Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
  1   2   3   4   5   6   7   8   9   ...   30



 
ƏCUBƏ VƏ MƏHCUBƏNİN 
HEKAYƏTLƏRİ
 
 



 
 
 
 
 
 
 
 
ƏCUBƏ VƏ 
MƏHCUBƏNİN 
HEKAYƏTLƏRİ 
 
 
 
 
 
 
 
 

Yeni Poliqrafist” MMC 
BAKI - 2016 



 
Redaktor:      Mahmud Kamaloğlu 
Korrektor:     Nüşabə Əflatunqızı 
 
 
ƏCUBƏ VƏ MƏHCUBƏNİN HEKAYƏTLƏRİ 
Bakı, “Yeni Poliqrafist” MMC, 2016.- 190 səh. 
 
Bu kitab şərq xalqlarının folklorundan götürülüb, 
16-cı  əsrə  qədərki  dövrdə  fars  dilində  yazıya 
alınmışdır.  Həmin  əsər  16-cı  əsrdə  Seyid  Əhməd  bin 
Həsən Bali əd-Dəvadari adlı bir nəfər tərəfindən Oğuz 
Türkcəsinə  çevrilərək  Dədə  Qorqud  dastanlarının  bir 
hissəsi  ilə  birlikdə  bir  cilddə  yazılmışdır.  Həmin  kitab 
nə  vaxtsa  sirli  bir  şəkildə  Vatikan  gizli  arxivinə 
düşmüşdür. "Kitabi-Dədə Qorqud"un elmə məlum olan 
iki  nadir  nüsxəsindən  biri  budur.  Bu  kitabın  içindəki 
"Hekayəti  lətifeyi  Əcubə  və  Məhcubeyi  zərifə"  adlı  bu 
əsər  ilk  dəfə  orijinaldan  Əflatun  Hüseynoğlu  (Keşəli) 
tərəfindən 
Azərbaycan 
türkcəsinin  çağdaş  yazı 
qaydalarına  uyğunlaşdırılaraq  oxuculara  çatdırılır. 
Ümidvarıq  ki,  bu  kitab  ədəbi  ictimaiyyətin  diqqətini 
cəlb edəcək, oxucuların rəğbətini qazanacaqdır. 
 
ISBN: 978-9952-8023-8-9 
 
© “Yeni Poliqrafist” MMC, 2016 
 



 
ÖN SÖZ ƏVƏZİ 
 
“Kitabi-Dədə  Qorqud”.  Bu  kitab  bütün  türkdilli 
xalqlara  və  avropalılara  çox  yaxşı  tanışdır.  Qədim 
türklərin  adət-ənənələrini,  yaşayış  tərzlərini,  həyat 
uğrunda  mübarizələrini  özündə  əks  etdirən  bir 
qəhrəmanlıq  dastanıdır.  Bu  dastan  hələ  XVI  əsrdə  adı 
bilinməyən bir katib tərəfindən  naməlum bir nüsxədən 
üzü  köçürülmüşdür.  Əvvəlki  nüsxələrdən  heç  bir  iz-
soraq  qalmamış,  üzü  köçürülən  bu  tək  nüsxə  isə 
bilinməyən bir səbəblə Almaniyanın Drezden şəhərində 
Kral kitabxanasına düşmüşdür. “Kitabi-Dədəm Qorqud 
əla  lisani  Taifeyi  Oğuzan”  (Oğuz  tayfasının  dilində 
Dədəm Qorqudun kitabı) adı verilən bu əlyazma nüsxə 
ilk  dəfə  H.  O.  Fleyşer  adlı  bir  alman  tərəfindən 
aşkarlanmış və həmin adam o əsəri öz kataloquna daxil 
etmişdir.  Daha  sonra  bu  kitabı  1815-ci  ildə  Henrix 
Fridrix  fon  Diez  (1751-1817)  həmin  kitabxanada 
Fleyşerin  külliyyatı  içindən  tapmış  və  bu  haqda 
məlumat 
Avropaya 
və 
bütün  Türk  dünyasına 
yayılmışdır. Bu nüsxə çox mükəmməl olub, 12 boy və 
bir  müqəddimədən  ibarətdir.  Kitab  çox  yaxşı  şəkildə 
mühafizə olunub. 
Diezin məlumatından sonra italiyalı türkoloq alim 
Ettore Rossi (1894-1955) bu kitabın ikinci bir əlyazma 
nüsxəsini  Vatikan  kitabxanasının  türk  kitabları 



 
bölməsindən  tapmış  və  bu  barədə  geniş  bir  məqalə 
yazaraq, onu dünyaya tanıtmışdır. 
Ancaq  burada  maraqlı  bir  məqam  var  ki,  E. 
Rossinin  tapdığı  bu  ikinci  əlyazma  “Hekayəti 
Oğuznameyi  Qazan  bəy  və  qeyri”  (Qazan  bəy  və 
başqalarının Oğuznamə hekayətləri) adı altında altı boy 
və  bir  müqəddimədən  ibarət  olub,  ya  Drezden 
nüsxəsindən  köçürülmüş,  ya  da  onların  hər  ikisi 
naməlum bir əlyazmadan yazılmışdır. Maraqlı cəhət isə 
budur  ki,  E.  Rossinin  tapdığı  bu  Vatikan  nüsxəsinin 
içində  tək  Dədə  Qorqud  boyları  deyil,  bu  boylardan 
qabaq, kitabın əvvəlində başqa bir əsər də vardır. 
Hər  iki  kitab  Dədə  Qorqud  hekayələrinin  hələ  ki 
yeganə  orijinal  nüsxələridir.  Bu  kitablar  elm  aləminə 
bəlli  olandan  sonra  istər  Türkiyə  və  Azərbaycanda, 
istərsə  də  Avtopa  ölkələrində  bütün  araşdırmalar,  tam 
olduğu  üçün,  ancaq  Drezden  nüsxəsi  əsasında 
aparılmışdır.  Vatikan  nüsxəsindəki  Dədə  Qorqud 
boyları  isə  həm  yarımçıq  yazıldığı  üçün,  həm  də 
əvvəllər  o  qədər  də  əhəmiyyət  verilmədiyinə  görə 
düşünürük  ki,  Dədə  Qorqud  araşdırmaçılarının 
diqqətindən  elə  bil  kənarda  qalmışdır.  Bu  kitabın 
arxadan ikinci vərəqi də düşmüşdür. 
Kitabların  dili  haqqında  da  müxtəlif  ver-siyalar 
vardır.  Drezden  nüsxəsinin  Azərbaycan  türkcəsi, 
Vatikan  nüsxəsinin  isə  Osmanlı  türkcəsi  ilə 
köçürüldüyünü söyləyənlər də var. Drezden nüsxəsinin 



 
“Doğu Anadolu  ağız özəllikləri qarışmış  əski  Anadolu 
türkcəsi”
1
  olduğunu  deyənlər  də  var.  Fikrimizcə,  ən 
düzgün  sözü  Türkiyə  Odalar  və  Borsalar  Birliyinin 
(TOBB)  başqanı  M.  Rifat  Hisarcıklıoğlu  söyləmişdir: 
“Kitabın  orijinalları  Oğuz  Türkcəsi  anlatımı  ilə 
Osmanlıca qələmə alınmışdır”
2
. Bunlar hər iki nüsxənin 
adlarında da özünü göstərir. 
Hər  necə  olsa  da,  bu  kitablar  ümumtürk  xalqının 
kimliyini  ortaya  qoyan  bir  şah  əsərdir  və  bu  xalqın 
tarixi keçmişindən xəbər verən çox dəyərli mənbədir. 
Mənim  məqsədim  Dədə  Qorqudu  araşdırmaq 
deyildir.  Bu  iş,  əlbəttə,  ədəbiyyatçı  və  folklorçu 
alimlərin, elm adamlarının, qorqudşünasların işidir. Bir 
də  ki,  “Kitabi-Dədə  Qorqud”  dastanları  lazımi  qədər 
araşdırılıb, tədqiq olunmuşdur. Mən isə elm adamı filan 
deyiləm.  Sadəcə  olaraq  kitab  həvəskarı  və  bir 
oxucuyam.  Bununla  belə,  yenə  demək  istəyirəm  ki, 
Dədə  Qorqud  dastanları  indiyə  kimi  nə  qədər 
araşdırılıbsa,  yenə  də  dərin  tədqiqata  ehtiyac  vardır. 
Bunlar öz yerində... 
Mən  ədəbiyyat  həvəskarı  olduğum  üçün  tez-tez 
elmlə  məşğul  olan,  eləcə  də  digər  ziyalı  dostlarımla 
görüşür  və  onlarla  ədəbi-bədii  söhbətlər  edirəm.  Bir 
gün  belə  söhbətlərimizin  birində  o  dostlarımdan  biri 
                                                           
1
 DEDE KORKUD KİTABI – Ankara 2014 (iki cilddə) 
2
 Yenə orada 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə