ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
  1   2   3   4   5   6   7   8   9   ...   43


ƏDALƏT TAHĠRZADƏ. Savalanda görüĢənədək, Bəy! 
 
"Ön Söz" yerinə 
YaĢamı, düĢüncələri və əməlləriylə bəĢəriyyətə, bütöv millətlərə və xalqlara örnək olan və yol 
göstərən dahi insanların həyatı yüzilliklər boyu saysız-hesabsız nəsillərin gələcəyinə iĢıq salır. 
Buna görə də adamlar həmin azman Ģəxsiyyətlərin yaĢayıĢının hətta ən xırda incəliklərini belə 
öyrənməyə  can  atırlar.  Məhəmməd  peyğəmbər  (s.ə.s.),  Yunus  Əmrə,  Əhməd  Yəsəvi,  ġah 
Ġsmayıl  Xətayi,  Seyid  Ġmadəddin  Nəsimi,  Məhəmməd  Füzuli,  Səttar  xan,  Məmmədəmin 
Rəsulzadə, Üzeyir bəy Hacıbəyli... kimi dahilərin qoyub getdiyi təfəkkür irsi bu gün də bizim 
qolumuzdan  tutmaqda,  Ģəxsiyyət  kimi  yetiĢməyimizə  yardımçı  olmaqdadır.  Biz  onların 
yaĢayıĢının  incəlikləriylə  tanıĢ  olduqca  əsərlərini  daha  asanlıqla  baĢa  düĢürük.  Təəssüf  ki, 
onların bir çoxunun müasirləri ya bu insanlar haqqında çox az yazmıĢ, ya da yazdıqları bizə 
gəlib çatmamıĢdır. Ona görə də gərək millətin nadir oğullarının həyatı haqqında ilk növbədə 
onların müasirləri yazsınlar.  
Əbülfəz Elçibəy XX yüzildə millətimizin yetirdiyi ən böyük, dahi Ģəxsiyyətlərdəndir. Doğrudur, 
hələ  sağlığında  Elçibəy  çağdaĢlarının  diqqətini  cəlb  etmiĢ,  onun  haqqında  çoxlu  kitablar, 
böyük kitabxanalar tutunca məqalələr yazılmıĢdır. Bəyin həyatı xalqa nisbətən geniĢ bəllidir, 
ancaq  təbii  ki,  bir  çox  Ģeylər  haqqında  o  ya  sadəcə  susmuĢ,  ya  da  dostları  və  tanıĢları 
sağlığında  danıĢmağı  uyğun  görməmiĢlər.  Bu  üzdən  də  Elçibəyin  yaĢayıĢı,  düĢüncələri  və 
əməlləri  üzərindən  pərdənin  tam  götürüldüyünü  söyləmək  çox  ciddi  yanlıĢlıq  olardı,  çünki 
Elçibəyin xüsusən AXC sədrliyi və prezidentliyi dönəmiylə bağlı çox Ģeyləri yalnız indi açmaq 
mümkündür.  
Xatirələr  o  vaxt  daha  etibarlı  olur  ki,  onları  təsdiqləyəcək  insanların  sayı  da  çox  olur.  Biz 
Elçibəy  haqqında  xatirələri  də  təxirə  salmadan  toplamaq  qərarına  gəldik  ki,  onların 
doğruluğuna sonralar hamı inansın.  
Bu kitabda Əbülfəz Elçibəylə uzun illər boyunca bir yerdə yaĢayan, iĢləyən, mübarizə aparan 
yoldaĢlarının, dostlarının, silahdaĢlarının və əqidədaĢlarının onun haqqında xatirələri toplanıb. 
Bu  xatirələr  ilk  dəfə  qələmə  alınır  və  hələ  heç  yerdə  iĢıq  üzü  görməyib.  Onların  müəllifləri 
içərisində  millətimizin  ən  dəyərli  övladlarının  adlarını  görəcəksiniz.  Ancaq,  çox  təəssüf  ki, 
Elçibəyin bir çox ən yaxın adamları, silahdaĢları ürəkdən istəsələr də bu nəĢrə öz xatirələrini 
təqdim etmək durumunda olmadılar. Məsələn, Elçibəyin qardaĢı Almurad ağa, inĢallah, onun 
haqqında xatirələrini ayrıca kitab Ģəklində nəĢr etdirmək fikrindədir.  
 
 
 
 
 
 
 
 


ELÇĠBƏYĠN MÜRACĠƏTLƏRĠ 
 
UCA TÜRK MĠLLƏTĠNƏ MÜRACĠƏT 
 
Bilirdim  ki,  məndə  “xərçəng”  xəstəliyi  var.  Amma  mən  bunu  cəmiyyətdən  gizlədirdim  ki, 
müəyyən  iĢləri  görə  bilim.  Onu  da  bilmirdim  ki,  artıq  əksəriyyət  insanlar  xəstəliyimi bilir  və 
məndən ona görə gizlədiblər ki, narahat olmayım. Bu da çox pis nəticə verdi. Gərək xalq öz 
övladından  heç  nəyi  gizli  saxlamasın  və  eyni  zamanda  da  övlad  ondan  heç  nəyi 
gizlətməməlidir. Belə  alındı  ki,  gerçəyi  gizlətmək  həm  xalqa,  həm  də onun  övladına  heç  bir 
xeyir vermədi.  
Mən bir çox Ģeyləri xalq bilib rahatsız olar, pis əhval-ruhiyyə yaranar deyə ondan gizlətdim.  
Çox  sirləri  özümlə  aparıram.  Bunların  bir  çoxu  açıqlanmalı  idi,  lakin  buna  zaman  çatmadı. 
Demək olar ki, tale imkan vermədi.  
Bir  sıra  xətalar  buraxılmıĢdı  ki,  bunları  aradan  qaldırmaq  mümkün  idi.  Millətim  qarĢısınqda 
bəzi xətalarım da olub. XahiĢ edirəm millətim məni bağıĢlasın. Deyəcəklər ki, üzrü sağ ikən 
etməli idi. Hər halda, görünür ki, tale belə məsləhət bilib.  
Ayrı-ayrı  Ģəxslər,  xüsusilə  də  mənə  düĢmən  olanlar  çox  xoĢagəlməz  sözlər  danıĢacaqlar. 
Ancaq mənim üçün əsas hökm Türk millətinin hökmüdür, Azərbaycan xalqının sözüdür! 
Mən aydın görürəm ki, artıq həyatla vidalaĢıram. Lakin bir çox ideyalarımın həyata keçdiyini 
görmədim. Ən baĢlıcası isə: 
 
Rusun əli ilə ermənilərin iĢğal etdiyi Qarabağı azad etmək istəyirdim. Bunu edə bilməsəm 
də mən artıq bilirəm ki, o  mütləq azad olacaq! 
 
Azad  surətdə  Təbrizə  getmək,  onu  azad  görmək  istəyirdim.  Təbrizi  azad  görə  bilmədim, 
ancaq  indi  elə  fikirləĢirəm  ki,  Təbrizi  azad  görmüĢəm.  Bu  fikrimə  “xəyaldır”  deyəcəklər. 
Lakin  elə  deyil!  Yaxın  zamanlarda  insanlar  onu  görəcəklər!  Və  onda biləcəklər  ki,  mənim 
düĢündüyüm lap yaxında imiĢ.  
Bir  xalq  azadlıq  əldə  edirsə  o  xalqın  həyatdan  köçmüĢ  insanlarının  (əlbəttə,  bu  azadlığı 
istəyən  və  onun  uğrunda  mücadilə  edən  insanları  nəzərdə  tuturam)  ruhu  da  orada  iĢtirak 
edir! Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləĢəcək! O zaman keçiriləcək tədbirlərdə
bayramlarda  Azərbaycanın  azadlığı  uğrunda  mübarizə  aparmıĢ  insanların  ruhu  da  iĢtirak 
edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq! 
Əbülfəz ElÇĠBƏY, 
Ankara Dövlət Xəstəxanası 
19.07.2000  
 


TÜRK GƏNCLĠYĠNƏ MÜRACĠƏT 
 
Gənc Türk!  
Böyük gələcək sənindir! Sən özün buna zamanın hökmü ilə hazırlaĢırsan. Bu hazırlıq təbiidir! 
Bunu yerinə yetirmək üçün milyonlarla Türk gənci bu hədəfə yürüyəcək. Bu hədəfə çatmaq 
üçün  iradəli  çalıĢacaqsan,  dünya  elmini  ələ  alıb,  böyük  mədəniyyət  yaradıb  istəyinə 
çatacaqsan.  Bütün  böyük  hərəkatlar,  yürüĢlər  hədəfə  çatmaq  üçün  bir  sevda  olacaqdır. 
Sonucu isə böyük mədəniyyət yaratmaq olacaqdır.  
Bütün  bəĢəriyyət  tarix  boyu  yürümüĢ,  son  nəticə  isə  mədəniyyət  yaratmaq  olmuĢdur.  Türk 
dünyaya  yeni  bir  mədəniyyət  gətirəcəkdir.  O  mədəniyyətə  mən  indidən  “XoĢ  gəldin!” 
deyirəm! 
Sənə uğurlar olsun, ulu TÜRK! 
Əbülfəz ElÇĠBƏY, 
Ankara Dövlət Xəstəxanası 
19.07.2000, saat 3:00  
 
AZƏRBAYCAN GƏNCLĠYĠNƏ MÜRACĠƏT 
 
Azərbaycan gənci!  
Sən  bil  ki,  Türk  gəncliyindən  ayrı  deyilsən.  QarĢında böyük  hədəflər,  ağır vəzifələr dayanır. 
Çiyinlərində ağır bir yük - dev yükü var. Ancaq sən onu daĢımağa qadirsən. Sənin elə gücün 
var  ki,  devlərin  daĢımayacağı  yükü  sən  daĢıya  biləcəksən.  Sənin  damarlarındakı  qan  elə 
qüdrətli bir qandır ki, hər bir çətinliyin öhdəsindən asanlıqla gələ bilərsən! Sadəcə, buna sənin 
istəyin lazımdır. 
Qarabağı sən azad edəcəksən! Azərbaycanı sən birləĢdirəcəksən! Mən buna əminəm və çox 
inanıram!  Azərbaycanda  elə  bir  gənc  tapmaq  olmaz  ki,  Qarabağın  azadlığını,  Azərbaycanın 
bütövlüyünü istəməsin. Millətin bu arzusunu yerinə yetirəcəksiniz. Sizə uğurlar.  
Tanrı yardımçınız olsun! 
Əbülfəz ElÇĠBƏY, 
Ankara Dövlət Xəstəxanası 
19.07.2000, saat 3:30 
 
 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə