Əczaçılıq (ali)


) Formaldehid məhlulunun konsentrasiyası reseptdə göstərilmədikdə aptekdən onun hansı qatılığa malik olan məhlulu buraxılmalıdır?



Yüklə 1,33 Mb.
səhifə7/16
tarix17.09.2017
ölçüsü1,33 Mb.
#40
1   2   3   4   5   6   7   8   9   10   ...   16

341) Formaldehid məhlulunun konsentrasiyası reseptdə göstərilmədikdə aptekdən onun hansı qatılığa malik olan məhlulu buraxılmalıdır?

A) 5%


B) 37%

C) 4%


D) 10%

E) 3%
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222


342) Hansı dərman vasitəsini həll etmək üçün isti sudan istifadə etmək lazımdır?

A) Novokain-hidroxlorid

B) Kalium-bromid

C) Bor turşusu

D) Natrium-xlorid

E) Natrium-hidrokarbonat


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
343) Spirtli məhlulları nədə hazırlayırlar?

A) Perkolyatorda

B) Bölücü qıfda

C) Buraxılan flakonda

D) Ölçülü silindrdə

E) Ölçülü kolbada


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
344) Furasilin məhlulu hansı konsentrasiyalarda hazırlanır?

A) 1:1000

B) 1:750

C) 1:500


D) 1:5000

E) 1:1500


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 152
345) Kollarqolun məhlulu nə vaxt dağılır?

A) Temperaturun təsirindən

B) Mexaniki təsirdən

C) İşığın təsiri altında

D) Uzun müddət saxlanma nəticəsində

E) Metal duzlarının iştirakı ilə


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 105
346) Protarqol məhlulunu necə hazırlayırlar?

A) Maddəni suyun üzərinə nazik təbəqə ilə səpələyirlər

B) Buraxılan flakonda zəif turş mühitdə həll edirlər

C) Qızdırmaqla həll edirlər

D) Öz duzlarının qatı məhlulunda həll edirlər

E) Buraxılan flakonda zəif qələvi mühitdə həll edirlər


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
347) Kollarqol hansı həlledicilərdə həll olur?

A) Qliserin

B) Qliserin - etil spirti ( 1: 1)

C) Etil spirti – su (1:1)

D) Su

E) Etil spirti


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 105
348) Reseptdə ammonyak məhlulunun konsentrasiyası göstərilməyib. Aptekdən ammonyakın hansı konsentrasiyalı məhlulu buraxılır?

A) 25%


B) 5%

C) 30%


D) 8,3%

E) 10%
Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.


349) Bu dərman bitkilərinin hansılarından dəmləmə hazırlanmır?

A) Ayıqulağı yarpaqlarından

B) Nanə yarpaqlarından

C) Adaçayı yarpaqlarından

D) Şirquyruğu otundan

E) Pişikotu köklərindən


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
350) Məhlulların hazırlanması zamanı hansı maddə suyun üzərinə nazik təbəqə ilə səpilməlidir?

A) Kalium-bromid

B) Etakridin-laktat

C) Maqnezium-oksid

D) Natrium-xlorid

E) Protarqol


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
351) Tozlar üçün qablaşdırıcı materialı seçərkən, hansı vasitələri perqament kağızından olan kapsullarda buraxmaq vacibdir?

A) Riboflavin

B) Mentol

C) Maqnezium sulfat

D) Dimedrol

E) Quru xanımotu ekstraktı (1:2)


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
352) Dərman bitkilərindən sulu çıxarışlar hazırladıqda hansı əmsal istifadə olunur?

A) Heç bir əmsal istifadə olunmur

B) Diffuziya əmsalı

C) Natrium-xloridə əsasən izotonik ekvivalent

D) Həcmin artma əmsalı

E) Suudma əmsalı


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
353) Aseptik blokun havası necə dezinfeksiya olunur?

A) Ultrabənövşəyi şualarla

B) Menbranlı filtrasiyası ilə

C) Qaz sterilizasiyası ilə

D) Radiasiyalı sterilizasiyanın köməyilə

E) Ultrasəslə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
354) Hansı bitkidən 1:400 nisbətində dəmləmə hazırlanır?

A) Üskükotu

B) Ayıqulağı

C) Gülxətmi kökü

D) Pişikotunun kökü və kökümsovu

E) Xoruzgülü otu


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
355) Susuz lanolin, suppozitoriyaları vərdələmə üsulu ilə aptekdə hazırlayarkən,suspenziya kütləsinin tərkibində hansı rolu oynayır?

A) Həlledici

B) Plastifikator

C) Solyubilizator

D) Konservant

E) Stabilizator


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.
356) Aptekdə inyeksiya uçun alınan suyun saxlanma müddəti nə qədərdir?

A) 5 gün


B) 3 gün

C) 10 gün

D) 48 saat

E) 24saat


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
357) Hansı şəraitdə gülxətmi kökünün dəmləməsi hazırlanır?

A) 100º C

B) Otaq temperaturunda

C) 80º C


D) 60º C

E) 120º C


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
358) Hansı bişirmələr tam soyudulduqdan sonra süzülür?

A) Qatırquyruğunun otu

B) Heç biri

C) Səna yarpağı

D) Gülümbahar çiçəyi

E) Nanə yarpağı


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
359) Aptekdə 3%-li hidrogen-peroksid məhlulu hazırlayarkən stabilizator kimi hansından istifadə olunur?

A) Etil spirt

B) Natrium-nitrat

C) Natrium-benzoat

D) Natrium-metabisulfid

E) Natrium-xlorid


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
360) Provizor- texnoloq 5 yaşaqədər uşaq üçün qüclü təsiredici maddə əsasında olan dərman formasının hazırlanması zamanı güclü təsiredici maddənin dozasını yoxlayarkən hansı prinsipdən istifadə etməlidir?

A) Böyük xəstələrin dozasının 1/2 –ni istifadə etmək

B) Böyük xəstələrin dozasının 1/12 –ni istifadə etmək

C) Böyük xəstələrin dozasının 1/4 –ni istifadə etmək

D) Uşağın yaşından və ya bədən kütləsindən asılı olaraq dozanı differensasiya etmək

E) Böyük xəstələrin dozasının 3/4 –ni istifadə etmək


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
361) Əczaçı tərəfindən hazırlanan, tərkibində benzilpenisillinin sulu məhlulu olan göz damcısının saxlanma müddəti nə qədərdir?

A) 1 gün


B) 7 gün

C) 14 gün

D) 10 gün

E) 3 gün
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.


362) Əczaçı vaginal suppozitoriyaları hansı formada hazırlamalıdır?

A) Yumurtaşəkilli

B) Silindrik

C) Kürəşəkilli

D) Konusşəkilli

E) Çubuqşəkilli


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
363) İnyeksiya üçün sulu məhlulları necə sterilizə edirlər?

A) Ultrasəs ilə

B) Buxarla

C) Radiasiya ilə

D) Filtirləmə ilə

E) Soyutmaqla


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
364) Xlorofillipt preparatı hansı bitkidən alınır?

A) Zəncirotundan

B) Biyan köklərindən

C) Gülxətmidən

D) Evkalipt yarpaqlarından

E) Dazıotundan


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
365) Karotolin hansı dərman bitkisindən alınır?

A) Bağayarpağından

B) İtburnudan

C) Solmazçiçəyindən

D) Dazıotundan

E) Gülümbahardan (Kalenduladan)


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.

366) Pişikotu tinkturası hansı dərman formalarına aiddir?

A) Yumşaq

B) Maye

C) Maye-qaz



D) Bərk

E) İnyeksiya


Ədəbiyyat: И.А.Дамиров, Л.И.Прилипко, Д.З.Шукуров, Ю.Б.Керимов. Лекарственные растения Азербайджана , 1982, с. 76
367) Tinkturalarda etanolun konsentrasiyası necə təyin edilir?

A) Metallik spirtometrlə

B) Qaynama temperaturuna görə

C) Refraktometrin köməyilə

D) Densimetrlə

E) Şüşə spirtometrlə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
368) Aşağıdakılardan hansı Qalen preparatlarına aiddir?

A) Silibor

B) Nanə cövhəri

C) Rutin


D) Kversetin

E) Prostaqlandin


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. Bakı, Maarif, 1989
369) Silibor və Flamin hansı preparatlara aid edilir ?

A) Hormon preparatları

B) Yeni qalen preparatları

C) Vaksin və zərdablar

D) Ferment preparatları

E) Qalen preparatları


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
370) A sinfinə aid “təmiz sahələr” hansı texnoloji əməliyyatlar üçün istifadə olunur?

A) Ampulların inyeksion məhlulla doldurulması

B) Ampulların etiketləşdirilməsi

C) Ampulların kəsilməsi

D) Ampulların yuyulması

E) Drotların yuyulması


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002
371) Maye ekstraktların istehsalında hansı ekstragent istifadə olunur?

A) Su


B) Spirtli-sulu məhlullar

C) Dietil efiri

D) Piyli yağlar

E) Efir yağları


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
372) Bunlardan hansı kapsulların istehsalında istifadə olunan jelatin kütləsinin tərkibinə daxil edilmir?

A) Su


B) Rəngləyici vasitələr

C) Zeytun yağı

D) Jelatin

E) Nipagin, nipazol


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
373) .Heksametilentetraaminin 40%-li inyeksiya məhlulu necə sterilizə olunur?

A) Sterilizə olunmur

B) Pasterizasiya ilə

C) Kimyəvi üsulla

D) Fiziki üsulla

E) Tindalizasiya ilə


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М.,»Медицина»,1986
374) Yenidoğulmuş uşaqlarda blennoreyanın profilaktikası üçün hansı məhluldan istifadə olunur?

A) 30%-li sulfasil-natrium məhlulundan

B) 2%-li gümüş-nitrat məhlulundan

C) Qlükozanın hipertonik məhlulundan

D) Natrium-xloridin izotonik məhlulundan

E) 2%-li kollarqol məhlulundan


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. 1989, s. 222
375) Maye dərman formalarının hazırlanmasında hansı maddənin istifadəsi zamanı nəmliyin miqdarı nəzərə alınmadır?

A) Qlükoza

B) Askorbin turşusu

C) Eufillin

D) Nikotin turşusu

E) Natrium-bromid


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
376) Hansı preparat soyuducuda saxlanılmır?

A) Peyvəndlər

B) Bakterial preparatlar

C) Zərdablar

D) Üzvi preparatlar

E) Qalen preparatları


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 213
377) Hansı preparatlar saxlanma müddətində donmadan qorunmalıdır?

A) Formalin

B) İnsulin

C) Buzlu sirkə turşusu

D) ATF

E) Kortikosteroidlər


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
378) Biyan kökünün qatı ekstraktı hansı həlledici ilə hazırlanır?

A) Qaynar su ilə

B) Xloroformla

C) Təmizlənmiş su ilə

D) Etil spirti ilə

E) Ammonyak məhlulu ilə


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 35
379) Ağzına qədər dolu olma ehtimalına görə hansı preparat hermetik qablaşdırılmış tarada saxlanmalıdır?

A) Eufillin

B) Kodein- fosfat

C) Vikasol

D) Barium- sulfat

E) Barbital -natrium


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 65

380) Xaricə istifadə üçün nəzərdə tutulmuş Lyuqol məhlulunda yodun konsentrasiyası nə qədər olmalıdır?

A) 2,5%


B) 3%

C) 4,1%


D) 5%

E) 1%
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 100


381) Müxtəlif dərman formaları hazırlayarkən hansı maddənin yüksək hiqroskopikliyi nəzərə alınmalıdır?

A) Talkın

B) Kalsium-xloridin

C) Süd şəkərinin

D) Terpin hidratın

E) Kalium-permanqanatın


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
382) Yodun sulu məhlulunu hazırlamaq üçün nə qədər kalium-yodid götürmək lazımdır?

A) Yodun miqdarından üç dəfə az

B) Yodun miqdarından iki dəfə az

C) Yodun miqdarından üç dəfə artıq

D) Yodun miqdarı qədər

E) Yodun miqdarından iki dəfə artıq


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
383) Yodun sulu məhlullarını necə hazırlayırlar?

A) Təmiz soyuq suda həll etməklə

B) Yodu təmiz isti suda həll etməklə

C) Əvvəlcədən 96%-li spirtdə həll etməklə

D) Qələvi mühitdə soyuq suda həll etməklə

E) Yodu kalium-yodid məhlulunda həll etməklə


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
384) Spirti su ilə qarışdırdıqda nə baş verir?

A) Həcmin artması baş verir

B) Güclü buxarlanma baş verir

C) Həcm dəyişilmir

D) Rəngli məhlul alınır

E) Həcmin azalması baş verir


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
385) Sənaye şəraitində hazırlanan pilokarpin hidroxlorid göz damcılarının tərkibinə metilsellüloza hansı məqsədlə əlavə olunur?

A) Solübilizator kimi

B) Sterilliyi təmin etmək üçün

C) İzotonikləşdirmək üçün

D) Qıcıqlandırıcı təsiri azaltmaq üçün

E) Təsir müddətini artırmaq üçün


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М.,»Медицина»,1986
386) Kolloid məhlullar üçün hansı fiziki hallar xarakterik deyil?

A) Davamsızlıq

B) İşiğın yayılması

C) Davamlılıq

D) Diffuz davamlılıq

E) Termodinamik davamsızlıq


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 105
387) Parenteral yolla istifadə olunan suspenziyalar orqanizmə necə yeridilir?

A) Xaricə istifadə olunur

B) Venadaxili yeridilir

C) Ancaq əzələdaxili yeridilir

D) Sümük iliyinə yeridilir

E) Daxilə qəbul edilir


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 107
388) Kolloid məhlullar əmələ gətirən dərman vasitəsi (vasitələri) hansı(lar)dır?

A) Natrium-xlorid, askorbin turşusu, pepsin

B) Kamfora, mentol, timol

C) İxtiol

D) Nişasta, pepsin, jelatinoza

E) Metilsellüloza, xanımotu ekstraktı, yod


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
389) Bunlardan hansılar hidrofil dərman vasitələrinə aid deyildir?

A) Maqnezium- oksid

B) Natrium- xlorid

C) Timol


D) Kalium- yodid

E) Sink- oksid


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 92
390) Bunlardan hansılar hidrofob dərman vasitələrinə aid deyildir?

A) Timol


B) Kalium-yodid

C) Kafur (kamfora)

D) Talk

E) Mentol


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 92
391) Dispersion mühit su olduqda aşağıdakı dərman maddələrindən hansı suspenziya əmələ gətirir?

A) Pepsin

B) Protarqol

C) Kafur (kamfora)

D) Qlükoza

E) Prokain (Novokain)


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
392) Hansı dərman maddə(ləri)si hidrofob xassəyə malikdir?

A) Sink- oksid

B) Metilsellüloza

C) Kafur və mentol

D) Natrium-salisilat

E) Polietilen qlikol


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 92
393) Sulu mühitdə suspenziya əmələ gətirən dərman vasitələri hansılardır?

A) Natrium-xlorid, kalium- xlorid, kalium yodid

B) Novokain-hidroxlorid, analgin, natrium-bromid

C) Kalium -yodid, streptosid, bor turşusu

D) Sink-oksid, talk, bismut-nitrat

E) Maqnezium-sulfat, kalium-yodid, gümüş-nitrat


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
394) Soyuq suda pis həll oluan dərman vasitəsi hansıdır?

A) Bor turşusu

B) Natrium hidrokarbonat

C) Natrium bromid

D) Natrium xlorid

E) Askorbin turşusu


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
395) İnyeksiya məhlullarını sterilizə etmək üçün aşağıdaki üsullardan hansını istifadə etmək olmaz?

A) Ultrafiltrasiya

B) Termiki sterilizasiya

C) Kimyəvi sterilizasiya

D) Ultrasəslə sterilizasiya

E) Membranlı filtrləmə


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М,, Медицина, 1986, с. 56
396) Pastaların tərkibində bərk dərman maddələrinin miqdarı nə qədər olmalıdır?

A) 22%


B) 10%

C) 25%-65%

D) 5%

E) 20%
Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова. Руководство к практическим занятиям по заводской технологии лекарственных форм. М.,»Медицина»,1986


397) Aşağıdakı dərman maddələrindən hansılar məlhəmin tərkibinə həll edilmiş vəziyyətdə daxil edilməlidir?

A) Kükürd, yod

B) Sink-oksid, təmizlənmiş kükürd

C) Kseroform, kükürd

D) Kalium- yodid, protarqol

E) Protarqol, sink-oksid


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası. I hissə, 1989, s. 222
398) Pepsin preparatının alınması üçün heyvanın mədəsinin selikli qişasının ilkin işlənilməsi hansı həlledici-aktivləşdirici vasitəsilə aparılır?

A) 5%-li natrium-xlorid məhlulu ilə

B) Xlorid turşusu ilə turşulaşdırılmiş su ilə

C) 0,5-li sulfat turşusu ilə

D) 0,1M natrium-hidroksid məhlulu ilə

E) 70%-li etil spirti məhlulu ilə


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
399) Şamlar (rektal suppozitoriyalar) hansı üsullarla hazırlanır?

A) Drajeləşdirmə üsulu ilə

B) Polikondensləşdirmə üsulu ilə

C) Koaservasiya üsulu ilə

D) Presləmə üsulu ilə

E) Damcı üsulu ilə


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 65
400) Lyuqol məhlulunun (qliserinlə) hazırlanması zamanı hansı inqrediyentlərdən istifadə olunur?

A) Yod 1q, kalium- yodid 2q, su 97q

B) Yod 2q, kalium- yodid 0,5q, qliserin 90q, su 7,5q

C) Yod 1q, kalium- yodid 2q, qliserin 94q, su 3q

D) Yod 1q, qliserin 90q, su 9q

E) Yod 0,5q, qliserin 94q, təmizlənmiş su 5,5q


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.

401) Pankreatin preparatı hansı mənbədən alınır?

A) Böyrəküstü vəzinin qabıq maddəsindən

B) Hipofiz vəzinin ön payından

C) Timus vəzindən

D) Mədəaltı vəzidən

E) Qara ciyərdən


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 268
402) Hansı dərman vasitələri ilə hazırlanan göz damcıları sterilizə olunmur?

A) Dimedrol ilə

B) Protarqol ilə

C) Sink- sulfatla

D) Atropin- sulfatla

E) Pilokarnin- hidroxlorid ilə


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 244
403) Tabletlərin hansı mənfi xüsusiyyətləri var?

A) Təyinatından asılı olaraq (məs., mədə şirəsinin təsirinə davamlı tabletlər) örtüklü tablet şəklində buraxıla bilirlər

B) Dəqiq dozalana bilirlər

C) Lokal təsirə malikdir

D) Portativ (yığcam) olurlar

E) Bayılmış xəstələrə təyin etmək mümkün deyil


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 187
404) Bunlardan hansılar məhlul məlhəmi əmələ gətirir?

A) Mentol, kafur

B) Protarqol, kükürd

C) Kollarqol, maqnezium-oksid

D) Dermatol, sink-oksid

E) Salisil turşusu, dermatol


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарств. М., Медицина, 1980.
405) Salisil turşusu məhlulunu hazırlamaq üçün hansı həlledici(lər)dən istifadə olunur?

A) 70%-li etil spirtindən

B) 90%-li etil spirtindən

C) Xloroformdan

D) Xloroform-etil spirti qarışığından

E) Asetondan


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.
406) Korqlikon preparatı hansı bitkidən alınır?

A) May inciçiçəyindən

B) Üskükotundan

C) Xoruzgülü otundan

D) Qaragilə meyvələrindən

E) Jenşendən


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 270
407) Flamin hansı bitkidən alınan yeni qalen preparatıdır?

A) Yerkökündən

B) Çaytikanı meyvələrindən

C) Solmazçiçəyindən

D) İtburnu meyvələrindən

E) Gülümbahardan


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
408) Antrasennin hansı qrup preparatlara aiddir?

A) Tərkibində alkaloidlər olan yeni qalen preparatlarına

B) Tərkibində ürək qlikozidləri olan yeni qalen preparatlarına

C) Tərkibində antraqlikozidlərin kalsium duzu olan yeni qalen preparatlarına

D) Tərkibində tioqlikozidlər olan yeni qalen preparatlarına

E) Tərkibində triterpen qlikozidləri olan yeni qalen preparatlarına


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
409) Plantaqlusid hansı bitkidən alınan preparatdır?

A) Biyan köklərindən

B) Səhləbdən

C) Gülxətmidən

D) Solmazçiçəyindən

E) Bağayarpağından


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
410) Uşaqlar üçün nəzərdə tutulan dərmanların dadını yaxşılaşdırmaq məqsədilə hansı vasitələrdən istifadə olunur?

A) Bağayarpağı şirəsindən

B) 95%-li etanoldan

C) Meyvələrdən alınan şərbətlərdən

D) Askorbin turşusundan

E) Pektindən


Ədəbiyyat: И.А.Муравьев. Технология лекарственных форм. 2000.
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə