Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Hansı bitkinin quru ekstraktı “Bellastezin” preparatının tərkibinə daxildir?



Yüklə 2,03 Mb.
səhifə14/24
tarix17.01.2018
ölçüsü2,03 Mb.
#20842
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

620) Hansı bitkinin quru ekstraktı “Bellastezin” preparatının tərkibinə daxildir?
A) Batbat

B) Çəhrayı rodiola

C) Xanımotu

D) Termopsis

E) Dəlibəng
Xanımotunun quru ekstraktının tərkibində 0,7-0,8 % alkaloidlər olur. Ekstraktı “Bellastezin” preparatının tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.388-389.
621) Bitkilərdən hansı iştahaartıran dərman kimi istifadə olunur?
A) Adaçayı yarpağı

B) Quşəppəyi otu

C) Ekvalipt yarpağı

D) Acıqovuğun kökü

E) Qarğıdalı saçağı
Acıqovuğun köklərində südə bənzər acı şirə vardır. Acı dadı tərkibindəki taraksasin və tarakserin maddələri ilə əlaqədardır. Acıqovuğun köklərindən qatı ekstrakt alınır ki, o da iştahaartırıcı, həzmi yaxşılaşdırıcı, ödqovucu, diuretik və işlədici vasitə kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.335-336.
622) Exinaseyanın preparatları nə üçün istifadə olunur?
A) İltihabı aradan götürmək üçün

B) Mədə xorasının müalicəsi üçün

C) İştahanı artırmaq üçün

D) Qan təzyiqini aşağı salmaq üçün

E) Orqanizmin təbii müdafiə qabiliyyətini gücləndirmək üçün
Bitkinin immunstimuləedici fəallığa malik əsas təsiredici maddələri fenol və polifenol birləşmələridir. Exinaseyanın preparatları orqanizmin təbii müdafiə qabiliyyətini gücləndirməklə müxtəlif patoloji vəziyyətlərdə müalicəvi təsir göstərir. Eyni zamanda orqanizmin immun sisteminə stimullaşdırıcı təsir edir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.471-474.
623) “İmmunal”preparatının tərkibində hansı bitkinin şirəsi vardır?
A) Qırmızı exinaseyanın

B) Kəklikotunun

C) Çobanyastığının

D) Termopsis otunun

E) Erkək ayıdöşəyinin

“İmmunal”ın tərkibində çiçək açmış qırmızı exinaseyanın şirəsi vardır. Bitkinin immunstimuləedici fəallığa malik əsas təsiredici maddələri fenol və polifenol birləşmələridir.


Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.471-474.
624) Boymadərənotu hansı məqsədlə istifadə olunur?
A) Qankəsici kimi

B) Qurdqovucu kimi

C) Sakitləşdirici kimi

D) Sidikqovucu kimi

E) Ödqovucu kimi
Bitkinin tərkibində efir yağı, betonisin və K vitamini vardır. Boymadərən otu qan kəsici, bakterisid xassəyə malikdir. Boymadərənin xammalından dəmləmə və maye ekstrakt hazırlanır ki, onlar da daxilə və xaricə ilıq şəkildə ağciyər, bağırsaq,uşaqlıq, burun və digər üzvlərdəki qanaxmalarda qankəsici vasitə kimi tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.245-247.
625) Gəcəvər (iyir) bitkisinin hansı hissəsi dərman məqsədilə istifadə olunur?
A) Çiçəyi

B) Toxumu

C) Kökümsovu

D) Yarpağı

E) Meyvəsi
Gecəvərin kökümsovunda pinen, kamfen, kafur terpenoidlər , askorbin turşusu, aşı maddələr vardır. Farmakoloji fəal maddələr bitkinin kökümsovunda toplanmışdır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.228-229.
626) “Vikalin”, “Vikair” preparatlarının tərkibinə hansı bitkinin poroşoku daxildir?
A) Psoraleya kökünün

B) Palıd qabığının

C) Qurd pəncəsinin kökümsovunun

D) Gəcəvər ( İyir ) kökümsovunun

E) Acıçiçək kökünün
Gəcəvər ( İyir ) kökümsovunun poroşoku mədə və onikibarmaq bağırsaq xoralarında, həmçinin hiperasid qastritlərdə tətbiq edilən “Vikalin” və “Vikair” preparatlarının tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.228-229.
627) “Digitoksin” hansı bitkinin preparatıdır?
A) Oleandr yarpağının

B) Üskükotunun

C) Strofant toxumunun

D) İnciçiçəyi otunun

E) Xoruzgülü otunun
Üskükotunun tibbdə tətbiq edilən bütün növlərinin tərkibində kardenolid qlikozidləri vardır ki, onların da aqlikongenin hissəsini digitoksigenin, ditoksigenin, ditaloksigenin, digoksigenin və diginatigenin təşkil edir. “Digitoksin” qırmızı və iriçiçəkli üskükotunun preparatıdır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.268-275.
628) Güyəmə qabığının preparatları hansı xəstəliklərdə istifadə edilir?
A) Ağciyərin iltihabında

B) Ürək xəstəliklərində

C) Sinir sisteminin xəstəliklərində

D) Mədə -bağırsaq xəstəliklərində

E) Qaraciyər xəstəliklərində
Güyəmənin qabığında periplosin ürək qlikozidi vardır, qan dövranının pozğunluğu ilə müşayiət olunan ürək çatışmazlığında tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.288-290.
629) Hansı bitkidən hazırlanan preparatlar ürək xəstəliklərində istifadə olunur?
A) Yaponsaforasının çiçəyindən

B) Su bibərindən

C) Çaytikanı meyvəsindən

D) Novruzçiçəyi yarpağından

E) Xoruzgülü otundan
Xoruzgülü otunun tərkibində strofantidinin və adonitoksigeninin törəmələri olan kardenolidlər vardır. Ürək çatışmazlığında kardiotonik təsirli vasitə kimi tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.279-281
630) Hansı bitki ürəyə müalicəvi təsir göstərir?
A) Acı yovşan

B) Dağ öküzotu

C) Güyəmə qabığı

D) Şirquyruğu

E) Boymadərən
Güyəmənin qabığında periplosin ürək qlikozidi vardır. “Periplosin” preparatı 0,025%-li məhlul şəklində ürək çatışmazlığında tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.288-292.
631) Hansı bitki tanninin alınması üçün xammal kimi istifadə olunur?
A) Çobanyastığı

B) Bağayarpağı

C) Sumaq yarpağı

D) Aloe


E) Xanımotu
Sumaq yarpağının tərkibində 10-20% tanin vardır, sənaye miqyasında taninin alınması üçün xammal kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.613.
632) Qızılağacın preparatları necə təsir göstərir?
A) Sidikqovucu

B) Ödqovucu

C) İltihab əleyhinə

D) Sakitləşdirici

E) Qurdqovucu
Qızılağacın hamaşmeyvələrinin tərkibində triterpen birləşmələri, aşı maddələri, qall turşusu, flavanoidlər vardır. Qızılağacın preparatları dəmləmə şəklində büzücü və iltihabəleyhinə vasitə kimi həzm sistemi xəstəliklərində - kolitdə, kəskin və xroniki enteritdə tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.615-617.
633) Palıd qabığının preparatları tibbdə hansı məqsədlə istifadə olunur?
A) Qurdqovucu kimi

B) Sakitləşdirici kimi

C) Yuxugətirici kimi

D) Ödqovucu kimi

E) İltihab əleyhinə
Palıd ağacının qabığında katexinlərin polimerləşmə məhsulları olan aşı maddələri vardır. Onların tərkibində həmçinin qall və ellaq turşuları, kversetin flavonoidi, B qrupu vitaminləri, PP, C vitaminləri, pantoten turşusu aşkar edilmişdir. Palıd qabığının bişirməsi büzücü və iltihabəleyhinə təsir göstərən vasitə kimi gingivitdə, stomatitdə, eləcə də ağız boşluğunun, boğaz və udlağın iltihabi proseslərində qar-qara şəklində istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.617-619.
634) Strofant toxumunun preparatları hansı xəstəliklər zamanı istifadə edilir?
A) Sinir sistemi

B) Ürək


C) Öd kisəsi

D) Qaraciyər

E) Mədə-bağırsaq
Kombe Strofantının toxumlarının tərkibində 2-3% miqdarında K- strofantozid qlikozidi vardır. Kombe strofantının toxumlarından strofantin- K və strofantidin –asetat preparatları istehsal olunur. Vena daxilinə kəskin ürək-damar xəstəlikləri zamanı istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.276-278.
635) Hansı bitkidən alınan preparatlar “A” siyahısında saxlanılır?
A) Boymadərənotundan

B) Strofant toxumundan

C) Tozağacı tumurcuqlarından

D) Acı yovşanotundan

E) Zəncirotu kökündən
Strofant toxumları şiddətli zəhərlidir. Ona görə də onun preparatları "A" siyahısında saxlanılır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.276-278.
636) Kəndir kökündə əsas təsiredici maddə hansıdır?
A) Kumarinlər

B) Ürək qlikozidləri

C) Saponinlər

D) Aşı maddələr

E) Acı maddələr
Çətənə kəndirinin kökümsovu və köklərinin tərkibində kardiotonik qlikozidlər, strofantidin törəmələri vardır. Bitkinin kökümsovu və kökləri simarin və K-strofantin –β almaq üçün istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.292-294.
637) Kəndir kökü hansı xəstəlikdə istifadə olunur?
A) Ürək xəstəliyində

B) Revmatizmdə

C) Mədə-bağırsaq xəstəliklərində

D) Sinir sisteminin xəstəliklərində

E) Öddaşı xəstəliyində
Kəndir kökünün tərkibində əsas təsiredici maddə ürək qlikozidləridir. Bitkidən alınan preparatlar kardiotonik təsir göstərir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.292-294.
638) Hansı bitkinin quru ekstraktı “Adonis-brom” tabletinin tərkibinə daxildir?
A) Kəndir kökünün

B) Strofant toxumunun

C) Güyəmə qabığının

D) Xoruzgülü otunun

E) İnciçiçəyi otunun
Xoruzgülü otunun tərkibində strofantidinin və adonitoksigeninin törəmələri olan kardenolidlər vardır. Üzəri qılafla örtülmüş "Adonisbrom" tabletinin tərkibinə 0,25 qr xoruzgülünün standartlaşdırılmış quru konsentratı və 0,25 qr kalium-bromid daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 279-281.
639) Xoruzgülü otunun preparatları hansı xəstəlikdə istifadə edilmir?
A) Ürək çatışmazlığı zamanı

B) Yuxusuzluq zamanı

C) Epilepsiyada

D) Nevrozlarda

E) Mədə-bağırsaq xəstəliklərində
Xoruzgülü otunun preparatları ürək xəstəliklərində, nevrozlarda, yuxusuzluqda, epilepsiya xəstəliyində istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 279-281.
640) Hansı bitkinin preparatları ürəyin fəaliyyətini tənzimləyir?
A) Evkalipt yarpağı

B) Zirə meyvəsi

C) Keşniş meyvəsi

D) Adaçayı yarpağı

E) İnciçiçəyi out
İnciçiçəyi otunun tərkibində 22 ürək qlikozidi vardır. İnciçiçəyi otunun preparatları ən qiymətli ürək dərmanlarından biridir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.282-283.
641) Bitkilərdən hansının tərkibində ürək qlikozidləri yoxdur?
A) Üskükotunun

B) Xoruzgülü otunun

C) İnciçiçəyinin

D) Evkalipt yarpağının

E) Kombe strofantının
Evkalipt bitkisinin tərkibində ürək qlikozidi yoxdur, digər bitkilərin tərkiblərində ürək qlikozidləri vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.206.
642) Hansı bitkinin preparatları “A” siyahısında saxlanılır?
A) Qaytarma kökümsovunun

B) Palıd qabığının

C) Şaxtagülü kökümsovunun

D) Qaragilə meyvəsinin

E) Dişqurtlayan meyvəsinin
Şaxtagülü kökümsovunun tərkibində əsas təsiredici maddə ürək qlikozidləridir. Bu qlikozidlərdən Korelborin-P zəhərləyici xassəyə malikdir. Ona görə də bu bitkinin preparatları "A" siyahısında saxlanılır, digər bitkilər isə zəhərli olmadıqlarından "A" siyahısında saxlanılmır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.294-295.
643) At şabalıdının toxumundan alınan tinkturadan nə üçün istifadə edirlər?
A) Tromboflebitin müalicəsində

B) Bronxitin müalicəsində

C) Aterosklerozun müalicəsində

D) Nevrozun müalicəsində

E) Taxikardiyanın müalicəsində
At şabalıdı toxumunda eskulin və fraksin qlikozidləri vardır. Bu qlikozidlər qanın laxtalanmasını azaldır. Bunları venaların varikoz genişlənməsində, tromboflebitin müalicəsində istifadə edirlər.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.489-492.
644) Xardal yaxması xardal bitkisinin hansı hissəsindən hazırlanır?
A) Çiçəyindən

B) Kökündən

C) Meyvəsindən

D) Toxumlarından

E) Yarpaqlarından
Əsas təsiredici maddələr xardal toxumlarında toplanmışdır. Xardal toxumlarının tərkibində kəskin yandırıcı dad və ətirli iy verən siniqrin tioqlikozididir. Toxumlarından presləmə yolu ilə piyli yağ alındıqdan sonra yerdə qalan toz şəklində olan cecə yağsızlaşdırılaraq xardal yaxmalarının hazırlanmasında istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 348-349.
645) Jenşen kökündən hazırlanmış preparatların hansı xüsusiyyəti yoxdur?
A) Ödqovucu

B) Orqanizmin müqavimətini artırıcı

C) Qanda şəkərin miqdarını azaldıçı

D) Əmək qabiliyyətini gücləndirici

E) Cavanlaşdırıcı

Jenşenin tinkturası, tozu və ya üzəri örtüklü həbi stimullaşdırıcı və tonizəedici təsirli vasitə kimi mərkəzi sinir sistemi xəstəliklərinin profilaktikası və müalicəsində, həmçinin orqanizmin stres hallarına qarşı müqavimətini yüksəltmək üçün istifadə olunur. Qanda şəkərin miqdarını azaldır. Ödqovucu xüsusiyyəti yoxdur.


Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.320-321.
646) Mancur aralıyasının kökünün preparatlarından nə üçün istifadə edilir?
A) Yuxugətirici kimi

B) Sidikqovucu kimi

C) Qankəsici kimi

D) Tonuslandırıcı kimi

E) Ödqovucu kimi
Mancur araliyasının kökündən tonizəedici preparat “Saparal” istehsal olunur. Bitkinin xammalından tinktura alınır ki, bu da hipotoniya, asteniya və depressiv hallarda istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.321-324.
647) Hansı bitki jenşen kökünü əvəz edə bilər?
A) Zəyərək toxumu

B) Eleuterokokkun kökümsovu

C) Bəlğəmotu kökü

D) İyir kökümsovu

E) Zəncirotu kökü
Eleuterokokkun kökümsovundan hazırlanan duru ekstrakt kliniki təcrübələrdən keçirilərək jenşen preparatları xassəli olması müəyyən edilmişdir. Digər bitkilərdə bu xassə yoxdur. Xammaldan alınan maye ekstrakt insanın zehni fəaliyyətini stimullaşdırır, görmə qabiliyyətini gücləndirir və eşitməni yaxşılaşdırır. Xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır, xolesterinin miqdarını azaldır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.512-514.
648) Tibdə dərman xammalı kimi ayıqulağı bitkisinin hansı hissəsindən istifadə edilir?
A) Toxumundan

B) Çiçəyindən

C) Yarpağından

D) Kökündən

E) Gövdəsindən
Əsas bioloji fəal maddələr ayıqulağı bitkisinin yarpaqlarında toplanmışdır.

Ayıqulağı yarpaqlarının tərkibində 6%-ə qədər arbutin qlikozidi, metilarbutin, hidroxinon, qall və ellaq turşuları, hiperozid, kversetin flavonoidləri vardır. Yarpaqlarında 35%-ə qədər aşı maddələri aşkar edilmişdir.


Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 465.
649) Ayıqulağı yarpaqlarından hazırlanmış preparatlar hansı xəstəliklərdə istifadə edilir?
A) Sidik yollarının xəstəliklərində

B) Sinir sisteminin xəstəliklərində

C) Qaraciyər xəstəliklərində

D) Yuxarı tənəffüs yollarının xəstəliklərində

E) Qan-damar sisteminin xəstəliklərində
Ayıqulağı yarpaqları bişirmə, dəmləmə və ekstrakt formasında dezinfeksiyaedici, sidikqovucu vasitə kimi sistitdə, piyelitdə, uretritdə və böyrəkdəki digər iltihabi proseslərdə tətbiq olunur. Yarpaqları sidikqovucu çayların tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.465.
650) Mərcangilə yarpağının preparatlarından hansı xəstəlikdə istifadə olunur?
A) Osteoxondrozda

B) Sarılıq zamanı

C) Sidik yollarının xəstəliklərində

D) Ürək-damar sisteminin xəstəliklərində

E) Ağciyərin iltihabında
Mərcangilə yarpağının dəmləmə və ya bişirməsindən sidik yollarının xəstəliklərində istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 467.
651) Təbabətdə xammal kimi Rodiola bitkisinin hansı hissəsindən istifadə olunur?
A) Gövdəsindən

B) Toxumundan

C) Yarpağından

D) Çiçəyindən

E) Kökündən
Farmakoloji aktiv maddələr bitkinin köklərində toplanmışdır. Çəhrayı rodiolanın kök və kökümsovlarının tərkibində efir yağı, flavonoidlər, limon və alma turşuları, aşı maddələri vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.477-478.
652) Bitkilərdən hansının duru ekstraktı stimuləedici dərman kimi istifadə edilir?
A) Çay yarpağının

B) Rodiola kökünün

C) Şirquyruğu otunun

D) Yapon saforasının çiçəyinin

E) Qarabaşaq otunun
Çəhrayı rodiolanın xammalından maye ekstrakt istehsal olunur ki, o da stimullaşdırıcı və adaptogen təsirə malikdir, stimuləedici vasitə kimi əsəb sisteminin funksional xəstəliklərində istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.477-478.
653) Bənövşə otunun dəmləməsi hansı xüsusiyyətə malikdir ?
A) Ağrıkəsici

B) Qurdqovucu

C) Bəlğəmgətirici

D) Ödqovucu

E) Yuxugətirici

Alabəzək bənövşənin preparatları bronxial vəzilərin sekresiyasını artırır, bəlğəmi durulaşdırır və onun xaric olmasını təmin edir. Bu məqsədlərlə bənövşə otunun dəmləməsi tətbiq edilir.

Bənövşə otundan bəlğəmgətirici öskürək dərmanı kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 562-565.
654) Gənəgərçək yağından təbabətdə hansı məqsədlə istifadə olunur?
A) Öd qovucu kimi

B) Yuxugətirici kimi

C) Qurdqovucu kimi

D) İşlətmə dərmanı kimi

E) Sidikqovucu kimi
Gənəgərçək yağı klassik işlədici vasitə olub, emulsiya şəklində və ya yumşaq jelatin kapsullarda təyin edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 127-128.
655) Biyan kökünün preparatları hansı xəstəlikdə istifadə edilmir ?
A) Mədə və onikibarmaq bağırsaq xorası

B) Hiperasid qastrit

C) Nevrozlarda

D) Ekzema

E) Bronxial astma
Biyan kökünün preparatları bronxial astmada, allergik dermatitdə, ekzemada, iltihab əleyhinə təsir göstərən, spazmolitik və antasid təsirli vasitə kimi hiperasid qastritdə, mədə və onikibarmaq bağırsaq xoralarında istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.316-319.
656) Təbabətdə cökə çiçəyinin dəmləməsindən nə üçün istifadə edilir ?
A) Sidikqovucu kimi

B) Qurdqovucu kimi

C) Yuxugətirici kimi

D) Ödqovucu kimi

E) Tərlədici kimi
Cökə çiçəyinin tərkibində tərlədici təsirə malik qlikozid, flavonolqlikozidi- hesperidin vardır. Bitkinin çiçəkləri dəmləmə şəklində tərqovucu və hərarətsalıcı vasitə kimi soyuqdəymə zamanı istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 581-583.
657) Mumdan təbabətdə hansı məqsədlə istifadə olunmur?
A) Şamların hazırlanmasında

B) Plastırların

C) Həblərin hazırlanmasında

D) Emulsiyaların hazırlanmasında

E) Məlhəmlərin hazırlanmasında
Arı mumu əczaçılıqda məlhəmlərin, şamların, plastırların, emulsiyaların hazırlanmasında istifadə edilir, həblərin hazırlanmasında isə istifadə edilmir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.678-679.
658) Mum nədir?
A) Sintetik xammaldır

B) Bal arısının məhsuludur

C) Bitkilərdən alınan xammaldır

D) Qara maldan alınan məhsuldur

E) Dəniz orqanizmlərinin məhsuludur
12-18 günlük arılar mum hasil edirlər və o mum şanın qurulmasına sərf edilir. Mum ağ və ya açıq-sarı rəngdə olur, xoşagələn bal qoxusu verir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.678-679.
659) Lanolin nədən alınır?
A) Suitinin piyindən

B) Zəyərək toxumundan

C) Gənəgərçək toxumundan

D) Qoyun yunundan

E) Balığın qaraciyərindən

Lanolin (latın dilində “lana”- yun, “oleum”- yağ deməkdir) qoyunların dəri vəzlərinin ifraz etdiyi piydən alınan yağabənzər sabunlaşmayan maddədir. Yuntəmizləyici fabriklərdə yunun yuyulması nəticəsində çıxan yağ lanolinin alınması üçün ilk mənbədir.


Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.142-143.
660) Səna bitkisinin preparatları hansı xüsusiyyətə malikdir?
A) Yuxugətirici

B) Sidikqobucu

C) Sakitləşdirici

D) Ödqovucu

E) İşlədici
Sənanın yarpaqlarında antraqlikozidlər, izoramnetin, kempferol flavonoidləri və onların qlikozidləri, bağırsaqlarda ağrı törədən qətran maddələri vardır. Səna yarpaqlarını işlədici vasitə kimi dəmləmə şəklində istifadə edirlər. “Senadeksin”, “Senade”, “Qlaksenna” və digər preparatları da tibb təcrübəsində işlədici vasitə kimi tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 541-543.
661) Hansı bitkidən biogen stimulyator xassəli preparat hazırlanır?
A) Ardıc meyvəsindən

B) Əzvay bitkisindən

C) Suyoncası yarpağından

D) Pişikotu kökündən

E) Acı yovşanotundan
Əzvay bitkisindən akademik B.P. Filatovun üsulu ilə biogen stimulyator xassəli preparatlar hazırlanır. Əzvayın yarpaqlarını xüsusi şəraitdə (4-8ºC temperaturda, qaranlıq şəraitdə 12 gün ərzində) saxladıqda onun tərkibində biogen stimulyatorlar əmələ gəlir. Bu maddələr zəifləmiş həyati əhəmiyyətli prosesləri stimullaşdırır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 534-538.
662) Murdarça meyvələri təbabətdə hansı məqsədlə istifadə olunur?
A) Sidikqovucu kimi

B) Yuxugətirici kimi

C) Sakitləşdirici kimi

D) İşlədici kimi

E) Ödqovucu kimi
İşlədici murdarçanın yetişmiş meyvələrinin tərkibində ramnokatarinin, franqulin, franqulaemodin, josterin vardır. Bundan başqa meyvələrdə ramnositrin, ramnetin, kversitrin və kempferol flavonoidləri, pektin maddələri aşkar edilmişdir. İşlədici murdarçanın meyvələrinin dəmləməsi və bişirməsi atonik və xroniki qəbizlikdə, bağırsaqların fəaliyyətinin zəifləməsində yumşaq işlədici təsir göstərən vasitə kimi tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.530-532.
663) Hansı dərman forması rəvənd kökünün preparatlarına aid deyil?
A) Toz

B) Tablet

C) Quru ekstrakt

D) Məlhəm

E) Tinktura
Rəvənd köklərindən məlhəm hazırlanmır, digər dərman formaları isə hazırlanır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.538-540.
664) Xalq təbabətində at əvəliyi kökündən hansı xəstəlikdə istifadə olunur?
A) Osteoxondroz

B) Kolit


C) Revmatizm

D) Taxikardiya

E) Hipotoniya
At əvəliyinin xammalı dəmləmə, bişirmə və ekstrakt şəklində kolitin, enterokolitin, babasilin, düz bağırsaq çatlarının müalicəsində, həmçinin qurdəleyhinə və qankəsici təsir göstərən vasitələr kimi tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 526.


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə