Ecri report fr



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix26.09.2017
ölçüsü0,72 Mb.
#2229
1   2   3   4   5   6   7   8   9   ...   20


 



Ö



N SÖZ

 

Avropa  Şurası  tərəfindən  yaradılmış  İrqçiliyə  və  Dözümsüzlüyə  qarşı  Avropa 

Komissiyası (ECRI) irqçilik və dözümsüzlüklə bağlı məsələlər sahəsində ixtisaslaşmış 

insan  hüquqları  üzrə  müstəqil  nəzarət  orqanıdır.    Bu  komissiya  öz  etik  nüfuzları 

əsasında  təyin  edilmiş  və  irqçilik,  ksenofobiya,  antisemitizm  və  dözümsüzlük 

sahələrindəki ekspertizaları ilə tanınan müstəqil və qərəzsiz üzvlərdən ibarətdir.  

 

Qanuni  fəaliyyətləri  çərçivəsində  ECRI  üzv  dövlətlərin  hər  birində  irqçilik  və 



dözümsüzlüklə bağlı vəziyyəti təhlil edən monitorinq işini həyata keçirir və aşkar edilmiş 

problemlərin həll edilməsi istiqamətində təklif və məsləhətləri işləyib hazırlayır. 

 

ECRI-


ın  ölkələrdə  apardığı  monitorinq  Avropa  Şurasının  bütün  üzv  dövlətlərinə  eyni 

səviyyədə  şamil  edilir.    Bu  iş  9

-10 

ölkəni  5  illik  müddət  olmaqla  əhatə  edir.    Birinci 



mərhələnin  hesabatları  1998

-

ci  ilin  sonunda,  ikinci  mərhələnki  2002



-ci  ilin  sonunda, 

üçüncü mərhələnki isə 2007

-

ci ilin sonunda başa çatdırılmışdır. Dördüncü mərhələnin 



hesabatları  2008

-

ci  ilin  əvvəlində  bitirilmişdir.    Beşinci  mərhələnin  hesabatları 



üzərindəki iş 2012

-

ci ilin noyabrında başlamışdır. 



 

Hesabatlarının  hazırlanmasının  iş  metodları  sənəd  təhlillərindən,  aidiyyəti  ölkəyə 

səfərdən və sonra dövlət orqanları ilə məxfi dialoqun aparılmasından ibarətdir. 

 

ECRI-



ın  hesabatları  sorğuların  və  ya  şahid  sübutlarının  nəticəsi  deyil.  Onlar  müxtəlif 

mənbələrdən  toplanmış  çoxsaylı  məlumatlara  əsaslanan  təhlillərdir.  Sənədli 

araşdırmalar geniş sayda milli və beynəlxalq yazılı mənbələrə əsaslanır.  Yerlərə edilən 

səfər ətraflı məlumatların toplanması üçün birbaşa aidiyyəti olan tərəflərlə (hökumət və 

qeyri-

hökumət)  görüşmək  imkanı  verir.    Dövlət  orqanları  ilə  məxfi  dialoq  sonunculara 



lazım bildikləri təqdirdə faktlarla bağlı hesabatda mövcud ola biləcək istənilən mümkün 

səhvlərin  düzəldilməsi  məqsədilə  hesabat  layihəsində  şərhləri  etmələrinə  imkan  verir.  

Dialoqun sonunda dövlət orqanları arzu etdikləri təqdirdə nöqteyi

-

nəzərlərinin ECRI



-

ın 


son hesabatında yer almasını xahiş edə bilərlər. 

 

Hər ölkə üzrə hazırlanan hesabatların beşinci mərhələsi bütün üzv dövlətlərə aid olan 



dörd  məsələdən  bəhs  edir:  (1)  Qanunvericiliklə  bağlı  məsələlər,  (2)  Nifrət  nitqi, 

(3) 


Şiddət, (4) İnteqrasiya siyasətləri və onların hər biri ilə bağlı olan çoxsaylı mövzular. 

Dördüncü monitorinq dövründə tətbiq edilməmiş və ya qismən tətbiq edilmiş dördüncü 

dövrün müvəqqəti tövsiyələri bu məqsədlə monitorinq ediləcək. 

 

Beşinci  dövr  çərçivəsində  hesabtda  edilmiş  tövsiyələr  arasından  seçilmiş  iki  xüs



usi 

tövsiyənin  prioritet  olaraq  tətbiq  edilməsi  bir  daha  xahiş  edilib.    Bu  iki  tövsiyənin 

müvəqqəti  monitorinq  prosesi  hazırkı  hesabatın  nəşrindən  sonra  ən  geci  iki  il 

müddətində ECRI tərəfindən aparılacaq. 

 

Aşağıdakı hesabat ECRI

-

n tam məsuliyyəti altında

 

hazırlanmışdır.  O, 11 dekabr 

2015-

cu  ilədək  olan  vəziyyəti  əhatə  edir  və  bu  tarixdən  sonra  baş  vermiş 

hadisələr nə aşağıdakı təhlildə öz əksini tapmış nə də gəlinən nəticələrdə və irəli 

sürülən təkliflərədə nəzərə alınmışdır.  

 

 




 



XÜLASƏ



 

ECRI-

ın Azərbaycanla bağlı üçüncü hesabatının 23 mart 2011

-

ci ildə qəbulundan 

sonra bir sıra sahələrdə irəliləyiş əldə edilmişdir.   

 

Azərbaycandakı  insanlar  ölkədə  tarixən  mövcud  olan  azlıqların  bir  çoxuna  qarşı 

ümumən  səmimi  münasibət  bəsləyir.    Ayrı

-

seçkiliyi  qadağan  edən  çoxsaylı  mülki  və 



inzibati hüquq müddəaları mövcuddur. Bundan əlavə Ali Məhkəmə bəzilərinin irqçiliyə 

qarşı  mühafizəni  təmin  etdiyi  beynəlxalq  konvensiyaları  tətbiq  etməyin  vacibliyini 

vurğulayıb.  

 

Tarixən  ölkədə  yaşayan  azlıqlarla  bağlı  nifrət  nitqinə  əsaslanan  insidentlərin  olması 



barədə  məlumat  yoxdur.    Azərbaycan  mədəniyyətlərarası  dialoqa  həsr  edilmiş 

beynəlxalq  forumlara  dəfələrlə  ev  sahibliyi  edib.  2014

-

cü  ildə  Bakı  Beynəlxalq 



Multikulturalizm 

Mərkəzi  yaradılıb.  Ombudsman  dözümlülüyü  təşviq  etmək  üçün 

həssaslığın  artırılması  kampaniyaları  təşkil  edib.    Son  beş  il  ərzində  Azərbaycanda 

etnik mənsubiyyətlə bağlı heç bir şiddətli nifrət cinayətinə rast gəlinməyib. 

 

Azərbaycan ECRI



-

ın Miqrasiya Məcəlləsini qəbul etməklə bağlı tövsiyəsinə riayət edib. 

Onun  əcnəbilərin  "adaptasiyası"  ilə  bağlı  77

-

ci  maddəsi  miqrantlar  üçün  inteqrasiya 



siyasətlərinin  əsasını  təşkil  edə  bilər.  Buna  dil  və  inteqrasiya  dərsləri  də  daxil  edilə 

bilər.    Dövlət  orqanları  da  tarixi  azlıqların  ictimai  xidmətlərdən  və  əmək  bazarından 

istifadə  edə  bilməsini  yaxşılaşdırmaq  məqsədilə  bölgələrdə  fəaliyyətlər  göstərərək  və 

ucqar kəndlərdə məktəblər və yollar kimi infrastrukturlarınn yaradılması ilə işlər həyata 

keçirib.  

Lezbiyan,  Gey, 

Biseksual  və  Transgender  (LGBT)  şəxslərin  hüquqlarını  təşviq  edən 

bəzi  vətəndaş  cəmiyyətləri  qurulub  və  2012

-

ci  ildə  Bakıda  keçirilmiş  "Eurovision" 



müsiqi yarışmasında polis LGBT

-

ləri qoruyub.  



 

ECRI  Azərbaycanda  baş  verən  bu  müsbət  hadisələri  alqışlayır.

   

Lakin  əldə 

olunmuş  irəliləyişlərə  baxmayaraq  bəzi  məsələlər  hələ  də  narahatlıq 

doğurmaqdadır. 

 

Ölkədə ECRI



-

ın işi üçün maraq kəsb edən bir çox sahələrdə vəziyyəti dəyərləndirmək 

üçün etibarlı statistik məlumatlar mövcud deyil.    Bundan əlavə vətəndaş  cəmiyyəti və 

müstəqil mətbuat genişmiqyaslı repressiyaya ciddi şəkildə məruz qalıb və ATƏT

-

ə yerli 


ofisini bağlamaq əmr edilib. 

 

Rəng,  dil,  milliyyət  və  etnik  mənşə  səbəbləri  cinayət  hüququnun  irqçiliklə  bağlı  bəzi 



müddəalarında  aydın  şəkildə  qeyd  edilməyib.  Şiddətə  çağırış  və  irqçiliyi  təşviq  edən 

qruplara dəstək cəzalandırılmır. Nə mülki nə də inzibatı hüquqda birbaşa və dolayı irqi 

ayrı

-

seçkiliyin  tərifini  mövcuddur  və  Azərbaycan  hələ  də  bu  sahələrdə  müfəssəl 



qanunvericilik  hazırlamayıb.  Bundan  əlavə,  ombudsmanın  mandatı  ictimai  sektorla 

məhduddur  və  özəl  sektorda  baş  verən  irqçilik  və  ayrı

-

seçkiliklə  mübarizədən  məsul 



olan heç bir qurum hələ də mövcud deyil.

 

Siyasi  liderlər,  təhsil  müəssisələri  və  media  ermənilərə  qarşı  nifrət  nitqini  istifadə 



etməyə davam edib. Bütöv bir azərbaycanlı nəsli bu nifrət oyadan ritorikanı dinləyərək 

böyüyüb.  Digərləri  ilə  yanaşı  Ermənistanla  barış  üçün  fəaliyyət  göstərən  insan 

hüquqları müdafiəçiləri də mübahisəli ittihamlarla ağır həbs cəzalarına məhkum edilib 

və  talış  milli  azlığına  qarşı  nifrət  nitqindən  istifadə  edilməsi  ilə  bağlı  narahatlıqlar 

mövcuddur.  LGBT şəxslər də nifrət nitqi ilə üzləşirlər. 

 

Hazırki nifrət dalğası irqçilik və homo/transfobiyaya əsaslanan şiddətlə nəticələnə bilər. 



Üstəlik,  irqçi  cinayətləri  törədənlər  üçün  cəzasızlıq  hissinin  artma  riskini  nəzərə 

almadan  2012-

ci  ildə  dövlət  orqanları  erməni  zabitini  qətlə  yetirdiyi  üçün  Budapeştdə 

ömürlük  həbs  cəzasına  məhkum  edilmiş  Ramil  Səfərovu  əfv  edib  buraxıb  və  onun 

rütbəsini artırıb. LGBT şəxslərə qarşı böyük sayda şiddətli hücumlar olub. Onların çoxu 

zərərçəkənlərin  ailə  üzvləri  tərəfindən  həyata  keçirilib.    Dini  düşmənçilik  və 

dözümsüzlük də nifrət cinayəti üçün səbəb olub. 

 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə