Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   57


Bilik və bacarıqlarınızı tətbiq edin 
3.  Şeirin məzmununa aid ən azı üç sual yazın.
4.  Vətənlə bağlı bir neçə atalar sözü xatırladın. Şeirin məzmunu ilə səsləşən
məqamları izah edin.
5.  Vətənimizin tarixi ilə bağlı şeirdəki fikirləri təsdiq edən misallar söyləyin.
6.  Şeirin bir bəndindəki həmqafiyə sözləri müəyyənləşdirib sxemdə yazın.
Evdə iş
7.  “Əsər Vətənimizi mənə necə tanıtdı?” mövzusunda inşa yazın. Tövsiyələrdən
(səh.163–165) faydalanın.
III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1.  Mətni oxuyun və növbəti tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən
faydalanın.
Yurdumuza həsr olunmuş əsərlərin içərisində S.Vurğunun “Azərbaycan” şeirinin
xüsusi yeri var. Dillər əzbəri olan, xalq mahnısına çevrilən bu şeirin məzmunu
onun maraqla oxunmasına, sevilməsinə səbəb olmuşdur. Onun sevilməsinin
bir mühüm səbəbi də ustalıqla yazılmasıdır. Hər misra, hər bənd oxucunun
gözləri qarşısında gözəl bir mənzərə canlandırır. Dilinin şirin və axıcı olması elə
ilk misralardan oxucunu valeh edir. Şeirin bədii gözəlliyini artıran vasitələr
çoxdur. Onların aydınlaşdırılması tapşırıqların yerinə yetirilməsi üçün
əhəmiyyətlidir.
Araşdırın. Fikirləşin. Cavab verin 
2.  Şeir doğma yurdumuza həsr olunmuş digər əsərlərdən hansı cəhətlərinə görə
fərqlənir? Cədvəldə qeydlər aparmaqla onu tanış olduğunuz digər əsərlə
müqayisə edin.
Hansı cəhətlərinə görə müqayisə olunurlar?
Əsərlərin adı
“Azərbaycan”
 
3.  Bədii təsvir və ifadə vasitələrinin əsərə gətirdiyi gözəlliyi izah edin.
Bədii təsvir və ifadə
Əsərin bədii gözəlliyinin – təsir gücünün


vasitələrinə aid nümunələr
artırılmasında onların rolu
 
 


4. Müəllif haqqındakı təsəvvürümə şeir nələri əlavə etdi? Fikrinizi nümunələrlə
əsaslandırın.
 
5. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Cədvəldəki fikirlərə
münasibət bildirin. Öz variantınızı təklif edin.
Əsərin ideyası hansıdır?
Nə üçün belə
düşünürsünüz?
Sizin
variantınız
Əsərdə doğma təbiətin gözəlliyi, yaradıcı
insanlarımıza məhəbbət ifadə olunmuşdur.
 
 
Şeirdə Vətənə sonsuz məhəbbət və
vətənpərvərlikdən doğan qürur hissi ifadə
edilmişdir.
 
 
Şairin başlıca niyyəti Vətənimizin tarixi,
mədəniyyəti barədə oxucuda aydın təsəvvür
yaratmaqdır.
 
 
Tətbiq. Müzakirə. Yaradıcı iş
6. “Vətənimiz musiqidə, rəssamlıqda və kinoda” mövzusunda müzakirə aparın.
Evdə iş.
İfadəli oxuya hazırlaşın
Şeirin ilk üç bəndinin oxusuna hazırlıq. 
– Əvvəlcə ifaçılıq vəzifəsini – dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın. 
– Sonra hər bəndin oxusunda səsinizin aldığı çalarları dəftərinizdə (şeirin
mətninin kənarında) yazın. 
– Fasilələrin yerini, səsin ucalığını, sürətini və s. müəyyənləşdirib nümunədə
olduğu kimi şərti işarələrlə göstərin. 
Şeirin öyrənilməsindən əvvəl 
müəllif haqqındakı təsəvvürüm 
_________________________________
_________________________________
Şeirin öyrənilməsindən sonra 
müəllif haqqında təsəvvürüm 
_________________________________
_________________________________
Nümunə 
İfaçılıq vəzifəsi
Şairin fərəh hissinin dinləyicilərə


çatdırılması
Fərəhlə


Mehdi Hüseyn 
(1909 – 1965)
“Sənətkar yalnız daxili bir tələb və yaratmaq ehtiyacı duyarkən yazır. Bu vaxt onun
ürəyi hərarətlə döyünür... Sənət yazıçı üçün başqa bir həyatdır”.
 
ODLU QILINC
(ixtisarla)
1
Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı.
Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan
düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir
Azərbaycan şəhəri yerləşmişdi.
Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və
Yada salın
Qəhrəmanlıq mövzusunda
oxuduğunuz hansı əsərlərin
adını çəkə bilərsiniz?
Qəhrəman kimə deyilir?
Qəhrəmanlar hər zaman yarana
bilərmi?
Düşünün
Qəhrəmanlığı ilə tarixdə iz
qoymuş şəxsiyyətin bədii
obrazının yaradılmasında
məqsəd, sizcə, nədir?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-
dirim vuruşuna girmişdi. Qoca, şəhərə düşmən qoşunu doluşduğunu zənn edib,
hökmdara xəbər aparmaq istədi. Bu anda vuruşanlar həyətdə göründülər.
Qoca keşikçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız iki nəfərdi.
Onlardan biri dalı-dalı çəkilir, o biri isə qabağındakının üstünə ildırım kimi şığıyırdı.


Onlar qocanın burada olmasından xəbərsizdilər, onun qəhqəhəsini də eşitmirdilər.
Yenicə doğan günəşin qızıl şüaları polad qılınclarda əks edərək parıldayırdı.
Vuruşan gənclərin üzü güldü.
İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir idi.
Cavanşir qabağındakı oğlana möhkəm bir zərbə endirərək onun qalxanını yarıya böldü:
– At yerə qılıncını, Urmuz! Bununla sən üç dəfədir məğlub olursan...
Qoca keşikçini yalnız indi görüb utanan Urmuz Cavanşirin qələbəsinə dözməyib etiraz
etdi:
– Yox, bu olmadı! Ayağım daşa toxundu. Sən hələ yalnız iki zərbə endirmisən... mən
özüm sənin xətrinə dəymirəm...
Cavanşirin dodaqlarındakı gülüş izləri silinib yox oldu:
– Bu, bəhanədir, dostum, – dedi, – istəyirsən, bir də vuruşaq, bu meydan, bu da
mən...
Onlar yenə vuruşmağa hazırlaşanda qoca keşikçi Cavanşirə yanaşıb dedi:
– Mən davanızı ayırd elərəm.
Qılınclar yenə parıldadı. Urmuzun zərbəsi gözlənilmədən oldu. Cavanşir iki addım geri
çəkildi. Pərt halda gözlərini döydü:
– Bax, buna sözüm yoxdu, – dedi, – vuruş zamanı danışmaq mənə baha başa oturdu.
Qoca keşikçinin işə qarışmasına ehtiyac qalmadı. Cavanşir əlindəki qalxanı kənara
atıb, Urmuzun üstünə cumdu:
– Al, bu da üç!.. – deyə sevinclə bağıraraq, Urmuza möhkəm bir zərbə vurdu. – İndi
razısanmı?
– Çox gözəl, – dedi, – mən sənin məharətini
ürəkdən təsdiq edirəm. Böyük hökmdarımız Varaz,
doğrudan da, xoşbəxtdir. Onun sevimli oğlu Cavanşir indi Girdmanın igid sərkərdəsi
olmağa, doğrudan da, layiqdir... Gəl, gəl, üzündən öpüm!
2
Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdman cəngavərləri böyük meydana
toplaşdılar.
Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını
çağırardı. Girdmanın igid sərkərdəsi dik bir yerdə görünərdi. Onun bir sözü ilə insan
dənizi bir səmtə doğru axırdı.
İndi də gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı
Girdman adı sizə tanışdırmı?
Onun haqqında nə bilirsiniz?
Hökmdar Cavanşir haqqında
nə bilirsiniz?
Cavanşir obrazı sizdə hansı
təəssürat yaratdı?
Urmuz bu zərbədən güclə özünü doğrultdu.
Qılıncının ucunu yerə dayadı, çiyninin
ağrısından qollarını dörd-beş dəfə havada
fırlatdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə