Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə8/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

www.vivo-book.com 

 

37 



Çijov  Mixeyevin  deyingənliyinə  adət  etdiyindən 

mütiliklə  Cinayət-Axtarış  İdarəsi  rəisinin arxasınca gedirdi. 

Bu zaman mərtəbədə növbə çəkən qadının və dəhlizə siqaret 

çəkmək üçün çıxan operativ qrupun yorğun  əməkdaşlarının 

qorxudan ağarmış üzlərini də sezə bildi. 

Nömrədə  cavan  bir  oğlan,  öldürülən  adamın  başı 

üzərində  çömbəlib  cibindən  çıxan  əşyaları  diqqətlə 

öyrənirdi. 

– Nəsə tapmısan? – Mixeyev ondan soruşdu. 

–  Heç  nə,  –  Mixeyevin  işçisi  ayağa  qalxdı,  –  yalnız 

dollar  bükümü  və  iki  Amerika  istehsalı  olan  qoruyucu. 

Qoltuq  cibindəydi.  Görünür,  lazımi  anda  tətbiq  etmək  üçün 

həmişə özüylə gəzdirirmiş. 

– Ehtiyatlı olub, – Mixeyev cəsədin üzərinə əyildi, – 

ekspert baxıb? 

–  Baxıb,  –  oğlan  təsdiqlədi,  –  o  dünən  axşam  ölüb. 

Deyir, cəsəd burda ən azı beş saat qalıb. Axı növbətçi qadın 

təsadüfən nömrəyə girib, deyir ki, onun bu günə kimi hesabı 

ödənibmiş.  Səhər  saat  dörd  üçün  Şeremetyevo  aeroportuna 

taksi sifariş verib. 




www.vivo-book.com 

 

38 



– Taksini dünən özü sifariş verib? – Mixeyev soruşdu. 

– Özü. Zəng edib sifariş verib. Sonra sifariş üçün beş 

min rubl saxlayıb. 

–  Bunun  kim  olduğu  artıq  məlumdur?  –  Çijov  da 

cəsədin üzərinə əyildi. 

– Əlbəttə. Mixail Quramoviç Moseşvili. Otuz beşinci 

ildə Tiflisdə doğulub. 

–  Bircə  hansı  doğum  evində  doğulduğunu  deməyin 

qaldı,  –  Mixeyev  deyindi,  –  harda  və  nə  vaxt  doğulduğu 

vacib  deyil.  Onun  pasport  məlumatlarından  başqa  daha 

konkret nəsə aydınlaşdırılıb? 

– Moskvaya üç gün əvvəl gəlib. “Ukraynanın” daimi 

qonağıdır.  Onu  burda  çoxları  yaxşı  tanıyır.  Deyirlər  ki, 

ezamiyyətə  gəlib.  Tiflisdə  qeydiyyatdadır.  “PAK”  və 

“Ampeks” kommersiya firmalarının rəhbəridir. Qızı var, bu 

haqda pasportda yazılıb. 

– Bax, Jenya, – ayağa duran Mixeyev oğlanı göstərdi, 

– neçə dəfə beyinlə işləməyin zərurətindən danışasan? O isə 

gedib  anketə  baxır,  pasportu  açır  və  bizə  lazımi  məlumatı 



www.vivo-book.com 

 

39 



verir.  Yeri  gəlmişkən,  tanış  olun.  Bu  işlə  elə  o  məşğul 

olacaq. Baş leytenant Viktor Steklov. 

Oğlan  Çijova  başını  yellədi.  O  sanki  Mixeyevin 

iradlarından  heç  incimədən  onu  diqqətlə  dinləyirdi.  Hamı 

bilirdi  ki,  İqnatyeviç  ədalətli  adamdır.  Deyinməyi  xoşlasa 

da,  heç  vaxt  tərəf  verməz.  Həmişə  də  lazım  olanda  kömək 

edər. 

Çijov  yataq  otağına  nəzər  saldı.  Öldürülən  adam  üç 



otaqdan ibarət “lüksdə” qalırdı. Yataq səliqəylə yığılmışdı. 

– O, bu gecə yatmayıb, – Çijov dedi. 

–  Doğrudur,  –  Mixeyev  başını  tərpətdi,  –  analitik 

təfəkkür  budur.  Yatmayıb.  Deməli,  saat  doqquz,  ya  onda 

öldürüblər. – Qapı cırıldadı. 

– Cəsədi aparmaq olar? – kimsə soruşdu. 

–  Məncə,  hə.  Sizin  etirazınız  yoxdur  ki?  –  Mixeyev 

Çijovdan nəzərə çarpacaq dərəcədə nəzakətlə soruşdu. 

–  Yox,  –  Yevgeni  gülümsədi.  –  Bəs  başqa  nəsə 

aydınlaşdırmısınız? – o artıq Steklovdan soruşdu. 

–  Öz  kartotekamız  üzrə  sorğu  göndərmişik.  Orda 

növbətçilər  yatırdı,  –  Steklov  bir  qədər  günahkarcasına 




www.vivo-book.com 

 

40 



cavab  verdi,  –  amma  söz  veriblər  ki,  onun  bizim 

kartotekadan 

keçib-keçmədiyini 

dəqiqləşdirəcəklər. 

Görünür, biznesmendir. Növbətçi əmin edir ki, onun həmişə 

çoxlu  qonaqları  olub.  Dünən  kimin  gəldiyinisə  görməyib. 

Mərtəbədə  liftdən  iki  çıxış  var.  Lifdən  çıxıb  dərhal  sola 

getmək olar. Onda növbətçi dəhlizdə kimin olduğunu görür. 

Amma  sağa  da  dönmək  olar.  Onda  növbətçi  heç  nə 

görməyəcək.  Daha  sonrasa  dəhlizlər  birləşir  və  düz  bizim 

nömrəyə aparır. 

     –  Bəlkə  qatil  başqa  mərtəbədən  qalxıb?  –  Çijov 

soruşdu. 

     – Oxşamır, – Steklov etiraz etdi. – Bizim nömrənin 

qarşısındakı pilləkən qapısı dünən bağlı olub. Ordan heç kim 

gələ  bilməzdi.  Yalnız  dəhlizdən.  Amma  növbətçi  heç  nə 

görməyib. 

     –  Onları  nəyə  görə  saxlayırlar  ki?  –  Çijov 

təəccübləndi. – Onlar daim yuxuludurlar. 

     –  Müdiriyyət  üçün  pul  qazanırlar,  –  Mixeyev  acı-

acı  dedi,  –  sakinləri  qızlarla  təmin  edirlər,  nömrələri 

sənədsiz  verirlər, qaydaların  pozulmasına göz  yumurlar, bir 




www.vivo-book.com 

 

41 



sözlə,  hər  şeydən  pul  çıxarmaq  olar.  Adi  mehmanxana 

biznesi. Hələ  indi  nisbətən qayda-qanun  yaradılıb. Əvvəllər 

əsl  yaramazlar  yuvasıydı.  Burda  o  qədər  murdar  adam 

yaşayırdı ki. 

   Nömrəyə daxil olan bir neçə adam cəsədi götürmək 

üçün xərəyi ehtiyatla yerə qoydu. 

    –  Gözləyin,  –  Mixeyev  dedi.  –  O,  cəsədin  üzərinə 

əyilib çətinliklə onun barmağındakı iri üzüyü çıxardı. – İndi 

apara bilərsiniz. 

 Xərəyi nömrədən çıxardıqları vaxt Çijova izah etdi: 

–  Pataloq-anatomların  yanına  aparacaqlar,  sonra 

cəsədi  meyitxanada  saxlayacaqlar  və  üzük  mütləq  itəcək. 

Belə  hallar  çox  olub.  Sonra  belə  məlum  olacaq  ki,  bu  çox 

vacib  dəlil  imiş.  Ya  da  ölənin  qohumlarına  xatirə  ola  bilər. 

Ona görə mən həmişə hətta nişan üzüklərini belə götürürəm. 

Meyitxanada  kimlərin  işlədiyi  məlumdur.  Son  zamanlar 

tamam vəhşiləşiblər, cəsədlərin qızıl dişlərini də çıxarırlar. 

– Zəmanə belədir, – Çijov cavabdan yayındı. 

Mixeyev  heç  nə  demədi.  Artıq  çeynənmiş  siqaretini 

tüpürüb yenisini dişlərinin arasına qoydu. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə