Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə5/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   2   3   4   5   6   7   8   9   ...   101

www.vivo-book.com 

 

22 



– Rahat mövqedir, – Dronqo burnunun altında dedi. 

– Başa düşmədim. 

–  Heç  nə.  Sadəcə  olaraq  bunun  üçün  burda  uzun 

müddət yaşamaq lazımdır. Davam et.  

–  Biz  Zaqafqaziyadan  Avropaya  nəzarətsiz  daşınan 

böyük  narkotik  yüklər  haqda  məlumatlardan  narahat  idik. 

Azərbaycan  və  Ermənistan  arasındakı  müharibədən, 

Gürcüstandakı  qeyri-sabitlikdən  istifadə  edən  yerli 

cinayətkar  klanlar  Pakistan  və  əfqan  işbazlarıyla  sıx 

əməkdaşlıq qurublar. Hərçənd, İranın islam hökuməti bu gur 

axına  mane  olmağa  heç  olmasa,  cəhd  göstərir.  Buna 

baxmayaraq onların uğurları o qədər də gözə çarpmır. Və ya 

ümumiyyətlə,  əhəmiyyəti  olmur.  Amerikanın  narkotiklərin 

yayılmasıyla  mübarizə  idarəsi  yerli  hüquq-mühafizə 

orqanlarıyla 

sıx 


əməkdaşlıq 

yaratmaq 

üçün 

öz 


nümayəndəsini  Gürcüstana  göndərmişdi.  Amma  o 

öldürüldü.  Gürcülər  sonradan  əmin  edirdilər  ki,  bu, 

tamamilə  təsadüfdür.  Bizim  üçün  Azərbaycan  və  İran 

arasındakı  sərhədin  ən  təhlükəli  hissəsi  Dağlıq  Qarabağın 

vuruşan  erməni  hissələri  tərəfindən  işğal  olunub.  Orda 



www.vivo-book.com 

 

23 



ümumiyyətlə, heç bir nəzarət yoxdur. Yeri gəlmişkən, bunu 

həm  Azərbaycan,  həm  də  erməni  mənbələri  göstərmişdi. 

Sərhəd sadəcə olaraq dağıdılıb və ona heç kim nəzarət etmir. 

Bizdə  olan  məlumata  görə  böyük  miqdarda  yüklər  məhz 

ordan Gürcüstan limanlarına, ordansa Avropa və Türkiyəyə 

göndərilir. 

– Ona görə burdasan? – Dronqo soruşdu. 

– Yox, mənə qədər bura İnterpolun türk nümayəndəsi 

Namiq Aslan göndərilib. Onun Bakıya gəlişi haqda hökumət 

dairəsindən  yalnız  bir  neçə  adam  bilib.  Sonra  nə  baş 

verdiyini ehtimal edə bilirsən? 

–  Bilirəm,  –  Dronqo  sakitcə  cavab  verdi,  – 

qəzetlərdən  türk  iş  adamı  Namiq  Aslanın  ölümü  haqda 

oxumuşam.  Onu  mehmanxananın  yanında  güllələmişdilər. 

Qatil hələ də tapılmayıb. 

–  Doğrudur.  Bu  isə  o  deməkdir  ki,  burda  bizim 

məlumatların  yerli  narkobaronlara  ötürülməsi  ehtimalı  var. 

Razılaş ki, bununla ciddi məşğul olmaq lazımdır. 

– Buna görə gəlmisən? 



www.vivo-book.com 

 

24 



– Tək buna görə yox, – Lauton çapıq görünən çənəsini 

xarakterik jestlə sığallayaraq başını buladı. – Məlum olduğu 

kimi,  çeçen  müharibəsi  zamanı  Rusiya  Azərbaycan  və 

Gürcüstanla  sərhədi  bağlamışdı.  Qara  dənizdə  rusların 

keşikçi  sərhəd  mühafizə  gəmiləri  peyda  olub.  Amma  bu, 

narkotik 

yüklərin 

maneəsiz 

şəkildə 

Gürcüstandan 

keçməsinə, eləcə də, Şimali Qafqaz vasitəsilə Ukraynaya yol 

tapmasına  mane  olmayıb.  Başa  düşürsən,  söhbət  nədən 

gedir? 

–  Hər  şey  satın  alınıb,  –  Dronqo  gözlərini  yumaraq 



yorğun halda dedi, – bu elə maraqsızdır ki. Burda hamı satın 

alınır  –  siyasətçilər  də,  hərbiçilər  də,  polis  də,  yerli 

təhlükəsizlik  əməkdaşı  da,  sərhədçi  də,  gömrükçü  də.  Bu, 

Rusiyada da belədir, Gürcüstanda da, Azərbaycanda da. Elə 

Ermənistanda  da.  İnsanları  durduran  heç  nə  qalmayıb. 

Cəzalandırılmaqdan  çoxdan  heç  kim  qorxmur  –  həmişə 

pulla  qurtulmaq  olar.  Mənəvi  kateqoriyalarsa  hesaba 

alınmır. Hər şey doğrudur, elə bunu da gözləmək lazım idi, 

cənab  Lauton.  Bilirsən,  maraqlı  paradoks  yaranır  – 

amerikalılar və qərbi avropalılar SSRİ-ni uğurlu bir şəkildə 




www.vivo-book.com 

 

25 



dağıtdıqlarına  görə  hələ  min  dəfə  peşman  olacaqlar. 

Əvvəllər  “dəmir  pərdə”  çərçivəsində  olan  bütün  zir-zibil 

geniş  sərbəstliyin  olduğu  və  əsl  pulların  dövr  etdiyi  “azad 

dünyaya” tökülüşüb. 

Rus  mafiyası  problemin  yalnız  bir  hissəsidir. 

Milyonlarla mühacir yaxşı həyat ardınca Qərbə üz tutub. Və 

onların  arasında  o  qədər  yaramaz  və  əclaf  var  ki,  öz 

kütlələrində  bəlkə  də  çoxluq  təşkil  edirlər.  Silah,  narkotik, 

Avropa fahişəxanalarına ucuz qızların ixracı... Eh, sizə necə 

də pis olacaq. 

– Sən elə bil ki, sevinirsən, – Lauton incidi. 

–  Yox,  mən  ağlayıram,  –  Dronqo  ayağa  durdu,  – 

gedim,  sizə  çay  dəmləyim.  Burda  çay  içmək  qəbul  olunub, 

qəhvə yox. 

O,  mətbəxə  keçdi,  qonaq  otağında  baş  verənlərə 

diqqət  kəsildi.  Hər  iki  həmsöhbəti  susurdu.  Tünd  çay 

dəmləyib  stəkanlara  süzdü.  Bütün  bunları  podnosa  yığıb 

otağa qayıtdı. 

– Buyurun, – o, qonaqlara təklif etdi. 

– Çox sağ ol, – Lauton əlini stəkana uzatdı. 




www.vivo-book.com 

 

26 



Dyula nəyəsə gülümsəyib öz stəkanını götürdü. 

–  Hə,  harda  qalmışdıq?  –  Dronqo  soruşdu.  –  Mənim 

sevincimdə. 

Zaqafqaziya 

respublikalarında 

orta 


əməkhaqqının  nə  qədər  olduğunu  bilirsiniz?  Bir-iki  dollar. 

İndiki  hər  üç  müstəqil  dövlətdə.  Amma  bura  keçmiş 

Sovetlər  İttifaqında  ən  zəngin  diyar  idi.  İnsanlar  aclıq 

çəkməyə  başlayıblar,  distrofiyadan  ölürlər.  Bir  çoxları 

intihar  edirlər.  Heç  kim  heç  bir  perspektiv  görmür.  Və  siz 

tox,  inkişaf  etmiş,  hər  cür  təminatı  olan  ölkələrdən  belə 

yerlərə  gəlib  təəccüblənirsiniz  ki,  burda  niyə  bu  qədər 

cinayət var, niyə hər şey satılır və alınır? Bəs bu bədbəxtlər 

nəylə 

yaşasınlar?  Nümunə  istəyirsiniz?  Gürcüstan, 



Ermənistan 

və 


Azərbaycanın 

prokurorlarının  aylıq 

əməkhaqqı  sizin  ölkələrinizin  istənilən  yoxsulunun  bir 

günlük  qazancından  azdır.  Müdafiə  nazirisə  yaxşı  bir 

bayramlıq  mundir  almağa  çatmayacaq  qədər  pul  alır. 

İnandırıcıdır? 

– Bəs onlar necə yaşayırlar? – Dyula təəccübləndi. 

–  Oğurlayırlar,  cənablar,  hamı  oğurlayır.  Rüşvət  alır, 

oğurlayır,  satış  qiyməti  olan  hər  şeylə  ticarət  edirlər.  Ən 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə