Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
  1   2   3   4   5   6   7   8   9   ...   27


Rüblük iş və iqtisadiyyat jurnalı

Sentyabr 2015 | say 24

ƏSƏS MÖVZU: 

Biznes təhsili



Ədalət Muradov:

“Fəaliyyətimizi əmək 

bazarının tələblərinə 

uyğun qurmağa çalışırıq”



Fərid Əhmədov: 

“Hədəf seqmentimiz 

öyrənmək və tətbiq 

etməklə inkişaf etməyi 

hədəfləyən tələbələrdir”

Azər Hətəmov: 

“Tələbələr daha 

çox menecment və 

iqtisadiyyat ixtisaslarına 

meyil edirlər”





Sizə 

yenilənmiş “Ecovision” jurnalını təqdim etməyi 

özümüzə böyük şərəf hesab edirik.

Ölkəmizdə biznes təhsilinin vəziyyətinə həsr olunmuş növbə-

ti sayımızda biznes təhsili ilə bağlı dəyərli məlumatları özündə 

əks etdirən müsahibələrlə və müəllif yazısı ilə tanış olmaq imka-

nı əldə edəcəksiniz. 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Azərbaycan Univer-

sitetinin rektoru, hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov, Türkiyənin Anadolu Dövlət Universi-

tetinin koordinatoru cənab Azər Hətəmov ölkəmizdə biznes təhsili ilə bağlı mövcud vəziyyəti şərh 

ediblər. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev isə müəllif yazısında 

Azərbaycanda biznes təhsilinin inkişaf perspektivləri ilə bağlı araşdırmasını təqdim edib. 

Eyni zamanda bu sayımızda “KoçSistem Azərbaycan” MMC-nin direktoru cənab Ali Kutvanın, Şimali 

Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi cənab Sadəddin Topukçunun, “Sahibkar” rubri-

kasında “Biləv” şirkətinin təsisçisi və direktoru Fariz Əmirovun müsahibəsini oxuya biləcəksiniz.

Jurnalımızda ənənəvi məlumatlar: ATİB-in son üç aylıq fəaliyyəti, yeni üzvlərimiz haqqında qısa 

məlumat və digər məlumatlar  əks etdirilmişdir. 

Əziz dostlar!

Ümid edirik ki, jurnalımız diqqətinizi cəlb edəcək. Jurnal haqqında təklif və rəylərinizi ATİB Katibliyi 

ilə bölüşsəniz, Sizə çox minnətdar olarıq. Təklif və iradlarınızı pr@atib.az elektron ünvanında böyük 

məmnuniyyətlə gözləyirik. 

Hörmətlə,



Pərvanə HACIYEVA,

Baş redaktor

Azərbaycanla

 

Türkiyə arasında dost-



luq və qardaşlıq mü-

nasibətləri hər ötən gün daha da möhkəmlənir. İki qardaş ölkə 

arasındakı iqtisadi, sosial, mədəni və digər sahələrdə əlaqələ-

rin genişlənməsi və daha da möhkəmlənməsi istiqamətində 

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) də öz töhfəsini 

verməklə fəxr hissi duyur.

ATİB ölkələrimiz arasındakı istər ticari əlaqələrin, istərsə də investisiya əlaqələrinin möhkəmlən-

dirilməsi istiqamətində öz partnyorları ilə birgə fəaliyyətini ötən dövr ərzində davam etdirmişdir. 

Bundan sonra da Azərbaycana sərmayə yatırmaq istəyən türkiyəli iş adamlarına və eyni zamanda 

Türkiyədə biznes qurmaq istəyən azərbaycanlı iş adamlarına ATİB olaraq dəstək olmağa hazırıq. 

Ötən aylar ərzində ATİB davamlı olaraq təşkilati potensialını gücləndirərək üzvlərinə göstərdiyi 

xidmətlərin miqyasını və keyfiyyətini yaxşılaşdırmış və bu istiqamətdə fəaliyyətini daha da genişlən-

dirməyi hədəfləmişdir. 

Hörmətli oxucular, əminəm ki, ATİB üzvlərinin və əməkdaşlıq etdiyimiz təşkilatların köməkliyi və 

dəstəyi ilə gələcəkdə daha böyük uğurlara imza atacaqdır. Ötən dövrlərdə olduğu kimi, qarşıdakı dövr-

lərdə də davamlı olaraq inkişaf edən fəaliyyətimizlə iki qardaş ölkə və xalq arasında hərtərəfli əlaqələ-

rin daha da güclənməsinə birgə xidmət edəcəyik. 

Hörmətlə,



Cemal Yangın 

ATİB İdarə heyətinin sədri

Əziz oxucular! 

Xanımlar və cənablar!

Dəyərli oxucularımız! 

Hörmətli ATİB üzvləri! 

ön söz


EcoVision (24/2015)

 

Təsisçi:

Azərbaycan Türkiyə İş Adamları 

Birliyi (ATİB)

 

Əməkdaşlar:

Gülnar Şirinova

Eyvaz Qocayev

 

Dizayner:

Maksim Kostenko

 

Korrektor:

Kəmalə Cəfərova

 



  AtaBank ASC

  Adopen MMC



  “Anadolu Vizyonu Kurs Destek 

Ve Turizm Sanayi Ticaret 

Anonim Şirketi”- nin Azərbaycan 

Respublikasındakı Nümayəndəliyi 

  Aramex



  AXA MBASK

  “Farmetik” MMC



  “İlk Inşaat” MMC

  İstanbul Çarşı Import Export Ltd



  Istanbul Reklam Market MMC

  Iteca Caspian LLC



  Kemal Aksezgin Pulluk Sanaye

  “Qafqaz Tikinti Materialları” A.Ş



  Network Global Logistics MMC

  “PAŞA Həyat Sığorta” ASC



  “RR” şirkətlər qrupu

  Schneider Elektrik Sanayi ve 



Ticaret Anonim Şirketi

  Türk Hava Yolları



  “Yapı Kredi Bank Azərbaycan”

● 

"Ziraat Bank Azərbaycan" ASC



 

Jurnal Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyində qeydiyyatdan 

keçmişdir: 

3026 “EcoVision” jurnalına istinad 

zəruridir.

 

Jurnaldakı mətn və ya illüstrativ 



materialların təkrar dərci yalnız 

redaksiyanın yazılı razılığından sonra 

mümkündür.

 

Jurnal dövlət və özəl strukturlar, yerli və 



xarici şirkətlər, beynəlxalq təşkilatlar və 

diplomatik nümayəndəliklərə pulsuz yayılır.

Reklam materiallarının məzmununa görə 

redaksiya məsuliyyət daşımır.

 

Müəlliflərin nümayiş etdirdiyi mövqe ilə 



redaksiyanın mövqeyi üst-üstə düşməyə 

bilər.


 

Ünvan

Bakı şəhəri, İstiqlaliyyət 21, 5-ci 

mərtəbə, AZ1001

Tel       : (994 12) 449 88 82/83

Faks    : (994 12) 449 88 84

e-mail : pr@atib.az

1

say 24 | 



EcoVision


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə