Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə7/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   2   3   4   5   6   7   8   9   10   ...   101

www.vivo-book.com 

 

32 



kimi  bütün  günümüzü  itirdik.  Ona  görə  sənin  ölkəndəki 

tənəzzülü öz təcrübəmizdən də bilirik. Sağ ol.  

O,  əlini  uzatdı.  Dronqo  onun  əlini  möhkəm  sıxdı. 

Başqa heç bir söz deyilmədi.  

Dyula sağollaşarkən Dronqonun əlini sıxaraq ona şən 

halda göz vurdu. Deyəsən, o, belə bir nəticəyə hazır idi. 

Qonaqların ardınca qapını bağlayandan sonra Dronqo 

pəncərəyə  yaxınlaşdı.  Lauton  və  Dyula  qonşu  uşaqların 

diqqətli baxışları altında onların böyük marağına səbəb olan 

parlaq, qırmızı rəngli cipə oturdular. 

Getməzdən  qabaq  Lauton  bir  daha  pəncərəyə  baxdı. 

O,  pərdənin  arxasındakı  Dronqonu  görə  bilməzdi.  Amma 

Dronqo  onu  görür  və  özünü  çox  pis  hiss  edirdi.  O  özünü 

dostlarını  çətin  anda  atan  xəyanətkar  sayırdı.  İndi  Ceraldın 

onun  yatağı  başında  günlərlə  keşik  çəkdiyi  zamanları 

xatırlamaq ona əzab verirdi. Sanki həyatında ilk dəfə olaraq 

öz dostlarını aldatmaqla əxlaqsız hərəkət etmişdi. Lauton hər 

şeyi doğru anlamışdı, amma bu vəziyyəti yüngülləşdirmirdi. 

Elə bu an telefon zəng çaldı... 

 



www.vivo-book.com 

 

33 



                       III HİSSƏ 

Onun  növbətçiliyi  dövründə  rayon  ərazisində  orta 

hesabla  beş-altı  cinayət  hadisəsi  baş  verirdi  ki,  bunların  da 

biri-ikisi  özünün  şəxsi  iştirakını  tələb  edirdi.  Prokurorluqda 

adam çatışmadığından müstəntiqlər adətən olduğundan daha 

çox  növbəyə  qalırdılar.  Elə  indi  də  növbəti  cinayət  haqda 

məlumat  aldıqdan  sonra  maşını  çağırdı  ki,  hadisə  yerinə 

getsin. 


Müstəntiq  Yevgeni  Çijov  gənc  və  şöhrətpərəst  idi. 

Məhz  buna  görə  xüsusi  səy  göstərir,  hər  bir  cinayətin 

xırdalığına  gedərək  həqiqəti  üzə  çıxarmağa  çalışırdı. 

Cəsədin  yarılmasında  da,  zərərçəkənin  öz  iştirakıyla 

zorlanmış  adamın  paltarına baxış keçirəndə də bu prosesdə 

sakitcə  iştirak  edən  sönük  və  arsız  həmkarlarından  fərqli 

olaraq, o, xeyirin təntənəsinə və qanunun ədalətinə inanaraq 

az  da  olsa  uğur  əldə  etməyə  çalışırdı.  Hərçənd, 

prokurorluqda  işlədiyi  müddət  ərzində  illüziyaları  gündən-

günə yaz qarı kimi əriyirdi. Amma onun cəmi iyirmi səkkiz 

yaşı var idi. 



www.vivo-book.com 

 

34 



Uzağa  gedəsi  deyildi.  Bu  dəfə  qətl  hadisəsi 

Moskvanın  Qərb  inzibati  dairəsində,  onların  Kiyev  rayonu 

ərazisində 

yerləşən 

“Ukrayna” 

mehmanxanasında 

törədilmişdi.  Daxili  İşlər  İdarəsindən  yola  çıxan  qrup  artıq 

öldürüləni  tapıb  və  dərhal  prokurorluğa  təcili  məlumat 

göndərmişdi.  Əlbəttə,  DİN  müstəntiqləri  çətin  işdən  yaxa 

qurtardıqlarına  görə  sevinirdilər:  qanuna  görə,  arasında 

sözsüz ki, qətllərin də olduğu ən ağır cinayətlər prokurorluq 

müstəntiqləri tərəfindən təhqiq olunmalıydı. 

Çijov  hadisə  yerinə  çatanda  hava  artıq  işıqlaşırdı. 

Səhər saat altı idi. Narazı, qaşqabaqlı növbətçilər və iki milis 

nəfəri  onu  onuncu  mərtəbəyə  qalxmalı  olduğu  liftə 

ötürdülər.  Müşayiətçilərə  əlini  yelləyib  liftə  tək  daxil  olub 

düyməni basdı. Burda onu artıq gözləyirdilər. Qrup rəhbəri 

olan  Kiyev  Daxili  İşlər  İdarəsinin  mayoru  Mixeyevi  Çijov 

artıq  iki  il  idi,  tanıyırdı.  Konstantin  İqnatyeviç  Mixeyev 

milis  orqanlarında  iyirmi  ildən  artıq  işləmişdi  və  öz  işinin 

peşəkarıydı. Amma ictimai həyatda iştirak etmirdi. Əvvəlki 

rejim zamanı kommunist partiyasına otuz yaşa çatanda, özü 

də  partkomun  təzyiqiylə  daxil  olmuşdu.  İndiki  hakimiyyət 



www.vivo-book.com 

 

35 



zamanı  hökumət  dairələrinə,  şəhərdəki  və  ölkədəki  öz 

rəhbərliyinə  ikrah  dolu  münasibətini  də  gizləmirdi.  Doxsan 

üçün oktyabrında, “Ukrayna” mehmanxanası önündə tanklar 

Rusiya  parlamentini  gülləbaran  edəndə  o,  milis  zabitlərinə 

xas  olmayan  bir  işlə  məşğul  olurdu:  gülləbarandan  qaçan 

insanları  xilas  edib  onlara  gizlənməyə  kömək  edirdi. 

Doğrusu,  dəqiq  faktlar  yox  idi  və  onu  şanlı  “asayiş 

keşikçiliyindən” elə-belə qova bilməzdilər. Buna görə bütün 

instansiyalardan  keçən  qərarla  ona  düşən  podpolkovnik 

rütbəsini  vermədilər.  Və  Kiyev  rayonunun  Cinayət-Axtarış 

Şöbəsinin rəisi bu vəzifədə yeganə mayor olaraq qaldı. 

Şəhər Cinayət-Axtarış İdarəsi və Kiyev rayonu Daxili 

İşlər  İdarəsi  rəhbərliyindən  onu  dəyişməkdən  qəti  şəkildə 

imtina  etdilər.  Mayor  Mixeyev  həddən  artıq  dəyərli  və 

lazımlı  işçiydi.  Korrupsiyanın  demək  olar  ki,  normaya 

çevrildiyi,  rüşvətxorluğa  görə  ittiham  olunan  hər  dörd 

nəfərdən  birinin  hüquq-mühafizə  orqanı  əməkdaşı  olduğu 

bir ölkədə o, satılmayan və şərəfli bir insan nümunəsiydi ki, 

hələ də tam dağılmamış sistem bunun üstündə dayanırdı. 



www.vivo-book.com 

 

36 



Məhz buna görə Çijov mayor Mixeyevi görəndə bərk 

sevindi. 

Onunla  işləmək  maraqlı  və  ən  əsası  da  rahat  idi. 

Əvvəldən  bilmək  olardı  ki,  heç  kim  mayora  təzyiq 

göstərərək  zəruri  anda  istintaqın  taktikasını  dəyişdirib  əsl 

günahkarları  zərbə  altından  çıxarmağa  məcbur  edə 

bilməyəcək. 

Mixeyevin  üzü  saqqallıydı.  O,  əynində  köhnə,  əzik 

palto,  ağzında  yandırılmamış  siqaretlə  dayanmışdı.  Siqareti 

atmağa qərar verəndən sonra iş yoldaşları yarım il idi ki, onu 

bu  halda  görürdülər.  Alışqanı  çıxarmağa  iradəsi,  siqareti 

tamamilə yığışdırmağasa vərdişi mane olurdu. 

–  İşlər  necədir,  Jenya?  –  Mixeyev  soruşdu.  –  Səni 

gecə vaxtı narahat ediblər? 

–  Eybi  yox,  Konstantin  İqnatyeviç,  –  Çijov 

gümrahlıqla  cavab  verdi,  –  deməli,  belə  lazımdır.  İşimiz 

budur. 

–  Hə,  –  Mixeyev  mızıldadı,  –  onda  getdik.  Sən  hələ 



gəncsən,  Jenya,  çox  gəncsən!  Ona  görə  də  bu  zir-zibilin 

içində eşələnirsən. Gedək mənimlə. Onun işi budur... 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə