Ecri report fr



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix26.09.2017
ölçüsü0,72 Mb.
#2229
1   2   3   4   5   6   7   8   9   ...   20

15 

18. 


ECRI  ombudsmanın  insan  hüquqlarının  və  azadlıqlarının  ictimai  sektorda 

pozulmasının  qarşısının  alınmasından  məsul  olduğunu  (İnsan  hüquqları  üzrə 

müvəkkili (ombudsman) haqqında konsti

tusiya qanununun 1.1-

ci maddəsi) və bu 

sahədə geniş səlahiyyətlərə sahib olduğunu qeyd edir. ECRI

-

ın 2 saylı ÜST



-ün 3-

cü  prinsipinı  uyğun  olaraq  onlara  fərdlərin  şikayətlərini  qəbul  etmək,  öz 

təşəbbüsilə araşdırmalar aparmaq, dövlət orqanlarından məlumat istəmək, ictimai 

qurumlardan  istifadə  edə  bilmək,  pozuntuları  aradan  qaldırmağı  dövlət 

qurumlarından  tələb  etmək,  işləri  prokurorluq  orqanlarına  göndərmək,  intizam 

tədbirlərinin  görülməsi  üçün  təklif  vermək  və  Konstitusiya  Məhkəməsi  də  daxil 

olmaqla  məhkəməyə  müraciət  etmək  hüququ  daxildir  (İnsan  hüquqları  üzrə 

müvəkkili (ombudsman) haqqında konstitusiya qanununun 8

-

dən 13


-

ə qədər olan 

maddələri).   Ombudsman qanunların qəbulu və  ya nəzərdən keçirilməsi  barədə 

həmçinin  parlamentə  təklif  verməli  və  illik  hesabatında  insan  hüquqlarının 

qorunması  ilə  bağlı  ümumi  fikirlərini  və  tövsiyələrini  ifadə  etməlidir  (İnsan 

hüquqları üzrə müvəkkili (ombudsman) haqqında konstitusiya qanununun 1.4

-cü 

və  14


-

cü  maddələri).  Hüquqlarını  qorumaq  məqsədilə  zərər  çəkmiş  şəxslərə 

hüq

uqi dəstək də daxil olmaqla yardım və dəstək göstərmək üçün qanuna əlavə 



səlaiyyət  aydın  şəkildə  daxil  edilərək  bu  çərçivəni  təkmilləşdirmək  olar  (2  saylı 

ÜST-ün 3-cü Prinsipi).  

19. 

Buna  baxmayaraq  ECRI  ombudsmanın  müstəqilliyi  və  mandatı  ilə  bağlı 



narahatlıq

  hissi  keçirir.  2011-

ci  ilin  mayında  İnsan  Hüquqlarının  Təşviqi  və 

Qorunması  üçün  Milli  Təsisatların  Beynəlxalq  Koordinasiya  Komitəsi  şəffaflıq 

məsələsindən və təyinat prosedurunda gecikmələrdən yaranan narahatlığıa görə 

ombudsmanın  statusunun  A

-dan  B-

yə  endirməyi  tövsiyə  edib.  Bununla  belə, 

İnsan  Hüquqlarının  Təşviqi  və  Qorunması  üçün  Milli  Təsisatların  Beynəlxalq 

Koordinasiya  Komitəsi    Azərbaycanın  onun  normalarna  uyğunlaşdığını  2012

-ci 

ilin  martında  bildirib  və  ombudsmana  A  statusu  verib.



16

 

Lakin  İnsan  hüquqları 



üzrə  müvəkkili  (ombudsman)  haqqında  konstitusiya  qanununun  ombudsmanın 

prezident  tərəfindən  təyin  edilmiş  üç  namizəd  arasından  seçilməsi  haqqındakı 

2.1-

ci  maddəsi  dəyişməz  olaraq  qalır.    Prezidentin  ilkin  seçmə  ilə  bağlı  bu 



səlahiyyəti  və  seçmə  prosedurunda  şəffaflığın  olmaması  hələ  də  ombudsmanın 

müstəqilliyinə  təsir  edir.  Buna  görə  də  ECRI    İnsan  Hüquqlarının  Təşviqi  və 

Qorunması  üçün  Milli  Təsisatların  Beynəlxalq  Koordinasiya  Komitəsinin  artıq 

etdiyi  kimi  dövlət  orqanlarını  bu  prosedurla  bağlı  islahat  aparmağa  və 

ombudsmanın cəmiyyəti geniş şəkildə və müxtəlifliyi ilə əks etdirən açıq prosesdə 

seçilməsini  təmin  etməyə  çağırır.    Üstəlik,  bu  hesabatın 

74-cü 

bəndində  ECRI 



ombudsmanın  bəzi  hüquqları  qorumaq  üçün  öz  səlahiyyətlərini  kifayət  qədər 

möhkəm  şəkildə  istifadə  etməsilə  bağlı  şübhələrini  ifadə  edir.  Buna  görə  də 

ECRI-

ın əsas narahatçılığı ombudsmanın mandatı ictimai sektorla məhduddur və 



özəl sektorda baş verən irqçilik və ayrı

-

seçkiliklə mübarizədən məsul olan heç bir 



qurum hələ də mövcud deyil.

17

  



20. 

ECRI dövlət orqanlarının 2 saylı Ümumi Siyasət Tövsiyəsinə uyğun şəkildə həm 

özəl həm də ictimai sektorda irqçiliklə və ayrı

-

seçkiliklə mübarizə aparmaq üçün 



ayrı  xüsusi  qurumu  yaratmalarını  təkidlə  tövsiyə  edir.  Bu  qurum  xüsusən  ayrı

-

seçkilikdən  zərər  çəkənlərə  məhkəmə  işlərində  təmsil  edilmə  də  daxil  olmaqla 



ümumi məsləhət və hüquqi dəstək vermək səlahiyyətinə malik olmalıdır.  

 

                                                



16

 

ICC 2011: 22 və bəndlər  və 2012: 29 və bəndlər. 



 

17

 

Ombudsman  aparatının  ECRI



-

ın  ölkəyə  səfəri  zamanı  verdiyi  məlumata  görə  ombudsman  özəl 

şirkətlərin rəhbərləri ilə müzakirə aparmaq səlahiyyətinə malikdir.  

 



 

16

 



2. 

Nifrət nitqi

18  



Fenomenin miqya





 

21.  ECRI-

ın  ölkəyə  səfəri  zamanı  dövlət  orqanları  Azərbaycanın  nifrət  nitqilə  bağlı 

halların  az  baş  verdiyi  çox  tolerant  ölkə  olmasını,  separatçılıq,  münaqişə  və 

müharibəyə  səbəb  ola  bilən  mümkün  parçalanma  proseslərinin  qarşısını  almaq 

məqsədilə  multikulturalizm  siyasətini  fəal  şəkildə  apardıqlarını  əvvəlki 

zamanlarda olduğu kimi qeyd edib.

19

 



ECRI bu mövqeyi nəzərə alır lakin əsassız 

cinayət  təqibi  halları  da  daxil  olmaqla  müstəqil  vətəndaş  cəmiyyəti  və  media 

üzərindəki  geniş  ölçülü  repressiya  üzündən  ölkədəki  vəziyyəti  müstəqil  şəkildə 

qiymətləndirmənin getdikcə çətinləşdiyinə təəssüf edir.

20

 

2013 və 2014



-

cü illərdə 

QHT-

lərlə  bağlı  qanunvericiliyə  məhdudlaşdırıcı  dəyişikliklər  edilib.



21

  Venesiya 

Kommissiyası xaricdən maliyələşmə ilə bağll ciddi qaydaların vətəndaş cəmiyyəti 

üzərində  həvəsdən  salıcı  təsirə  malik  ola  biləcəyi  nəticəsinə  gəlib  və  köklü 

şəkildə  nəzərdən  keçirməni  tövsiyə  edib.  İkinci  qanun  hələ  də  qəbul  edilmədiyi 

üçün  ECRI-

ın  ölkəyə  səfər  etdiyi  vaxtlarda  heç  bir  QHT  xaricdən  maliyələşə 

bilmirdi.   

Bu,  müstəqil  vətəndaş  cəmiyyətinin  çökməsinə  səbəb  olub.

22

 

Üstəlik, 



2015-

ci ilin iyununda ATƏT

-

ə bir ay içində yerli ofisini bağlamaq əmr olunub



23

 

və 



beynəlxalq  QHT

-

lərin  üzvlərinin  ölkəyə  girşi  rədd  edilib.



24

 

Bundan  əlavə,  nifrət 



nitqilə bağlı heç bir rəsmi

 

məlumat mövcud deyil: 2011



-

ci ildən bəri Azərbaycan 

ATƏT

-

ə nifrət nitqilə bağlı hadisələr barədə məlumat verməyib və polis son beş il 



ərzində nifrət nitqilə bağlı sadəcə iki cinayət işini qeydiyyata alıb.

25

 



22. 

ECRI  nümayəndə  heyətinin  təxminən  20  etnik  qrupun

26

 

yaşadığı  şimal



-

şərq 


bölgəsinin  regional  mərkəzi  olan  Qubadakı  görüşləri  zamanı  ümumən  açıq 

fikirliliyin,  etnik  qruplar  arasında  dostluğun  və  dözümlülüyün  və  bir  çox  qarışıq 

evliliklərin  şahidi  olması  müsbət  haldır.

27

 

Yerli  yəhudi  nümayəndələrin  öz 



icmalar

ının  üzvlərinin  heç  vaxt  antisemitizmlə  üzləşməməsini  bildirməsi  də  bu 

ümumi faktın bariz nümunəsidir.

28

  

23. 



Rəsmilər  bu  rayonu  etnik  müxtəliflik 

29

 

üçün  model  kimi  təqdim  edir  və 



Azərbaycanın  mədəniyyətlərarası  dialoq  sahəsində  beynəlxalq  forumlara 

                                                



18

 

Bu  hissədə  irqçi  və  homo/transfobiya  nitqindən  bəhs  edilir.    "Nifrət  nitqi"nin  tərifi  üçün  Nazirlər 



Komitəsinin "Nifrət nitqi" ilə bağlı 30 oktyabr 1997

-

ci ildə qəbul edilmiş R (97) 20 saylı tövsiyəsinə baxın.



 

19

 

Azərbaycan Respublikası 2014b. 



 

20

 

AŞ  İH  Komissarı  2014  və  2015;  AŞ  AŞPA  2015:  §§  10  və  bəndlər.  Keçmiş  müxalifət  lideri  İlqar 



Məmmədovun  məhkum  edilməsi    Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  (AİHM)  Konvensiyanın  18

-ci 


maddəsinin  (5

-

ci  maddə  ilə  birlikdə)  pozulmasını  söylədiyi  çox  nadir  işlərdən  biridir  və  AİHM  hökuməti 



tənqid  etdiyi  üçün  dövlət  orqanlarının  onu  susdurmaq  və  ya  cəzalandırmaq  məqsədilə  şikayətçiyə

 

qarşı 



güclə cinayət icraatları başlatdığını bildirib. İlqar Məmmədov Azərbaycana qarşı. N°.15172/13, 22.05.2014.

 

21

 

Venesiya Komissiyası 2014. 



 

22

 

Həmçinin bax. bənd 



36. 

23

 Yahoo!news 2015. 



24

 Amnesty International 2015.  



25

 

ATƏT/DTİHB 20



15. 

Həmçinin aşağıda bax. § 

32.  

26

 

Daha ətraflı məlumat üçün bax. 



www.azerbaijans.com

, Əhali, Azərbaycanın etnik azlıqları. 

 

27

 

Rayonun icra hakimi Rauf Həbilovun vətəndaşları pulsuz aldıqları torpaq sahələrini pulla satdıqları üçün 



satqın  adlandırdığı  bəyanatla  başlanan  1  mart  2012

-

ci  il  Quba  mitinqi  kimi  azlıqların  məskunlaşdığı 



zonalarda  etnik  zəmində  baş  vermiş  hər  hansı  etirazlar  barədə  məlumat  mövcud  deyil.  Bu  bəyanatın 

videosunun  YouTube-

a  yerləşdirilməsi  təxminən  10  000  nəfərin  toplanmasına,  şiddətli  iğtişaşlara  və 

sadəcə  Rauf  Həbilovun  evini yandırmaqda  günahlandırılan şəxslərə  deyil həmçinin  bəyanatın  videosunu 

yaymış  jurnalistlərə  qarşı  ağır  cəzalarının  verilməsinə  gətirib  çıxarıb.  Sonuncular  təxminən  bir  il  ərzində 

məhkəməyə qədər həbsdə saxlanılıb. Eurasianet.org 2012; Indexoncensorship.org 2012; contact.az 2013; 

Kavkaz-uzel.ru 2013. 

28

 

Time.com 2015. Həmçinin bax. § 



26. 

29

 

Kürdlərə  qarşı  nifrət  nitqinin  olması  barədə  məlumat  mövcuddur,  lakin  bunun  yoxlanılması  çətindir. 



Kontekst üçün bax. Azlıqların hüquqları 2015 və Azadlıq radiosu 2011. 

 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə