ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

bilərdi - Əbülfəz Elçibəy! Hər bir Azərbaycan gəncini öz övladı kimi sevən BƏY! Hər istəyimizi 
yerinə yetirən BƏY! Bizə kiĢilik öyrədən BƏY! 
Bir dəfə ondan soruĢdum:  
-Bəy,  niyə  hər  gənclik  təĢkilatının  (hətta  Sizi  söyənlərin  də)  ən  kiçik  tədbirlərinə  belə 
qatılırsınız? Axı adiləĢirsiniz, nüfuzunuza zərbə dəyir? 
-Mən qatılmasam onlar təĢkilatlanmayacaq axı. Mən isə istəyirəm gənclik təĢkilatlansın - məni 
söyən də, məni sevən də.  
Bu idi Əbülfəz bəyin gəncliyə münasibəti!..  
24 aprel 1999-cu ildə Azərbaycanda 40-dan artıq gənclik təĢkilatı Əbülfəz bəyin iĢığına yığıĢıb 
Bütöv Azərbaycan Gənclər Gününü elan etdi. Həmin gün Əbülfəz bəyin hüzurunda bəzilərimiz 
ona  siyasət  dərsi  keçmək  istədik.  Hətta  ona  düz  yolda  olmadığını  baĢa  salmaq  istəyində 
bulunanlar da oldu. Belələrinə sərt cavab vermək istəyimizin qarĢısını aldı Bəy:  
-ĠĢiniz yoxdur, zamanında hər Ģeyi baĢa düĢəcəklər. (Cəmi bircə il sonra Bəyin dediklərinin nə 
qədər doğru olduğunu hamımız gördük).  
Həmin tədbirdə ona daĢ atanlara da Əbülfəz bəy “yavrum!” deyə müraciət edir, səbrli bir ata 
kimi onların da nazı ilə oynayırdı. 
Ġndi  açmaq  olar  -  bir  qrup  gənc  1995-ci  ildə  Azərbaycanın  bütövlüyünü  təbliğ  etmək 
məqsədilə  M.Ə.Rəsulzadə  adına  Gizli  Tələbə  TəĢkilatı  adından  ali  məktəblərə  vərəqələr 
yayırdı.  “Demokratik  müxalifət”  (baĢda  bəzi  “sevimli”  gənc  liderlər  olmaqla)  bunu 
“antikonstitusion fəaliyyət” adlandıraraq iqtidar baĢçısının irticasına bəraət qazandırdı - həmin 
gəncləri iqtidar həbs etməklə, gənc liderlərsə AXCP-dən çıxarmaqla “cəzalandırdı”. O zaman 
hələ  Kələkidə  olan  Əbülfəz  bəy  təəssüflə  “AXCP-nin  bu  gəncləri  qorumağa  gücü  olmadı” 
deməklə  əslində  adicə  iĢimizə  azman  bir  qiymət  vermiĢdi.  Öz  millətinin  gəncinə  bu  qədər 
diqqət və ehtiram yalnız Əbülfəz bəydə ola bilərdi! 
Sənin  Yolun  gediləcək,  Bəy!  O  Yolu  biz  gedəcəyik  -  sənin  sevdiyin,  inandığın,  güvəndiyin, 
yetiĢdirdiyin gənclik gedəcək! 
31.08.2000
 
 
 
 
 
 


BƏXTĠYAR VAHABZADƏ. Vətən və millət Məcnunu 
Vətən və millət mücahidi Əbülfəz Elçibəyi mən 70-ci illərin əvvəlindən tanıyıram. O zaman hər 
ikimiz  Universitetin  müəllimi  idik.  Mənim  mühazirələrimə  baĢqa  institut  və  fakültələrin 
tələbələri  də  gəlirdi.  Buna  görə  də  mən  yalnız  dərs  dediyim  tələbələrimlə  deyil,  baĢqa 
fakültələrdən  mühazirələrimi  dinləməyə  gələn  tələbələrin  də  bir  çoxu  ilə  tanıĢ  idim. 
Fasilələrdə  bu  tələbələrlə  söhbət  edərdik.  ġərqĢünaslıq  fakültəsinin  tələbələri  mənə  Əbülfəz 
Əliyev  adlı  müəllimlərindən  ağız  dolusu,  böyük  məhəbbətlə  danıĢır  və  bizim  görüĢməyimizi 
arzu edirdilər. Tələbələrin danıĢığından mən artıq qiyabi olaraq onun hansı fikir və əqidə ilə 
yanaĢdığını bilirdim. 
Sahib  olduğumuz  eyni  əqidənin  bizi  mütləq  görüĢdürəcəyinə  artıq  hazır  idim.  Bir  gün 
Universitetin dəhlizində ucaboy,  qarayanız və mənim  kimi çəlimsiz  bir oğlan  mənə  yanaĢdı: 
"“Gülüstan”ın müəllifi ilə tanıĢ olmaq istəyirəm". 
GörüĢdük. Adını deyən kimi: “Mən də sizi qiyabi tanıyıram”, - dedim. 
Beləliklə, bizim qiyabi tanıĢlığımız əyani tanıĢlığa, az müddətdən sonra isə fikir yoldaĢlığına, 
əqidə dostluğuna çevrildi. 
Bizim  ilk  söhbətlərimiz  müasir  ədəbiyyatımızda  Cənub  mövzusu  ətrafında  dolanır,  o, 
Süleyman  Rüstəmin  “Cənub  Ģerləri”  silsiləsinə,  Səməd  Vurğunun  “Yandırılan  kitablar”, 
“Körpünün həsrəti” Ģerinə aludə olduğunu bildirirdi. 
Sonralar  söhbətlərimizin  mövzusu  daha  da  geniĢlənib  Azərbaycanın  taleyi,  istiqlal,  ana  dili, 
onun qəsdən əridilməsi siyasəti ətrafında dolanmağa baĢladı. Biz bu söhbətlərimizdə zorakılıq 
üzərində  qurulan  Sovet  diktaturasının  mütləq  dağılacağına  əmin  olduğumuzu  bildirir  və  elə 
bil, bununla da bir-birimizə təsəlli verirdik. 
Söhbətlərimizin birində artıq çoxdan əqidə dostum olan Xudu Məmmədova yetkin milli Ģüura 
malik  və  öz  əqidəsi  yolunda  ölümə  belə  hazır  olan  Əbülfəz  adlı  ĢərqĢünas  müəllimlə  tanıĢ 
olduğumu deyincə o da bu adam haqqında eĢitdiyini və onunla tanıĢ olmaq istədiyini bildirdi. 
Olduq üç, sonra dörd, beĢ... 
Mənim  Elçibəylə  əlaqədar  xatirələrim  çoxdur.  Bu  xatirələri  bir  vaxt  geniĢ  Ģəkildə  qələmə 
alacağam. 
Amma burada bir əhvalatı yazmadan keçinə bilmərəm. 
1974-cü  ildə  MK-nın  mərhum  katiblərindən  birinin  ĢərqĢünaslıq  fakültəsinin  rus  bölməsində 
oxuyan  oğlunun  Əbülfəz  bəyin  auditoriyada  millətçilik  təbliğatı  apardığı  barədə  yuxarılara 
yazdığı  çuğul  əsasında  o  həbs  edildi.  Məhkəmədə  o  zaman  ĢərqĢünaslıq  fakültəsinin 
professorlarından  biri  söylədiyi  2  saatlıq  nitqində  Əbülfəz  bəyin  qatı  millətçi,  turançı,  sovet 
quruluĢunun  düĢməni,  antileninçi  və  idealist  olduğunu  sübut  etməyə  çalıĢdı.  Professorun 
nitqindən  sonra  hakim  Əbülfəz  bəyə:  “Bu  ittihamlara  cavab  vermək  istəyirsinizmi?”  -  deyə 
müraciət  etdi.  Əbülfəz  hakimdən  xəbər  aldı:  “Mənə  cavab  üçün  nə  qədər  vaxt  verirsiniz?”. 


Hakim  “yarım  saat”  deyincə  Əbülfəz  bəy:  “XahiĢ  edirəm  o  yarım  saatı  da  professora  verin, 
qoyun ürəyini tamam boĢaldıb özünü daha çox biabır eləsin”, - cavabını verdi. 
Əbülfəz  bəy  düz  hədəfə  vurmuĢdu.  Çünki  professor,  həqiqətən,  cəfəng  nitqi  ilə  hamının, 
hətta hakimin də nifrətini qazanaraq özünü biabır eləmiĢdi, ona görə ki, professorun Əbülfəz 
bəyə verdiyi sifətlər (millətçi, turançı, idealist və s.) hamının ürəyincə idi. 
Vətən və millət Məcnunu olan Əbülfəz Elçibəyə bəslədiyim sevgimi Ģerimlə daha dürüst ifadə 
etmiĢəm. ġerimə yazdığım bu ön sözdə isə yalnız bir mətləbə toxunmaq istəyirəm. 
Elçibəyin  1992-ci  ildə  prezidentliyə  namizədliyi  veriləndə  mən  ozamankı  qəzetlərdə  ona 
müraciətlə bir məktub yazmıĢdım: “Prezidentliyə namizədliyini alqıĢlayır və seçkidə sənə vəkil 
olmağı özümə Ģərəf bilirəm”.  
Beləliklə də, mən prezident seçkisi ərəfəsində ona vəkillik etdim və onunla bir çox görüĢlərdə 
oldum. Bu görüĢlər zamanı mən onu həm siyasi xadim, həm də təvazökar, nəcib və xeyirxah 
bir insan kimi daha yaxından tanıdım və bu qənaətə gəldim ki, Vətənini, millətini Əbülfəz bəy 
qədər sevə bilən ikinci bir adam tanımıram. Bir sözlə, o, Vətən və millətinin fanatiki idi. Mənə 
görə,  Vətəni  və  milləti  fanatikcəsinə  sevmədən  o  millətə  lazımi  səviyyədə  xidmət  etmək 
mümkün deyil. 
Özümü dərk etdiyim gündən mənim adamlara münasibətim o adamın öz millətinə münasibəti 
ilə ölçülmüĢdür. Belə ki, millətini bütün varlığı ilə dəlicəsinə sevən adam üçün millətin bütün 
üzvləri  doğma  bacı  və  qardaĢ,  ata  və  övladlardır.  Mən  Vətən  və  millət  Məcnunu  Elçibəyi 
həmən  məcnunluğu  ilə  tanımıĢam.  Qalan  baĢqa  cəhətlərinin  isə  mənim  üçün  elə  bir  önəmi 
yoxdur.  
            ONUN GÜCÜ XALQDA, KƏSƏRĠ HAQDA  
            Ə.Elçibəyin xatirəsinə  
   
            Bizimlə bərabər bir Böyük yaĢar,  
            Nöqsan axtarırıq ancaq biz onda.  
            Elə ki itirdik, haqq aĢıb-daĢar,  
            Dönər böyüklüyə nöqsan bir anda.  
   
            O, öz iĢığını dürtməz hər gözə  
            Yalnız o dünyadan göndərər bizə.  
   
            O, öz ürəyini millətə verdi,  
            Köksündə bu xalqın qəlbi döyündü.  
            Onun millət dərdi, məmləkət dərdi,  
            Göyərib cismində xərçəngə döndü.  
   
            Hələ bu dərdə də “qismətim” deyə  
            Allah payı kimi o, Ģükran oldu.  
            ġükranlıq önündə bu an ölüm də  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə