ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   2   3   4   5   6   7   8   9   ...   43

EġQ ODU  
Üzün tutub divarə zahid hərdən qan-yaĢ tökər, 
 
AĢiqin yoxdu divarı, didarə üzün döndərmiĢ. 
 
(ġah Ġsmayıl Xətayi) 
 
Böyük bəyin anlamında eĢq kamilliyin kürəsi idi və nə qədər ki eĢqin yanğısı canda yoxdur, 
hələ  qafillik səadəti içində  qalmaq  olar.  EĢq  yanğısı ilə  axtarıĢ baĢlanır, aĢiqin,  məĢuqluğun 
əzabları gəlir, insan olmağa, oradansa kamilliyə doğru yürüĢ baĢlanır.  
Böyük  bəyin  fikrincə,  eĢq  izah  olunmaz  və  Böyük  bəy  “eĢq  nədir?”  sualı  önündə  Mövlana 
Cəlaləddin  Ruminin  bircə  kəlmə  “Mən  ol  da,  bil”  cümləsini  xatırladardı.  EĢq  kürəsində 
yandıqdan  sonra  insanı, görünən  nə  varsa  hamısını sevməmək  mümkün  olmur.  Allaha  olan 
eĢq səni hamını, hər Ģeyi, ancaq və ancaq sevməyə vadar edir. Bu yanğıdan keçəndən sonra 
bəĢərin içindəki “Ģikəst olanlar”ı daha çox seviərək eĢqinlə onun “dərd”lərinə çarə axtarırsan.  
Böyük bəy “bu məqamda heç kimi düĢmən görə bilmirsən, hətta düĢmənini dostundan daha 
çox sevməyə məhkum olursan” deyərdi. Onun təbirincə, “dostu sevməyə nə var ki? DüĢməni 
sevməyi bacarmaq lazımdır”.  
Böyük bəy Allah eĢqinə hamını sevdi, bunu bacardı...  
  
ÖZÜNÜ OXU, ÖZ YANINDA OL  
Mən səni cismimdə heyran eylərəm.
  
(Nəsimi) 
 
Böyük  bəy  “batin  təlimin  ən  böyük  kitabı  özünsən,  özünü  oxu,  özünü  oxumaq  üçünsə  öz 
yanında ol” kəlamını söylədi. Bu, Həqq inayətidir və onu kitab sənə verə bilməz; əgər hər kəs 
özünü oxuyub öz yanında ola bilsə bəĢərin əzab və nadanlığı sona çatar.  
“Özünü  oxumusanmı?”  sualı  önündə  aylarla  düĢündüm.  “Nədən  baĢlayım,  necə  edim?” 
sualına  cavab  axtardım. “DüĢün,  Ruhunun  sənə  dediklərinə  qulaq  as,  həyata tətbiq  et,  heç 
kimə qəzəb, kin göstərmə, ən çətin anda səbat, dözüm, səbr istə. Bundan keçir onun yolu. 
Əgər bacarsan bu haqda danıĢarıq”.  
Bir  dəfə  Böyük  bəyə  “filan  yerdə  idik,  filankəs  belə  dedi”  cümləsini  söyləyəndə  “o,  özünü 
təsdiq edib, bəs siz harada idiniz?” sualını verdi və əlavə etdi: Öz yanınızda olun, çünki ancaq 
bu  zaman  özünüzü  təsdiq  edəcksiniz.  ÇalıĢın,  kiminsə  özünü  təsdiqinə  yox,  öz  təsdiqinizə 
çalıĢın”.  
Böyük  bəyin  anlamına  görə,  təsdiq  imtinadan,  ibadətdən,  namazdan,  zikrdən,  sözə,  əhdə, 
ərkana  vəfadan  keçir.  Peyğəmbərlərin,  övliyaların,  əməlisalehlərin  məqamı  kimi  uca 
məqamlar bunlarla qazanılır.  


QAPALI DAĠRƏ  
“Gördüyünü gözün ilə 
 
Söyləmə sən sözün ilə. 
 
Ondan sonra bizim ilə 
 
Olasan mehman” dedilər. 
 
(ġah Ġsmayıl Xətayi) 
 
“Dövrədə  oturmaqda  sirr  var  və  dövrədə  baĢlanğıc  və  sonun  bilinməməsi  onun  sirridir. 
Dövrədə oturmaq yuxarı - aĢağı tərəfin yoxluğudur. Dövrədə oturmaq hamının birliyi, həm də 
bərabərliyidir. Dövrə kainatdan, həm də özündəki zərrəyə qədər yol anlamına gələr. DərviĢin 
zikr  və  siması  həmin  dövrənin  sirr  və  sübutudur.  Ruhun  dili  və  cinsi,  milləti  olmadığı  üçün 
insanlarla  danıĢmaq  üçün  heç  də  adi  dil  danıĢığı  gərəkməz.  Əksinə,  sirr  sahibi  olduqca  və 
həmin sirr yaĢadıqca danıĢmayacaqsan”.  
Böyük  bəy  Mövlana  ġəmsin:  “And  olsun  Allahın  izzəti-cəlalına,  bütün  bəĢər  saqqalımdan 
asılsaydı,  ağzım  açılmazdı;  Ruminin  vücudunun  bərəkətindəndir  ki,  bu  xalq  bizdən  beĢ-altı 
kəlmə eĢidir” kəlamını yaddaĢımıza həkk etdi. “O-nu axtaracaqsan, amma sonda görəcəksən 
əlyetməz məsumluq, sübhanlıq içindədir. Odur ki, uĢaq üstünə acıqlanma - biz günahı olanlar 
saf, məsum uĢağın üstünə nə haqla səsini qaldıra bilər? “. 
  
QOVUġMAQ HƏSRƏTĠ  
Ümidim kəsməzəm gər qiyamətdə görəm səni, 
 
Qiyamətdə görməsəm onda gəl gör qiyaməti 
 
(Məhəmməd Füzuli) 
 
“Zərrə tama qovuĢacaq. Bəqa ölçüləri fəna ölçüləri Ģəklində düĢünülməz. Bəqa ruhi olduğuna 
görə də ruhi ölçülər anlamına uyğun gəlir. Bu ölçülər isə ancaq O-na aiddir. Həqqin ölçüsü 
cism içindəki ölçülər deyil. Cism olaraq onu görə bilməyəcəyik”. Sonra isə...  
Böyük bəy həzrəti-Musanın (s.) Həqq-təalaya (c.c.) “mən Səni görmək istəyirəm” xitabını və 
cənabi-Həqqin  “ya  Musa,  nə  qədər  cismsən  -  məni  görə  bilməzsən,  o  zaman  ki  məni 
görəcəksən,  artıq  sən  məni  yox,  özüm  özümü  görəcəyəm”  nidasını  xatırlatdı.  Odur  ki, 
Mövlana  Füzuli cənabi-Həqqə “ya  bilmərrə  əlimi kəs ətəyindən,  ya yetir məni qafileyi-eĢqə” 
deyə üz tutdu.  
 
 
 
 
 
 
 


ABBAS MUSAYEV. Elçibəylə iki söhbət 
 
“Cəmiyyətin idarə olunmasının elmi əsasları - əks əlaqənin yeri” məqaləsi üzərində iĢləyərkən 
insanlararası  əks  əlaqənin  cəmiyyətin  idarə  olunmasına  təsiri  haqda  bir  müasir  Amerika 
aliminin  yeni  nəzəriyyəsi  ilə  rastlaĢdım.  Alimin  təbiətdə  mövcud  sistemlərarası  əks  əlaqəni 
mürəkkəbliklərinə  görə  səkkiz  dərəcəyə  bölməsi  ideyası  Elçibəylə  vaxtilə  apardığım  bir 
müzakirəni  -  Azərbaycan  Cümhuriyyətinin  bayrağındakı  rənglərin  və  ulduzun  məna  çalarları 
haqqında  söhbəti  yadıma  saldı.  Bu  nəzəriyyədə  rast  gəldiyim  fikirləri  Bəyin  səkkizguĢəli 
ulduzumuzla bağlı verdiyi izahatlarla müqayisə etdikdə bir çox oxĢar cəhətlərin varlığını yəqin 
etdim.  Ġdeyanın  Elçibəy  üçün  ikiqat  maraqlı  olacağını  düĢündüm.  Bəylə  görüĢüb  bu  haqda 
fikir mübadiləsi etmək qərarına gəldim.  
Nəhayət,  qeyd  olunan  nəzəriyyənin  əsasən  insan  cəmiyyətinə  -  onun  idarə  olunmasına  aid 
hissəsini öz yanaĢmam da daxil olmaqla ümumiləĢdirərək Bəyin qəbulunda oldum.  
Bu  görüĢ  haqda  xatiratımı  bu  gün  ancaq  sərbəst  (standartlardan  fərqli)  formada  yazmaq 
imkanındayam. Bu baxımdan yazı hərəsi bir görüĢə aid olmaqla iki hissədən ibarətdir. Birinci 
yazı  bayrağımızdakı  əlamətlərlə  bağlı  mənim  sorğuma  Bəyin  verdiyi  izahat  əsasında,  ikinci 
yazı  isə  birinci  yazıda  irəli  sürülən  fikirlərin  müasir  elmdə  necə  əks  olunmasına  (özünü 
tanımasına)  bizim  birgə  baxıĢımız  əsasında  ortaya  çıxmıĢdır.  DüĢünürəm  ki,  bu  yazılara 
mənim Bəy haqqında xatiratımdan çox bizim birgə yazımız kimi baxmaq daha doğru olardı. 
BĠRĠNCĠ SÖHBƏT 
Azərbaycan  xalqı  1918-ci  ilin  28  mayında  Azərbaycan  Cümhuriyyətinin  (AC)  timsalında  öz 
müstəqil dövlətini bərpa etdikdən sonra AC dövlətinin ilk iĢlərindən biri dövlətçiliyin simvolları 
olan  dövlət  bayrağını  və  gerbi  yaratmaq  olmuĢdur.  Bu  məqsədlə  xalqımızın  tarixi-mənəvi 
köklərinə - ilk növbədə Elxanlılar dövlətinin bayrağına müraciət edilmiĢdir. ADR-in qəbul etdiyi 
üçrəngli  bayrağın  böyük  bir  hissəsi  -  qırmızı  parça  üzərində  aypara  və  səkkizguĢəli  ulduz 
Elxanlılar dövlətinin bayrağında da eynən vardı. 
Dövlətin  etnik  baxımdan  türk,  din  baxımından  müsəlman  dövləti  olduğunu  bildirən  göy  və 
yaĢıl boyalar da əlavə olunmaqla Cümhuriyyətin mahiyyətini tam əks etdirən yeni bir bayraq 
ortaya qoyulmuĢdur. 
Maraqlıdır  ki,  Elxanlıların  bayrağındakı  səkkizguĢəli  ulduzun  özü  qədim  türklərin  dini-fəlsəfi 
görüĢlərinin  ifadəsidir.  Belə  ki,  qədim  türklər  dünyanın  iĢıqlı  və  qaranlıq  olmaqla  Yer 
səthindən həm yuxarıda, həm də aĢağıda yerləĢdiyini və onların hər birinin də insan ruhunun 
məskən sala bildiyi səkkiz göydən ibarət olduğunu qəbul edirdilər.  
Əski türklərin düĢüncələrinə görə, ölən insanların ruhu onların sağkən Yer üzərində etdikləri 
əməllərinə uyğun olaraq bu göylərə (yarımdünyalara) qalxmaq imkanı əldə edir və ya düĢmək 
zorunda  qalır  (nağıllarımızı  yada  salaq).  YaxĢı  əməl  yiyələrinin  ruhları  Yer  səthindən 
yuxarıdakı göylərə - iĢıqlı dünyaya köçür. Ən uca göylərə ən kamil insanların ruhu qalxa bilir. 
Pis əməl sahiblərinin ruhları qaranlıq dünyaya düĢür və daim Yerin ağırlığını öz üzərində hiss 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə