ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   2   3   4   5   6   7   8   9   ...   43

möhkəmlənməsi  məsələsini  özlərinə  məxsus  üsullarla  həll  etməyə  çalıĢır.  Bu  baxımdan 
cəmiyyətə rəhbrlik  edənlərin  ən  vacib  iĢi xalqla öz  arasında əks  əlaqəni qoruyub saxlamaq, 
inkiĢaf etdirməkdir. Buna biganə qalanın ömrü uzun ola bilməz. (Bu sətirləri yazarkən istər-
istəməz AXC təĢkilatının yarandığı, keçib-gəldiyi zamanda təĢkilatda əks əlaqənin dinamikası 
və bugünkü durumu haqda düĢünməli oldum).  
Bəyin sözünə ara verərək bir qədər fikrə getməsindən istifadə edib sükutu pozdum və əlavə 
etdim  ki,  Bəy,  cəmiyyətin  idarə  olunması  iĢi  təĢkilatlardan  keçir,  odur  ki,  təĢkilatların  öz 
daxilində - üzvlərarası əks əlaqənin vəziyyətinə xüsusi fikir verilməlidir. 
Bu  sözümdən  sonra  Bəy  təsdiqləyici  nəzərlərlə  mənə  baxdı  və  tanıĢ  tərzdə  dodaqaltı  çox 
mənalı gülümsündü. Oturduğu kürsüdən sıçrayıb durdu, otaqda gəziĢməyə baĢladı. 
Nəticə  əvəzi.  Sonuncu  nöqtəni  qoyarkən  istər-istəməz  Elçibəyin  aramızdan  ildırım  sürətilə 
getməsi nəzərimdə canlandı və sanki o gündən bu günə ünvanlanan səsini eĢitdim: 
-Qoy hər kəs öz payını götürsün!  
25.08.2000 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


ALLAHVERDĠ ZAMANLI (DÖNMƏZ). Qarabağın tələbə qonağı 
Azərbaycanın hər qarıĢ torpağını canından əziz tutan Əbülfəz Elçibəyin Qarabağın iĢğalından 
sonra keçirdiyi əzabların hamımız Ģahidi olmuĢuq.  
Bəzi  siyasi  dəllallar  istədilər  ki,  Bəyi  bölgəçilikdə  günahlandırıb  onun  qarabağlılarla 
münasibətini korlasınlar. Ancaq bu iftiraların ömrü sabun köpüyününkü qədər oldu...  
Mən Kəlbəcərin Zülfüqarlı kəndində doğulmuĢam, 48 yaĢım var. Əbülfəz Elçibəyin qardaĢları 
Murad  və  Almuradın  Tutqunçay  vadisindəki  13-14  illik  ömür  yolu  gözlərim  önündə  keçib. 
Biçənəklərimizə  yolların  çəkilməsinə  kömək  etdiklərinə,  kəndimizin  bütün  xeyir-Ģər  iĢlərinə 
yaxından qatıldıqlarına, elimizə qaynayıb-qarıĢdıqlarına görə camaatımız arasında onlar böyük 
hörmət qazanmıĢdılar.  
Bəyin  vəfatının  6-cı  günü  yas  yerində  Murad  və  Almurad  bəylərlə  həmin  günləri  bir  də 
xatırladıq.  Kəlbəcərdən  söz  düĢəndə,  elə  bil,  onların  ikisinin  də  yarasının  qaysağı  təzədən 
qopdu.  
Öncə Murad bəy dilləndi: 
-Həyatımızın ən gözəl çağları sevimli Kəlbəcərdə keçib. Ġnanın, ora uĢaqlı-böyüklü hamımızın 
yaddaĢında  ikinci  ana  yurdumuz  kimi  qalıb.  1959-cu  ildən  1973-cü  ilədək  o  camaatla  bir 
yerdə olmuĢuq.  
Biz  Dəlidağın  ətəyindəki  Bəylik  sovetliyinin  TirkeĢəvənd  kəndinin  ərazisində  yerləĢmiĢdik. 
Burada  dağ  mədənlərində  faydalı  qazıntı  yataqlarının  aĢkarlanması  üçün  iĢlər  aparırdıq. 
Dağlarda  maĢın  yolu  olmadığından,  texniki  vəsaitləri  Kəlbəcərdən  50-60  km  məsafəyə  atla 
daĢıyırdıq.  
Kəlbəcərdə  Kamran  kiĢinin  həyəti  bizim  “baza”mız  idi.  Hər  bir  avadanlıq  Bakıdan  oraya 
gətirilir, biz də oradan atla aparırdıq.  
Sonralar  öhdəmizdəki  buldozer-traktorların  və  partlayıcının  köməyi  ilə  Tuneldən  yol 
çəkiliĢində,  Zülfüqarlı,  AbdullauĢağı,  Moz,  Qaraçanlı  kəndlərinə  yol  salınmasında  yaxından 
iĢtirak etdik. Əslində bizə aid olmayan bu iĢi camaata kömək məqsədi ilə özümüz iĢdən əlavə 
vaxtda təmənnasız edirdik.  
Təəssüflər  olsun  ki,  o  vaxtlar  kolxoz  sədri  iĢləyən  Əvəz  ġükürov  etdiyimiz  yaxĢılıqların 
üstündən xətt çəkdi, 1993-cü ilin iyun qiyamından sonra bizə Ģər, böhtan atdı. Əlbəttə, biz 60 
min qədirbilən kəlbəcərlini Əvəz ġükürov kimiləri ilə müqayisə etmək fikrində deyilik. Oranın 
yaĢlı camaatı bizi çox yaxĢı tanıyır. 
Burada Almurad bəy duruĢ gətirə bilmədi: 
-Nə  danıĢırsan?!  Qəhrəman  kiĢini,  geoloq  Qanboyu,  Molla  Məhəmmədi,  Qəzənfəri,  Nazlı 
xalanı, Kamran kiĢini, Qaçay Əsgərovu, Lətifi, Qaraçanlı Misir kiĢini, ġikarı, Cəlalı, Hüsü kimi 


kiĢiləri  deyirsən  yəni  Əvəz  ġükürovla  müqayisə  edək?  Atdığı  böhtanlara  görə  də  bir  Əvəz 
bilsin, bir də Allah!  
Söhbətin bu yerində Murad bəy Əbülfəz Elçibəylə Xudu Məmmədovun dostluğundan bir xatırə 
söylədi. 
1959-cu ildi.  
Bəy 5-ci kursda oxuyurdu. Dərslər qurtardığından, mənim ailə-uĢağımı da götürüb Kəlbəcərə 
gəlmiĢdi.  Rəhmətlik  Xudu  Məmmədov  da bizim yanımızda dincəlirdi. Tələbə Əbülfəzlə  Xudu 
müəllimin  dostluğu  çox  möhkəmdi.  Onlar  bir  yerdə  Azərbaycanla  bağlı  siyasi,  elmi 
mövzularda  danıĢır, bəzən  də ən  müxtəlif məsələləri müzakirə  edə-edə  qızğın  mübahisə  də 
aparırdılar.  
O vaxtlar rəhmətlik Mirəli QaĢqay da orada bir heyətlə elmi axtarıĢlar aparırdı. Demək olar ki, 
bunlar həmiĢə bir yerdəydilər.  
Xudu müəllimlə Əbülfəz iki ay istirahət edib Bakıya qayıtdılar. Onların dostluğu Xudu müəllim 
dünyasını dəyiĢən günədək davam etdi.  
Təəssüflər olsun ki, bəzi qara fikirli adamlar Elçibəyi qarabağlılara soyuq yanaĢmaqda ittiham 
eləmək istədilər. Belələri daha çox 1993-cü ilin iyun qiyamında üzə çıxdı. Surət Hüseynovla, 
Saday  Nəzərovla  bir  yerdə  milli  dövlətə,  qanuni  hökumətə  qarĢı  mübarizə  aparan  Əvəz 
ġükürovlar,  heyf ki,  ədalətli  cəzadan  qıraqda qaldılar.  Yəqin  ki,  bunun  da  “zamana  ehtiyacı 
var”.  
Ġnanın  ki,  Kəlbəcər  iĢğal  olunanda  bizim  ailəmiz  yas  içindəydi.  Bəy  bir  həftə  çörək  yeyə 
bilmədi. Düzdür, Azərbaycanın hər qarıĢı bizə əzizdir, ancaq Kəlbəcərə daha çox isiniĢmiĢdik. 
Son kəlməsi “Azərbaycan” olan Əbülfəz Elçibəyi regionçuluqda günahlandıranlara qoy Allahın 
rəhmi gəlsin. 
28.08.2000
 
 
 
 
 
 
 
 


ALMAZ ƏLĠQIZI. O yol bizim yolumuzdur! 
Tanrı  tərəfindən  seçilən  insanlar  dünyaya  gələndə  həmiĢə  ya  möcüzələr  baĢ  verir,  ya  da 
həmin  seçilmiĢlər  insanların  əzablara  düçar  olduğu  vaxtlarda  dünyaya  gəlir.  Elçibəy  də 
dəhĢətli  illərdə  -  insanların  danıĢan  dili  kəsilən,  düĢünən  beyini  oyulan,  evlərin  ocaqları, 
iĢıqları  söndürülən  bir  vaxtda  dünyaya  göz  açdı.  Tanrı  öz  Elçisini  göndərdi  ki,  pozulmuĢ 
nizamları yavaĢ-yavaĢ öz yerinə qoysun... 
Bu  yazıda  mən  Böyük  Elçibəyin  siyasi  xadim,  ümummilli  lider,  türk  dünyasının  dahi  öndəri 
olaraq pozulmuĢ nizamları necə qaydaya salmasından yox, milli mücadilədə neçə illər çiyin-
çiyinə  addımladığım  və  bundan  hədsiz  qürur  duyduğum  azman  bir  ĠNSANla  bağlı  bəzi 
xatirələrimi canlandırmaq istəyirəm. 
...Xalq Cəbhəsi üzvlərindən birinin toyuna həyat yoldaĢımla birgə getmiĢdim. Əbülfəz bəy də 
toya gəlmiĢdi. Onunla görüĢüb qonĢu masada əyləĢdik.  
Məclisin  baĢlanmasından  təxminən  bir  saat  -  saat  yarım  keçmiĢ  Əbülfəz  bəy  soruĢdu  ki, 
Almaz xanım, nə üçün bəyinizi mənimlə tanıĢ etmirsiniz?  
Doğrusu,  bunu  könlümdən  keçirirdim,  ancaq,  nədənsə,  çəkinirdim.  YoldaĢım  Bəyin  yanına 
getdi  və  əl  tutaraq  onunla  görüĢdü.  Bəy  onu  sanki  illərin  dostu  imiĢ  kimi  çox  səmimi  və 
istiqanlılıqla qarĢıladı.  
Bəyin ilk sözləri bu odlu:  
-Ġslam bəy, mən sizi çox gözəl anlayıram - hərəkatçı, mübarizə aparan bir qadının əri olmaq 
hər oğulun iĢi deyil. Bilirəm ki, sizin üçün çox çətindir. Ancaq indi təsəvvür edin ki, bizə necə 
çətindir - belə qeyrətli qadınlarımız, xanımlarımız mübarizəyə qoĢulubsa biz meydandan çəkilə 
bilərikmi? Biz onlara baxıb daha cürətli və dönməz oluruq. Ġnanıram ki, qadınlarımızın zəhməti 
hədər getməyəcək! 
Əbülfəz  bəydən  bu  sözləri  eĢidəndə  fikirləĢdim  ki,  insanda  da  bu  qədər  geniĢ  ürək, 
təvazökarlıq  olarmı?!  Milli  azadlıq  hərəkatının  lideri,  bütün  həyatını  millət  və  Vətən  naminə 
məĢəqqətlər  içərisində  keçirmiĢ  bir  insan  deyir  ki,  biz  xanımlarımıza  baxıb  daha  da  mətin 
oluruq! 
Ümumiyyətlə,  Əbülfəz  bəydə  belə  bir  keyfiyyət  vardı  -  özünün  bütün  nailiyyətlərini, 
qələbələrini  səxavətlə  silahdaĢları  ilə  bölüĢürdü.  Heç  vaxt  “mən”  yox,  “biz”  deyərdi.  (“Mən” 
ona baĢqalarının günahlarını öz üzərinə götürəndə lazım olurdu...).  
Qadınlarımızın  gördüyü  hətta  adi  bir  iĢi  də  tərifləyərək  hamının  gözündə  fovqəladə  bir 
hadisəyə  çevirirdi.  Tam  cəsarətlə  deyə  bilərəm  ki,  istər  elm  və təhsillə,  istərsə  də  siyasətlə 
məĢğul  olduğum  bu  illər  ərzində  mən  Əbülfəz  bəyin  qadınlarımıza  bəslədiyi  səmimi 
münasibəti - onun sonsuz ehtiram və nəzakətini, qayğı və nəvaziĢini heç kəsdə görməmiĢəm! 
Millətin  anası,  bacısı  və  qızı  kimi  dəyərləndirdiyi  hər  bir  qadınımız  onun  gözlərində 
müqəddəsdi  və  onlara  münasibəti  də  peyğəmbəranə  Ģəffafdı!  O,  qadına  məhz  qadınlığına 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə