Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Tərkibində zəhərli maddələr olan bitkilərdən dəmləmələr hansı nisbətdə hazırlanlır?



Yüklə 2,03 Mb.
səhifə5/24
tarix17.01.2018
ölçüsü2,03 Mb.
#20842
1   2   3   4   5   6   7   8   9   ...   24

154) Tərkibində zəhərli maddələr olan bitkilərdən dəmləmələr hansı nisbətdə hazırlanlır?
A) 1:400

B) 1:100


C) 1:30

D) 1:10


E) 1:200
Zəhərli dərman bitkilərinin I hissəsi üçün 400 hissə su götürülür, yəni dəmləmələr 1:400 nisbətində hazırlanır
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 32
155) Bunlardan hansı maye dərman formalarına aiddir?
A) Pastalar

B) Qranullar

C) Tinkturalar

D) Drajelər

E) Tabletlər
Tinkturalar maye dərman formalarının bir növüdür, müxtəlif həlledicilər vasitəsilə dərman bitkilərindən alınan mürəkkəb tərkibli çıxarışlardır
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 33
156) “Emulsum” sözünün mənası nədir?
A) Zülal

B) Bitki


C) Orqan

D) Dərman

E) Sağılmış
Latınca “sağılmış” mənası verən “Emulsum” sözü də buradan götürülüb.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 28
157) “Suspensio” sözünün mənası nədir?
A) Kristal

B) Süd


C) Asılı vəziyyət

D) Dondurulmuş

E) Poroşok
“Suspensio” latın sözü olub, mənası “asılı vəziyyət” deməkdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 29
158) Bu məhlullardan hansı xaricə istifadə olunur?
A) 5%-li askorbin turşusuməhlulu

B) 10%-li Tokoferol-asetat məhlulu

C) 6%-li tiamin-bromidməhlulu

D) Duru hidrogen-peroksid məhlulu

E) 3%-li natrium-bromidməhlulu
Hidrogen peroksid yuyucu və yaxalayıcı maddə kimi xaricə işlənir..
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 441
159) Qalen preparatları hansı şəraitdə hazırlanır?
A) Soyuq dəmləmə üsulu ilə hazırlanır

B) Zavod şəraitində

C) Isti dəmləmə üsulu ilə hazirlanir

D) Ev şəraitində

E) Aptek şəraitində
Qalen preparatları zavod şəraitində müxtəlif həlledicilər vasitəsilə dərman bitkilərindən alınan mürəkkəb tərkibli çıxarışlardır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 34
160) “Unguentum” sözünün mənası nədir?
A) Poroşok

B) Məlhəm

C) Pasta

D) Maye


E) Bərk
“Unguentum” latın sözü olub, mənası məlhəm deməkdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 35
161) Bunlardan hansı məlhəm əsası kimi istifadə olunur?
A) Vazelin

B) Kakao yağı

C) Bitki yağı

D) Talk


E) İnyeksiya suyu
Vazelin neftin emalından alınan məhsuldur.Məlhəm əsasi kimi ən cox vazelindən istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 35
162) Məlhəm əsası göstərilmədikdə hansı maddədən istifadə edilir?
A) Donuz piyi

B) Naftalan nefti

C) Parafin

D) Lanolin

E) Vazelin
Əgər reseptdə məlhəm əsası göstərilməzsə, məlhəm vazelində hazırlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 35
163) Məlhəmdə dərman maddəsinin miqdarı göstərilmədikdə, məlhəm neçə %-li hazırlanır?
A) 5%

B) 1%


C) 10%

D) 2%


E) 0,5%
Məlhəmdə dərman maddəsinin miqdarı göstərilmədikdə məlhəm 10% hazırlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 36
164) Linimentlər necə istifadə olunur?
A) Bədən boşluğuna yeridilir

B) Dəri altına vurulur

C) Damara vurulur

D) Xaricə

E) Daxilə
Linimentlər xaricə istifadə olunur. İstifadə etməzdən qabaq bunları çalxalamaq lazımdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 37
165) Pastalar hansı məqsədlər üçün işlənir?
A) Qıcıqlandırıcı vasitə kimi

B) Quruducu vasitə kimi

C) Büzüşdürücü vasitə kimi

D) Nəmləndirici vasitə kimi

E) Yumşaldıcı vasitə kimi
Pastalar sulanan yaraların müalicəsində quruducu vasitə kimi istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 37
166) “Recipere” sözünün mənası nədir?
A) Götürmək

B) Buraxmaq

C) Yazmaq

D) Üzünü köçürmək

E) Müalicə etmək
“Recipere” sözü reseptdə əmr formasında işlənir. “Recipe – (Rp.).Mənasi götürmək deməkdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 12
167) Resept blankı Azərbaycan SəhiyyəNazirliyinin hansı əmrinə əsasən təsdiq edilmişdir?
A) 05.03.2002-ci il 12 saylı əmrinə əsasən

B) 07.02.2003-cü il 09 saylı əmrinə əsasən

C) 04.02.2003-cü il 09 saylı əmrinə əsasən

D) 10.04.2001-ci il 15 saylı əmrinə əsasən

E) 14.03.2000 ci il 10saylı əmrinə əsasən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04.02.2003-cü il tarixli 09 saylı əmrinə əsasən təsdiq edilmişdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 12
168) Hansı dərman formaları damcı ilə dozalanır?
A) Yumşaq dərman formaları

B) Qazabənzər dərman formaları

C) İnyeksiya dərman formaları

D) Maye dərman formaları

E) Bərk dərman formaları
Maye halında olan dərman maddələrinin dozaları ml, qramla və damcılarla ifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 25
169) Antibiotiklər necə dozalanır?
A) Damcı ilə

B) Təsir vahidi ilə

C) Həcmlə

D) Kiloqramla

E) Mikroqramla
Antibiotiklər şərti təsir vahidləri ilə dozalanır. Reseptdə belə dərman maddələrinin adından sonar təsir vahidinin miqdarı (təsir vahidi) göstərilir. Məs: 500000 TV, 1000000 TV və s.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 13
170) Reseptdə nə vaxt “aa” işarəsi qoyulur?
A) Dərman maddəsi zəhərli olduqda

B) Dərman maddəsi güclü olduqda

C) Adi təsirli dərman olduqda

D) 2 və daha çox dərman maddəsinin miqdarı eyni olduqda

E) Dərman maddəsi narkotik olduqda
Əgər reseptdə eyni dozada 2 və daha çox dərman maddəsi yazılarsa, doza bir dəfə, axırıncı dərman maddəsinin adından sonra yazılır. Bu zaman dozadan əvvəl “aa” işarəsi qoyulur
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 16
171) “Siqnatura” sözünün mənası nədir?
A) Saxlamaq

B) Əlavə etmək

C) Təyinat

D) Yazmaq

E) Götür
“Siqnatura” latin sözü olub mənası təyinat deməkdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 16
172) Pulsuz və güzəştli şərtlə buraxılan dərmanlara aid resept neçə nüsxədə yazılır?
A) 4 nüsxədə

B) 1 nüsxədə

C) Üzü köçürülür

D) 2 nüsxədə

E) 3 nüsxədə
Pulsuz və ya güzəştli şərtlə buraxılan dərmanlara resept 2 nüsxədə yazılır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 14
173) Tərkibində narkotik maddələr olan dərmanlararesept blankları hansı rəngdə olur?
A) Ağ-qara

B) Göy


C) Çəhrayı

D) Qırmızı

E) Ağ
Tərkibində narkotik maddələr olan dərmanlara aid reseptlər çəhrayı rəngli xüsusi blanklarda yazılır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005səh 15
174) Psixotrop dərmanlara aid reseptlər neçə gün etibarlıdır?
A) 1 ay

B) 5 gün


C) 1 həftə

D) 15 gün

E) 10 gün
Psixotrop dərman preparatlarına aid resept nüsxələrinin yazılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.05.2001-ci il tarixli, 39 saylı əmri ilə müəyyən edilmiş qaydalar üzrə həyata keçirilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 15
175) 1 resept nüsxəsinə neçə psixotrop dərman preparatı yazılmalıdır?
A) 1

B) 5


C) 4

D) 3


E) 2
Bir resept nüsxəsinə yalnız 1 psixotrop dərman preparatı yazılmalıdır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 15
176) Dərmanın təcili hazırlanması lazım gəldikdə reseptin yuxarı hissəsinə hansı söz yazılır?
A) Sanare

B) Coquere

C) Cito

D) Consprigere



E) Repetetur
Dərmanın təcili olaraq hazırlanması və buraxılması lazım gəldikdə resept blankının yuxarı hissəsində Cito yəni təcili sözləri yazılır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 14
177) Dozalanmamış poroşoklar hansı dozalarda buraxılır?
A) 1,0-10,0

B) 5,0-100,0

C) 100,0-1000,0

D) 10,0-100,0

E) 0,1-1,0
Dozalanmamış poroşoklar 5,0 q, 100 q qədər miqdarında kağız paketlərdə, yaxud şüşə qablarda buraxılır
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 22
178) Aşağıdakı yollardan hansı dərman vasitələrinin enteral yeridilmə yoluna aiddir?
A) Dərialtı

B) Əzələdaxili

C) İntraplevral

D) Rektal

E) Venadaxili
Enteral yəni mədə-bağırsaq sistemindən keçən yol. Rektal yolla yeritmə dərman maddələrinin düz bağırsağa yeridilməsidir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 49
179) Təkrar yeridilmə zamanı dərman vasitəsinin orqanizmdə toplanması hansı terminlə ifadə olunur
A) İdiosinkraziya

B) Sensibilizasiya

C) Sinergizm

D) Uyuşmamazlıq

E) Kumulyasiya
Kumulyasiya dedikdə orqanizmə təkrar yeridilərkən dərman maddəsinin təsirinin güclənməsi başa düşülür.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 66
180) Ürək qlikozidlərinə xas olan xüsusiyyət hansıdır?
A) Ürəyin dəqiqəlik həcmini azaldır

B) Kalsium ionlarının miqdarını azaldır

C) Kalium ionlarının miqdarını artırır

D) Antidiuretik təsir göstərir

E) Müsbət inotrop effekt göstərir
Ürək qlikozidləri müalicəvi dozada sistolanın gücünü artırır və davametmə müddətini azaldır. Ürək qlikozidlərinin yaratdığı bu effekt – müsbət effekt adlanır.
Ədəbiyyat: M.Qəniyev “Farmakologiya”,E. Ağayev, İbrahim Rəhimov, “Farmakologiya” Bakı “Nurlan” 2005 səh 222
181) Orqanizmə çoxlu miqdarda inyeksiya məhlulu yeritmək lazım gələrsə, həlledici kimi nədən istifadə edilir?
A) 5%-liqlükoza məhlulundan

B) 5%-li askorbin turşusu məhlulundan

C) 0,1%-li kalium permanqanat məhlulundan

D) 0,1%-li epinefrin (Adrenalin) məhlulundan

E) 3%-li hidrogen-peroksid məhlulundan
5% qlükozanın izotonik məhlulundan venaya təyin olunan müxtəlif dərman maddələrini həll etmək üçün istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 554
182) Termolabil maddələr hansı temperaturda sterilizə olunur?
A) 1500C-də

B) 1000C-də

C) 1200C-də

D) 1000C-dən yuxarı

E) 1000C-dən aşağı
Termolabil yəni istiyə davamsız məhlullar nisbətən aşağı temperaturda sterilizə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 41
183) “Apotheka” sözünün mənası nədir?
A) Köşk

B) Laboratoriya

C) Klinika

D) Anbar


E) Aptek
“Apotheka” yunan sözü olub, anbar mənası verir. Bu da apteklərin əvvəllər dərman maddələri saxlayan anbar vəzifəsini daşıması ilə əlaqədardır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 45
184) Bu dərmanlardan hansının aptekdən reseptsiz buraxılmasına icazə verilir?
A) Seduksen

B) Validol

C) Sibazon

D) Fenobarbital

E) Fenazepam
Validol ağız boşluğu reseptorlarını qıcıqlandırmaqla reflektor yolla tac damarlarını genişləndirir və nəticədə miokarda O2 daşımasını gücləndirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 15
185) Aptek şəraitində termostabil dərman maddələrinin inyeksiya məhluluları necə hazırlanır?
A) Termiki sterilizə yolu ilə

B) Dərman maddəsinin üzərinə 0,5%-li xlorbutanol əlavə etməklə aseptik şəraitdə

C) Dərman maddəsinin üzərinə 0,3%-li trikrezol əlavə etməklə aseptik şəraitdə

D) Dərman maddəsinin üzərinə 0,5%-li fenol əlavə etməklə aseptik şəraitdə

E) Aseptik şəraitdə
Aptek şəraitində termostabil dərman maddələrinin inyeksiya məhlulları termiki sterilizə yolu ilə hazırlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 41
186) Peroral yolla orqanizmə yeridilən dərman maddəsi neçə dəqiqədən sonra təsir göstərir?
A) Həmin anda

B) 5 dəqiqə sonra

C) 60 dəqiqə sonra

D) 15-40 dəqiqə sonra

E) 10 dəqiqə sonra
Peroral yolla yeridilən dərman maddəsi qana bir qədər gec sorularaq 15-40 dəqiqədən sonra öz təsirini göstərir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 49
187) Mədə-bağırsaq traktından pis sorulan dərman maddəsi hansıdır?
A) Panzinorm forte

B) Streptomisin

C) Fenazepam

D) Qastrozepin

E) Mezim forte
Streptomisin mədə-bağırsaq sistemindən sorulmadığına görə əzələ daxilinə və bədən boşluğuna təyin edilir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 480
188) Mədə bağırsaq sisteminin selikli qişasını qıcıqlandıran maddələrə hansı aiddir?
A) Askorbin turşusu

B) Aspirin

C) Festal

D) Libeksin

E) Almagel
Aspirin qeyri-narkotik analgetiklərə aid olduğuna görə mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı təsir göstərir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 177
189) Dərman maddələri düz bağırsağa imalə şəklində nə qədər təyin olunur?
A) 25 ml

B) 50-100 ml

C) 10 ml

D) 20 ml


E) 30 ml
Dərman maddələri düz bağırsağa imalə şəklində 50-100 ml həcmində təyin olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 50
190) Dəri altına hansı maddələri yeritmək olmaz?
A) İnyeksiya

B) Keyləşdirici məhlullar

C) Sulu

D) Yağlı


E) Qıcıqlandırıcı
Qıcıqlandırıcı maddələri dəri altına yeritdikdə nekrozlaşma əmələ gətirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 51
191) Venaya hansı məhlullar yeridilir?
A) Emulsiyalar

B) Yağlı


C) Sulu

D) Spirtli

E) Suspenziyalar
Yağlı məhlulları, emulsiya və suspenziyaları venaya yeritmək olmaz. Bu zaman həyat üçün təhlükəli olan emboliya baş verə bilər.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 52
192) Dərman maddəsinin orqanizmə göstərdiyi ümumi təsir necə adlanır?
A) Büzüşdürücü

B) Qankəsici

C) Bürüyücü

D) Keyləşdirici

E) Rezorbtiv
Dərman maddəsinin qana sorulduqdan sonra orqanizmə göstərdiyi təsir rezorbtiv və ya ümumi təsir adlanır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 58
193) Süd vəziləri vasitəsilə xaric olduğu üçün südəmər uşağı olan analara təyin edilməyən dərman hansıdır?
A) Tiamin bromid

B) Yod


C) Sulgin

D) Morfin

E) Ftalazol
Südəmər uşağı olan analara morfin təyin etmək olmaz, çünki morfin südlə uşaq orqanizminə keçərək onu zəhərliyə bilər.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 166
194) “Cumulare” sözünün mənası nədir?
A) Əritmək

B) Toplanmaq

C) Yerli

D) Qan


E) Parçalanmaq
“Cumulare” latın sözü olub, mənası toplamaq deməkdir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 66
195) Tibbi təcrübədə dərmanlar hansı dozalarda işlənir?
A) Maksimal müalicə dozasında

B) Orta müalicə dozasında

C) Minimal müalicə dozasında

D) Zərbə dozasında

E) Zəhərləyici dozada
Tibbi təcrübədə dərmanlar əsasən orta müalicə dozalarında istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 68
196) Hansı maddələr maddi kumulyasiya törədir?
A) Alkaloidlər

B) Saponinlər

C) Sulfanilamidlər

D) Antibiotiklər

E) Ürək qlikozidləri
Ürək qlikozidləri orqanizmdən gec xaric olduğuna görə orqanizmdə kumulyasiya törədir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 66
197) Yerli anesteziyaedici maddələrin selikli qişadan sorulmasının qarşısını almaq üçün hansı preparat istifadə edilir?
A) Validol

B) Lidokain

C) Baralgin

D) Epinefrin (Adrenalin-hidroxloriD)

E) Atropin
Epinefrin damardaraldıcı xüsusiyyətə malik olduğu üçün yerli anesteziyaedici maddələrinin selikli qişadan sorulmasını ləngidir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76
198) Yerli anesteziyaedici dərman maddələrinin təsir mexanizminə aşağıdakılardan hansı aiddir?
A) İltihabı aradan qaldırır

B) Zulalları koagulyasıya edir

C) Na+ kanallarını blokadaya alır

D) Damarları genişləndirir

E) K+ kanallarını blokadaya alır
Yerli anesteziyaedici dərman maddələri sinir hüceyrələrin daxilinə nüfuz edərək bir tərəfdən hüceyrə membranının Na ionları kanallarını bağlayır və bu mühitdən hüceyrə daxilinə keçməsinə imkan vermir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 74
199) Yerli anesteziyaedici maddələrin təsir müddətini uzatmaq üçün bu maddələrdən hansı istifadə edilir?
A) Tannin məhlulu

B) Etil spirti

C) Fenilefrin (Mezaton)

D) Benzilpenisillin

E) Hidrogen- peroksid
Yerli anesteziyaedici maddənin qana sorulmasının qarşısını almaq və təsirini uzatmaq üçün yerli anestiklərin məhlullarına damardaraldıcı maddə Fenilefrin (Mezaton) əlavə edilir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76
200) Parçalanma məhsulu para-aminobenzoy turşusu olan yerli anesteziyaedici maddənin adı nədir?
A) Prokain-hidroxlorid (Novokain)

B) Kokain

C) Trimekain-hidroxlorid

D) Lidokain

E) Benzokain (Anestezin)
Prokain orqanizmdə parçalanaraq sulfanilamid preparatlarının antaqonisti olan para-aminobenzoy turşusu əmələ gətirir. Ona görə də Prokaini sulfanilamid preparatları ilə müalicə olunan xəstələrə təyin etmək olmaz.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005səh 78
201) Hansı xassəsinə görə Benzokain (anestezin) cərrahiyyə təcrübəsində istifadə edilmir?
A) Yağda yaxşı həll olur

B) Spirtdə yaxşı həll olur

C) Suda yaxşı həll olur

D) Efirdə yaxşı həll olur

E) Suda pis həll olur
Benzokain suda pis həll olması ilə əlaqədar olaraq cərrahiyyə təcrübəsində ağrıkəsici maddə kimi istifadə olunmur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 79
202) Yerli anestiziyanın bütün növlərində istifadə olunan dərman hansıdır?
A) Lidokain

B) Benzokain (Anestezin)

C) Sovkain

D) Trimekain

E) Prokain-hidroxlorid (Novokain)
Lidokaindən yerli anesteziyanın bütün növlərində istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 79
203) Büzüşdürücü maddələrin təsir mexanizmi nə ilə əlaqədardır?
A) Zülalları hidroliz edir

B) Qanı laxtalandırır

C) Qan damarlarını genişləndirir

D) Zülalı pıxtalaşdırır

E) Zülalları dehidratasiyaya uğradır
Büzüşdürücü maddələr zülalları pıxtalaşdıraraq zülallı təbəqə əmələ gətirir. Bu təbəqə toxuma hüceyrələrini və hissi uclarını mexaniki olaraq müxtəlif mənşəli qıcıqlandırıcıların təsirindən qoruyur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 81
204) Alkaloidlərlə zəhərlənmə zamanı tanninin neçə %-li məhlulundan istifadə edilir?
A) 2%-li

B) 5%-li


C) 10%-li

D) 4%-li


E) 0,5 %-li
Bəzi alkoloidlərlə (morfin, atropin, kokain, nikotin) və ağır metal duzları ilə tanninin həll olmayan birləşmələr əmələ gətirməsilə əlaqədar olaraq həmin maddələrlə zəhərlənmələr zamanı mədə 0,5%-li tannin məhlulu ilə yuyulur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 82
205) Romazulan preparatı hansı bitki xammalındanalınır?
A) Palıd qabığından

B) Adaçayı yarpaqlarından

C) Qaragilə meyvələrindən

D) Çay yarpaqlarından

E) Çobanyastığı çiçəklərindən
Romazulan tərkibcə çobanyastığının ekstraktı, çobanyastığından alınan efir yağı və emulqator olan mayedir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 83
206) Əsasi bismut-nitrat hansı tabletin tərkibinə daxildir?
A) Aspirin

B) Aeron


C) Validol

D) Vikalin

E) Papazol
Əsasi bismut-nitrat mədə və onikibarmaq bağırsağın xora xəstəliklərində istifadə edilir. “Vikalin” və “Vikair” tabletlərinin tərkibinə daxildir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 83
207) Mentol hansı tabletin tərkibinə daxildir?
A) Validol

B) Qastal

C) Vikair

D) De-nol

E) Vikalin
Mentol stenokardiya tutmalarını aradan qaldırmaq üçün istifadə olunan validolun tərkibinə daxildir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 83
208) Yerli anastetikləri xarakterizə edən əsas cəhət hansıdır?
A) Afferent liflərdə impulsların ötürülməsinin müvəqqəti və geridönən blokadası baş verir

B) Sinir uclarını qıcıqlandıraraq müvafiq fizioloji effektlər törədirlər

C) Dəri və selikli qişalarda qoruyucu örtük əmələ gəlir

D) Selikli qişa səthini örtərək hissi sinir uclarına göstərilən qıcıqlandırıcı təsirin qarşısını alır

E) Qıcıqlandırıcı təsirə malik olan faktorları adsorbsiya edirlər
Bu dərman maddələri hissi sinir uclarına və hissi sinirlərə təsir göstərərək oyanmanın əmələ gəlməsinə və ötürülməsinə mane olur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”, “Nurlan”. Bakı, 2005 səh 74
209) Yalnız səthi və ya terminal anasteziyada istifadə olunan dərman vasitəsi hansıdır?
A) Prokain

B) Dikain

C) Trimekain

D) Benzokain

E) Sovkain
Güclü toksiki təsirə malik olduğuna görə dikain yalnız səthi anesteziyada istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə