ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   2   3   4   5   6   7   8   9   ...   43

AZADLIQ EġQĠ  
Sevin, ey mürği-ruhim, ruzi-hicrandır kim bu gün, 
 
Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm. 
 
(Məhəmməd Füzuli) 
 
Bir dəfə Böyük bəy “Ģəhidin günahı varmı?” sualını verəndə qətiyyətlə “yox” dedim. O zaman 
Məhəmməd  peyğəmbərin  (s.ə.s.)  “Ģəhidin  qul  günahı  yoxdursa  heç  bir  günahı  yoxdur” 
kəlamını  xatırlatdı  və  dedi  ki,  gör  azadlıq  Həqdən  verilən  necə  Ģirin  bir  nemətdir  ki,  hətta 
Ģəhidə  belə  “Mən  onu  azad  yaratdım,  sən  kim idin  ki,  onun  azadlıq haqqını əlindən  aldın?” 
sualını verdirir.  
Odur ki, Böyük bəy azadlıq məsələsində olduqca diqqətli idi və ona təkcə haqq kimi yox, həm 
də Həqqin neməti kimi baxırdı.  
  
ÖLÜM VAR KĠ?!..  
Mövti-cismani ilə sanma mənim ölməyimi. 
 
(Seyid Əzim ġirvani) 
 
Bir  dəfə  “olum-ölüm”dən  söhbət  açdı.  Dörd  qapı  yiyələrinin  münasibətindən  danıĢdı  və 
ölümün olmadığını söylədi. Ən maraqlısı bu oldu ki, o, Ģəriət alimi ilə dərviĢin danıĢığını yada 
saldı.  
Bir Ģəriət alimi ilə dərviĢ oturaraq söhbət edir və alim “ölsəydik canımız qurtarardı” ifadəsini 
iĢlədir. Buna cavab olaraq dərviĢ baĢını etirazla bulayır və “ölə bilsəydik canımız qurtarardı” 
deyir.  
Böyük bəy bir dəfə də Ģəriət alimi ilə dərviĢin söhbətindən danıĢdı və alimin “bir zaman var idi 
ki, Allahdan baĢqa kimsə yox idi” sözlərinin qarĢısına dərviĢin “indiki kimi” ifadəsini artırmasını 
açıqladı.  
Böyük bəy ruhun ölməzliyi, öz Yaradanına dönməsi ilə bağlı böyük sufi pirlərinin, Nəsiminin, 
Füzulinin,  ġah  Ġsmayılın  qayəsinə  söykənərək  cavab  verirdi.  Bir  kandan  baĢqa  məkana  yol 
gedirik və burada bir əbədi karvan anlamı və həmin anlamınsa səmavi izahı var. Heç nə ölə 
bilməz, O-nu yaradan əbəddirsə, deməli, bir cismani ölçüdən baĢqa bir mənəvi ölçüyə salır. 
Bunu isə ancaq bəsirət gözü görə bilər.  
  
 
 
 


CĠSM VƏ CAN  
Canı canan ittihadı fariq eylər cismdən
 
cismdən agah olan can vasili-canan deyil. 
 
(Məhəmməd Füzuli) 
 
Cism  və  can  mövuzusu  ilə  bağlı  Böyük  bəyin  dedikləri  batin  təlimin  ilk  əlifbasıdır.  Bununla 
bağlı Böyük bəy “can və canan” düsturuna söykənirdi. Onun fikrincə, paltar cismimizin geyimi 
olduğu  kimi,  cisim  də  canın  geyimidir  və  odur  ki,  birinin  fənalığı,  digərinin  bəqalığı  ilə 
razılaĢmaq lazımdır.  
Ustad çox zaman Nəsiminin “əməldir azuqən, bu yolda cismin bəsləmə” kəlamını yada salırdı. 
Nəfslə  mübarizəyə  “böyük  cihad”  deyən  pirlərin  kəlamlarına  söykənən  Böyük  bəy  “eĢq 
qafiləsi”nə  yetmək  üçün  bu  mübarizədən  keçməyin  zəruri  olduğunu  açıqlayırdı.  “Özü  ilə 
döyüĢüb, özünə qalib gələ bilməyən heç nəyə nail ola bilməz” fikrini deyən Böyük Bəy “kim 
nəyin əsiridirsə onun da quludur” kəlamını yada salırdı. Eyni zamanda “Allah qulu” ifadəsinə 
gəldikdə o, “Biz heç kimin yox, Allahın qullarıyıq. Allahın qulu ən azad insandır, çünki Allah öz 
qullarını azad  yaradıb  və  ona  azadlıq verib”  söylərdi.  Bu  dünyanın  özünü  o,  Ruhun  azadlığı 
üçün “sınaq məkanı” sayırdı. Ələst bəzmindən bu yana Ruhun azadlığını axtarmasını söylərdi.  
  
SĠRR ĠÇĠNDƏ SĠRR  
Gücilən deyil, əzizim, bu, Ģəhabi-eĢqdir, eĢq, 
 
O, hər bərqi-nəxlimə odun yığanə gəlməz. 
 
(Əbülqasim Nəbati) 
 
“Allaha eĢq təkcə söz deyil, həm də əməldir. Bu, bir dur ki, onun adına sirr içində sirr deyilir. 
Bu sirr naməhrəm yanında açılmaz. Bu hicranı vüsalından daha gözəl olan bir eĢq, axtarmaq, 
tapmaq,  tanımaq,  aĢiqi  olmaq,  aĢiqini  öldürmək,  əvəzi  özü  olmaq  sirridir.  Bu  sirr  Ġbrahimə 
Ġsmayılı Mina dağına gətirtdi, Musanı dəryadan keçirdi, Yusifi qul ikən Misrə sultan etdi, Ġmam 
Hüseyni Kərbəlaya gətirdi. Bu, eĢq idi - “Həqiqət eĢqi”.  
  
DƏRVĠġLĠK  
DərviĢ könülsüz gərək, 
 
Söyənə dilsiz gərək, 
 
Döyənə əlsiz gərək; 
 
Sən dərviĢ olamazsan. 
 
(Yunis Ġmrə) 
 
DərviĢlik zərrənin tamı axtarıĢıdır.  


DərviĢlik gəzərgilik yox, yol getməkdir. Bu mənada dərviĢ öz içindən Allaha yol axtarır.  
DərviĢ heç zaman mən demir, O deyir.  
DərviĢ alim kimi Allahın varlığına sübut axtarmır, əksinə O-nun varlığını qəbul edir.  
DərviĢ Həqqi dərk etmək istəmir, O-na qovuĢmaq istəyir.  
DərviĢ  üçün  Həqlə  insan  münasibəti  alim-tələbə  münasibəti  yox,  övladla  valideyn 
münasibətidir. Valideyni isə sevərlər. Çünki Həqq-Təala buyurub: “Mən sizə ata-anaızdan da 
mehribanam”.  
DərviĢlik hikmət axtarıĢıdır, pir qapısı tapmaqdır, ədalətli və insaflı olmağı hər Ģeydən üstün 
bilməkdir.  
DərviĢlik Allaha xatir yaranmıĢ hər Ģeyi sevməkdir.  
Böyük  bəyin  təbirincə,  “düĢmənimiz  bizdən  kənarda  deyil,  ən  böyük  düĢmənimiz  Ģüurun 
nadanlığı, nəfsimizdir”. “Nadanlıq qaldıqca bəlalar qalacaq, bəlalar isə həmiĢə fəsad törədər”.  
Böyük bəyin “hər kəsin nadanlığı özündə, həm də bir-birimizə münasibətindədir” deyimi hələ 
çox zamanlar üçün gərəkli olacaq.  
  
BATĠNLĠK  
Sultanlara, xaqanlara baĢ əyməyən əsla 
 
DərviĢ kəramətli qələndər yenə varmı? 
 
(Əlağa Vahid) 
 
Bir O, iki kan və məkan, üç sima, dörd qapı, beĢ lamisə, altı cəhət, yeddi qat, səkkiz giriĢ, 
doqquz səyyarə, on iki bulaq, on dörd hikmət, qırx yar, yetmiĢ iki aĢiq, yüz iyirmi dörd sözçü 
hikmətinə varmaq kamillik zirvəsidir, bəqalıqdır. 
Böyük bəy bunların hikmət qayələrini açmadı. Özü ilə sirr olaraq apardıqları açıqladıqlarından, 
ondan ala bildiklərimizdən çox oldu. Yeddi ilə yetmiĢ qat arasında hikmət dövrəsi, bir dövrə 
sirri, piri-muğan batinliyi, ağ və göy dərviĢlər haqqı, nihan dərviĢlər haqqı, batin və pünhan 
pirlər haqqı - bunlar və hələ eĢitmədiklərim Böyük bəyin pərdə arxasındakı könül dünyasında 
axtardığı, amma sirri verməyə tapa bilmədiyi müridliyində qaldı.  
MürĢid olan Böyük bəy sirlərində özünə mürid oldu.  
  
 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə