Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   57

 
Əhməd zəndlə baxıb yəqin elədi ki, xeyr, bunlar nə huridi, nə də pəridi, lap insandı ki,
var.
cəhətləri müşahidə etdiniz?
budu bir cüt nazənin sənəm gəlir, deyirsən, on
dörd gecəlik aydı, buludun altından çıxıb.
Qızlar ona yaxınlaşıb, salam verdilər.


Pəri Soltan xanım gülə-gülə Əhmədə dedi:
– Oğlan, adın nədi?
– Xanım, mənim adım Əhməddi, özüm də filan dərzinin şagirdiyəm. Bizə görə nə
qulluğunuz var?
– Əhməd, hələ qulluq sonrakı məsələdi. Sən bir dərzi şagirdi, fağır adamın birisən.
Mənə düzünü de görüm səni bura nə üçün salıblar?
Əhməd bütün əhvalatı başdan-ayağa Pəri Soltana nağıl elədi.
 
– Xeyr, xanım, ölsəm, yenə də yuxunu açmayacağam. Açsaydım, elə əvvəldən
açardım.
Pəri Soltan Əhmədin bu kişiliyinə təəccüb eləyib, öz ürəyində “afərin” dedi. Məhəbbəti
ona bir idisə, min oldu.
...Hər gün Pəri Soltan Əhmədə baş çəkir, yemək göndərir, davadərmanla yaralarına
məlhəm qoydururdu.
Əhməd Pəri Soltanın bu rəftarına məəttəl qalmışdı. Day yazıq nə bilirdi ki, Pəri
Soltanın ürəyində nə var?
Bir gün zindanban izin alıb dedi:
– Xanım, zindanın dibindən sarayın otaqlarından birinə qapı açaram. Bu yazığı ora
apararıq. Yaralarına məlhəm qoymaq, sağaltmaq orda daha rahat və asan olar.
Pəri Soltan bir qədər fikirləşib dedi:
– Onda sən qapını aç.
İki saat tamam olmamış zindanban qapını açıb hazır elədi.
Pəri Soltanla qaravaş hərəsi bir tərəfdən Əhmədin qoluna girib apardılar o biri otağa.
Əhmədin bədəninə təzədən məlhəm qoyub, yaxşıca sarıdılar.
Pəri Soltan dedi:
– Əhməd, mən Şah Abbasın qızı Pəri Soltanam, bura da mənim otaqlarımdan biridi.
Əhməd yeyib, içib günü-gündən gözəlləşirdi. Pəri Soltanın da məhəbbəti günü-gündən
artırdı.
4
Elə bu vaxt Firəng padşahından Şah Abbasa elçi gəlib qızı Pəri Soltanı oğluna istədi.
Şah Abbas razı olmayıb, elçini geri qaytardı. Bir neçə gün keçmişdi, səhər durub
gördülər nə? İsfahanın dörd tərəfini qoşun bürüyüb. Firəng padşahının vəziri Şah
Abbasın yanına adam göndərib dedi:
“Ürəyi şan-şan olmaq”
ifadəsini necə başa
düşürsünüz?
Pəri Soltan əhvalatı Əhməddən eşidəndə ürəyi
şan-şan olub dedi: 
– Əhməd, niyə yuxunu açıb biryolluq canını
qurtarmırsan? 
Əhməd dedi:


– Mən Firəng padşahının vəziriyəm, gəlmişəm qızının elçiliyinə. Əgər verməsən, mən
qırx cavan oğlanla cavan qız gətirmişəm. Onların qırxı da bir boyda, bir sifətdə, bir
yaşda. İyirmisi oğlandı, iyirmisi də qızdı. Elə bir adam tap ki, onlara əl vurmamış,
oğlanları, qızları bir-birindən ayırsın. Yoxsa sənin torpağını at torbasında daşıdaram.


Şah Abbas vəziri, vəkili yığıb məsləhət istədi. Hərə bir söz dedi. Axırda Allahverdi xan
izin alıb dedi:
– Qibleyi-aləm sağ olsun, biz dava eləməmiş, qan tökməmiş, qızımızı kəcavəyə qoyub
yeddi illik baci-xəracnan Firəng padşahının oğluna göndərə bilmərik. Namussuz
yaşamaqdansa, namuslu ölmək daha əfzəldi. Hələlik dava eləyib nahaq qan
tökməyək, görək bu qıznan oğlanları tanıyan bir adam tapa bilərikmi? Əgər bu yolnan
qurtarmasaq, onda ölüncən vuruşarıq. Pəri xanımı aparsalar da, qoy biz öləndən sonra
aparsınlar.
Şah Abbas zindanbanı çağırtdırıb, Əhmədi istədi. Vəzir Allahverdi xan əhvalatı Əhmədə
nağıl etdi. Əhməd dedi:
– Qibleyi-aləm, mən bu məsələni açmazdım, çünki məni nahaqdan çox incidibsən,
amma yenə də qeyrətim yol vermir. Mən bu bəlanı İsfahan şəhərinin üstündən rədd
edəcəyəm, ancaq bir şərtnən. Gərək qızın Pəri xanımı mənə verəsən, ondan sonra bu
məsələni açam.
Şah Abbas Əhmədi bir qədər o yana-bu yana çəkib, axırda razı oldu. Əmr elədi
Əhmədə faxır libas geyindirdilər, məclis qurulub Pəri xanımın şərbətini içirdilər. Ondan
sonra Əhməd durub Şah Abbasa təzim edib, ərz elədi:
– Şah sağ olsun, indi buyur həmin cavanları da, Firəng padşahının vəzirini də qonaq
çağırsınlar. Mən orda oğlanlarnan qızları bir-birindən ayıraram. Özü də əl suyunu mən
özüm hazırlayıb, özüm də tökəcəyəm.
5
Əhməd zindanbanla qayıtdı zindana. Ertəsi gün meydana gəlib o saat qaydaynan suyu
hazır elədi. Ondan sonra həmin qırx cavanı düzdü evin bir tərəfinə. Vəzir Allahverdi
xanı qoydu bu qırx adam oturan cərgənin başına, əl suyunu tökməyə başladı.
Elə ki su vəzir Allahverdi xanın əlinə dəydi, gördü su istidi, ancaq ar eləyib əlini
çəkmədi. Elə ki, oğlanlara növbə yetişdi, onlar da əllərini çəkmədilər. Amma qızların
əllərinə su düşən kimi əllərini çəkdilər. Hər kim əlini çəkdi, o saat Əhməd onu
durğuzub Firəng padşahının vəzirinin cərgəsində oturdurdu. Belə-belə qızların iyirmisi
də seçilib, o biri tərəfə getdilər. Qurtarandan sonra üzünü Allahverdi xana tutub dedi:
– Xan, sənin başındakılar kişidi.
Firəng padşahının vəzirinə dedi:
– Sənin başındakılar isə qızlardır.
Qonaqlar çörəklərini yeyib, suyu süzülmüş kimi düşdülər yola.
“Yoxsa sənin torpağını at
torbasında daşıtdıraram”
cümləsində hansı fikir ifadə
olunub?
Hamı – əyan-əşrəf vəzir Allahverdi xanın
rəyini bəyənib “əhsən” dedi. Şah Abbas car
çəkdirdi, nə qədər İsfahanda adam var idi,
böyükdən kiçiyə yığdılar divanxananın
qabağına. Hamı öz baxtını sınamaq istədi,
amma heç bir nəticə hasil olmadı.


Bunlar o yana gedən kimi Şah Abbas Əhmədi çağırtdırıb dedi:
– Qızımın nişanlısısan, bu öz yoluynan, dustaqsan, bu da öz yoluynan, indi söylə
görüm, yuxu nə idi?
– Şah sağ olsun, mən də köhnə Əhmədəm, öz yolumnan gedirəm, nə bilirsən elə.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə