Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə6/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   2   3   4   5   6   7   8   9   ...   101

www.vivo-book.com 

 

27 



ucuz  qiymətə  şəxsi  vicdan  olduğundan  onu  uyğun  qiymət 

təklif olunan hamı çoxdan satıb. 

–  Sənə  elə  gəlmir  ki,  sən  pessimistsən?  –  Lauton 

qaşlarını çatdı. 

– Mən hələ optimistəm. Nazirlər və prokurorlar təkcə 

rüşvət  alsaydılar,  yaxşıydı.  Yox,  onlar  eləcə  də,  reket 

dəstələrinə,  qaçaqmalçılara,  onlara  müdafiə  üçün  müəyyən 

faiz  ödəyən  fırıldaqçılara  rəhbərlik  edirlər.  Yoxsa  yaşaya 

bilməzlər. 

– Prokurorlar? – Lauton zarafat etdi. 

–  Nazirlər  də,  –  Dronqo  ciddi  tərzdə  cavab  verdi,  – 

ümumiyyətlə, Zaqafqaziya respublikalarını artıq vətəndaşlar 

özləri  badımcanlıq  və  ya  limonluq  adlandırırlar.  İnsanların 

inamı qalmayıb. Gələcəyə də heç bir şans yoxdur. 

–  Kədərlidir,  –  Lauton  çaydan  bir  qurtum  aldı.  – 

Qaynardır, – o, narazılıqla dedi. 

–  Çayı  çox  qaynar  içirlər,  –  Dyula  izah  etdi,  –  mən 

artıq bu adəti bilirəm. 

– Deməli, bizim burda nəyisə qaydasına salmağa heç 

bir şansımız yoxdur? – Lauton birbaşa soruşdu. 




www.vivo-book.com 

 

28 



– Sözün düzü – demək olar ki, yox. 

– Necə yəni “demək olar ki?” 

–  Bu  o  deməkdir  ki,  əgər  siz  bu  şərtlərdə  təhqiqat 

apara  bilsəniz,  ən  yuxarılara  çıxış  əldə  edə  bilərsiniz.  Bu 

halda Zaqafqaziya respublikalarının rəhbərləri öz ölkələrinin 

imicini  qoruyub  saxlamaq  üçün  bir  dəstə  qulduru  aradan 

götürüb  onları  digəriylə  əvəz  etməklə  sərt  tədbirlər 

görəcəklər. Amma əgər siz təkbaşına uğur əldə edə bilsəniz. 

Heç  bir  köməyə  ümid  bəsləməyin.  Burda  “əclafların 

qanunu” hökm sürür, Cerald, sizə çox çətin olacaq. 

–  Heç  vaxt  belə  bir  qanun  haqda  eşitməmişəm,  – 

Dyula təəccübləndi, – bu nə deməkdir? 

– Əsas qayda çox sadədir, – Dronqo həvəslə izah etdi. 

– Dostun səni ələ verməzdən əvvəl sən onu satmağa macal 

tap.  Öz  vicdanını  münasib  qiymətə  satmağa  imkan  tap,  nə 

qədər  ki,  bunu  sənin  şəriklərin  etməyib.  Bir  sözlə,  xəyanət 

etməyə macal tap, yoxsa bunu başqaları edəcəklər. 

–  Fransızların  belə  bir  sözü  var:  yalnız  özününkülər 

xəyanət edirlər, – Dyula xatırladı. 



www.vivo-book.com 

 

29 



–  Hə,  –  Dronqo  təsdiqlədi,  –  amma  onlar  bunu 

arasında satqınların da olduğu kəşfiyyatçılar haqda deyiblər. 

Mindən biri. Burdasa nisbət əksinədir. 

–  Deməli,  bizim  az  da  olsa,  şansımız  var,  –  Lauton 

yenə çənəsini sığalladı, o həyəcanlanırdı. 

– Minimal. O da ona görə ki, burda təkamül qanunu 

işləyir.  Böyük  yaramazlar  daha  kiçiklərini  yeyirlər.  Öz 

hakimiyyətlərinin qeydinə qalan və onu qoruyub saxlamağa 

çalışan  siyasətçilər  öz  ətraflarından  həddən  artıq  mənfur 

fiqurları  qurban  verməli  olurlar.  –  O,  birdən  Lautonun 

sözlərinə  diqqət  yetirdi.  –  İndiki  halda  “bizim”  sözü  nəyi 

bildirir? – Dronqo maraqlandı. 

–  Bizim,  –  Lauton  sakitcə  təkrarladı.  –  Mənim, 

Dyulanın və sənin. 

Otağa sükut çökdü. 

–  Deyəsən,  mən  hələ  öz  razılığımı  verməmişəm,  – 

Dronqo yavaşca xatırlatdı. 

–  Sən  axı  mənim  niyə  gəldiyimi  dərhal  anladın.  Biz 

yerli  adətləri  bilmirik,  bizim  lazımi  ustalığımız  yoxdur. 

Sənin bu işdə iştirakın taleyin hədiyyəsi kimidir. 




www.vivo-book.com 

 

30 



– Mən heç vaxt bu regionda işləməmişəm, – Dronqo 

xatırlatdı. 

– Nə olsun? – Lauton heyrətləndi. 

–  Mən  burda  yaşamalıyam.  Heç  nəyə  baxmayaraq, 

mən  bu  yerləri,  içində  bu  qədər  çirkinliklər  olan  şəhəri 

sevirəm. Arasında çoxlu tanışlarım və dostlarımın da olduğu 

bu  bədbəxt  insanları  sevirəm.  Siz  daha  sonra  çıxıb 

gedəcəksiniz,  əlbəttə  ki,  əgər  biz  nəsə  edə  bilsək.  Amma 

mən burda qalmalıyam. Əgər bizim indi az da olsa şansımız 

varsa,  sizin  gedişinizdən  sonra  mənim  heç  bir  şansım 

olmayacaq. Heç bir. Mən daha burda yaşaya bilməyəcəyəm. 

Bu  mənə  həddən  artıq  baha  başa  gələcək,  Cerald,  mənsə 

bunu istəmirəm. 

–  Sən  söhbəti  elə  qurursan  ki,  mən  heç  israr  edə 

bilmirəm, – Lauton donquldandı. 

–  Heç  lazım  deyil,  Cerald.  Mən  sizə  həmişə 

məsləhətlərimlə,  lazımlı  adamları  tapmaqla,  əlaqələri  təmin 

etməklə  kömək  edə  bilərəm.  Amma  ondan  artığına  ümid 

bəsləməyin.  Mən  bu  çirkin  oyunlardan  artıq  yorulmuşam. 

Əlbəttə,  mən  zir-zibil  içində  yaşayıram.  Amma  bu  mənim 




www.vivo-book.com 

 

31 



zibilimdir,  Lauton  və  mən  ona  artıq  alışmışam.  Məni  başa 

düşməyə çalış. 

–  Təəssüf,  –  Lauton  ah  çəkdi,  –  biz  sənin  razılığına 

ümid edirdik. 

– Razılıq ola bilməz, – Dronqo inadla söz güləşdirdi, 

–  sən  axı  İnterpolun  “mələklərinin”  əsas  qaydalarından 

birini xatırlayırsan – möhkəmlənmən lazım gələn yerdə heç 

vaxt  əməliyyat  aparma.  Mənsə  burda  möhkəmlənmək 

istəyirəm, cənab  Lauton. Mənim  başqa vətənim  yoxdur. Və 

onu belə çətin zamanda tərk etmək fikrim yoxdur. 

–  Bağışla,  –  Lauton  ayağa  durdu,  –  amma  mən  səni 

anlayıram.  Sənin  səbəblərinə  də  hörmət  edirəm.  Deməli, 

təkbaşına  fəaliyyət  göstərəcəyik.  Amma  düşünürəm  ki, 

məsləhət verməkdən imtina etməzsən? 

– Heç vaxt. Və dost axşamlarından da. Mənim köhnə 

valyuta  ehtiyatlarım  var.  Ona  görə  sizi  axşam  restorana 

dəvət edirəm. Siz hansı mehmanxanada yaşayırsınız? 

–  Bu  bizim  ünvanımızdır.  Rəsmi  olaraq,  İnterpolun 

xəttilə sənədləşdirmişik, – Lauton öz kartını uzatdı. – Dünən 

biz  hüquq-mühafizə orqanlarının nümayəndələrilə görüşənə 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə