Əczaçılıq (ali)


) Aşağıda göstərilən dərman vasitələrindən hansı uçucu xassəyə malik deyil?



Yüklə 1,33 Mb.
səhifə5/16
tarix17.09.2017
ölçüsü1,33 Mb.
#40
1   2   3   4   5   6   7   8   9   ...   16

219) Aşağıda göstərilən dərman vasitələrindən hansı uçucu xassəyə malik deyil?

A) Heksenal

B) Efiryağı tərkibli bitki xammalı

C) Metilsalisilat

D) Bromkamfora

E) Timol
Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67


220) Aşağıda göstərilənlərdən hansı sarğı materialının keyfiyyətini müəyyənləşdirmir?

A) Neytrallığı

B) Hiqroskopikliyi

C) Məsaməliliyi

D) Rəngi

E) İslanma qabiliyyəti


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение М., ГЭОТАР-Мед, 2004, с. 56
221) Sərin yerdə saxlanılması tələb olunan dərman vasitələri hansıdır?

A) Omnopon

B) Bor turşusu

C) Kalsium-qlükonat

D) Vikasol

E) Efir yağları; protarqol; lanolin


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
222) Hansı sınaqların nəticəsində dərman vasitəsinin optimal saxlanma şəraiti və müddəti təyin olunur?

A) Keyfiyyət göstəricilərinin təyin edilməsi

B) Sabitliyin yoxlanması

C) Miqdar göstəricilərinin təyin edilməsi

D) Əmtəə ekspertizası

E) Mikrobioloji təmizliyin təyin edilməsi


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
223) Əczaçılıq mallarının qablaşdırılması zamanı hansı amil nəzərə alınmır?

A) Dərman vasitəsi ilə təması

B) Bərkliyi

C) Materialı

D) Malın qalınlığı

E) İstifadə edildiyi sayı


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
224) Rezinin keyfiyyəti hansı keyfiyyət parametrləri ilə qiymətləndirilir?

A) Deformasiya olunmaq

B) Elastiklik

C) Bütün cavablar düzdür

D) Davamlılıq

E) Hermetiklik


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение М., ГЭОТАР-Мед, 2004, с. 33
225) Markalanmanın hansı iki əsas növü mövcuddur?

A) Xarici və daxili markalanma

B) Rəsmi və qeyri-rəsmi markalanma

C) Yazılı və şifahi

D) Xarici və milli markalanma

E) İstehsal və əmtəə markalanması


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
226) Aşağıda qeyd olunan dərman vasitələrindən hansılar oda təhlükəli və partlayıcıdır?

A) Bittner balzamı

B) Çaytikanı yağı

C) Gümüş- nitrat

D) Hidrogen- peroksid

E) Kalium-permanqanat


Ədəbiyyat: Ş.A.Cabarova, N.Ə.Əzizzadə. Aptek təşkilatlarında aptek çeşidi mallarının saxlanmasının təşkili. B., 2004, s. 32

227) Aptek anbarının hansı şöbəsində anbara daxil olan bütün tələbnamələrin qeydiyyatı aparılır?

A) Təssərrüfat şöbəsində

B) Təchizat şöbəsində

C) Ekspedisiya (göndərmə) çöbəsində

D) Qəbul şöbəsində

E) İstehsalat şöbəsində


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002

228) Hansı müəssisənin adı dərman vasitəsinin qablaşdırmasının üzərində mütləq göstərilməlidir?

A) Dərman vasitəsinin standartlaşdırılmasını həyata keçirən müəssisənin adı

B) Bioloji-aktiv maddəni (substansiyasını) istehsal edən şirkətin adı

C) Dərman vasitəsinin qeydiyyatını aparan müəssisənin adı

D) Dərman vasitəsinin sertifikatlaşdırmasını aparan müəssisənin adı

E) Dərman vasitəsini istehsal edən şirkətin adı


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, I hissə B, 2002, 67
229) Əsas xammal və materialları qəbul edən şəxs təchizat şöbəsindən mütləq nəyi əldə etməlidir?

A) Alınmış malların siyahısının surətini

B) Tələbat-sifariş

C) Sifarişin surəti

D) Malın mal-nəqliyyət fakturası

E) Uçot-fakturanın surəti


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
230) Aptek təşkilatlarının dövriyyə kapitalının idarə olunmasında hansı əlamət əsas götürülür?

A) Yayındırılma

B) Sabitləşdirmə

C) Cəlb edilmə

D) Borc götürülmə

E) Normalaşdırılma


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlisadə , Əczaçılığın menecmenti, II hissə B, 2004
231) Dövriyyə kapitalının tərkib hissəsinin əsasını hansı göstərici təşkil edir?

A) Mal ehtiyatı

B) İstehsal ehtiyatları

C) Debitor borcluluq

D) Pul vəsaiti

E) Хammal


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlisadə , Əczaçılığın menecmenti, II hissə B, 2004
232) Aptekdə mal ehtiyatı hansı qiymətlə planlaşdırılır?

A) Müqavilə qiymətlərlə

B) Natural vahidlərlə

C) Şərti vahidlərlə

D) Dollarla

E) Alınan qiymətlərlə


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlisadə , Əczaçılığın menecmenti, II hissə B, 2004
233) Normalaşdırılmayan dövriyyə vəsaitləri hansılardır?

A) İstehsal ehtiyatları

B) Pul vəsaiti

C) Mallar

D) Azqiymətli aşyalar

E) Tez köhnələn əşyalar


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlisadə , Əczaçılığın menecmenti, II hissə B, 2004
234) Tibbi əmtəələrin istehlak təsnifatı hansı əsas əlamətə görə aparılır?

A) Əmtəələrin bir və ya bir neçə dəfə istifadə edildiyinə görə

B) Əmtəələri istehsal edən şirkətlərə görə

C) Əmtəələrin istehlak qiymətinə görə

D) Əmtəələrin tibb praktikasının hər hansı hissəsində istifadə edilməsinə görə

E) Əmtəələrin material və formasına görə


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение М., ГЭОТАР-Мед, 2004, с. 33
235) Tibbi əmtəələr hansı qruplara təsnif olunur?

A) Sadalananların hamısı

B) Tibbi aparatlar

C) Tibbi alətlər

D) Tibbi cihazlar

E) Tibbi avadanlıq


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
236) “Orqanizmin vəziyyəti haqqında lazımi məlumatları almaq, müəyyən pozğunluqların olub-olmamasını müəyyən etmək və diaqnoz qoymaq üçün istifadə olunan tibbi əmtəələr” necə adlanır?

A) Tibbi cihazlar

B) Tibbi avadanlıq

C) Tibbi aparatlar

D) Tibbi alətlər

E) Sadalananların heç biri


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
237) Hansı tibbi və əczaçılıq əmtəələri geyri steril ola bilərlər?

A) İnsanın bədəni ilə birbaşa təmasda olan tibbi əmtəələr

B) İnyeksion dərman formaları

C) Göz dərmanı formaları

D) Qanla birbaşa təmasda olan tibbi məmulatlar

E) İnsanın daxili orqanları ilə təmasda olan tibbi məmulatlar


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
238) Sadələşdirilmiş vergi ödəməsi üçün əmtəə dövriyyəsinin maksimal məbləği nə qədər olmalıdır?

A) Kvartalda 150000 manat

B) Kvartalda 90000 manat

C) Ayda 30000 manat

D) İldə 200000 manat

E) İldə 150000 manat


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
239) Aşağıda verilən beynəlxalq standartlardan hansının tətbiqi əczaçılıq sahəsində məcburi deyil, könüllü şəkildə qəbul edilir?

A) GMP (Good Manufacturing Practice)

B) USP (United States Pharmacopoeia)

C) CLP (Good Laboratory Practice)

D) İSO (İnternational Organization for Standartization)

E) EuPh (European Pharmacopoeia)


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
240) Ölçmələr haqqında elm, ölçmələrin dəqiqliyi və vəhdəti, istehsal, istifadə və s. kimi sahələri tənzimləyən fəaliyyət növü necə adlanır?

A) Valeologiya

B) Kriptologiya

C) Grafologiya

D) Morfologiya

E) Metrologiya


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60

241) Aşağıda verilən təriflərdən hansı validasiya terminini daha ətraflı izah edir?

A) Validasiya – istehsalat avadanlığının, istehsal şəraitinin, texnoloji proseslərin, ilkin xammalın, hazır məhsulun keyfiyyətinin mövcud reqlamentlərə və ya NTS-ə uyğunluğunun sənədləşdirilmiş təsdiqidir

B) Validasiya - istehsalat avadanlığının, istehsal şəraitinin, texnoloji proseslərin, ilkin xammalın, hazır məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir

C) Validasiya - istehsalat avadanlığının, istehsal şəraitinin, texnoloji proseslərin, ilkin xammalın, hazır məhsulun standartlaşdırılmasıdır

D) Validasiya - istehsalat avadanlığının, istehsal şəraitinin, texnoloji proseslərin və hazır məhsulun keyfiyyətinin yoxlanılmasıdır

E) Validasiya - istehsalat avadanlığının, istehsal şəraitinin, texnoloji proseslərin, ilkin xammalın, hazır məhsulun keyfiyyətinin qiymətləndirilməsidir


Ədəbiyyat: В.А.Усенко и др. Лицензирование в Европейском Союзе : фармацевтический сектор. К., МОРИОН Лтд, 1998.
242) Tələb, norma, qayda və xarakteristikaların tərtibatı və işlənməsinə yönəldilmiş, yerinə yetirilməsi vacib olan və ya tövsiyə xarakteri daşıyan, qaydaları yaradan fəaliyyət növü necə adlanır?

A) Verifikasiya

B) Standartlaşdırma

C) Validasiya

D) Sertifikatlaşdırma

E) Ekspertiza


Ədəbiyyat: В.А.Усенко и др. Лицензирование в Европейском Союзе : фармацевтический сектор. К., МОРИОН Лтд, 1998.
243) Dərman vasitələrinin keyfiyyətini, qablaşdırılmasını, saxlanma şəraiti və müddətini, habelə keyfiyyətinə nəzarət üzrə tələblərini müəyyənləşdirən sənəd hansıdır?

A) Farmakopeya məqaləsi

B) Pasport

C) Qeydiyyat jurnalı

D) Sertifikat

E) Təlimat


Ədəbiyyat: Государственная Фармакопея
244) Dərman vasitələrinin çeşid göstəricisi hansıdır?

A) Saldos

B) Struktur

C) Kredit

D) Fiziki təsiri

E) Debet
Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25


245) Çeşid genişliyi nədir?

A) Əmtəə növünün miqdarı

B) Assortiment yarımqruplarında əmtəə vahidlərinin sayı

C) Yenilik əmsalı

D) Dərman vasitələrinin mədaxil-məxaric

E) Bir əmtəə adında assortiment pozisiyasının miqdarı


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
246) Çeşid dərinliyi dedikdə nə başa düşülür?

A) Assortiment qruplarının ( yarımqrupu, növ ) miqdarı

B) Konkret növ malın vahidlərinin miqdarı

C) Assortiment qrupu hüdudları daxilində mal vahidlərinin miqdarı

D) Dövlət qeydiyyatı keçmiş malların miqdarı

E) Müxtəlif assortiment qruplarının mallarının yaxınlıq dərəcəsi


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
247) Çeşid tamlığı dedikdə nə başa düşülür?

A) Dövlət qeydiyyatı keçmiş malların miqdarı

B) Çeşid qrupu hüdudları daxilində mal vahidlərinin miqdarı

C) Konkret növ malın vahidlərinin miqdarı

D) Müxtəlif assortiment qruplarının mallarının yaxınlıq dərəcəsi

E) Çeşid qruplarının ( yarımqrupu, növ ) miqdarı


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
248) Etik əczaçılıq marketinqi nəyi öyrənir?

A) Dərman vasitələrinin istifadə əmsalını

B) Dərman vasitələrinin istehsalçısını

C) Dərman vasitələrinin farmakoloji təsiri

D) Dərman vasitələrinin çeşidini

E) Pasiyenti


Ədəbiyyat: П.В.Лопатин. Организация фармацевтического дела. М., 1999, с 41
249) İnventarlaşmanın aparılması hallarına hansı variant aid deyil?

A) İllik mühasibat uçotının tərkibindən əvvəl

B) Oğurluq,qarət,yanğın,bədbəxt hadisələr zamanı

C) Statistik uçotın tərkibi

D) Müəssisə bağlananda

E) Maddi-məsul şəxslərin dəyişilməsi zaman


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
250) Dərman vasitələrinin müvafiq keyfiyyət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sənəd hansıdır?

A) Təlimat

B) Farmakopeya məqaləsi

C) Pasport

D) Keyfiyyət sertifikatı

E) Standart


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.

251) “Dərman vasitələrinin təhlükəsizliyi” terminini ətraflı izah edən xarakteristika hansıdır?

A) Dərman vasitələrinin xəstəliyin müalicəsinə müsbət təsirinin dərəcəsinin göstəricisi

B) Dərman vasitələrinin səmərəliliyinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan göstəricisi

C) Dərman vasitəsinin yüksək keyfiyyəti

D) Dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu

E) Dərman vasitələrinin beynəlxalq standartların tələblərinə uyğunluğu


Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
252) “Dərman vasitələrinin səmərəliliyi” terminini ətraflı izah edən xarakteristikası hansıdır?

A) Dərman vasitələrinin xəstəliyin müalicəsinə müsbət təsirinin dərəcəsinin göstəricisi

B) Dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu

C) Dərman vasitələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksək olması

D) Dərman vasitələrinin keyfiyyətinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan göstəricisi

E) Dərman vasitələrinin beynəlxalq standartlarının tələblərinə uyğunluğu


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
253) Aptek çeşidinin həyat tsiklinə əsasən hansı mərhələləri var?

A) Bazara aktiv reklam nəticəsində buraxılma, tələbat doğrulması və rəqabətə davamlılıq

B) Tələbat, təkmilləşmə, əlverişlilik və istehlakçının yeni tələbatlarının doğrulması

C) Tələbat doğrulması, istehsalçı üçün uyğun qiymətə satılma, rəqabətə davamlılıq və planlaşdırılmış gəlirə səbəb olmaq

D) İnkişaf etmə, bazara buraxılma, satılma və gəlirə səbəb olma, təkmilləşmə, mənən qocalma və bazardan xaric edilmə

E) İstehsalçı və topdan satıcı arasında razılaşdırılmış qiymətlərlə satılma


Ədəbiyyat: Максимкина Е.А., Лоскутова Е.Е., Дорофеева В.В. Конкурентоспособность фармацевтической организации в условиях рынка. М., 1999, с. 175-185
254) “Dərman vasitələrinin keyfiyyəti” terminini ətraflı izah edən xarakteristika hansıdır?

A) Dərman vasitələrinin istehsalında bütün normalara riayət edilməsi

B) Dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu

C) Dərman vasitələrinin istehsal prosesinin yüksək səviyyədə həyata keçirilməsinin göstəricisi

D) Dərman vasitələrinin səmərəliliyinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan göstəricisi

E) Dərman vasitələrinin xəstəliyin müalicəsinə müsbət təsirinin dərəcəsinin göstəricisi


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
255) Əczaçılıq fəaliyyətinin hansı növü üzrə xüsusi razılıq (lisenziya) verilə bilməz?

A) Dərman vasitələrinin topdansatışı

B) Dərman vasitələrinin ekspertizası

C) Dərman vasitələrinin istehsalı

D) Dərman vasitələrinin pərakəndə satışı

E) Dərman vasitələrinin idxalı


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
256) Hansı qrup dərman vasitələrinin dövlət qeydiyyati aparılmir?

A) Həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələri

B) İmmunobioloji preparatlar

C) Orijinal dərman vasitələrinin

D) Dərman vasitələrinin analoqları (generiklər)

E) Dərman vasitələrinin istehsalında təsiredici maddə kimi istifadə olunan dərman vasitələri (farmakoloji substansiyalar)


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
257) Azərbaycan Respublikasında dövlət qediyyatına alınmış dərman vasitələri hansı rəsmi siyahıya daxil edilir?

A) Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısına

B) Dövlət Reyestrinə

C) Həyatı vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısına

D) Dövlət Farmakopeyasına

E) Pulsuz və güzəştli dərman vasitələrinin siyahısına


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
258) Hansı tədqiqatlar nəticəsində dərman vasitəsinin yararlılıq müddəti müəyyən olunur və rəsmi təyin edilir?

A) Dərman vasitəsinin ixtisaslaşdırılmış ekspertizası zamanı

B) Dərman vasitəsinin sabitliyinin yoxlanılması zamanı

C) Dərman vasitəsinin keyfiyyətinin yoxlanılması zamanı

D) Dərman vasitəsinin miqdarının təyinini zamanı

E) Dərman vasitəsinin əmtəə ekspertizası zamanı


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
259) Dərman vasitələrinin həyat dövrünü əks etdirən mərhələlərdən hansı variant doğru deyil?

A) İnkişaf

B) Yetkinlik

C) Tənəzzül

D) Artım

E) Bazara təqdim olunma


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
260) Parafarmasevtik məhsullara aid olan hansılardır?

A) Sağlamlığı tənzimləyən vəsaitlər və əşyalar

B) Bitkilərin mühafizəsi üçün vasitələr

C) Sadalananların hamısı

D) Optik ləvazimatlar

E) Heyvanlar üçün sanitariya vasitələri


Ədəbiyyat: M.N.Vəliyeva. Ş.A.Cabbarova, N.Ə.Əzizzadə. Aptek çeşidi malları anlayışı və onların təsnifatı (tədris metodikı vasaiti), 2004, s. 20
261) Əlavə çeşid məhsullarına hansılar aiddir?

A) Mineral sular

B) Sangigiyenik mallar

C) Pəhriz və uşaq qidaları

D) Sadalananların hamısı

E) Kosmetik mallar


Ədəbiyyat: M.N.Vəliyeva. Ş.A.Cabbarova, N.Ə.Əzizzadə. Aptek çeşidi malları anlayışı və onların təsnifatı (tədris metodikı vasaiti), 2004, s. 20
262) Korrektorlar qrupuna hansı vasitələr aiddir?

A) Nootroplar

B) Dezinfeksiyaedicilər

C) Antiseptiklər

D) İnfeksion xəstəliklərin profilaktikası üçün işlədilən vasitələr

E) Vaksinlər


Ədəbiyyat: M.N.Vəliyeva. Ş.A.Cabbarova, N.Ə.Əzizzadə. Aptek çeşidi malları anlayışı və onların təsnifatı (tədris metodikı vasaiti), 2004, s. 20
263) Əczaçılıq sahəsində marketinq kompleksinin işlənməsi hansı məqsədi özündə əks etdirmir?

A) İstehlakçılarını əmtəənin əldə etmək motivasiyası məqsədi

B) Əmtəənin keyfiyyətini artırmaq məqsədi

C) Potensial istehlakçı üçün əmtəəni daha cəlbedici etmək məqsədi

D) Əczaçılıq bazarında xüsusi yer tutmaq məqsədi

E) İstehlakçılarını əmtəə haqqında məlumatlandırmaq məqsədi


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
264) Bazar subyektlərindən hansı əczaçılıqda marketinq kompleksinin mərkəzində məqsədli hədəf rolunu oynayır?

A) Dərman vasitələrinin distribyutoru

B) Dərman vasitələrinin satıcısı

C) Keyfiyyətə nəzarət edən dövlət orqanları

D) Dərman vasitələrinin istehlakçısı

E) Dərman vasitələrinin istehsalçısı


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
265) Aşağıda sadalanan tədqiqatlardan hansının nəticəsində orijinal və generik dərman vasitələrinin arasında müqayisəli təhlil aparılır və onların farmakoloji eyniliyi təsdiq edilir?

A) Keyfiyyət göstəricilərinin müəyyən edilməsi

B) Əmtəə ekspertizasının aparılması

C) Sabitliyinin müəyyən edilməsi

D) Texnoloji prosesinin validasiyası

E) Bioekvivalentliyin müəyyən edilməsi


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
266) İqtisadi analizin məsələləri hansıdır?

A) Müəssisənin effektiv işinin artımı üçün ehtiyatların aşkar edilməsi

B) Analitik - nəzarətin tədqiqatı

C) Əmək resurslarının effektiv istifadəsinin qiymətləndirilməsi

D) Əczaçı kadrların kvalifikasiyalarının artırılması

E) Dərman vasitələrinin və tibbi təyinatlı əşyaların istehsalı


Ədəbiyyat: Максимкина Е.А., Лоскутова Е.Е., Дорофеева В.В. Конкурентоспособность фармацевтической организации в условиях рынка. М., 1999, с. 175-185
267) Əczaçılıq bazarında malın “sorğunun elastik” olub-olmaması hansı göstəricilərdən asılıdır?

A) Sorğunun dərman vasitəsinin təklifinin səviyyəsindən

B) Sorğunun dərman vasitəsinə olan tələbatından

C) Sorğunun dərman vasitəsinin qiymətinin dəyişdirilməsinə səbəb olması

D) Sorğunun dərman vasitəsinin keyfiyyətindən

E) Sorğunun dərman bazarında münasibətlərindən


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
268) Bazar göstəricilərinin hansının formalaşması obyektiv faktorların nəticəsində əmələ gəlir?

A) Tələbat

B) Çeşid

C) Qiymət

D) Təklif

E) Sorğu
Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60



269) Əczaçı tərəfindən göstərilən əczaçılıq yardımının səviyyəsinin artırılmasına yönəldilən, davranış normaları, xəstə, həkim və həmkarları arasında qarşılıqlı əlaqə, əlverişli mühitin yaradılmasını öyrənən elm necə adlanır?

A) Əczaçılıq dialektikası

B) Əczaşılıq eklektikası

C) Əczaçılıq etikası

D) Əczaçılıq deontologiyası

E) Əczaçılıq marketinqi


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
270) Əczaçılıq deontologiyası aşağıda göstərilən istiqamətlərdə inkişaf edən münasibətlərin qurulması modellərindən hansını öyrənir?

A) Əczaçı-analitik

B) Əczaçı – istehlakçı

C) Həkim - əczaçı

D) Əczaçı - farmakoloq

E) Həkim – istehlakçı, əczaçı– istehsalçı


Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
271) Əczaçılıq şirkətlərinin nümayəndələri (reprezantlar) öz fəaliyyətlərini yerinə yetirərkən hansı beynəlxalq standartların tələblərinə əsaslanmalıdırlar?

A) Dərman vasitələrinin səmərəli istifadə qaydaları

B) Bazara dərman vasitələrinin yeridilməsinin etik kriteriyaları

C) Etibarlı əczaçılıq praktikası

D) Etibarlı istehsalat praktikası

E) Beynəlxalq marketinq təcrübəsinin kodeksi


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
272) Pərakəndə ticarət nöqtəsində məhsulun yerləşməsini, satışın stimullaşmasına səbəb olan reklam materiallarının hazırlanmasını və yerləşdirilməsini özündə birləşdirən fəaliyyət necə adlanır?

A) Menecment

B) Logistika

C) Marketinq

D) Validasiya

E) Merçandayzinq


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
273) Pulların funksiyaları hansıdır?

A) Ödəmə vasitəsi

B) Hüquqi xidmət

C) Sosial yardım

D) Mülki xidmət

E) Barter vasitəsi


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlisadə , Əczaçılığın menecmenti, II hissə B, 2004
274) İdarəetmənin iqtisadi mexanizm üsulunu tətbiq etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növü necə adlanır?

A) Logistika

B) Standartlaşdırma

C) Marketinq

D) Menecment

E) Merçandayzinq


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə