“Ədalət”. 2014. 16 yanvar.№ S nizami adına Ədəbiyyat İnstitutu 80 yaşının işığında



Yüklə 160,44 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü160,44 Kb.
#58390


“Ədalət”.-2014.-16 yanvar.-№ 7.-S.6. 

 

Nizami adına Ədəbiyyat İnstitutu 80 yaşının işığında 

 

Azərbaycan  elminin  həyatında  əlamətdar  günlər  yaşanır.  Tarixlə  çağdaşlığın  mənəvi  varisi  olan 

AMEA  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  80  yaşı  tamam  olur.  Bu  nüfuzlu  elm  təşkilatının  keçib 

gəldiyi  yolu  -  klassik  tarixi  irslə  müasirliyin  birliyini  ehtiva  edən  bir  kitab  xalqımızın  ixtiyarına 

verilmişdir. "Kitabda  bu  elm  məbədinin təşəkkülü  və  tarixi  inkişaf  yolu  izlənilir.  Ən  qədim  dövrlərdən 

bəri  xalqımızın  yaratdığı  şifahi  və  yazılı  ədəbiyyatını  toplayan,  araşdıran,  tərtib  və  nəşr  edən  tədqiqatçı 

alimlərin  elmi  fəaliyyəti  şərh  olunur.  Azərbaycan  milli  ədəbiyyatşünaslıq  elminin  yüksəlişi  və  dünya 

ədəbi fikri ilə qarşılıqlı əlaqələri barədə məlumat verilir" (prof. Teymur Əhmədov).  

"Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu" adlı kitabın müəllifi filologiya elmləri doktoru, professor 

Teymur  Əhmədov,  redaktoru  isə  akademik  Nizami  Cəfərovdur.  Bu  dəyərli  məcmuə  ulu  öndər  Heydər 

Əliyevin "Xalqın ümumi zəkasını, ağlını birləşdirən Azərbaycan Elmlər Akademiyası böyük bir sərvətdir. 

Ötən  dövrdə  bu  akademiyanın  çərçivəsində  Azərbaycan  elmi  çox  inkişaf  etmişdir"  və  prezident,  cənab 

İlham  Əliyevin  "Azərbaycan  Milli  Elmlər  Akademiyası  Azərbaycanda  fundamental  və  tətbiqi  elmin 

mərkəzinə  çevrilmişdir.  Azərbaycan tarixinə,  mədəniyyətinə,  dili  və  ədəbiyyatına,  ictimai-fəlsəfi  fikrinə 

aid  tədqiqatlar  elmi-ictimaiyyət  tərəfindən  daim  yüksək  qiymətləndirilmişdir.  Bir  çox  sahələrdə 

alimlərimizin  əldə  etdiyi  nəticələr  elm  aləmində  öz  layiqli  yerini  tutmuşdur"  -  qiymətli  fikirləri  ilə 

başlayır.  

Kitabda AMEA-nın prezidenti, cənab Akif Əlizadənin ön sözü verilmiş, 80 yaşlı institutun təşəkkülü 

və  tarixi  inkişaf  yoluna  nəzər  salınmışdır.  Akademik  yazır:  "Ədəbiyyat  institutu  Azərbaycan  xalqının 

mənəvi  fikir  aləminin  salnaməsi  olan  ədəbi-bədii  sərvətin  araşdırıcısı,  həm  də  hamisidir.  Xalqın  zəngin 

mənəvi  dünyasını,  başqa  sözlə,  mənəvi  varlığını  ehtiva  edən  irsi  tədqiq  və  nəşr  etmək  böyük  sərvətdir" 

(akad. Akif Əlizadə).  

1923-cü  ildə  Ə.  Haqverdiyevin  sədrliyi  ilə  Azərbaycan  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti"  yaradılmış, 

1929-cu ildə onun bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdir. İnstitutun 

tərkibində ədəbiyyat sektoru fəaliyyət göstərmiş, 1933-cü ildə XMK-nın yardımı və Azərbaycan MİK-ın 

qərarı əsasında  Dil,  Ədəbiyyat  və  Sənət  İnstitutuna çevrilmiş  (1 sentyabr  1933-cü  il), ilk  direktoru Vəli 

Xuluflu  olmuşdur.  Onun  rəhbərliyi  ilə  "folklor  və  yazılı  ədəbiyyat  şöbələri  Azərbaycan  ədəbiyyatı 

problemləri ilə məşğul olmuşdur. Orada Əli Nazim, Hənəfi Zeynallı, Böyükağa Talıblı, Salman Mümtaz 

kimi tədqiqatçı-alimlər işləmişlər".  

Folklor şöbəsinin müdiri Hənəfi Zeynallı, yazılı Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri isə Əli 

Nazim olmuşdur. Yazılı Azərbaycan ədəbiyyatı tarixi  şöbəsinin çağdaş dövrünə Ə. Nazim, kapitalizmə 

qədərki Azərbaycan ədəbiyyatı şöbəsinə isə Salman Mümtaz müdirlik etmişdir. H. Səmədzadə, Ə. Abid, 

M.  Rəfili,  A.  Baqriy  və  başqaları  klassik  ədəbi  irsin  toplanması,  tədqiqi  və  nəşri  sahəsində  şöbənin 

görkəmli əməkdaşları olmuşlar. Hətta, H. Cavid, B. Çobanzadə, M. S. Ordubadi, S. Hüseyn, A. Şaiq də 

həmin xeyirxah işlərə cəlb edilmişlər.  

Ruhulla Axundov, Mustafa Quliyev, Əli Nazim, Hənəfi Zeynallı, Vəli Xuluflu və Salman Mümtazın 

ədəbiyyatşünaslıq,  ədəbi  tənqid,  folklor  və  mətnşünaslıq  sahəsində  1920-1932-ci  illərdəki  fəaliyyəti 

Ədəbiyyat İnstitutunun təşkili üçün hazırlıq dövrü olmuşdur. "Ədəbiyyatşünaslıq İnstitutunda əməkdaşlıq 

edən alimlərin fəaliyyəti Ədəbiyyat tarixini, nəzəri və tənqidi fikri, zəngin ədəbi-bədii irsi tədqiq və təbliğ 

etməklə  məhdudlaşmamış,  onlar  öz  elmi  fəaliyyətləri  ilə  fəlsəfə,  şərqşünaslıq,  incəsənət  və  əlyazmaları 

institutlarının  yaranmasına  və  formalaşmasına,  ali  və  orta  məktəblərdə  ilk  dərsliklərin  yaranmasına, 

humanitar  fakültələrdə  ədəbiyyat  tarixi,  folklorşünaslıq,  tənqid,  mətbuat  tarixi  kurslarının  yaranmasına, 

bütün  ictimai-siyasi  və  elmi-nəzəri  tədbirlərin  keçirilməsinə  yaxından  kömək  etmişlər"  (prof.  Teymur 

Əhmədov).  

Ədəbiyyat  sektorunda  bir  il  ərzində  (1932)  Ə.  Nazim  "Azərbaycan  ədəbiyyatı  tarixi",  "M.F. 

Axundovun  fəlsəfi  görüşləri"  və  "Molla  Nəsrəddinin  yaradıcılığı",  Ə.  Abid  "Vaqif  və  həyatı",  M.F. 

Axundov  və  əsərləri",  H.  Səmədzadə  "Ə.  Haqverdiyev  və  yaradıcılığı"  mövzusunda  tədqiqatlar 

aparmışlar.  C.  Məmmədquluzadənin  arxivi  əldə  edilmiş,  "Tərcümeyi-halım",  "Dəli  yığıncağı", 

"Kamança", "Məhəmmədhəsən əmi" əlyazmaları üzə çıxarılmışdır. İ. Nəsimi, M. Füzuli, M.P. Vaqif, M. 

F.  Axundov  və  M.  Hadinin  əlyazma  əsərləri  tapılmış,  Londonun  Britiş  muzeyindən  Ş.İ.  Xətainin 

külliyyatı, Q. Təbrizi və Əmaninin əsərləri, Sankt-Peterburqun Şərq muzeyindən Ş.İ. Xətainin "Divan"ı 

və  "Dəhnamə"nin  foto-surəti  gətirilmişdir.  M.S.  Ordubadi,  A.  Şaiq,  S.  Hüseyn,  Ə.  Haqverdiyevin 

xidmətləri  sayəsində  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyətinə  dair  materiallar,  XX  əsr  Azərbaycan 

ədəbiyyatı biblioqrafiyası, klassik sənətkarların kitab və əlyazmaları "Azərbaycan ədəbiyyatı kabineti"ndə 




toplanmışdır. Ş.İ. Xətai, M.F. Axundov, C. Məmmədquluzadə və T. Şahbazinin külliyatı, "Azərbaycanın 

ədəbi irsi" məcmuəsinin I cildi çapa hazırlanmışdır.  

Dil,  Ədəbiyyat  və  İncəsənət  İnstitutu  1937-ci  ildə  xüsusi  binaya  köçürülmüş,  struktur  dəyişikliyinə 

uyğun  olaraq  Tarix,  Ədəbiyyat  və  Dil  İnstitutu  adlandırılmışdır.  İnstitutun  ilk  direktoru  prof.  Heydər 

Hüseynov, müavini isə prof. Məmməd Arif Dadaşzadə olmuşdur. Prof. M. Rəfili, prof. H. Araslı, prof. C. 

Xəndan  institutda  şöbə  müdirləri  kimi  fəaliyyət  göstərmişlər.  Bir  müddət  sonra  Dilçilik  İnstitutu 

yaradılmış,  Ədəbiyyat  İnstitutu  müstəqil  inkişaf  mərhələsinə  qədəm  qoymuş,  1951-ci  ildə  isə  həmin 

institutlar birləşdirilmiş, 1969-cu ilin sentyabr ayından ayrılaraq müstəqil fəaliyyət göstərmişlər. Dilçilik 

institutuna  prof.  Məmmədağa  Şirəliyev,  Nizami  adına  Ədəbiyyat  İnstitutuna  prof.  Mirzağa  Quluzadə 

direktorluq etmişdir.  

1930-40- cı illərdə folklor nümunələri, habelə, Nizami, Xaqani, Füzuli, Xətai, Axundov və Sabir irsi 

nəşrə hazırlanmışdır. M.F. Axundovun üç cilddə bədii əsərləri, tənqidi məqalələri və fəlsəfi məktubları, 

Mir  Cəlalın  "Füzulinin  poetikası",  C.  Xəndanın  "Sabir"  monoqrafiyaları,  M.  Təhmasibin  "Aşığın  səsi" 

toplusu,  Azərbaycan  nağılları"  (I  cild),  "Kitabi-Dədə  Qorqud  dastanları"  çap  edilmişdir.  Hənəfi 

Zeynallının "Koroğlu" dastanının variantları yazıya alınmışdır.  

Ədəbiyyat İnstitutu demək olar ki, Yaxın və Orta Şərqdə ilk humanitar təmayüllü elmi təşkilat olmuş, 

ədəbi-ictimai  fikrin  zənginləşməsinə,  Nizami  adına  Ədəbiyyat  muzeyinin  yaradılmasına  ciddi  təsir 

göstərmişdir.  

II  dünya  müharibəsi  illərində  institutda  şifahi  xalq  ədəbiyyatı  (müdiri  prof.  M.H.  Təhmasib),  orta 

əsrlər  və  XIX  əsr  (müdiri  prof.  H.  Araslı)  ədəbiyyatı,  XX  əsr  ədəbiyyatı  (müdiri  prof.  Mir  Cəlal) 

şöbələrində  kadr  çatışmazlığı  sahəsində  çətinliklər  olmasına  baxmayaraq,  H.  Hüseynov,  M.  Arif,  F. 

Qasımzadə,  Mir  Cəlal,  H.  Araslı,  M.  Təhmasib,  M.  Rəfili  və  Ə.  Mirəhmədov  aspirantları  ilə  birlikdə 

gərgin  iş  aparmışlar.  1943-1944-cü  illərdə  Heydər  Hüseynov  və  Məmməd  Arifin  redaktəsi  ilə  2  cildlik 

"Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi", Məhəmməd Füzulinin 2 cildlik əsərləri, M.P. Vaqifin əsərləri, 

"Azərbaycan  nağılları",  "Koroğlu"  dastanı  və  "Ədəbiyyat  məcmuəsi"  nəşr  olunmuşdur.  İnstitutun  ilk 

aspirantları Mirzağa Quluzadə, Əzizağa Məmmədov,  Məmmədağa Sultanov, Əziz Mirəhmədov, Kamal 

Talıbzadə, Kamran Məmmədov və Mirəli Seyidov müstəqil elmi axtarışlarda uğurlu addımlar atmışlar.  

Müharibədən  sonra  S.  Vurğun,  M.  İbrahimov,  M.  Arif,  M.  Təhmasib,  H.  Araslı,  M.  Cəfərov,  M. 

Quluzadə, M. Əlizadə, M. Seyidov, Ə. Məmmədov, F. Qasımzadə, M. Sultanov, Ə. Sultanlı, Mir Cəlal, 

Ə. Mirəhmədov, C. Xəndan, K. Talıbzadə, K. Məmmədov, O. Həsənov, Q. Qasımzadə, P. Xəlilov, M. 

Vəliyev, B. Vahabzadə və başqaları üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi"ni yaratmışlar.  

"Azərbaycan  sovet  ədəbiyyatı",  "Azərbaycan  ədəbiyyatı  tarixi",  "Folklor",  "Əlyazmaları  və  köhnə 

nəşrli  kitablar"  şöbələri  milli  ədəbiyyatımızın  çoxşaxəli  problemləri  ilə  məşğul  olmuşdur.  1954-cü  ildə 

"Azərbaycan  ədəbiyyatı  tarixi"  şöbəsi  "Orta  əsrlər  Azərbaycan  ədəbiyyatı",  "XIX  əsr  və  XX  əsrin 

əvvəlləri Azərbaycan ədəbiyyatı" şöbələrinə ayrılmşdır. "Əlyazmaları və köhnə nəşrli kitablar" şöbəsi isə 

"Respublika əlyazmalar fondu" kimi fəaliyyətini davam etdirmişdir.  

60-80-ci  illərdə  İnstitutda  ədəbiyyatşünaslığın  elmi  istiqamətləri  mifologiya,  şifahi  xalq  yaradıcılığı, 

ədəbiyyat  tarixi,  müasir  ədəbi  proses  və  mətnşünaslıq  problemlərinə  doğru  yönəlmişdir.  "Azərbaycan 

şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər",  "XX  əsr  Azərbaycan  ədəbiyyatı  məsələləri",  "Ədəbi  proses", 

"Azərbaycan  mətnşünaslıq  məsələləri"  kimi  məcmuələrdə  aktual  problemlərə  dair  elmi-nəzəri  fikirlər 

ifadəsini  tapmışdır.  "M.  Cəfərovun  Azərbaycan  ədəbiyyatında  romantizm",  A.  Rüstəmovanın 

"Azərbaycan epik şeirinin inkişaf yolları (XVII-XVIII əsrlər)", A. Dadaşzadənin "XVIII əsr Azərbaycan 

lirikası",  M.  Quluzadənin  "Füzuli  lirikası",  X.  Yusifovun  "Nizaminin  lirikası",  Ş.  Salmanovun 

"Azərbaycan  sovet  dövründə  ənənə  və  novatorluq  problemləri",  Y.  Qarayevin  "Realizm:  sənətə  və 

həqiqət",  K.  Məmmədovun  "XIX  əsr  Azərbaycan  şeirində  satira"  monoqrafiyaları  Azərbaycan 

ədəbiyyatşünaslığının  uğurlarından  olmuşdur.  "Bu  elm  ocağında  AMEA-nın  həqiqi  üzvləri  M.A. 

Dadaşzadə, M. İbrahimov, F. Qasımzadə, H. Araslı, M. Cəfərov, M. Şirəliyev, K. Talıbzadə, B. Nəbiyev, 

EA-nın  müxbir  üzvləri  A.  Zamanov,  Y.  Qarayev,  Ə.  Mirəhmədov,  professorlar  M.  Quluzadə,  K. 

Məmmədov, M. Seyidov, Ə. Ağayev, H. Babayev ədəbiyyatşünaslıq elminin bayraqdarı olmuşlar" (prof. 

Teymur Əhmədov).  

1954-cü  ildə  Azərbaycan  Respublikası  EA-nın  prezident  müavini,  akademik  Səməd  Vurğun 

mətnşünaslıq  şöbəsinin  yaradılması  təşəbbüsünü  müdafiə  edərək  Azərbaycan  ədəbiyyatı  klassiklərinin 

"elmi-tənqidi  nəşrlərini  həyata  keçirmiş,  klassik  irsin  oxunmasındakı  müxtəlifliyə  son  qoyulmuşdur". 

Şöbəyə  1954-1964-cü  illərdə  prof.  H.  Araslı,  1964-cü  ildən  sonra  prof.  Ə.  Mirəhmədov  rəhbərlik 

etmişdir.  Ötən  illər  ərzində  Nizami,  Füzuli,  Xətai,  M.F.  Axundov,  Q.  Zakir,  S.Ə.  Şirvani,  C. 

Məmmədquluzadə,  M.  Hadi,  S.  Vurğun  kimi  sənətkarların  elmi-tənqidi  mətnləri,  yeni  əlifba  ilə  "Molla 




Nəsrəddin" jurnalının I cildi, "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyaları, "Azərbaycan mətnşünaslıq 

məsələləri" məcmuəsi nəşr olunmuşdur.  

50-ci  illərdən  başlayaraq  Ədəbiyyat  İnstitutunda  yaradılmış  "Ədəbiyyat  nəzəriyyəsi"  şöbəsi  milli 

ədəbiyyatımızın  inkişafı  üçün  yeni  perspektivlər  müəyyənləşdirmiş,  akad.  M.  Cəfərovun  rəhbərliyi  ilə 

bədii  metod,  üslub,  janr,  onların  inkişaf  mərhələləri,  XX  əsr  Azərbaycan  tənqidinin  təşəkkülü,  tarixi 

təkamülü nəzəri fikrin inkişafına geniş yol açmışdır.  

1970-ci ildə institutda "Mifologiya" "Nizamişünaslıq", "Tənqid tarixi" "İnkişaf etmiş sosializm dövrü 

ədəbiyyatı",  "Müasir  ədəbi  proses",  "Tərcümə  tarixi  və  nəzəriyyəsi",  "Cənubi  Azərbaycan  ədəbiyyatı 

tarixi"  şöbələri  yaradılmışdır.  Bu  şöbələrdə  "Antologiyalar",  "Məcmuələr"  tərtib  və  nəşr  edilmiş, 

monoqrafik əsərlər yazılmış və dissertasiyalar müzakirə olunmuşdur" (prof. Teymur Əhmədov).  



 

 

Əlizadə Əsgərli, 



AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru 

 

Yüklə 160,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə