Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   2   3   4   5   6   7   8   9   ...   27


üzvlərdən xəbərlər

“PAŞA Həyat Sığorta” şirkəti tərəfindən 

tələbələr  üçün  həyata  keçirilən  “Sığorta 

və sığorta mədəniyyəti” layihəsi Azərbay-

can Respublikası Prezidenti yanında Döv-

lət İdarəçilik Akademiyasında 103 layihə 

arasında  “İlin  ən  yaxşı  layihəsi”  hesab 

olunub.


Layihələrin  seçimi  və  qiymətləndiril-

məsi  akademiyanın  tələbə  gənclər  təşki-

latı tərəfindən aparılıb.

Qeyd edək ki, “Sığorta və sığorta mə-

dəniyyəti”  layihəsinə  2013-cü  ilin  iyul 

ayından start verilib. Bugünədək davam 

edən layihə çərçivəsində 55 təlim təşkil 

olunub və təlimlərə 1.100 nəfərdən çox 

iştirakçı qatılıb.

Təlim zamanı tələbələrə sığortaya aid 

mövcud qanunvericilik bazası, sığortanın 

mahiyyəti,  sığorta  mədəniyyətini  forma-

laşdıran  amillər,  sığorta  müqaviləsi,  tək-

rarsığorta, sığorta riskləri, dünya və yerli 

sığorta  bazarının  vəziyyəti  haqqında  ət-

raflı məlumat verilib.

ATİB İdarə heyətinin üzvü “RR Şirkətlər 

Qrupu”nun baş direktoru Rafiq Qarayev və 

“Network Global Logostics” MMC-nin ölkə 

üzrə  meneceri  Oktay  Vayiç  əməkdaşlığa 

başlayaraq  “BUTA  2015”  Karqo  şirkətini 

yaradıblar. Şirkət İstanbuldan Bakıya eks-

pres çatdırılma işini həyata keçirir.

28  may  2015-ci  ildə  ATİB  nümayəndə 

heyəti ATİB üzvü olan “C - Group” MMC şirkə-

tinin Türkiyənin öndə gedən mebel istehsal-

çılarından olan “SANDALYECI” A.Ş. - nin Azər-

baycanda distributoru olan satış mağazasının 

açılış mərasimində iştirak edib. 

Azərbaycanın  tanınmış  memar  və  di-

zaynerləri,  ictimai  simalarının  qatıldığı 

açılış mərasimində qonaqlar “SANDALYE-

CI” brendinə aid yüksək keyfiyyətli mebel 

nümunələri ilə tanış olublar.

“Azərbaycan  Coca-Cola  Bottlers  LTD” 

84  ölkə  arasından  seçilərək  Avrasiya 

və  Afrika  regionu  daxilində  “Ən  Yaxşı 

Şüşələmə  Müəssisəsi”  əsas  mükafatına 

layiq görülən 10 finalçı siyahısına daxil 

edilib  və  bu  uğur  artıq  dördüncü  ildir 

təkrarlanır.

Bu nominasiya “Azərbaycan Coca-Cola 

Bottlers LTD” şirkətinin uğurlu fəaliyyə-

tinin, o cümlədən əməkdaşların rifahının 

artırılması,  ətraf  mühitin  mühafizəsi 

kimi layihələrin tanınmasının sübutudur. 

Qeyd edək ki, bu, “Azərbaycan Coca-Cola 

Bottlers LTD” MMC şirkətini 2020-ci ilin 

hədəflərinə  daha  da  yaxınlaşdıran  növ-

bəti mühüm addımdır.

“PAŞA Həyat Sığorta” şirkətinin layihəsi 

“İlin ən yaxşı layihəsi” seçilib

ATİB İdarə heyətinin 

üzvləri əməkdaşlığa 

başladı

“SANDALYECI” artıq 



Bakıda

“Azərbaycan Coca-Cola Bottlers LTD” 

mükafatlandırıldı

10

say 24 | 



EcoVision


Azərbaycan  Türkiyə  İş  Adamları  Birli-

yinin üzvü olan  BASF şirkəti 20-29 iyul ta-

rixlərində  M.V.Lomonosov  adına  Moskva 

Dövlət  Universitetinin  Bakı  filialının  ba-

zasında keçirilən 47-ci Beynəlxalq Kimya 

Olimpiadasının  sponsoru  qismində  çıxış 

edib.  BASF  şirkətinin  beynəlxalq  olimpi-

adada sponsor kimi iştirakı şirkətin 150 

illik yubileyi çərçivəsində həyata keçirilib. 

Bu  münasibətlə  ATİB  BASF  şirkətini  təb-

rik edir və fəaliyyətində uğurlar arzulayır.

Heydər  Əliyev  Mərkəzində  keçirilmiş 

olimpiadanın  açılış  mərasimində  “BASF 

Caspian  Yapı  Kimyasalları  Sənaye”  MMC-

nin  baş  direktoru  cənab  Ali  İhsan  Genç 

olimpiada  iştirakçılarına  müraciətin-

də  qeyd  edib:  “47-ci  Beynəlxalq  Kimya 

Olimpiadasında  iştirak  edən  bugünkü 

şagirdlər – bizim gələcəkdəki alimlərimiz, 

mühəndislərimiz  və  konstruktorlarımız 

qlobal  çağırışların  həllində,  o  cümlədən 

planetimizin  həyat  balansının  saxlan-

masında, Yer kürəsinin təmiz su, qida və 

enerji  ilə  təmin  olunmasında,  həmçinin 

iqlim dəyişikliklərinin mənfi nəticələrinin 

azaldılmasında vacib rol oynayırlar”.

BASF şirkəti gələcək nəsildə kimyaya 

marağın  artırılmasına  böyük  diqqət  ayı-

rarkən  kimya  sahəsində  yuxarı  sinif  şa-

girdləri üçün ən əhəmiyyətli beynəlxalq 

müsabiqələrin  birindən  kənarda  qala 

bilməzdi.  Özünün  150  illik  yubileyinin 

qeyd  olunduğu  ildə  BASF  şirkəti  bütün 

dünyada  gələcəyin  əsas  mövzularına: 

səmərəli enerji istehlakı, keyfiyyətli qida 

məhsulları  ilə  təminat  kimi  mövzulara 

həsr olunmuş çoxsaylı tədbirlər keçirir.

15  may  2015-ci  ildə  ATİB  üzvü  olan 

“KoçSistem-Azərbaycan” şirkətinin “Bank 

sektorunda  informasiya  texnologiyaları 

həlləri”  mövzusunda  konfransı  keçirilib. 

Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyi 

İdarə heyətinin sədri Cemal Yangın kon-

fransda iştirak edib. 

Ölkənin  informasiya  texnologiyaları 

sektorunda  qısa  zaman  kəsiyində  sıç-

rayışlı  inkişafa  nail  olunmasından  bəhs 

edən  şirkətin  Azərbaycan  nümayəndəli-

yinin direktoru Əli Kutvan “KoçSistem”in 

Azərbaycan  iqtisadiyyatına  verdiyi 

töhfələrdən də danışıb.

BASF şirkəti Beynəlxalq Kimya Olimpiadasının sponsoru 

qismində çıxış edib

“KoçSistem-Azərbaycan” konfrans keçirib



150 years

üzvlərdən xəbərlər

11

say 24 | 



EcoVision


7 may 2015-ci ildə Azərbaycan Dövlət 

İqtisad Universitetinin (ADİU) Türk dün-

yası  işlətmə  fakültəsində  “Məzun  günü” 

keçirilib.  “Məzun  günü”ndə  Azərbaycan 

Türkiyə  İş  Adamları  Birliyi  İdarə  heyə-

tinin  sədri  Cemal  Yangın,  universitetin 

professor və müəllim heyəti, iş adamları, 

tələbələr və valideynlər iştirak edib. 

Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyi 

İdarə heyətinin sədri Cemal Yangın Dövlət 

İqtisad  Universitetində  Azərbaycan  Res-

publikasının  Prezidenti  yanında  Strateji 

Araşdırmalar  Mərkəzinin  (SAM)  İqtisadiy-

yatın təhlili və qloballaşma məsələləri şöbə-

sinin müdiri dr.Vüsal Qasımlının ulu öndər 

Heydər Əliyevə ithaf etdiyi “Geoiqtisadiyyat” 

kitabının  təqdimat  mərasimində  iştirak 

edib.


Azərbaycan Türkiyə İş Adamları Birliyinin 

rəhbəri Cemal Yangın ulu öndər Heydər Əli-

yevə ithaf edilən “Geoiqtisadiyyat” kitabının 

iş adamları üçün böyük töhfə olduğundan söz 

açıb. Kitabın Türkiyənin Əskişəhər şəhərində 

də  təqdimat  mərasiminin  keçirildiyini  vur-

ğulayan  C.Yangın  onun  Türkiyənin  Anadolu 

Universiteti tərəfindən təkrar çapının planlaş-

dırıldığını bildirib.

Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyi 

İdarə heyətinin sədri Cemal Yangın və ATİB 

üzvləri  bu  il  mayın  12-də  Bakıda  keçirilən 

B20 Azərbaycan Regional Forumunda iştirak 

ediblər.


İqtisadiyyat  və  Sənaye  Nazirliyinin 

və  Azərbaycan  Respublikası  Dövlət  Neft 

Şirkətinin  (SOCAR)  dəstəyi  ilə  keçirilən 

forumda  həmçinin  Türkiyə  Baş  naziri-

nin müavini Əli Babacan, aidiyyəti dövlət 

qurumlarının  rəhbərləri,  iqtisadiyyatın 

müxtəlif  sahələrində  fəaliyyət  göstərən 

140-dan  çox  şirkətin  nümayəndələri  və 

təhsil müəssisələrinin rəhbərləri də iştirak 

edib.


Türk dünyası işlətmə fakültəsinin “Məzun 

günü” keçirilib

ATİB-in sədri və üzvləri Bakıda B20 Azərbaycan Regional 

Məsləhətləşmə Forumunda iştirak ediblər

ADİU-da ulu 

öndərə ithaf edilən 

“Geoiqtisadiyyat” 

kitabının təqdimatı 

keçirilib

12

say 24 | 



EcoVision

ATİB xəbərləri




Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə