Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə4/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   2   3   4   5   6   7   8   9   ...   101

www.vivo-book.com 

 

17 



Müşahidəçini  ələ  keçirmək  üçün  məcburən  yoxlama 

dairəsi vurdu. Müşahidəçi döngədən qaçarkən onunla üz-üzə 

gəldi. 

– Hə, cavan oğlan, – Dronqo gülümsədi, – məni niyə 



izləyirsiniz? 

–  Siz  Dronqosunuz?  –  otuz  yaşlarında  olan  oğlan 

soruşdu. O, “r” hərfini bir qədər yumşaq səsləndirirdi. 

– Tutaq ki. Nə olsun? 

–  Mən  regional  müfəttişin  köməkçisiyəm,  –  cavan 

oğlan özünü təqdim etdi. 

– Hə? – o artıq təəccüblənmirdi. – Mən elə bilirdim, 

sizi peşəkar yararsızlığa görə ləğv ediblər. 

–  Bizi  niyə  ləğv  etməliydilər  ki?  –  cavan  oğlan 

heyrətləndi. 

–  Bəs  siz  Avropada  xeyirli  nə  iş  görə  bildiniz  ki? 

Yuqoslaviyada müharibəyə imkan verdiniz? Bəlkə Afrikada 

daha böyük uğurlarınız olub? Hərçənd, şəxsən sizin buna nə 

dəxliniz  var?  Bu  mənim  yaşıma  görədir,  bağışlayın.  –  O 

çevrilib  binanın  girişinə  daxil  oldu.  –  Siz  mənimlə 

gəlirsiniz? – Dronqo başını döndərmədən soruşdu. 




www.vivo-book.com 

 

18 



– Əlbəttə, – cavan oğlan tələsdi. 

–  Sizin  qəribə  ləhcəniz  var,  –  Dronqo  pilləkənləri 

qalxaraq düşüncəli tərzdə dedi, – siz slovaksınız, yoxsa çex? 

–  Macar,  –  cavan  oğlan  cəld  cavab  verdi,  –  atam 

macardır,  anam  ukraynalı.  Ona  görə  rus  dilini  belə  yaxşı 

bilirəm. 

–  Adınız  nədir?  –  onlar  artıq  növbəti  mərtəbəyə 

qalxırdılar. 

– Dyula. 

– Məşhur macar adı. Əsl adındır, yoxsa sənəddəki? 

Oğlan bir qədər karıxdı. 

– Əsl, – yuxarı mərtəbədən səs gəldi. 

Yuxarı  meydançada  tünd  saçları  olan,  möhkəm 

bədənli,  ortaboylu,  əlində  tənbəki  çubuğu  tutan  bir  kişi 

dayanmışdı.  Çənəsində,  görünür,  cavanlıqdan  qalan  dərin 

çapıq gözə dəyirdi. Onun qırx-qırx beş yaşı olardı. 

Dronqo diqqətlə nəzər yetirdi. Şübhə yox idi. 

–  Cənab  Lauton,  –  o,  məmnuniyyətlə  dedi,  –  bu 

sizsiniz, cənab Cerald Lauton? 



www.vivo-book.com 

 

19 



Kişi  başını  tərpədib  çubuğu  yığışdırdı  və  əlini 

qaldırdı.  Dronqo  yuxarı  tələsdi.  Bir  dəqiqə  sonra onlar bir-

birini möhkəm qucaqlamışdılar. 

–  Bilirdim  ki,  məni  dərhal  tanıyacaqsan,  –  Lauton 

həyəcanla danışırdı. 

–  Əlbəttə,  sənin  çapığını  unutmaq  mümkün  deyil. 

Şüurum özümə gələndə gördüyüm ilk şey Dyunuanın yumru 

bədəni  və  sənin  dəhşətli  çapığın  idi.  Sonra  qalan  hər  şeyi 

xatırlamağa başladım. 

Dyula maraqla iki köhnə dostun görüşünü seyr edirdi. 

Dronqo qapını açıb qonaqları birinci buraxdı. Daha bir neçə 

dəqiqə  sonra  onlar  dərin  kreslolarda  oturub  yeddi  il  əvvəl 

baş vermiş hadisələri xatırlayırdılar. 

O vaxt Nyu-Yorkda Dronqo və dostları ABŞ və SSRİ 

prezidentlərinə  qarşı  təşkil  olunmuş  sui-qəsdin  qarşısını  ala 

bilmişdilər.  Amma  Dronqo  özü  ölümcül  yaralanmış  və 

möcüzə nəticəsində sağ qalmışdı. O günlərdə həkimlər onun 

heç  bir  şansı  olmadığını  deyirdilər.  BMT-nin  xüsusi 

ekspertlər qrupunun rəhbəri Pyer Dyunua onun yanından bir 

an  belə  çəkilməmişdi.  Onlar  Lautonla  birlikdə  möcüzəyə 




www.vivo-book.com 

 

20 



ümid  edərək  yaralı  yoldaşlarının  başının  üstündə  növbə 

çəkmişdilər.  Və  möcüzə  baş  verdi.  Dronqo  sağaldı.  Amma 

evə  qayıdandan  sonra  uzun  müddət  aktiv  fəaliyyətdən 

uzaqlaşdırılmışdı.  Sonra  doxsan  birin  avqustu  gəldi,  SSRİ 

süqut  etdi.  Onu,  son  dərəcə  çətin  tapşırıqlar  verməklə 

Moskvada iki dəfə xatırladılar. Hər ikisində də dostlarını və 

yaxınlarını itirərək möcüzə nəticəsində evə qayıda bilmişdi. 

Həyatında  çoxsaylı  möcüzələr  olub.  Və  Lautonun  onun 

şəhərində,  onun  evinin  pilləkənində  peyda  olması  bu 

möcüzələrdən biridi. 

Keçmiş  xatirələri  yada  salıb  qurtarandan  sonra 

nəhayət, Dronqo maraqlandı: 

–  Siz  yalnız  bizim  keçmişimizi  xatırlamağa 

gəlmisiniz? Yoxsa sənin başqa bir tapşırığın var? 

Lauton Dronqonun kinayəsini qiymətləndirdi. 

–  Hə,  –  o,  gülümsəyərək  dedi,  –  mənim  sənin  üçün 

xüsusi tapşırığım var. 

–  Sən  indi  İnterpolla  əməkdaşlıq  edirsən?  –  Dronqo 

soruşdu. 



www.vivo-book.com 

 

21 



–  Əlbəttə.  Bu  cavan  oğlanın  köməkçisi  olduğu 

Zaqafqaziya  üzrə  həmin  regional  müfəttiş  elə  mənəm.  – 

Lauton Dyulanı göstərdi. 

– Qibtə etməzdim, – Dronqo yavaşca donquldandı, – 

məncə, indiki zamanda bu, dünyanın ən qəliz regionlarından 

biridir. Bəs niyə məhz səni göndəriblər? Burda yerli kadrlar 

çatmır? 

–  Hansı  yerli  kadrlar?  –  Lauton  heyrətləndi,  – 

Gürcüstanda  İnterpolun  bürosu  iki  ildən  artıq  iflic 

vəziyyətindəydi,  Ermənistanda,  demək  olar  ki,  işləmirdi. 

Azərbaycandasa  yerli  şöbənin  rəhbərini  növbəti  çevrilişdə 

iştirakına görə sadəcə olaraq həbs ediblər. Kifayətdir? 

–  O,  doğrudan  çevrilişdə  iştirak  edib?  –  Dronqo 

maraqlandı. 

– Bəs özün bilmirsən? 

– Mənə sənin fikrin maraqlıdır. 

–  Ən  azından  o,  bu  ittihamla  həbs  olunub.  Biz 

yoxlamışıq,  bizim  işlərlə  heç  bir  əlaqəsi  yoxdur,  sırf 

siyasətdir.  Bizsə,  sənə  məlum  olduğu  kimi,  siyasətə 

qarışmırıq. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə