ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   2   3   4   5   6   7   8   9   ...   43

edir.  Ġnsan  nə  qədər  çox  pis  iĢ  görübsə  onun  ruhu  da  bir  o  qədər  dərin  qaranlıq  dünyaya 
çökür və ən ağır əziyyətlərə (təzyiqlərə) uğrayır. 
Ġnsanın  əməllərinin  ruhu  ilə  bağlılığını  biz  sonradan  yaranan  dinlərdə  də  görürük:  Xeyirlə 
ġərin mübarizəsi (Avesta), BehiĢt və Cəhənnəm dünyaları (Tövrat, Ġncil, Qur’an) və s. 
Qədim  türklərin  dinlərində  (eləcə  də  sonrakı  dinlərdə)  ruh  dünyalarının  iki  əks  qütbə 
bölünməsinin  insanlar  üçün  böyük  tərbiyəvi  əhəmiyyəti  vardır.  Bununla  insanlar  gələcək 
ruhlarının  azadlığı  üçün  gözəl  iĢlər  görməyə  həvəsləndirilir.  Eyni  zamanda,  hər  bir  insan 
ölmüĢ  valideynlərinin  (əzizlərinin)  ruhlarının  əzab-əziyyətini  (qaranlıq  dünyaya  düĢmüĢlərsə; 
bunu  isə  heç  kim  bilə  bilməz)  azaltmaq  üçün  onların  adı  ilə  bağlı  xeyirxah  iĢlər  görməyə 
çağırılır. 
Dini fəlsəfə kimi formalaĢdırılmıĢ bu dünyagörüĢü əslində insanların, hər Ģeydən öncə, sağkən 
əqli cəhətdən, əməllərinə və bacarığına görə fərqləndirilməsinə hüquqi əsas verməklə yanaĢı, 
bu  insanların  cəmiyyətdə  eynihüquqlu  olduğunu  bildirmək  məqsədi  də  daĢımıĢdır.  Bu  fikir 
ulduzun  guĢələrinin  identikliyində  (eyniliyində)  öz  əksini  tapmıĢdır.  Bu  dünyagörüĢü 
mahiyyətcə  insanları  daim  hərtərəfli  kamilləĢməyə  çağırır.  Bu  arada  Bəy  mənim 
“Azərbaycanda Ġnsan  ĠnkiĢafı konsepsiyası” adlı məqaləmi (əlyazmasını) yada  saldı  və qeyd 
etdi ki,  ulu  babalarımızın  bu kamilliyə  çağırıĢı indiki  dövrdə  də öz  əhəmiyyətini itirməyib  və 
hətta bu gün BMT-nın Ġnsan ĠnkiĢafı Proqramının tələbləri ilə səsləĢir. 
ĠKĠNCĠ SÖHBƏT 
Son dövrlərdə elmlərin (məsələn, kibernetika elminin) nəticələrini tətbiq etmək yolu ilə insan 
cəmiyyətinin  inkiĢafını  idarə  etmək  geniĢ  yayılmıĢdır.  Amerika  alimi  Bouldinq  insan 
cəmiyyətinin  istənilən  fəaliyyət  formasında  idarə  olunmasının  səmərəli  mümkün  yollarını 
müəyyənləĢdirmək  üçün  bütün  mövcud  sistemləri  onların  üzvləri  arasındakı  qarĢılıqlı  əks 
əlaqənin  mürəkkəbliklərinə  görə  səkkiz  sinfə  -  səviyyəyə  bölür.  Bu  bölgüyə  görə,  yeddinci 
səviyyədə  insan,  səkkizinci  səviyyədə  isə  dövlət  də  daxil  olmaqla  sosial  təĢkilatlar  yerləĢir. 
Göründüyü kimi, bu bölgüyə əsasən, əks əlaqə fərdlərdə və sosial təĢkilatlarda ən güclüdür. 
Əks əlaqənin vəziyyəti sistemin mükəmməllik dərəcəsi olub, onun halını müəyyənləĢdirir: əks 
əlaqə  zəif  olarsa  sistemin  inkiĢafı  da  zəif  olar  və  ən  sonda  sıradan  çıxar.  Sosial  təĢkilata 
sistemdə  toplanan  insanların  bilavasitə  əlaqə  kanalları  vasitəsilə  bir-biri  ilə  bağlılıqlarının 
yığımı  kimi  baxılır.  Alimlərin  bu  istiqamətdəki  iĢləri  sistemlərin  ümumi  nəzəriyyəsinin  ortaya 
çıxmasına səbəb olmuĢdur. Onların “əks əlaqə”ni maĢınlar, heyvanlar və insanlar üçün ümumi 
olan və tənzimlənmənin prinsipi kimi izah etmələri ilə idarəetmə fəaliyyətinin öyrənilməsinin 
əsası  qoyulmuĢdur.  Bu  nəzəriyəyə  görə,  cəmiyyətin  idarə  olunmasının  öyrənilməsi  üçün 
cəmiyyətin  özünə  bütövlükdə  bir  sistem  kimi  baxılması  lazım  gəlir  və  qəbul  edilir  ki,  bu 
sistem, ən əvvəl, yerləĢdiyi ərazidə ətraf mühitlə birgə daha böyük sistem əmələ gətirməklə 
yanaĢı, özü də daha kiçik sistemlərdən (məsələn, ayrı-ayrı adamlardan, ailələrdən və s.) təĢkil 
olunmuĢdur. 
Məlumdur  ki,  canlı  orqanizmlərdən  fərqli  olaraq,  təbii  cansız  varlıqlar  özlərini  qoruyaraq 
yaĢamaq  qabiliyyətinə  malik  deyil.  Əks  əlaqə  cansız  obyektlərdə  olmur,  yəni  bunlar  sistem 
əmələ  gətirmir.  Əks  əlaqə  obyektin  öz  varlığını  saxlamaq  Ģərti  ilə  sistem  əmələ  gətirmək 


bacarığını ifadə etməsidir (maĢınlarda əks əlaqə insanın verdiyi proqram əsasında baĢ verir, 
onlar cansız varlıq olaraq özlərini müstəqil təbii qoruma bacarığında deyil).  
Özünü xarici qüvvələrdən qorumağı bacarmayan insan (cəmiyyət də) cansız varlıqlara daha 
çox bənzəyir. Ġnsan orqanizminə sistem olaraq baxdıqda belə onun üzvləri arasında əks əlaqə 
yoxdursa  o,  yaĢamaq  qabiliyyətindən  məhrum  olur.  Cəmiyyət  də.  Onu  təĢkil  edən  insanlar 
arasında  qarĢılıqlı  ünsiyyət  əlaqəsi  olmadıqda  belə  cəmiyyətin  yaĢaya  bilmək  ehtimalı  xeyli 
azalır.  Bu  ehtimal  qarĢılıqlı  ünsiyyət  əlaqələrinin  gücü  ilə,  demək  olar,  mütənasibdir.  Bu 
düstur tarix boyu özünü doğruldub. 
Bouldinq  insanlar  dedikdə,  çox  güman  ki,  kamil  insanları  nəzərdə  tutmuĢdur.  Bunu  onun 
insanların  təĢkil  etdiyi  sosial  təĢkilatları  ən  yüksək  pillədə  yerləĢdirməsi  də  təsdiqləyir.  Bu, 
yaxud baĢqa sosial təĢkilatları yaradıb birgə fəaliyyət göstərmək həm bu insanların, həm də 
bütövlükdə cəmiyyətin kamilliyinə dəlalət edir. Təbii ki, ətrafda baĢ verən hadisələrə biganə 
qalan  hər  hansı  sosial  təĢkilatda  fəaliyyət  göstərməyən  insanı  kamil  saymaq  olmaz.  Buna 
imkan verməyən (nail olmayan) cəmiyyət isə kamil (baĢqa sözlə, demokratik - Ə.E.) sayılmır. 
Bu  baxımdan  deyə  bilərik  ki,  kamil  cəmiyyətdə  insanlar  öz  kamillik  dərəcələrinə  uyğun  əks 
əlaqəyə malik olduqlarından, real həyatda uyğun səviyyələrdə də özlərinə yer tapırlar. Bir də, 
Ġndoneziya adalarında bu gün də yaĢayan ibtidai insanları, Qvineya cəngəlliklərindəki hələ də 
adam yeyən insanları kosmosu fəth edən insanlarla eyni səviyyədə tutmaq, əlbəttə, mümkün 
deyil - heç bir dərəcələmə ilə buna yol vermək olmaz. Bu insanlar bir çox məsələlərdə digər 
canlıların bəzilərindən də zəif əks əlaqəyə malikdir.  
Bütün bu deyilənlərə əsaslanaraq belə hesab edirik ki, qədim türklərin insanları fərqləndirmək 
bölgüsündə  “insanlar”  sözü  “canlı  aləm”  lə  əvəz  edilsə  qədim  türk  bölgüsünün  bugünkü 
elmdə adamlararası əks əlaqəyə görə aparılan bölgü ilə eyni olduğunu görərik. Bu əvəzetmə 
isə  mümkündür.  Doğrudan  da,  insanları  ətrafda  baĢ  verən  hadisələrə  reaksiyasına  görə 
fərqləndirməyə çalıĢsaq  gerçəklikdə  görərik  ki,  Bouldinq  bölgüsündə ən  aĢağı  sinifdə ibtidai 
canlı orqanizmlərə xas əlamətləri olan insanlara (məsələn, ətraf mühitə, demək olar ki, heç 
bir  reaksiya  verə  bilməyən  insanlara)  rast  gəlmək  mümkündür,  yəni  insanların  müasir 
bölgüsü (fərqləndirilməsi) ilə onların qədim türk bölgüsü (fərqləndirilmələri) arasında, demək 
olar  ki,  eynilik  (oxĢarlıq)  var.  Əlbəttə,  qədim  türklərin  bu  nəticələrinin  hansı  elmi  əsaslara 
söykəndiyini  deyə  bilməsək  də  bu  oxĢarlıq  ulu  babalarımızın  yuksək  elmə  (məntiqə)  malik 
olduğunu təsdiqləyir.  
Elçibəy söhbətimizi yekunlaĢdıraraq dedi:  
-Belə bir nəticə də çıxır ki, sosial qurum olaraq hər bir dövlət ilk növbədə öz xalqı ilə sistem 
əmələ gətirməlidir. Əks halda, yəni dövlət - xalq əks əlaqəsi olmazsa və ya pozularsa dövlətin 
cəmiyyəti  idarə  etmək  imkanı  məhdudlaĢar,  cəmiyyət  (eləcə  də  dövlətin  özü)  baĢqa 
qüvvələrin təsiri altına düĢər və dövlət yıxılar, cəmiyyət dağılar. Bunun qarĢısını almaq üçün 
dövlətlər  müəyyən  qüvvələrə  (məsələn,  kimisi  polisə,  kimisi  partiyalara)  söykənməklə  bu 
əlaqəni  daim  saxlamağa  çalıĢır.  Ancaq  demokratik  cəmiyyət  belə  bir  əlaqənin  sabitliyinin 
əsasıdır.  Elə  buna  görədir  ki,  demokratikliyə doğru  yönələn  mütərəqqi  cəmiyyətlərin  ictimai 
qurumlarının  yaradılmasına  meyl  həmiĢə  olmuĢdur.  Bütün  yeni  yaranan  dövlətlərin  hər  biri 
cəmiyyətdə  sabitliyə  nail  olmaq  üçün  xalqla  dövlət  arasında  əks  əlaqənin  yaradılması  və 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə