  Vəliyevsə  masa  arxasında 

oturub təmiz vərəqə diqqət kəsilmişdi. 

Birdən  daxili  rabitə  aparatı  səsləndi.  O  diksindi, 

amma dəstəyi götürmədi. Telefon bir neçə dəfə çalıb susdu. 

Vəliyev  hökumət  telefonunun  dəstəyini  qaldırıb  özünə  tabe 

olmayan barmaqlarla üç nömrə yığdı və ilk sözünü dedi: 

– Köpək... 

 

 



 

                          V HİSSƏ 

O,  həmkarlarının  oturduğu  cipin  necə  uzaqlaşdığına 

baxırdı. Telefonsa çalmaqda davam edirdi. Nəhayət, dəstəyi 

götürdü. 

– Salam, – çox nəzakətli səs dedi. 

–  Eşidirəm,  –  bu  saxta  yumşaq  bariton  onun  heç 

xoşuna gəlmədi. 

–  Dostlarınız  artıq  gedib?  –  dəstəkdəki  naməlum  səs 

soruşdu. 




www.vivo-book.com 

 

69 



– Məncə, hə, – belə hallarda sakit olmaq lazım idi, o 

bunu yaxşı bilirdi. 

–  Onlara  kömək  etməyə  razılaşdınız?  –  bariton 

soruşdu. 

– Sizcə? 

– İndiki halda məni sizin cavabınız maraqlandırır. 

– Yəqin özünüz eşitmisiniz. Əgər mənim telefonumu 

və  görüş  yerini  tapa  bilmisinizsə,  deməli,  söhbəti  də 

dinləməliydiniz, – o, sakit qalmağı bacarırdı. 

– Bura Amerika deyil, Dronqo, hətta Avropa da deyil. 

Bizdə hələ belə mükəmməl texnika yoxdur, – bariton kifayət 

qədər açıq danışırdı. 

– Gələcək üçün nəzərə alaram. Niyə zəng etmisiniz? 

–  Siz  mənim  sualıma  cavab  vermədiniz  –  siz 

İnterpoldan gələnlərlə əməkdaşlıq etməyə razılıq verdiniz? 

– Mən cavab verməliyəm? 

–  Düşünürəm  ki,  hə.  Daha sonra sizə öz motivlərimi 

izah edəcəyəm. 

– Mən imtina etdim. – Ehtimal etmək olardı ki, burda 

işləyənlər də yalnız axmaqlar deyil. Əgər onlar onu tapa və 




www.vivo-book.com 

 

70 



Lautonun  məhz  kiminlə  görüşdüyünü  belə  tez  öyrənə 

bilmişdilərsə, deməli, yerli milli təhlükəsizlik xidməti də işə 

qoşulmuşdu. 

– Biz belə də təxmin edirdik. – Baritonun səsində bir 

məmnunluq duydu. 

–  Sizə  nə  lazımdır?  –  Onun  səbri  tükənməyə 

başlayırdı.  Belə  gözlənilməz  zəng  üçün  onsuz  da  kifayət 

qədər dözmüşdü. 

–  Cənab  Lautonun  hədsiz  aktiv  davranışı  bizim 

xoşumuza  gəlmir.  Razılaşın,  bu  demək  olar,  daxili  işə 

qarışmaqdır. Və əlbəttə ki, onun respublikamızdakı tanışları 

arasında sizin kimi peşəkarın olması da bizi məmnun etmir, 

Dronqo.  Mənə  elə  gəlir,  siz  anladınız  ki,  biz  sizin  cənab 

Lautonla  gələcək  görüşlərdən  mümkün  qədər  qaçmağınızı 

istərdik. 

– Kiminlə danışdığımı öyrənə bilərəm? 

–  Bu  sizin  üçün  çox  əhəmiyyətlidir?  Deyək  ki,  mən 

sizin  keçmiş  uğurlarınıza  rəğbətlə  yanaşan  bir  dostam.  Öz 

əyalətimizdə  biz  də  nəsə  eşitmişik.  Əgər  siz  xaricdə 

məhsuldar işləmək istəyirsinizsə, canınız sağ olsun. Bu sizin 




www.vivo-book.com 

 

71 



hüququnuzdur. 

Əgər 


bizimlə 

əməkdaşlıq 

etmək 

istəyirsinizsə,  çox  gözəl.  Hərçənd,  düşünürəm  ki,  siz  bu 



təklifdən  də  imtina  edəcəksiniz.  Deməli,  bizim  sizinlə 

yeganə  çıxış  yolumuz  var  –  siz  könüllü  olaraq  şəhəri  tərk 

etməlisiniz. Və mümkün qədər tez. 

–  Maraqlı  perspektivdir,  –  Dronqo  burnunun  altında 

dedi, – siz motivləriniz haqda danışmağa söz vermişdiniz. 

– Düşünürdüm ki, mənim sözümə inanacaqsınız. Axı 

deyəsən,  şəhərdə  sizin  bacınız  və  onun  iki  azyaşlı  uşağı 

yaşayır. Doğrudanmı, siz bu nüansı vacib saymırsınız? 

–  Maraqlıdır!  –  Həyatında  çoxdandır  belə  bir 

zəhlətökən  çatmırdı,  hətta  ovda  olduğu  kimi  çox  yaxına 

gəlmişdi,  indi  ən  vacibi  başlayırdı:  –  Düşünmürdüm  ki,  siz 

məni təhdid edərsiniz. 

– Bu, təhdid deyil, – həmsöhbəti etiraz etdi, – sadəcə 

olaraq, ağıllı təhlükəsizlik tədbiridir. Razılaşın ki, sizin kimi 

peşəkarla  insanın  əlində  daha  bir  kozırın  olmağı  mane 

olmur. 


– Siz nişanlanmış kartlarla oynamırsınız ki? – Dronqo 

özünü saxlaya bilmədi. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə