Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   2   3   4   5   6   7   8   9   10   ...   27

sində  hazırda  universitetimizdə  çalışan 

və  fəlsəfə  doktoru  dərəcəsinə  malik 

gənc  və  perspektivli  kadrlar  seçilərək 

elmlər  doktorluğu  üzrə  doktoranturaya 

qəbul  edilir  və  onların  qısa  müddət  ər-

zində  dissertasiyalarını  tamamlamaları 

üçün  bütün  müvafiq  imkanlar  yaradılır. 

Elə  bu  semestr  həmin  gənclərdən  6-nı 

öz  tədqiqatlarını  türkiyəli  nüfuzlu  pro-

fessorların  rəhbərliyi  altında  davam  et-

dirmələri  məqsədilə  bir  aylıq  müddətə 

Hacettepe,  Uludağ  və  Sakarya  universi-

tetlərinə göndərdik. Digər bir layihəmiz 

“gənc müəllim” layihəsidir. Bu il univer-

sitetimizdə  müəllimlik  fəaliyyətinə  baş-

lamaq  istəyənlər  üçün  müsabiqə  elan 

etdik  və  60-ı  xaricdə  təhsil  alanlar  ol-

maqla,  yaşı  30-u  aşmamış  400-dən  çox 

gənc  bu  müsabiqəyə  müraciət  etmişdir. 

Hazırda onlar arasında seçim prosesi da-

vam edir və seçim nəticəsində onların ən 

yaxşılarını seçərək assistent və müəllim 

vəzifələrinə təyin edəcəyik. Gənc fəlsəfə 

doktorlarının  yetişdirilməsi  istiqamə-

tində də ciddi layihələrimiz var. Belə ki, 

ilk  növbədə  magistr  dərəcəsinə  malik 

bir  çox  perspektivli  gəncimizi  fəlsəfə 

doktorluğu  üzrə  doktoranturaya  qəbul 

edir  və  onların  dissertasiyalarını  qısa 

müddətdə  uğurla  tamamlamaları  üçün 

bütün  imkanlarımızı  səfərbər  edirik. 

Eyni zamanda artıq əldə etdiyimiz razı-

lıq  əsasında  Türkiyədə  universitetimiz 

üçün  fəlsəfə  doktoru  pilləsi  üzrə  kadr 

hazırlığı  imkanlarından  da  yararlanma-

ğı  düşünürük.  Nəhayət,  bütün  bunlarla 

yanaşı, universitetimizdə akademik kadr 

hazırlığı prosesinin ciddi şəkildə təkmil-

ləşdirilməsinin  də  vacibliyini  düşünü-

rük və bu məqsədlə yaxın dövr ərzində 

assistent institutunun formalaşdırılması 

istiqamətində  işlərə  başlamağı  və  yeni 

yaratdığımız, Beynəlxalq Magistratura və 

Doktorantura Mərkəzi nəzdində Türkiyə 

universitetləri  də  daxil  olmaqla,  xarici 

universitetlərlə  ortaq  proqramlar  çər-

çivəsində  müasir  tələblərə  cavab  verən 

magistratura  və  doktorantura  təhsilini 

təşkil etməyə hazırlaşırıq.

Bəs  universitetinizdə  tədris  pro-

sesinin  keyfiyyətinin  təmin  edilməsi 

sahəsində hansı işləri görürsünüz?

“Ə.M.:

  Bunun  üçün  ilk  növbədə  uni-

versitetimizdə bu istiqamətdə işləri təş-

kil və idarə edəcək yeni struktur – “Təd-

risin keyfiyyətinin qiymətləndirilməsi və 

idarə  edilməsi”  mərkəzini  yaratmışıq. 

Mərkəzin  əsas  işi  universitetdə  tələ-

bələrə  yüksək  təhsil  nailiyyətləri  əldə 

etməyə  imkan  verən  tədris  mühiti-

ni  formalaşdırmaqdır.  Hazırda  bizim 

bu  istiqamətdə  gördüyümüz  işlərin 

təməlində  universitetimizdə  təhsil-

verənlərlə  təhsilalanlar  arasında  qu-

rulan  münasibətlərin  sağlam  zəminini 

formalaşdırmaq  dayanır.  Bunun  üçün 

tədris  prosesinə  mütərəqqi  təcrübəyə 

malik  kadrları,  o  cümlədən  də  xarici 

ölkələrdə təhsil almış və inkişaf etmiş 

ölkələrin təhsil sistemi ilə yaxından ta-

nış  olan  gəncləri  cəlb  edir,  tədris  inti-

zamını gücləndirir, biliyin qiymətləndi-

rilməsi  sistemini  təkmilləşdirir,  təhsil 

prosesi  iştirakçılarına  göstərilən  inzi-

bati  xidmətləri  elektronlaşdırır,  təd-

ris  plan  və  proqramlarını  beynəlxalq 

standartlara  uyğunlaşdırır  və  tədris 

prosesinin  resurs  təminatını  güclən-

diririk.  Fürsətdən  istifadə  edərək  onu 

da  deyim  ki,  biz  universitet  Elmi  Şu-

rasının  qərarı  ilə  2015-2016-cı  tədris 

ilini  “tədrisdə  keyfiyyət  ili”  elan  etmi-

şik.  Hazırda  bu  istiqamətdə  də  geniş 

tədbirlər  planı  hazırlayırıq  və  növbəti 

tədris ilində həyata keçirəcəyik.  



Biznes  sektorunun  tələblərinə  ca-

vab  vermək  istiqamətində  universite-

tin nəzdində fəaliyyət göstərən “İnno-

vativ Biznes-İnkubator”un rolunu necə 

qiymətləndirirsiniz?

“Ə.M.:

  Bildiyiniz  kimi,  Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyev tərəfindən təsdiq edilmiş “Azərbay-

can  gəncliyi  2011-2015-ci  illərdə”  Dövlət 

Proqramı  çərçivəsində  müvafiq  ixtisaslar 

üzrə  hazırlanan  gənclər  üçün  biznes-in-

kubatorların yaradılmasına xüsusi yer ve-

rilmişdir. Tələbələrin biznes biliklərinə və 

bacarıqlarına  mükəmməl  yiyələnməsinin 

prioritet  istiqamət  kimi  müəyyənləşdiril-

diyi “Azərbaycan Respublikasında Təhsilin 

İnkişafı  üzrə  Dövlət  Strategiyası”nda  da 

haqlı olaraq qeyd edilir ki, son 30-40 il ər-

zindəki elmi-texniki tərəqqi, innovasiyalar 

və modernləşmə nəticəsində praktiki bilik 

və  vərdişlərlə  zənginləşməyən,  sırf  nəzə-

ri xarakter daşıyan təhsil öz fundamental 

əhəmiyyətini  itirməkdədir.  Bu  baxımdan 

təhsilin  məzmununun  formalaşmasında 

akademik  biliklərlə  yanaşı,  praktik  bilik 

və  bacarıqların,  səriştənin  vacibliyi  önə 

çəkilir.  Bizim  “İnnovativ  Biznes-İnkuba-

tor” layihəmiz də ölkəmizdə bu sahə üzrə 

ilk  universitet  təşəbbüsü  və  layihəsi  he-

sab  oluna  bilər.  Belə  ki,  15  iyul  2014-cü 

ildə  Azərbaycan  Respublikası  Gənclər  və 

İdman  Nazirliyi  ilə  İqtisad  Universiteti 

arasında  “İnnovativ  Biznes-İnkubator”un 

yaradılması barədə müqavilə imzalanmış-

dır.  Əməkdaşlıq  çərçivəsində  təlim  kurs-

larının keçirilməsi, startapların inkişafına 

dair  və  gənc  biznesmenlər  üçün  maarif-

ləndirici  metodiki  vəsaitlərin,  kitabların 

hazırlanması,  tərcümə  edilməsi,  “İnnova-

biznes təhsili

26

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə