Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə3/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   2   3   4   5   6   7   8   9   ...   101

www.vivo-book.com 

 

12 



–  Yaxşı,  –  qara  bığlı  əlini  yellədi,  –  sağ  ol,  çoban. 

Hələ  yolumuz  uzundur.  Bəs  sən  sürünü  tək  otarmağa 

qorxmursan? 

–  Mən tək  deyiləm,  –  bu sözü  sakitcə  deyən  Qurban 

beşinin  də  ehtiyatlandığını  sezdi,  –  mənim  üç  dostum  var. 

Şeytan və onun qardaşları. 

O, itin qulaqlarını nəvazişlə tumarladı. 

–  Hə,  əlbəttə,  –  qara  bığlı  gülümsədi,  –  bunlar  əsl 

köməkçilərdir. Gedək, – o, yol yoldaşlarına dedi. 

Bayaqdan  susanlardan  biri  qəfil  avtomatını  düzəldib 

Qurbana sarı döndü. O dərhal bu xarakterik burnu, dodaqları 

və gözləri tanıdı. Qarşısındakı Vazgenin oğlu Armen idi. Bu 

lənətə gəlmiş müharibəyə qədər onların evində çox olmuşdu.  

– Armen, – Qurban güclə eşidiləcək şəkildə dedi. 

Oğlan çoban tərəfə dönməyə cürət etməyərək yerində 

dondu. Yanında kimsə avtomatın rəzəsini dartdı. 

–  Lənətə  gələsən,  qoca,  –  qara  bığlı  təhdidlə  dedi,  – 

nahaq onu tanıdın. 

Qurban çevrildi. O, heç nə başa düşmürdü. Aşağıdakı 

dərədə  artıq  beş  il  idi  ki,  amansız  müharibə  gedirdi.  Və  bu 




www.vivo-book.com 

 

13 



yaxınlara qədər qonşu olan ermənilər və azərbaycanlılar bir-

birini  qəddarlıqda  və  hiyləgərlikdə  keçməyə  çalışaraq 

öldürürdülər. Burdasa, dağların başında o, ikisi erməni, ikisi 

azərbaycanlı  olan  dəstənin  dostcasına  harasa  getdiyini 

görürdü.  Bəlkə,  nəhayət,  çoxdan  gözlənilən  sülh 

yaranmışdı? Bu, onun sonuncu fikriydi. Avtomat darağı onu 

dəlik-deşik etdi. Və o ona tərəf cuman oğlanı görə bildi. 

–  Yenə  də  boşuna  deyil,  –  Qurban  sakitcə  dedi,  – 

köhnə çörək unudulmur. 

Oğlan  onu  tutmağa  macal  tapana  kimi  Qurban  öldü. 

Şeytan  qəzəblə  yad  adamın  üstünə  cumdu.  Qara  bığlı  əlini 

tutaraq çığırdı. 

– Vurun, – o, ümidsizcəsinə bağırırdı, – tez olun! Bu 

heyvan əlimi qoparacaq. 

Armenin ortağı tapançanı çıxarıb onlara yaxınlaşdı və 

Şeytana  düz  yaxından  atəş  açdı.  Yalnız  beşinci  güllədən 

sonra  it  düşmənin  əlini  buraxıb  bir  neçə  metr  sürünərək 

öldürülən sahibinin yanında öldü. 

– Lənətə gəlmiş axmaqlar, – keçəl qışqırdı, – niyə atəş 

açdınız? Bunsuz keçinmək olmazdı? 




www.vivo-book.com 

 

14 



– O bizim adamlardan birini tanıdı, – qara bığlı özünə 

haqq qazandırdı. 

–  Hə,  –  Armen  təsdiqlədi,  –  o,  məni  tanıdı.  Atamın 

tanışı olub. 

Onlar,  demək  olar  ki,  bir-birilərinə  bitişik  halda 

çobanın  başının  üstündə  dayanmışdılar.  Bu  vaxt  sürü 

tərəfdən  iki  itin  mırıltısı  eşidildi.  İtləri  yaxına  buraxmamaq 

üçün beşi də atəş açmalı oldu.  

İtləri  öldürəndən  sonra  hamısı  yenidən  Qurbana 

baxdı.  O,  yerdə  uzanaraq  sanki  başı  üzərində  dayanan  rus, 

azərbaycanlı  və  ermənidən  ibarət  dəstənin  beynəlmiləl 

birliyinə  təəccüblənmişdi.  Onların  beşi  də  artıq  vicdanını 

çoxdan  itirmiş  və  normal  adamla  qulduru  ayıran  sərhədi 

çoxdan  tapdalamışdılar.  Amma  indi  qoca  çobanın  cəsədi 

üzərində  dayanan  Armen  nəsə  bir  narahatlıq  hiss  edirdi. 

Sanki  bu  qocanın ölümü  onun  taleyində  nə  cürsə öz  əksini 

tapa bilərdi.  

– Cəsədi neyləyək? – balacaboy azərbaycanlı soruşdu. 

– Burda saxlayacağıq, – dəstə başçısı əlini yellədi. 



www.vivo-book.com 

 

15 



–  Sonra  da  azərilər  deyəcək  ki,  ermənilər  onların 

çobanını öldürüb, – Şeytana atəş açan erməni etiraz etdi. 

– Guya ermənilər azərbaycanlılara atəş açmır, – Ömər 

qəzəblə dedi. 

– Amma bu qocanı sən güllələdin, – Armen hirsləndi, 

– bizim üstümüzə atmaq lazım deyil. Vartan, orda deyəsən, 

daşların dalında kimsə gizlənib. 

– Cəld ora, – qrup rəhbəri əmr etdi. 

Vartan yenə tapança çıxardıb daşlara tərəf cumdu. İki 

atəş səsi gəldi. 

Vartan daşların arxasından çıxdı. 

– Oğlan idi, – o, gülümsəyərək qışqırdı, – indi hesab 

bərabərləşdi.  Birini  mən  öldürdüm,  birini  Ömər.  Qoy 

desinlər ki, ermənilər atəş açıb. 

– Əclaf, – Ömər bağırdı, – bizim oğlanı öldürdün. 

–  Daha  bir  söz  desəniz,  mən  atəş  açmağa 

başlayacağam,  –  başçı  qəzəblə  dedi,  –  tez  burdan  gedək. 

Dağlarda atəş səsləri uzaqdan eşidilir. 

Yenidən  sıraya  düzləndilər  və  onların  kiçik  dəstəsi 

tezliklə üfüqdə görünməz oldu. 




www.vivo-book.com 

 

16 



Daşların  arxasından  inilti  səsi  gəldi.  Bütün  söhbəti 

eşidən  ağır  yaralı  Əli  hələ  sağ  idi.  Çoxlu  qan  itkisinə 

baxmayaraq, növbəti günün axşamı qonşu kəndin çobanları 

onu  tapana  qədər  anlaşılmaz  şəkildə,  demək  olar  ki,  bir 

sutka  dözə  bilmişdi.  Əli  hələ  də  sağ  idi.  Onu  təcili  rayon 

mərkəzində  yerləşən  xəstəxanaya  göndərdilər.  Hərçənd, 

oğlanın şansı çox az idi. Bunu qocalar deyirdi. 

 

                     II HİSSƏ 



Bu  gün  xoşagəlməzliklər  səhər  tezdən  başlamışdı. 

Əvvəlcə jurnaldan zəng edib iki gün əvvəl verilmiş məqaləni 

bitirməyi  xahiş  etmişdilər.  Nəşriyyata  bir  az  kağız  daxil 

olmuşdu  və  baş  redaktor  öz  jurnalının  birinci  növbədə 

çıxmağına  nail  olmuşdu.  O  onsuz  da,  demək  olar  ki,  bir  il 

gecikirdi. 

Sonra  avtodayanacaqda  öyrəndi  ki,  maşınının 

akkumulyatoru ölüb. Bu, kifayət qədər böyük xoşagəlməzlik 

idi.  Bu  il  akkumulyator  qıtlığı  var  idi.  Olanlarsa  yalnız 

dollara satılırdı. Və nəhayət, öz evinə yaxınlaşanda üzərində 

müşahidə sezdi. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə